6 internetin t?Nziml?NM?Sinin aktual m?S?L?L?RI



Yüklə 162,78 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü162,78 Kb.
#11738


İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      51 

 

UOT  004.738.5:351/354:34;341.9 



Mahmudov R.Ş. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

rasim72@gmail.com

 

İ

NTERNETİN TƏNZİMLƏNMƏSİNİN AKTUAL MƏSƏLƏLƏRİ 

Məqalədə  internetin  tənzimlənməsinin  aktual  problemləri  araşdırılır.  O  cümlədən 

İnternet-yurisdiksiyanın  müəyyən  edilməsi,  şəxsi  həyat  sirrinin  və  fərdi  məlumatların 

qorunması,  İnternet-provayderlərin  məsuliyyətinin  müəyyən  edilməsi,  domen  adları 

sisteminin  idarə  edilməsi,  spamlarla  mübarizə,  virtual  məkanda  intellektual  mülkiyyət 

hüquqlarının qorunması, kibercinayətkarlıq, elektron kommersiyanın tənzimlənməsi kimi 

sahələrdə mövcud olan problemlər analiz edilir. Həmin problemlərin həll edilməsi üçün 

İnternetin tənzimlənməsinin zəruriliyi əsaslandırılır. 

Açar  sözlər:  İnternetin  tənzimlənməsi,  İnternet-yurisdiksiya,  domen  adları,  İnternet-

provayder, spamlarla mübarizə, kibercinayətkarlıq, elektron kommersiya 

Giriş 

İnternet informasiya cəmiyyətinin əsas dayağı kimi qloballaşan dünyada ən mühüm 

fenomenə  çevrilməkdədir.  Bu  rəqəmsal  texnologiya  nəhəng  informasiya,  bilik 

potensialını özündə əks etdirir, bəşəriyyətin milli-mədəni sərhədləri aşaraq, vahid qlobal 

cəmiyyətdə  birləşməsinə  gətirib  çıxarır.  Qlobal  İnternet  şəbəkəsinin  yaratdığı  geniş 

imkanlar  insanların  düşüncə  tərzində,  iş  üsulunda,  ünsiyyətində  və  sosial  fəaliyyətində 

böyük dəyişikliklərə səbəb olur.  

Bütün bunların nəticəsində İnternet coğrafi sərəhədlərə əsaslanan beynəlxalq hüquq 

normalarını  və  milli  qanunları  gücsüz  vəziyyətə  gətirir.  İnternet  texnologiyalarının 

imkanları hesabına formalaşan virtual münasibətləri real dünya qanunları ilə idarə etmək 

xeyli  çətinləşir  və  bəzi  hallarda  hətta  mümkün  olmur.  Virtual  münasibətlərin 

tənzimlənməsi  bu  mühitə  xas  olan  yeni  qanunların,  normaların  yaradılmasını,  tətbiq 

edilməsini zəruri edir.  

İnternet  mühitindəki  transmilli  fəaliyyət  milli  qanunvericiliklərlə  beynəlxalq 

praktika  arasında  da  ziddiyyət  yaradır.  Hər  bir  ölkə  öz  yurisdiksiyası  çərçivəsində 

qanunlar qəbul etmək və onları tətbiq etmək hüququna malikdir. Yəni bu, onların suveren 

hüquqlarıdır,  yaxud  dövlət  suverenliyinin  əsas  prinsiplərindən  biridir.  Lakin  İnternet 

mühitində  elə  vəziyyət  yaranır  ki,  bu  suveren  hüquq  şübhə  altına  düşür  və  ziddiyyət 

meydana  çıxır.  Bəzi  hallarda  müvafiq  ziddiyyət  hər  hansı  milli  yurisdiksiya  hüdudları 

xaricindən  olan  böyük  fəallıq  hesabına  yaranır.  Yəni  fəaliyyət  müvafiq  yurisdiksiya 

hüdudlarından  kənarda  həyata  keçirilirsə,  həmin  yurisdiksiyanın  qanunları  tətbiq  etmə 

qabiliyyətinə təsir göstərir.  

Bundan  başqa,  İnternet  istifadəçilərinin  bir  hissəsi  qlobal  şəbəkədə  “məkansızlıq” 

(“laməkan”)  ideyasını  yayaraq,  özlərinin  qanundan  və  dövlətdən  asılı  olmadıqlarını 

bəyan  edirlər  və  “suveren  şəbəkə”  uğrunda  mübarizə  aparırlar.  Yəni  İnternet 

cəmiyyətlərinin  nümayəndələri  arasında  belə  bir  fikir  də  geniş  yayılıb  ki,  bu  qlobal 

şəbəkənin  tənzimlənməsi  vacib  deyil,  hətta  qeyri-mümkündür.  Həmin  baxışlara  görə, 

İnternet  şəxsiyyətlərarası  unikal  ünsiyyət  vasitəsidir  və  heç  bir  dövlətə  mənsub  deyil. 

İnternet resurslarına çıxış xüsusi hüquqlara aid olduğuna görə, onun qarşısında hər-hansı 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

52                                                                  www.jpis.az 



 

inzibati  maneə  qoyula  bilməz.  Onların  fikrincə,  İnternet  –  tamamilə  özünütənzimləyən 

informasiya mühitidir. Onun istifadəçiləri bu qlobal resursdan istifadə qaydalarını sərbəst 

şəkildə müəyyən etməlidirlər.  

İnternetin  inkişafının  ilk  vaxtlarında  hətta  belə  bir  fikir  yayılmışdı  ki,  bu  qlobal 

şəbəkə milli sərhədləri aşacaq və dövlət suverenliyi prinsipini pozacaq. Qlobal şəbəkədə 

söz azadlığının müdafiəsi, kiberməkanda sosial və hüquqi problemlərin tədqiqi ilə məşğul 

olan  Elektron  Sərhəd  Fondunun  (Electronic  Frontier  Foundation)  yaradıcısı  və  vitse-

prezidenti  Con  Perri  Barlou

 

özünün  məşhur  “Kiberməkanın  müstəqilliyi”  adlı 



Bəyannaməsində bütün dövlətlərə belə bir müraciət ünvanlamışdı: “Bizim aramızda sizə 

yer  yoxdur.  Bizim  toplandığımız  yerdə  siz  yuxarı  hakimiyyətə  malik  deyilsiniz.  Bizim 

üzərimizdə hökmranlıq etməyə sizin nə  mənəvi haqqınız, nə də  məcburetmə  metodunuz 

var. Siz nə bizi, nə də  bizim dünyamızı tanımırsınız. Kiberməkan sizin sərhədlərinizdən 

kənarda yerləşir” [1]. 

Lakin  dövlətlər  bu  cür  bəyanatlara  fikir  vermədilər  və  öz  yurisdiksiyalarında  söz 

azadlığına senzura tətbiq etmək üçün qanunlar qəbul etdilər. Bu zaman xəbərdarlıq edildi 

ki, bir yurisdiksiyada tətbiq edilən qaydalar digər yurisdiksiyalar üçün zərərli effekt verə 

bilər.  Bu  isə  həm  İnternetin  fəaliyyətinə  mənfi  təsir  göstərə,  həm  də  vətəndaş 

hüquqlarının pozulmasına səbəb ola bilər. Bu arqumentlər də rədd edildi. Nəhayət, etiraf 

edildi ki, İnternet heç də unikal bir sfera deyil, transmilli fəaliyyət həmişə tənzimləməyə 

cəlb edilib.  

Bu  etirafdan  sonra  yeni  təşəbbüslər  yarandı.  İnterneti  kütləvi  yayım  vasitəsi  kimi 

tənzimləmək  və  artıq  televiziyaya  nəzarət  sahəsində  mövcud  olan  metodları  (siyasi 

senzura,  filtirasiya)  tətbiq  etmək  cəhdləri  meydana  gəldi.  Həmçinin  dövlətlər  İnterneti 

telefon  sistemi  kimi  tənzimləməyə  cəhd  edirlər.  Bundan  başqa,  dövlət  hakimiyyət 

orqanları  müəllif  hüquqları  rejimini,  diffamasiya  və  böhtan  haqqında  qanunları 

“aktuallaşdıraraq”,  onları  yeni  kommunikasiya  infrastrukturunda  tətbiq  etməyə 

başlayırlar.  

Müxtəlif  səbəblərdən  İnternetin  fəaliyyətini  tənzimləyən  ölkələrin  sayı  durmadan 

artır.  Buna  səbəb  kimi  “milli  təhlükəsizliyin  təmin  edilməsi”,  “milli-mədəni  normaların 

və  dini  dəyərlərin  mühafizə  edilməsi”,  “uşaqların  pornoqrafiyadan  və  istismardan  

qorunması”,  “intellektual  mülkiyyət  hüquqlarının  müdafiəsi”  kimi  arqumentlər  irəli 

sürülür.  

İnternetin unikallığı ondan ibarətdir ki, hər hansı hüquqi və  ya fiziki şəxsin,  yaxud 

dövlətin  mülkiyyətində  deyil.  Ona  görə  də  bu  qlobal  şəbəkənin  heç  bir  seqmentində 

mərkəzləşdirilmiş tənzimləmə, senzura və digər informasiyaya nəzarət metodları mövcud 

deyil. Bunun hesabına  istənilən informasiyanı heç bir  məhdudiyyət  olmadan əldə etmək 

imkanı  yaranır  ki,  nəticədə  də  informasiya  sahiblərinin  hüquqlarının  pozulması  halları 

əhəmiyyətli  dərəcədə  artır.  Ona  görə  də  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi 

problemi və kompyuter cinayətkarlığı ilə mübarizə sisteminin yaradılması hazırda xüsusi 

aktuallıq kəsb edir.  

İnternet  söz  azadlığının  reallaşdırılması  üçün  də  əvvəllər  mümkün  olmayan 

imkanlar yaradır. Lakin yeni azadlıq formasının meydana gəlməsi şəraitində şəxsi həyatın 

toxunulmazlığı,  şəxsi  məlumatların  təhlükəsizliyi  və  söz  azadlığı  getdikcə  daha  çox 

pozulmaqdadır.  Bu  gün  İnternetdən  hüquqazidd  istifadəyə  dair  faktları  heç  kim  təkzib 

edə  bilməz.  Qlobal  şəbəkədə  böyük  həcmdə  pornoqrafik,  insanın  şərəf  və  ləyaqətini 

alçaldan, milli, dini ədavət yayan materiallar yerləşdirilir. İnternetdə müəllif hüquqlarının 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      53 

 

pozulması, məxfi informasiyadan qanunsuz istifadə halları da kütləvi şəkil alıb. Dövlətin 



milli təhlükəsizliyinə xələl gətirən İnternet materialları da böyük narahatlıq doğurur.   

Ona görə də İnternetin tənzimlənməsi sahəsində ən mübahisəli məqamlardan biri də 

məhz  cəmiyyətin,  dövlətin  və  şəxsiyyətin  təhlükəsizliyi  ilə  insan  hüquqları  arasındakı 

tarazlığın  qorunub  saxlanması  ilə  bağlıdır.  İnternetdə  bu  təhlükəsizliyin  təmin  edilməsi 

üçün  şəxsi  həyatın  sirlərinə  dair  hüquqlardan  qismən  imtina  edilməsi  tələb  edilir. 

İnternetin təhlükəsizliyi və insan hüquqları arasındakı həmin balans daim bu və ya digər 

tərəfin  xeyrinə  dəyişir.  Təhlükəsizlik  məsələlərinə  diqqəti  artırdıqda  insan  hüquqlarının 

müdafiəsi  zəifləyir.  İnsan  hüquqlarının  çərçivəsini  genişləndirdikdə  isə  dövlətin, 

cəmiyyətin maraqları təhlükə altına düşür. 

Daha  bir  problem  ondan  ibarətdir  ki,  İnternetin  sürətli  inkişafı  bu  sahədə  yaranan 

problemləri  tənzimləmək  üçün  zəruri  olan  normativ-hüquqi  aktların  qəbulu  prosesini 

xeyli  qabaqlayır.  Ona  görə  də  İnternetin  tənzimlənməsi  sahəsində  həllini  gözləyən  ən 

mühüm  problemlərdən  biri  də  məhz  baş  verən  texnoloji  yeniliklərə  qanunvericilik 

sistemlərinin  çevik,  adekvat  reaksiya  vermələrinin  hüquqi  mexanizmlərini  işləyib 

hazırlamaqdır. 

Məqalədə  yurisdiksiyanın  müəyyən edilməsi, şəxsi həyatın toxunulmazlığı və fərdi 

məlumatların qorunması, domen adları sisteminin idarə edilməsi, İnternet-provayderlərin 

hüquqi  məsuliyyətinin  müəyyənləşdirilməsi,  kibercinayətkarlıqla,  spamlarla  mübarizə, 

intellektual  mülkiyyət  hüquqlarının  qorunması  kimi  İnternetin  tənzimlənməsinin  aktual 

problemləri araşdırılır. 



İ

nternet-yurisdiksiyanın  müəyyən  edilməsi  problemləri

 

İnternetin  ayrı-ayrı  seqmentlərinə  münasibətdə  dövlət  yurisdiksiyasının  hüdudları 



ilə  bağlı  problem  müasir  hüququn  ən  mürəkkəb  və  mühüm  məsələlərindən  biridir.  Bu 

məsələ  ilə  bağlı  iki  yanaşma  mövcuddur.  Birincisi  həm  ölkə  daxilində,  həm  də  ölkə 

hüdudlarından  kənarda  İnternet  vasitəsilə  ötürülən  informasiya  üzərində  sərt  nəzarətin 

(senzuranın) tətbiqini  nəzərdə tutur. Digər  yanaşma İnternetə informasiya  mübadiləsi və 

istifadəçilərə  maksimal  əlverişli  şərait  rejimi  yaratma  vasitəsi  kimi  hüquqi  tənzimləmə 

çərçivəsi müəyyən etməklə hərtərəfli dövlət tənzimlənməsindən ibarətdir.  

Bəzi  ölkələr  hesab  edirlər  ki,  əgər  informasiya  resursu  onların  vətəndaşları  üçün 

əlyetərlidirsə,  deməli,  serverin  fiziki  yerləşdiyi  yerdən  asılı  olmayaraq,  onların 

yurisdiksiyasına aiddir. Məsələn, Fransa və Avstraliya  məhkəmələrinin qərarlarına görə, 

ABŞ  saytları  həmin  ölkələrin  yurisdiksiyasında  yerləşir,  ona  görə  də  bu  ölkələrin 

qanunlarına  tabe  olmalıdır  [1].  Nəticədə  bütün  dünyada  provayderlər  çətin  vəziyyətə 

düşürlər.  Onlar  fiziki  olaraq  yerləşdiyi  dövlətlərlə  yanaşı,  bir  sıra  digər  dövlətlərin 

yurisdiksiyasına da əməl etməli olurlar.  

Qeyd  etmək  lazımdır  ki,  İnternetlə  bağlı  münaqişələrin,  mübahisələrin  sayı 

durmadan  artır.  Amma  yurisdiksiya  məsələsindəki  qeyri-müəyyənliklər  bir  sıra 

problemlərin yaranmasına gətirib çıxardır [1]: 

 

dövlətin  öz  ərazisində  sosial  münasibətləri  tənzimləməsi  üçün  öz  hüquqi 



səlahiyyətlərini yerinə yetirməsi mümkün olmur; 

 

ayrı-ayrı  fiziki  və  hüquqi  şəxslər  öz  məhkəmə  hüquqlarından  istifadə  edə 



bilmirlər. 

 

İnternetin hüquqi təhlükəsizliyini təmin etmək olmur; 



 

elektron kommersiyanın inkişafı ləngiyir; 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

54                                                                  www.jpis.az 



 

 

İnternetin hüquqi baxımdan təhlükəsiz zonalara parçalanması təhlükəsi yaranır.  



Yurisdiksiyanın  müəyyən  edilməsi  ilə  bağlı  problem  münaqişə  eksterritorial 

xarakterə  malik  olduqda  (məsələn,  münaqişədə  müxtəlif  dövlətlərin  vətəndaşları  iştirak 

etdikdə və ya beynəlxalq tranzaksiya həyata keçirildikdə) yaranır. İnternetdə informasiya 

yerləşdirərkən  onun  hər  hansı  bir  ölkənin  qanunvericiliyini  pozub-pozmadığını  bilmək 

çox çətindir. Çünki İnternetdə yerləşdirilən istənilən material hər bir ölkədə əlyetərli olur. 

Bu baxımdan, demək olar ki, İnternetdə hər bir fəaliyyət növü beynəlxalq xarakterlidir və 

müxtəlif yurisdiksiyaların tətbiq edilməsinə səbəb ola bilər.  

Yurisdiksiya problemini qabarıq şəkildə göstərən iki əyani və tez-tez istinad edilən 

məhkəmə  işi  1996-cı  ildə  Almaniyada  baxılan  CompuServe  şirkəti  və  2001-ci  ildə 

Fransada Yahoo! şirkəti ilə bağlı baxılan işlərdir [2].   

Birinci  işdə  Almaniya  məhkəməsi  tələb  etdi  ki,  ABŞ-ın  CompuServe  şirkəti 

pornoqrafik  materiallara çıxışı  bağlasın. Şirkət Almaniya qanunvericiliyinə riayət etmək 

üçün  özünün  ABŞ-dakı  mərkəzi  serverindən  bu  cür  materialları  silməli  oldu.  Nəticədə, 

pornoqrafik  materialların  qanunla  qadağan  olunmadığı  ölkələrdə  də  (ABŞ  da  daxil 

olmaqla)  vətəndaşlar  bu  materiallardan  istifadə  etməkdən  məhrum  oldular.  CompuServe 

şirkəti bu sahədə ən sərt normalara tabe olmalı oldu. Bu iş belə bir tendensiya yaratdı ki, 

İnternet ən məhdudlaşdırıcı normalara tabe olacaq.  

Yahoo!  şirkəti  ilə  bağlı  işin  kökündə  isə  nasizmi  təbliğ  edən  materialların 

yayılmasını  qadağan  edən  Fransa  qanunvericiliyinin  pozulması  dayanırdı.  Fransa 

qanunları  vətandaşlarına  nasizmi  təbliğ  edən  Yahoo!-nun  saytına  daxil  olmağı  qadağan 

edir.  Baxmayaraq  ki,  həmin  sayt  ABŞ-da  fəaliyyət  göstərir  və  bu  ölkədə  müvafiq 

materialların yerləşdirilməsi qanunidir.  

Ənənəvi  hüquq  prinsipləri  baxımından  CompuServe  şirkətinin  işi  kimi  məsələlərdə 

qeyri-adi  heç  nə  yoxdur.  Əsas  problem  İnternetlə  əlaqədar  olan  məhkəmə  işlərinin 

miqyasındadır,  çünki  demək  olar,  hər  bir  sayt  və  ya  xidmət  hansısa  bir  ölkənin 

yurisdiksiyası  altına  düşə  bilər.  Beləliklə,  kəmiyyət  aspekti  (işlərin  sayı)  yeni  həll 

yollarının axtarışını tələb edə bilər.  

İnternetdə  yurisdiksiya  çoxluğu  (müxtəlifliyi)  probleminin  həlli  aşağıdakılar 

vasitəsilə mümkün ola bilər [2]: 

 

beynəlxalq xüsusi hüququ modernləşdirməklə; 



 

milli qanunları unifikasiya etməklə; 

 

arbitrajdan istifadə etməklə; 



 

İnternet  istifadəçilərinin  kimliyini  və  yerini  müəyyən  etmək  üçün  texniki 

imkanlardan (ilk növbədə, geolokasiya proqram təminatından) istifadə etməklə. 

Şə

xsi həyatın toxunulmazlığının və fərdi məlumatların qorunması problemləri 

Şəxsi  həyatın  toxunulmazlığının  və  fərdi  məlumatların  qorunması  –  İnternetin 

tənzimlənməsinin bir-biri ilə sıx bağlı olan aspektləridir. İnformasiyanın qorunması şəxsi 

həyatın toxunulmazlığını təmin edən hüquqi mexanizmdir.  

Şəxsi  həyatın  toxunulmazlığı  –  insanın  əsas  konstitusion  hüquqlarından  biridir. 

Şəxsi həyatın toxunulmazlığı hüququna aşağıdakılar daxildir [3]: 

 

şəxsin  razılığı  olmadan  onun  şəxsi  həyatı  haqqında  informasiyanın 



toplanmasının, saxlanmasının, istifadəsinin və yayılmasının qadağan olunması; 

 

özü haqqında informasiyaya nəzarət etmək hüququ; 



 

şərəf və ləyaqətin qorunması hüququ; 

 

fərdi məlumatların qorunması hüququ 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      55 

 

 



rabitə sirri hüququ; 

 

mənzil toxunulmazlığı hüququ;  



 

və s. 


Fərdi məlumatlar – konkret insan haqqında, onunla eyniləşdirilən və ya eyniləşdirilə 

bilən  (maddi  daşıyıcıda  əks  olunmuş)  informasiyadır.  Fərdi  məlumatlara  bioqrafik  və 

fərqləndirici  (tanıdıcı)  məlumatlar,  şəxsi  xarakteristika  (xasiyyətnamə),  ailə  və  sosial 

vəziyyət,  təhsil,  peşə,  xidmət  və  maliyyə  vəziyyəti,  sağlamlıq  və  s.  vəziyyəti  barədə 

məlumatlar aid edilir [4].  

İstifadəçilər İnternetdə işləyərkən onlar haqqında məlumatlar müəyyən şəxslər üçün 

əlyetərli  olur.  Ümumiyyətlə,  istifadəçi  haqqında  informasiyanın  əldə  edilməsi  aktiv  və 

passiv  ola  bilər.  Yəni  müxtəlif  xidmətlərdən  istifadə  hüququ  əldə  etmək  üçün  müəyyən 

elektron  formaların  doldurulması,  habelə  veb-resursda  müxtəlif  informasiyadan  istifadə 

etmək  üçün  uyğun  bölmələrin  seçilməsi  istifadəçinin  aktiv  fəaliyyətinin  nəticəsidir. 

Həmçinin  istifadəçinin  İnternetə  qoşulmasının,  proqram  təminatından  və  informasiya 

resurslarından,  sistemlərindən  istifadəsinin    monitorinqini  aparmaqla  onun  haqqında 

passiv məlumat almaq mümkündür.  

Bu məlumatlar istifadəçini birmənalı olaraq identifikasiya edə bilər (məsələn, onun 

adı,  soyadı,  doğum  tarixi,  yaşadığı  yer,  peşəsi,  iş  yeri  haqqında  informasiyalar  vasitəsi 

ilə). Həmçinin bu məlumatlar istifadəçinin İnternetə qoşulmaq üçün istifadə etdiyi aparat-

proqram təminatının  və informasiya sistemlərinin identifikasiyası üçün faydalı ola bilər. 

Birmənalı  şəkildə  qeyd  etmək  olar  ki,  elektron  poçtu  və  istifadəçilər  tərəfindən  sərbəst 

şəkildə  daxil  edilən  və  onları  identifikasiya  etməyə  imkan  verən  informasiyanı  fərdi 

məlumatlara aid etmək lazımdır.  

Ümumiyyətlə,  informasiyanın  toplanması  informasiya  resurslarının  –  veb-saytların 

məzmunu  ilə  tanış  olarkən;  loq-faylların  məzmununu  işləyərkən;  elektron  poçtdan 

istifadə  edərkən  (elektron  məktubların  başlıqları  üzrə);  provayderin  modeminə 

qoşularkən və s. hallarda  həyata keçirilə bilər.  

Aşağıdakılar  istifadəçi  və  onun  kompyuteri  haqqında  informasiya  əldə  etmək  üçün 

təşkilati-texniki imkana malikdirlər [5]: 

 

istifadəçilərin daxil olduqları resursların sahibləri; 



 

elektron məktubları qəbul edənlər; 

 

istifadəçiyə xidmət göstərən provayder; 



 

ən müxtəlif məkrli niyyətləri olan üçüncü şəxslər; 

 

və s. 


Yuxarıda  göstərilənlərə  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  istifadəçi 

İnternetdə işləyərkən onun haqqında əldə edilən məlumatlar geniş imkanlara malikdir. O 

cümlədən informasiya resurslarının keyfiyyətinin artırılması və İnternetdə biznes qurmaq 

üçün  həmin  məlumatlardan  istifadə  edilə  bilər.  Bu  məlumatların  köməyi  ilə  resurs 

istifadəçiləri  üçün  rahat  iş  şəraiti  yaratmaq,  həmçinin  auditoriyanın  tərkibini  və 

üstünlüklərini analiz etmək olar.  

Göstərilənlər, sözsüz ki, istifadəçi haqqında  məlumatların  yayılmasına xidmət edir. 

Brauzerlərin  işləmə  texnologiyası,  proqram  təminatının  və  əməliyyat  sistemlərinin 

informasiya  təhlükəsizliyi  sahəsindəki  çoxsaylı  qüsurlar,  istifadəçilərin  müdafiəsiz 

olması,  kompyuterlərinin  imkanları  və  çatışmazlıqları  barədə  onlara  məlumat 

verilməməsi,  provayder  heyətinin  səhlənkarlığı,  habelə  bədniyyətli  şəxslərin  əməlləri 

İnternetdən  informasiya  əldə  edən  insanların  informasiya  hüquqlarının  pozulmasına 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

56                                                                  www.jpis.az 



 

gətirib  çıxarır.  Buna  görə  də,  şəxsi həyat sirrinin və fərdi  məlumatların qorunması üçün 

İnternetdə optimal tənzimlənmə siyasətinin həyata keçirilməsi zərurəti ortaya çıxır.  

Domen adları sisteminin idarə edilməsi problemləri 

Domen  adları  sisteminin  (Domain  Name  System  –  DNS)  idarə  edilməsi  məsələsi 

İnternetin  fəaliyyəti  ilə  bağlı  ən  qızğın  mübahisələrin  predmeti  kimi  çıxış  edir.  DNS  ilə 

əlaqədar  ictimai  münasibətlərin  təhlili  üçün  qeyd  etmək  lazımdır  ki,  mövcud  domen 

adları sisteminin bir sıra xüsusiyyətləri vardır [5]: 

 



DNS  bütün  İnternet  şəbəkəsi  üçün  vahid  sistemdir  və  iyerarxik  quruluşa 

malikdir; 

 

DNS  könüllü  bir  sistemdir  və  insanlara  sərbəst  olan  domen  adlarını  seçmək  və 



qeydiyyatdan keçirmək imkanı verir; 

 



qeydiyyatdan  keçirilmiş  domenlər  üçün  onların  İnternetin  bütün  ünvan 

məkanında unikallığı təmin edilir; 

 

iqtisadi sistem ödənişli əsaslara söykənir. 



Yuxarıda  göstərilən  xüsusiyyətlərə  əsaslanaraq  qeyd  etmək  olar  ki,  domen  adları  – 

mahiyyətinə görə fərdiləşdirmə vasitəsidir. Belə ki, istehlakçılara və istifadəçilərə virtual 

məkandan səmərəli istifadə etməyə imkan verir.  

Göstərilən ictimai münasibətlərdə domenin gələcək sahibi və qeydiyyatçı – bu və ya 

digər yüksək səviyyəli domen zonasının domen adlarının verilənlər bazasına yazını daxil 

etmək hüququ olan səlahiyyətli təşkilatdır. Qeydiyyat prosesində həmçinin vasitəçilərin – 

İnternetdə  xidmətlərin  göstərilməsi  üzrə  ixtisaslaşan  şəxslərin  iştirakı  mümkündür. 

Bunlardan başqa, həmin münasibətlərdə domen adlarından istifadə ilə bilavasitə əlaqədar 

olaraq provayderlər – domen sahibinin informasiya resursuna texniki dəstək üzrə xidmət 

göstərən təşkilat da iştirak edir.  

Göstərilən  subyektlər  arasında  qeydiyyatçı  mühüm  rol  oynayır  [1].  Bu  subyekt 

domen  adını  seçmir,  amma  özünün  xüsusi  statusu  hesabına  bir  inhisarçı  kimi  bütün 

qeydiyyat  və  domen  adlarından  istifadə  prosesləri  üzərində  təşkilati-texniki  nəzarəti 

həyata keçirmək imkanına malikdir. Yalnız qeydiyyatçıdan asılıdır ki, domen adı və onun 

sahibi  haqqında  hansı  informasiya  DNS-server  üzrə  yayılacaq;  nə  vaxt  bu  və  ya  digər 

adın  sahibi  dəyişəcək;  nə  vaxt  qeydiyyat  ləğv  ediləcək  və  ünvan  hamı  üçün  əlyetərli 

olacaq, adın özünü isə yenidən qeydiyyatdan keçirmək mümkün olacaq.  

Bu  münasibətlərdə  daha  bir  xüsusi  məqam  ondan  ibarətdir  ki,  qeydiyyata  alınmış 

domenlər yüksək dövriyyə qabiliyyətinə malikdir. Belə ki, domen sahiblərinin dəyişməsi 

(yenidən  qeydiyyatı)  prosesi  olduqca  qısa  müddətdə  yerinə  yetirilir.  Bu  xüsusiyyət 

İnternetin  olduqca  operativ  mühit  olduğunu  bir  daha  təsdiq  etsə  də,  sabit  hüquqi 

mexanizmlərin  köməyi  ilə,  o  cümlədən  məhkəmə  vasitəsilə  öz  maraqlarını  qorumağa 

çalışan resurs sahiblərinə əlavə problemlər yaradır. 

Domen sahiblərinin bu adları qeydiyyatdan keçirərkən və onlardan istifadə edərkən 

mülki  dövriyyə  iştirakçılarının  hüquqlarının  pozulması  hallarına  da  tez-tez  rast  gəlinir. 

Həmin  adların  qeydiyyatı  və  onlardan  istifadə  ilə  bağlı  mübahisələrə  dair  mövcud 

məhkəmə  praktikasına  baxdıqda  görmək  olur  ki,  daha  çox  mülkiyyət  hüququnun  

obyektləri    –    firma  adları  və  əmtəə  nişanları  ilə  bağlı  qanun  pozuntularına  yol  verilir. 

Bundan başqa, domen adlarının qeydiyyatı və istifadəsi zamanı həmçinin fiziki şəxslərin, 

coğrafi  obyektlərin,  kütləvi  informasiya  vasitələrinin,  idman  komandasının,  yaxud 

məşhur bədii əsərlərin adları  ilə bağlı da hüquq pozuntuları müşahidə olunur.  



İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      57 

 

Domenlərin  idarə  edilməsinin  mühüm  hissəsi  ticarət  markalarının  qorunması  və 



mübahisələrin  həll  olunmasıdır.  İnternetin  ilk  dövrlərində  domen  adlarının  qeydiyyatı 

“birinci  kim  gəlsə,  ona  xidmət  edilir”  prinsipinə  əsaslanırdı,  yəni  istənilən  şəxs  istədiyi 

adı qeydiyyatdan keçirə bilərdi. Domen adlarının potensial dəyəri kiberskvottinq (domen 

adlarının  sonradan  satmaq  məqsədi  ilə  qeydiyyatı  -  möhtəkirlik)  adlanan  fəaliyyəti 

meydana  gətirdi.  İki  domenin  eyni  adla  fəaliyyət  göstərməsinin  qeyri-mümkünlüyü 

qeydiyyat hüququ ilə bağlı mübahisələrə gətirib çıxardı.  

Doğrudur,  1999-cu  ildə  ICANN  tərəfindən    bu  cür  mübahisələri  həll  etmək  üçün 

beynəlxalq  münsiflər  məhkəməsi  yaradıldı  [6].  Lakin  bu  məhkəmə  prosedurunun  yalnız 



.com,  .net  və  .org  domenlərinə  aidiyyəti  var,  ölkə  kodlarına  əsaslanan  domenlərin 

fəaliyyətinə  toxunmur.  Həm  də  təcrübə  göstərir  ki,  qeyd  edilən  məhkəmə  proseduru 

həmin mübahisələrin ədalətli həlli üçün o qədər də effektli vasitə deyil.  

İ

nternet-provayderlərin məsuliyyətinin müəyyən edilməsi problemləri 

Provayderlərin  məsuliyyət  problemi  –  dövlət  siyasətinin  təkcə  İnternet  sahəsində 

deyil,  ümumiyyətlə,  milli  təhlükəsizlik  sferasında  çox  mühüm  problemlərindən  biridir. 

Bir  çox  dövlətlərin  nəzərincə,  onlar  İnternet  üzərində  nəzarətin  yaradılmasının  və 

istifadəçilərin  hüquq  normalarına  riayət  etmələrinin  təmin  edilməsinin  ən  sadə,  aşkar 

mexanizmidir.   

İnternet-provayderlərin göstərdikləri xidmətlərin müəyyən özəllikləri var. Provayder 

informasiya  münasibətlərinin  təşəbbüskarı  kimi  çıxış  etmir,  ötürülən  informasiyanın 

məzmununu  və  istifadəçisini  seçmir,  informasiyanın  məzmununa  təsir  göstərmir, 

informasiyanı  texniki  standartlarda  və  protokollarda  müəyyən  edildiyi  qaydaya  uyğun 

olaraq yalnız müəyyən müddət üçün saxlayır.  

1990-cı  illərdə  -  İnternetin  canlanması  zamanı  provayderlər  istifadəçilər  tərəfindən 

yerləşdirilən, yaxud baxılan materialların məzmununa və ya müəllif hüquqlarına görə heç 

bir  məsuliyyət  daşımırdılar  [1].  Belə  bir  fikir  yayılmışdı  ki,  provayderlərə  əlavə 

təzyiqlərin  edilməsi  İnternetin  gələcək  inkişafına  əngəl  törədir.  Lakin  İnternetin 

kommersiya  əhəmiyyətinin  artması  və  təhlükəsizlik  məsələlərinin  aktuallaşması 

nəticəsində  bir  çox  ölkələr  provayderlərdən  qanunlara  riayət  edilməsi  aləti  kimi  istifadə 

etməyə başladılar.   

Provayderlərin  məsuliyyəti  onların  təşkilati-texniki  imkanlarına  əsaslanır.  Onlar 

istənilən  vaxt  öz  istifadəçilərinin  ictimai  informasiya  münasibətlərinə  təsir  göstərə 

bilirlər.  Təsir  forması  müxtəlif  ola  bilər:  informasiya  mübadiləsinə  qadağa  qoymaqdan 

başlayaraq üçüncü şəxsləri ötürülən informasiyanın məzmunu barədə məlumatlandırmağa 

qədər.  

Beynəlxalq  praktikada  provayderlərin  məsuliyyəti  ilə  bağlı  3  cür  yanaşma 

mövcuddur [7]: 

1.

 



Provayder  istifadəçilərin  heç  də  bütün  fəaliyyətinə  görə  məsuliyyət  daşımır. 

Baxmayaraq  ki,  istifadəçilərin  hər  bir  fəaliyyəti  barədə  provayderdə  məlumat 

olur.  

2.

 



Provayder  istifadəçilərin  fəaliyyətinə  görə  o  halda  məsuliyyət  daşımır  ki, 

informasiya mübadiləsi subyektləri ilə qarşılıqlı münasibətin və onlara göstərilən 

xidmətlərin xüsusiyyətləri ilə əlaqədar müəyyən şərtləri yerinə yetirir.  

3.

 



Provayder istifadəçilərin heç bir fəaliyyətinə görə məsuliyyət daşımır. 

 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

58                                                                  www.jpis.az 



 

Spamlarla mübarizə problemləri 

İnternetin  fəaliyyəti  zamanı  meydana  çıxan  ən  mühüm  problemlərdən  biri  də 

spamlarla mübarizə məsələsidir. Spam – kommersiya, siyasi və digər xarakterli reklamın, 

yaxud  başqa  növ  məlumatların  onları  qəbul  etmək  istəməyən  şəxslərə  kütləvi   

göndərişidir [1].  

Birincisi,  spam  –  elektron  məktubu  qəbul  edənin  əvvəlcədən  (ilkin)  razılığını 

almadan (“unsolicited”) göndərilən məlumatdır. 

 İkincisi, göndərişlər kütləvi xarakter daşıyır, yeni bir məlumat eyni zamanda çoxlu 

sayda elektron poçt ünvanına göndərilir (bir sıra ölkələrdə bu xüsusiyyəti bildirmək üçün 

bulk” (ing. – “kütlə”) terminindən istifadə edilir).  

Hər  bir  kəsin  İnternetdəki  elektron  poçt  ünvanına  spam  göndərilir.  Bəziləri  bunu 

qaçılmaz  sayır  və  naməlum  şəxs  tərəfindən  göndərilən  məktubu  sakitcə  silir,  digərləri 

hövsələdən çıxır və məktubu göndərənə, yaxud provayderə öz narazılığını bildirir. Elələri 

də var ki, göndərilən hər məktubu diqqətlə oxuyur və hətta hərdən onlardan öz xeyri üçün 

istifadə  edir.  Göstərilən  bütün  tip  şəxslər  İnternetdən,  elektron  poçtdan  istifadə  ilə  bağlı 

olan  və  müəyyən  xüsusiyyətlər  daşıyan  ictimai  informasiya  münasibətlərinin 

iştirakçılarıdır. 

Spamla  göndərilən  məlumat  spammerin  məqsəd  və  vəzifələrindən  asılı  olaraq  ya 

kommersiya,  ya  da  qeyri-kommersiya  xarakterli  ola  da  bilər.  Bu  əlamətlərinə  görə 

spamlar  iki  növə  bölünür:  kommersiya  spamı  (“unsolicited  commercial  e-mail”  -  UCE

və qeyri-kommersiya spamı (“unsolicited bulk e-mail” - UBE).  

Kommersiya  spamlarına,  əsasən,  reklam  məqsədilə  göndərilən  elektron  məktublar 

aiddir.  

Qeyri-kommersiya  xarakterli  spamlardan,  adətən,  ictimai  tədbirlərin  keçirilməsi, 

siyasi təbliğat və pornoqrafik materialların yayılması üçün istifadə edilir.  

Sual ortaya çıxır ki, nəyə görə spamlarla mübarizə aparılır? Cavabı belədir: 

 

birincisi,  elektron  poçt  istifadəçiləri  spamları  qəbul  etmələrinə  sərf  etdikləri 



vaxta görə provayderlərə pul ödəməli olurlar. 

 



ikincisi,  spamlar  kütləvi  şəkildə  göndərildiyinə  görə,  informasiya  sistemləri  və 

resurslarını  (həm  elektron  poçt  yaddaşını,  həm  də  poçt  serverlərini)  lazımsız 

olaraq yükləməklə, onların fəaliyyətini çətinləşdirir.  

 



üçüncüsü, spamlarda çox vaxt onu qəbul edəni aldadan məlumatlar olur və bütün 

bunlar qanunsuz məqsədlərə xidmət edir.  

Əgər  spamın  göstərilən  birinci  və  üçüncü  neqativ  təsirini  qiymətləndirmək  çox 

çətindirsə,  ikinci  halda  mənfi  təsiri  provayderlər  hamıdan  yaxşı  hiss  edirlər.  Belə  ki, 

razılaşdırılmamış  məktublar  məhz  onların  sistem  və  resurslarından  istifadə  etməklə 

göndərilir və qəbul edilir.  



İ

ntellektual  mülkiyyət hüquqlarının qorunması problemləri 

Bilik  və  ideyalar  İnternetin  təsiri  ilə  qloballaşan  iqtisadiyyatda  mühüm  resursa 

çevrilir.  Onların  əqli  mülkiyyət  hüququ  formasında  qorunmasının  vacibliyi  İnternetin 

tənzimlənməsini  zəruri  edən  əsas  məsələlərindən  biri  kimi  çıxış  edir.  Əqli  mülkiyyət 

hüquqlarının  qorunması  ilə  bağlı  məqamlar  İnternetin  tənzimlənməsinin  müxtəlif 

aspektləri ilə əlaqədardır. Belə ki, bilik və ideyalar mədəni irsin və sosial münasibətlərin 

mühüm  tərkib  hissələri  kimi,  bir  çox  cəmiyyətlər  üçün  xüsusi  dəyərə  malikdir.  Əqli 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      59 

 

mülkiyyət  hüququ  həmçinin  İnternetin  inkişafı  ilə  bağlı  disskussiyaların  əsas 



mövzularından biridir.  

Şübhəsiz  ki,  cəmiyyətin  maraqları  baxımından,  İnternetdə  ədəbiyyat,  incəsənət 

əsərləri,  filmlər,  proqram  təminatı  və  verilənlər  bazası  nə  qədər  çox  olarsa,  bir  o  qədər 

yaxşıdır. Çünki İnternet texnologiyaları və xidmətləri operativ şəkildə və minimal xərclər 

hesabına  həmin  mənbələri  nəhəng  istifadəçi  auditoriyasına  təqdim  edə  bilir  ki,  bu  da 

şəxsiyyətin  və  cəmiyyətin  inkişafına  xidmət  edir.  Lakin  tez-tez  bu  və  ya  digər 

materialların  İnternetdə  yerləşdirilməsi  müəllif  hüquqlarını  pozur,  yaxud  buna  şərait 

yaradır.  Beləliklə,  informasiya  mübadiləsi  azadlığı  müsbət  tərəfləri  ilə  yanaşı,  neqativ 

nəticələrə də yol açır.  

Qeyd etmək lazımdır ki, mətn hissələrini “kəsmək” və “əlavə etmək” imkanlarından 

başlamış, audio-video faylların virtual mühitdə yayılmasına kimi mürəkkəb əməliyyatlara 

qədər İnternet texnologiyalarının inkişafı ənənəvi müəlliflik hüququ konsepsiyasını zərbə 

qarşısında qoydu. İnternet vasitəsilə cüzi xərclər hesabına müxtəlif materialları köçürmək 

və  bütün  dünyaya  yaymaq  imkanı  yarandı  [2].  Bu  imkanlar  material  müəlliflərinin 

maraqları  və  cəmiyyətin  yaradıcılıq  fəaliyyətinə,  ictimai  biliklərə  marağı  arasındakı 

kövrək tarazlığı təhlükə altında qoyur. 

Materialların  məhdudiyyətsiz  köçürülməsinin  qarşısının  alınması  və  eyni  zamanda, 

həmin  materiallardan  istifadə  imkanının  saxlanılması  İnternetin  tənzimlənməsi  ilə  bağlı 

ən çox baş sındırılan məsələlərdən biridir. Bu gün maraqları iri səsyazma və multimedia 

şirkətləri  tərəfindən  təmsil  edilən  müəlliflik  hüquqlarının  sahibləri  öz  hüquqlarını  daha 

fəal  şəkildə  qoruya  bilirlər,  nəinki  sıravi  istifadəçilər.  İctimai  maraqlar  isə  hələ  kifayət 

qədər dəqiq formalaşmayıb və lazımi səviyyədə qorunmur.  

İnternetdə  intellektual  mülkiyyət  hüquqlarının  qorunması  probleminə  qarşı 

mübarizə kompleks xarakter daşımalıdır. Bu, aşağıdakılarla əlaqədardır [8]: 

 

müvafiq hüquq pozuntuları təkcə İnternetdə yox, həm də digər İKT vasitələrində 



baş verir; 

 

bu vasitələrdən istifadə etməklə aşağıdakı hüquq pozuntuları törədilir: plagiatlıq; 



əqli  mülkiyyət  hüququ  obyektləri  ilə  qanunsuz  ticarət;  İnternet-mağazalar 

vasitəsilə icazəsiz məhsulların alqı-satqısı; 

 

ən  müxtəlif  əqli  mülkiyyət  hüququ  obyektləri  müvafiq  qanun  pozuntularının 



obyekti kimi çıxış edir; 

 

müvafiq qanun pozuntuları transmilli (qlobal) xarakter daşıyır; 



 

müvafiq  qanun  pozuntuları  bir  çox  hallarda  digər  ictimai-təhlükəli  əməllərlə  - 

ziyanlı  proqramların,  spamların  yayılması,  fərdi  məlumatların  işlənmə 

qaydasının pozulması və s. ilə müşahidə olunur. 



Kibercinayətkarlıqla mübarizə problemləri

 

İnternetin  unikal  texnoloji  xüsusiyyətləri  bir  sıra  cinayət  əməllərinin  həyata 

keçirilməsi  üçün  əlverişli  mühit  yaradır.  Qlobal  şəbəkənin  tənzimlənməsi  sahəsində 

hüquqi boşluqların olması bu cür neqativ halların qarşısının alınmasını xeyli çətinləşdirir. 

İnternet həm ənənəvi cinayətlərin daha rahat şəkildə həyata keçirilməsi, həm də yalnız bu 

qlobal şəbəkəyə məxsus olan, geniş ictimaiyyətə məlum olmayan yeni cinayət növlərinin 

reallaşdırılması üçün əlverişli mühit kimi çıxış edir [9]. 

İnternetin imkanlarından cinayətkar elementlər fəal şəkildə istifadə edirlər, terrorçu 

təşkilatların  narkotik,  silah,  reklamı  və  satışının  həyata  keçirildiyi,  pornoqrafik  



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

60                                                                  www.jpis.az 



 

materialların  yerləşdirildiyi,  həmçinin  irqçi,  millətçi,  ekstremist  yönlü  saytlar  qlobal 

şəbəkədə  geniş  yayılıb.  Bu  virtual  məkanda  cinayətlərin  yüksək  sosial  təhlükəliliyi 

transmilli  xarakter  daşıyır.  Yəni  müvafiq  fəaliyyətin  fəsadları  geniş  insan  dairələrini  və 

müxtəlif ölkələri əhatə edir.  

Artıq İnternetdən geniş istifadə edilən ölkələrdə kompyuter  sistemləri və İnternetlə 

bağlı  cinayət  əməlləri  ümumi  hüquq  pozuntuları  sırasında  mühüm  yer  tutur.  İnternet 

mühitində  cinayətkarlıq  hallarının  sürətlə  artması,  ilk  növbədə,  bu  qlobal  şəbəkənin 

xüsusiyyətləri  –  açıqlığı,  hamı  üçün  əlyetərli  olması,  heç  bir  dövlətin  və  ya  təşkilatın 

nəzarətində olmaması ilə bağlıdır. Həmçinin İnternetin fəaliyyəti ilə bağlı effektli hüquqi 

tənzimləmə  mexanizmlərinin  olmaması,  yurisdiksiya  probleminin  mövcudluğu,  eləcə  də 

hüquq-mühafizə  orqanlarının  hələ  bu  sahədə  peşəkar  olmamaları  kiberməkanda  cinayət 

əməllərinin sayının artmasına şərait yaradır.  

Bu gün istənilən dövlətin milli infrastrukturu İnternet şəbəkəsi ilə sıx bağlıdır. Ona 

görə  də  İnternet-cinayətkarlıq  hər  bir  dövlətin  milli  təhlükəsizliyi  üçün  ciddi  təhlükəyə 

çevrilib.  Lakin  İnternet  qlobal  xarakterə  malik  olduğu  üçün  heç  bir  dövlət  bu  sahədəki 

cinayətkarlıqla  təkbaşına  mübarizə  aparmaq  iqtidarında  deyil.  Ona  görə  də  İnternet-

cinayətkarlıqla  effektli  şəkildə  mübarizə  aparmaq  üçün  beynəlxalq  əməkdaşlıq, 

beynəlxalq-hüquqi tənzimləmə mexanizmlərinin işlənməsi, bütün dövlətlərin öz səylərini 

birləşdirmələri zəruridir [10].  

Kriminal faktlara dair statistik məlumatların təhlili də göstərir ki, kibercinayətkarlıq 

halları  digər  analoqları  ilə  müqayisədə  daha  sürətlə  artmaqdadır.  Ekspertlər  bunun  əsas 

səbəbi  kimi  cinayətkarların  minimal  risk  hesabına  vətəndaşlara  və  təşkilatlara  daha  çox 

maliyyə ziyanı vurmaq imkanını göstərirlər.  

Artıq  İnternet-cinayətlərin  ənənəvi  cinayət  hallarını  üstələyəcəyi,  iqtisadi  və  siyasi 

proseslərə  daha  geniş  şəkildə  təsir  edəcəyi  proqnozlaşdırılır.  Uğurlu  tənzimləmə  və 

mübarizə  siyasətinin  həyata  keçiriləcəyi  halda,  İnternet-cinayətkarlığın  artım  tempinin 

aşağı salınması da istisna edilmir.  

Kibercinayətkarlıqla  hüquqi  müstəvidə  mübarizəyə  başlanması  2000-ci  illərin 

əvvəllərinə  təsadüf  edir.  Beynəlxalq  təşkilatlar  ayrı-ayrı  dövlətlərə  tövsiyə  edirlər  ki,  öz 

cinayət qanunvericiliklərinə kibercinayətlər haqqında xüsusi müddəalar əlavə etsinlər. O 

cümlədən BMT-nin Baş Assambleyası tərəfindən bu istiqamətdə bir neçə qətnamə qəbul 

edilib.  Həmçinin  2003-cü  ildə  ATƏT  İnternet  dələduzluğu  ilə  mübarizədə  dövlətlərə 

kömək etmək məqsədilə müvafiq sahə üzrə əsas prinsiplər hazırlanır [11].  

2003-cü  ildə  Budapeştdə  Avropa  Şurası  tərəfindən  imzalanan  Kibercinayətkarlıq 

haqqında Konvensiya isə hələlik müvafiq sahədə ən mühüm sənəd kimi çıxış edir [8]. Bu 

Konvensiyaya  qoşulan  dövlətlər  müvafiq  qanunvericilik  aktlarının  qəbul  edilməsi  ilə  və 

beynəlxalq  əməkdaşlığın  möhkəmləndirilməsi  vasitəsilə  cəmiyyəti  kibercinayətlərdən 

qorumaq məqsədi daşıyan cinayət hüququ sferasında ümumi siyasətin aparılması barədə 

öhdəlik  götürürlər.  Bu  beynəlxalq  müqavilə  İnternet  infrastrukturunun  cinayət 

əməllərindən  qorunması  üzrə  ümumi  prinsiplərin  hazırlanmasına  yönəlib  və  qlobal 

şəbəkə ilə bağlı hüquq pozuntularının məhkəmə istintaqının prosedurunu müəyyən edir.  

Konvensiya  üzv  dövlətlərin  aşağıdakı  cinayət  növlərinin  milli  səviyyədə 

qanunvericilik aktlarına daxil edilməsini nəzərdə tutur: 

 

kompyuter  məlumatları  və  sistemlərinin  məxfiliyi,  bütövlüyü  və  istifadəsi  ilə 



bağlı cinayətlər; 

 



kompyuter vasitələrindən istifadə yolu ilə həyata keçirilən cinayətlər; 


İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      61 

 



 

məlumatların məzmunu ilə bağlı cinayətlər; 

 

müəllif  hüquqlarının  və  əlaqəli  hüquqların  pozulması  ilə  bağlı  hüquq 



pozuntuları. 

Elektron kommersiyanın tənzimlənməsi problemləri

 

İnternet  vasitəsilə  reallaşdırılan  elektron  kommersiyanın  inkişafını  ləngidən  əsas 

problemlərdən  biri  onun  hüquqi  tənzimlənməsi  ilə  bağlıdır.  Bu  sahədə  bütün  dövlətlər 

üçün  vahid  tənzimlənmə  siyasətinin  həyata  keçirilməsi  tələb  edilir.  Çünki  milli 

səviyyələrdə  qlobal  məkandan  təcrid  olunmuş  hüquqi  rejimlərin  müəyyən  edilməsi 

beynəlxalq elektron ödənişlərin həyata keçirilməsində hüquqi ziddiyyətlər yaradır.  

Bütövlükdə,  elektron  kommersiyanın  normal  fəaliyyətinin  və  inkişafının  təmin 

edilməsi  üçün  İnternetin  tənzimlənməsi  sahəsində  aşağıdakı  bir  sıra  məsələlərin  həlli 

vacibdir [12, 13]: 

 

genişzolaqlı  İnternetdən  istifadənin  və  keyfiyyətli  xidmətin  təmin  edilməsi 



multimedia  sahəsində  (məsələn,  audio-video  məhsulların  yayılması)  elektron 

kommersiyanın sürətli inkişafının ən vacib şərtlərindən biridir; 

 

internetin  təhlükəsizliyinin  təmin  edilməsi  elektron  kommersiya  mühitinin 



etibarlılığını və davamlılığını yüksəltməlidir; Bu, istehlakçıların müvafiq sahəyə 

etimadının möhkəmləndirilməsi üçün zəruri şərtlərdən biridir. 

 

informasiyanın şifrələnməsi maliyyə əməliyyatlarının həyata keçirildiyi şəraitdə 



kommunikasiyaların qorunması üçün olduqca vacibdir;  

 

yurisdiksiya  məsələlərinin  həlli  elektron  kommersiyanın  etibarlılığının  təmin 



edilməsi, xüsusən də, istehlakçı hüquqlarının qorunması baxımından vacibdir;  

 

qeyri-maddi  məhsullarla  bağlı  alqı-satqı  əməliyyatlarının  həcminin  artması  ilə 



əlaqədar əqli mülkiyyət hüququnun qorunması elektron kommersiya üçün xüsusi 

əhəmiyyət kəsb etməyə başlayır; 

 

elektron  imzadan  istifadə  alqı-satqı  əməliyyatlarının  həyata  keçirilməsini 



asanlaşdırır və identifikasiya problemini həll edir;  

 

elektron  kommersiya  prosesində  alıcılar  haqqında  çoxlu  informasiya 



toplandığına  görə  fərdi  məlumatların  qorunması  şəxsi  həyatın  müdafiəsi 

baxımından aktuallıq kəsb edir.  

Elektron  kommersiya  sahəsində  həllini  gözləyən  mübahisəli  məqamlardan  biri  də 

audio-məhsulun  alıcıya  necə  çatdırılmasından  (kompakt-diskdə  (maddi  forma)  və  ya 

İnternet  vasitəsilə  (qeyri-maddi  formada))  asılı  olaraq  onun  təsnifatının  dəyişib-

dəyişməməsi  ilə  bağlıdır  [2].  Son  nəticədə  eyni  audio-məhsul  onun  alıcıya  necə 

çatdırılmasından  asılı  olaraq  fərqli  əmtəə  statusu  alır  və  fərqli  vergi  və  gömrük 

ödənişlərinə cəlb edilir. Bu baxımdan,  müvafiq təsnifatın aparılması  çox vacibdir, çünki 

əmtəə və xidmət satışına müxtəlif hüquq normaları tətbiq edilir.  

Elektron  kommersiyanın  tənzimlənməsi  istehlakçıları  vicdansız  reklamdan, 

keyfiyyətsiz  əmtəə  və  xidmətlərdən,  oğurluqdan  və  şəxsi  maliyyə  məlumatlarının 

(məsələn,  ödəmə  kartları  haqqında  informasiyanın)  qanunsuz  ötürülməsindən  və  s. 

qorumalıdır  [14].  Elektron  kommersiyanın  yeni  səciyyəvi  xüsusiyyəti  istehlakçı 

hüquqlarının beynəlxalq səviyyədə qorunması zərurətidir. Halbuki bu xüsusiyyət ənənəvi 

ticarət üçün prioritet məsələ deyil. Əgər əvvəllər istehlakçılar beynəlxalq müdafiəyə nadir 

hallarda ehtiyac duyurdularsa, elektron kommersiyanın inkişafının nəticəsi kimi getdikcə 

daha  çox  ticarət  sövdələşmələri  milli  sərhədlərdən  kənara  çıxır.  Bununla  əlaqədar 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

62                                                                  www.jpis.az 



 

yurisdiksiya  ilə  bağlı  məsələnin  aktuallığı  artır.  Yəni  beynəlxalq  miqyasda  elektron 

kommersiyanın  tənzimlənməsi  problemlərinin  aradan  qaldırılması  İnternet-yurisdiksiya 

məsələləri həll edilmədən mümkün deyil [15]. 



Nəticə 

Beləliklə, yuxarıda qeyd edilən məsələlər İnternetin tənzimlənməsi zərurətini aktual 

məsələ  kimi  ortaya  qoyur.  İnternet  getdikcə  dövlətin,  cəmiyyətin,  insanın  fəaliyyət 

sferalarına daha geniş və daha dərin nüfuz etməyə başlayır. Gerçək dünyada olduğu kimi, 

virtual  məkanda  da  dövlətin,  cəmiyyətin  və  ayrı-ayrı  insanların  maraqları,  mənafeləri 

təmsil  olunur.  Nəzərə  alsaq  ki,  dövlətin  əsas  funksiyalarından  biri  ictimai  münasibətləri 

tənzimləmək,  vətəndaşların  hüquq  və  azadlıqlarını  təmin  etməkdir,  deməli,  İnternetin 

tənzimlənməsi  zəruri  məsələdir.  Lakin  İnternet  hər  hansı  bir  dövlətə  məxsus  olmadığı, 

bütün  dünyanı  əhatə  etdiyi  üçün  onun  ümumi  fəaliyyətinin  və  ayrı-ayrı  seqmentlərinin 

tənzimlənməsi  də  qlobal  miqyasda  həyata  keçirilən  bir  proses  olmalıdır.  Bunun  üçünsə 

milli  maraqlar  nəzərə  alınmaqla  bütün  dünya  dövlətlərinin  səylərinin  birləşdirilməsi, 

birgə  fəaliyyət  göstərmələri  vacibdir.  Əks  halda,  İnternetin  bütün  dünyaya  xidmət  edən 

qlobal şəbəkə kimi inkişafı, bütövlüyünün qorunması böyük problemə çevrilə bilər.  

Ə

dəbiyyat:  

1.

 



Наумов  В.Б.,  Право  и  Интернет:  Очерки  теории  и  практики,  М.:  Книжный  дом 

«Университет», 2002. 432 с. 

2.

 

Kurbalija  J.,  Gelbstein  E.,  Internet  Governance:  Issues,  Actors  and  Divides, 



DiploFoundation, 2005., 183 p. 

3.

 

www.iot-visitthefuture.eu/fileadmin/.../Directive_95_46_EC_part_2.pdf



 

4.

 



Хужокова  И. М. Право  на  неприкосновенность  частной  жизни  в  системе  прав 

человека // Сравнительное конституционное обозрение. 2007. № 2. 

5.

 

Серго А.С., Интернет и право, “Бестселлер”, 2003. – 272 с.  



6.

 

www.icann.org



 

7.

 



Савельев А.И., Гражданско-правовое регулирование договоров между клиентом 

и  Интернет-провайдером  в  сети  Интернет,  автореферат  диссертации  на 

соискание  ученой  степени  кандидата    юридических  наук,  Москва,  2008, 

http://law.edu.ru



 

8.

 



Бабкин  С.А.,  Интеллектуальная  собственность  в  Интернет.  Изд-во:  Центр 

ЮрИнфоР, 2006., 512 с. 

9.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.,  İnternet  fenomeninə  çoxaspektli  baxış.  Ekspress-



informasiya.  İnformasiya  cəmiyyəti  seriyası.  Bakı:  “İnformasiya  Texnologiyaları” 

nəşriyyatı, 2010,  96 s.             

10.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.,  İnternetin  tənzimlənməsi  problemləri.  Ekspress-



informasiya.  İnformasiya  cəmiyyəti  seriyası.  “İnformasiya  Texnologiyaları” 

nəşriyyatı, 2010, 115 s. 

11.

 

www.osce.org



 

12.


 

Богдановская  И.Ю.,  Правовое  регулирование  электронной  коммерции: 

зарубежная  практика,  Доклад  на  II  Всероссийской  конференции  «Право  и 

Интернет: теория и практика», 

www.ifap.ru

 

13.



 

Зажигалкин 

А.В., 

Mеждународно-правовое 



регулирование 

электронной 

коммерции,  Автореферат  диссертации  на  соискание  ученой  степени  кандидата 

юридических наук, 

www.russianlaw.net

 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      63 

 

14.



 

Пластинина Н.В., Дистанционные покупки., Изд-во: Дашков и К, 2009, 160 с. 

15.

 

Под  ред.  Попондопуло  В.Ф.,  Международное  торговое  право.,    М.:  Омега-Л, 



2005, 472 с. 

 

УДК



 004.738.5:351/354:34;341.9 

Махмудов

 Р.Ш. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

rasim72@gmail.com

 

Актуальные



 вопросы регулирование Интернета 

В  статье  исследуются  актуальные  проблемы  регулирования  Интернета.  В  том  числе 

анализируется  такие  проблемы  как  определение  Интернет-юрисдикции,  защита  личной 

жизни  и  персональных  данных,  определение  ответственности  Интернет-провайдеров, 

управление  системой  доменных  имен,  борьба  со  спамами,  защита  интеллектуальной 

собственности  в  виртуальной  среде,  киберпреступность,  регулирование  электронной 

коммерции.  Обосновывается  необходимость  регулирования  Интернета  для  решения 

данных проблем.  



Ключевые

  слова:  регулирование  Интернета,  Интернет-юрисдикция,  доменные 

имена,  Интернет-провайдер,  борьба  со  спамами,  киберпреступность,  электрон-

ная коммерция. 

 

Mahmudov R.Sh. 

Institute of Information Technology ANAS, Baku, Azerbaijan 

rasim72@gmail.com

 

Actual problems of regulation of the Internet 

The  article  deals  with  current  problems  of  Internet  regulation.  Problems  in  areas  suchas 

determination  of  Internet  jurisdiction,  protection  of  privacy  and  personal  information, 

determination  of  liability  of  Internet  providers,  management  of  domain  name  system,  fighting 

against  spam,  intellectual  property  rights  protection  in  virtual  space,  cyber  crime,  regulation  of 

electronic  commerce  has  been  analyzed  as  well.  The  necessity  of  internet  regulation  in  solving 

these problems is justified.  



Keywords: Internet regulation, Internet jurisdiction, domain names, Internet provider, 

spam fighting, cybercrime, e-commerce

 

 



Yüklə 162,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə