Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

 
44
müəyyən kollektivdə  qəbul edilmiş  əxlaq və davranış, 
hüquqi, texniki və s. normalar baxımından səciyyələndirilir. 
Aletik mümkünlük və  zərurilik obyektiv gerçəklikdə eləcə 
də yalnız təfəkkürdə anlayış kimi mövcud olan əşyaları 
bildirir. Başqa sözlə, modallığın bu növləri obyektiv 
əlaqələrin səciyyəsini göstərir: 
Er Kann diese Arbeit erfüllen (bu cümlədə müəyyən 
tapşırığın yerinə yetirilməsi işi yerinə yetirən şəxsin fiziki və 
psixi imkanları) 
Die Sonnenfinsternis soll morgen um 3 Uhr kommen (göy 
cismlərinin hərəkəti ilə  şərtlənən günəşin tutulmasının 
başlanması aletik zərurətdir). 
Deontik mümkünlük və zərurətə görə bu və ya digər işin 
reallaşdırılması  hər hansı norma və ya kiminsə  tərəfindən 
verilən icazə ilə  tənzimlənir. Deontik modallıq hər hansı bir 
şəxsin nəyə hüququ olduğunu, nəyi etməli olduğu və etməli 
olmadığını göstərir: 
Sie können diesen Brief morgen schreiben. Alle Kinder in 
der SU solen die Schule besuchen. 
Bəzən eyni cümlədə  həm aletik və deontik modallıq öz 
əksini tapır: 
İch Kann es tun, aber ich darf es nicht (d.h. ich bin 
imstange, es zu tun, aber ich habe keine Erlanbnis, es zu 
ten). Bu cümlədə aletik və deontik mümkünlük inkarda 
verilir. 
Gerçəklik – fikir subyekti (danışan, fikrləşən, yazan) 
nöqteyi-nəzərindən cümlə (hökm) məzmununun müvafiqlik 
dərəcəsini səciyyələndirən bir anlayışdır. 
Məlum oluduğu kimi idrak prosesi bir çox ardıcıl 
mərhələlərdə reallışır. Bunların hər birində bizim obyektiv 
gerçəklik haqqında biliklərimiz zənginləşir. Başlanğıc 
mərhələdə obyekt o qədər az öyrənilir ki, onun haqqında 
problem kimi fikir yürüdülür. Bu mərhələdə obyekt barədə 
verilən məlumat da müxtəlif dərəcəli problemaik gerçəkliklə 
səciyyələnir. Nəhayət, obyekt tam öyrənildikdən sonra onun 
haqqında verilən məlumat tam gerçək hesab olunur. 
İdrakın bu mərhələləri, təbiidir ki, dildə də öz əksini tapır. 
Müxtəlif mərhələlərdə gerçəkliyin  əksi də müxtəlif 
dərəcələrdə olur. Deməli, gerçəklik gah zəif, gah da güclü 


 
45
formalarda cümlə  çərçivəsində reallaşır. Bu güclü və  zəif 
inikas modal sözlər və vasitələrin köməyi ilə olur. 
Gerçəkliyin cümlə konstruksiyasında 
əksi müxtəlif 
dərəcələrdə olur. Əsasən, üç dərəcə göstərilir: sadə, 
problematik və  qəti. Bəzi dillərdə problematik və  qəti 
gerçəklik arasında da bir çox aralıq dərəcələrin mövcudluğu 
qeyd olunur. Sadə gerçəklik isə bu baxımdan istisna təşkil 
edir.  Əgər təsəvvür etsək ki, problematik gerçəklikdə  əks 
qütbdə böyük şübhə çaları, qəti gerçəkliklə  əks qütbdə isə 
az  (kiçik)  şübhə çaları yerləşir, onda gerçəkliyin modal 
şəbəkəsi bir xeyli genişlənmiş olar. Həmin şkalada gerçəklik 
danışanın onun reallığına inamı və şübhənin azalması sırası 
ilə istiqamətlənmiş olur. 
Müxtəlif sistemli dillərdə problematik və  qəti modallıq, 
əsasən, müvafiq modal mənalarını ifadə edən köməkçi 
sözlərin (hissəciklərin) və problematik gerçəkliyi əks etdirən 
analitik fel konstruksiyalarının köməyi ilə analitik yolla 
düzəlir. Müxtəlif dərəcəli sintetizmi olan flektiv dillərdə (rus, 
alman, ingilis, fransız və s. dillərdə) bu üsul yeganə hesab 
olunur. Modal sözlər cümlənin məzmununun danışan üçün 
nə dərəcədə gerçək olduğunu göstərən köməkçi sözlər kimi 
səciyyələndirilə bilər. Başqa sözlə, modal sözlər obyektiv 
əlaqələrin cümlə 
məzmununda gerçək 
əksolunma 
dərəcəsini göstərir. 
Dünya dillərinin  əksərində modal sözlərin iki semantik 
dərəcəsi (sinif və ya qrupu) göstərilir: 1) problematik 
gerçəklik bildirən modal sözlər 2) qəti gerçəklik bildirən 
modal sözlər. Hər bir dərəcə daxilində cümlənin 
məzmununun gerçəklik dərəcəsini detallaşdıran xüsusi 
yarımqruplar ayırmaq mümkündür. 
Alman dilində böyük şübhə, maksimal inamsızlıq bildirən 
problematik gerçəklik məzmunu bildirən modal sözlər 
aşağıdakılardır:  Kaum, schwerlich, unsicher, ungewib, 
zweifelhaft, fraglich, wenig, wahrscheinlich.  
Böyük  şübhə  və inamsızlıq bildirən modal söz 
birləşmələri isə aşağıdakılardır: sehr unsicher, sehr ungmib, 
stark bezweifelt. 
Danışanın verdiyi məlumata qəti inamını bildirən qəti 
gerçəklik mənası verən modal sözlər eyni tipli olub, çox vaxt 


 
46
sinonim cərgələr təşkil edirlər. Qətilik, inam və gerçəklik 
dərəcəsinə görə bu qəbildən olan modal sözləri üç semantik 
qrupa bölmək olar. Birinci qrupu təşkil edən söz və söz 
birləşmələri danışanın ilk əvvəllər tam əmin olmadığı, şübhə 
ilə yanaşdığı  və ya əvvəl deyilmiş  hər hansı bir fikrin 
təsdiqini bildirən və hazırda danışanın tam əmin olduğu 
məlumatı bildirir. 
İkinci qrupa daxil olan sözlər danışanın fikrini tam qəti 
olaraq təsdiq edən modal sözlərdən ibarətdir. Təsdiq olunan 
fikir heç bir şübhə yeri qoymayan, qanunauyğun, təbii bir 
prosesin nəticəsi kimi qəbul edilə bilər. 
Üçüncü qrup danışanın tam əminlik, qəti olaraq 
həqiqiliyinə inam ifadə edən modal söz və söz 
birləşmələrdən ibarətdir. 
Alman, ingilis, fransız və bir çox başqa dillərdə problema-
tik gerçəklik ifadə edən modal sözlərin ekvivalentləri analitik 
modal konstruksiyalar – köməkçi fel birləşmələri təşkil edir. 
Bunlara alman dilindəki  können, mögen, dürfen, sollen, 
woller tipli infinitiv tipli birləşmələri misal göstərmək olar. 
Danışıq dilində göstərilən modal birləşmələr çox vaxt 
sinoinm kimi işlənirlər. 
Sintetik və ya polisintetik aqqultinativ tipli (yapon, türk və 
s.) dillərdə problematik və  qəti gerçəklik mənaları sintetik 
yolla, morfoloci yolla əmələ  gəlir. Məlum olduğu kimi, türk 
dillərində, o cümlədən Azərbaycan dilində modallıq fel 
şəkilləri ilə, morfoloci yolla düzəlir. Sadə gerçəklik mənalı 
modal sözlər bütün dillərdə sintetik yolla-felin xəbər şəkli ilə 
düzəlir. Xəbər  şəklinin bütün formaları, onun bütün 
paradiqmaları sadə gerçəklik ifadə edir. Xəbər şəklində baş 
vermiş və ya gələcəkdə baş verəcək gerçək hadisə barədə 
danışan qrammatik subyekt (mübtəda)  və fel-xəbər 
arasında gerçəklikdə mövcud olan əlaqə  təsdiq edilir. Feli 
xəbərin iştirak etmədiyi cümlədə gerçəklik neqativ-morfoloci 
göstəricinin olmaması faktı ilə reallaşır. 
Bütün dünya dillərində felin xəbər  şəkli obyektiv 
modallığın formalarından biri olan gerçəkliyi ifadə edir. 
Rus və ingilis dillərində felin lazım  şəkli də obyektiv 
modallığın ifadəsinə xidmət edir. Lakin, felin lazım  şəkli 
problematik məna, ehtimal, inamsızlıq,  şübhə ifadə etmir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə