1. Orfoepiya təliminin nəqsəd və vəzifələri



Yüklə 125,57 Kb.
səhifə1/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   52
orfoqrafiya və orfoepiya


1.Orfoepiya təliminin nəqsəd və vəzifələri.
Orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran, yəni fonetik cəhətdən ümumiləşdirici normalara təzahür etdirən tələffüz qaydalarının sistemli məcmusudur. Orfoepiya sözü yunan sözüdür, mənası "düzgün nitq" deməkdir. Orfhos "düzgün", epos "nitq" mənasındadır. Deməli, orfoepiya sözü orfhos və epos sözlərinin birləşməsindən əmələ gəlmişdir. Azərbaycan dili orfoepiyası mövzuları sırasında vurğu məsələsindən bəhs etmək lazım gəlir, çünki dilimizdə əsasən sabit vurğu olsa da, müəyyən dərəcədə sərbəst vurğu da mövcuddur. Orfoepiya ilə nitq sürəti məsələsinin də müəyyən dərəcədə əlaqəsi vardır. Orfoepiya şifahi ədəbi dilin normalar sistemi anlayışı ilə bağlı olduğundan şifahi ədəbi dilin müxtəlif üslubları ilə əlaqədar bir sıra cəhətləri də əhatə edir. Nitq nöqsanlılığı (loqopediya) ilə bağlı olan hallar orfoepiya anlayışına daxil deyildir. Yazılı ədəbi dilin normalanı olduğu kimi, şifahi ədəbi dilin də normaları vardır. Buna adəbi tələffüz normaları da demək olar. Tələffüzlə bağlı olan bir sıra xüsusi cəhətləri qeyd etmək lazımdır: 1) Azərbaycan dilinin fonetik sistemində samitlərin əsasən kar və cingiltili qarşılığının bir qanunauyğunluq olması qarşılıqlı samitlərdən formalaşmış müstəqil mənalı söz və morfemlərin fərqlənmiş halda işlənilməsi üçün əsas təşkil edir. İstənilən bir səsi və sözü düzgün tələffüz etmək olduqca vacibdir. Belə olmazsa, onda bir-birinə yaxın olan səsləri, eləcə də səs tərkibində cüzi dəyişiklik olan sözləri fərqləndirmək olmaz. Məs: gül-kül, aç-ac, ax-ağ, bax-bağ, yax-yağ, at-ad kimi sözlər bu qəbildəndir. Ona görə də hər bir səs və söz ədəbi tələffüzün normalarına uyğun olaraq tələffüz olunmalıdır. 2) Samit səslərin kar və cingiltili qarşılığa malik olması tələffüz prosesində bəzi fonetik qanunların yaranması üçün əsas təşkil edir. Bir sıra hallarda söz sonundakı cingiltili səs karlaşır: kitab-kitap, ağac-ağaç, papaq papax, daraq-darax. Bəzən bir sıra kar samitlər iki sait arasına düşdükdə cingiltili qarşılığı ilə əvəzlənir: get-gedir, ota/x/-otağa,yazma/x/-yazmağı. 3) Danışıq prosesində sözlərin dəqiq anlaşılması üçün fonetik çalarlıq ilə tələffüzü düzgün tələffüz norması sayılır: çiçək-çiçǝx, çörək-çörəx, ali-a:li. 4) Sözlərdə olan sasartımı, səsdüşümü, ahəng qanuna görə şəkilçilərin iki və dörd variantda yazılması tələffüzlə bağlıdır. Göründüyü kimi səslər tələffüzün əsas vasitələridir və tələffüz normaları, xüsusiyyətləri səslərin hansı şərait və məqamda işlənilməsi ilə bağlıdır. Bundan əlavə vurğu, intonasiya, fasilə, durğu kimi daha çox fonetik təzahürlü hadisələr tələffüz vasitə və şəraiti ilə bağlı olub tələffüz anlayışına daxildir.Tələffüz dilin şifahi təzahürü olmaqla bərabər həm dil ilə, həm də dil qolları ilə. əlaqədar bir anlayışdır.

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə