Азярбайъан милли елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/99
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13265
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

 
35
şahidliklə  və ya nəqli olaraq baş verməsini göstərməklə 
özündə subyektiv çaları saxlamış olur. Məsələn, danışanın 
baş verəcək hadisənin mütləqliyi və ya ehtimallı olması 
barədə düşüncələri qəti və ya qeyri-qəti gələcək zaman 
formalarında öz əksini tapır:  “Sabah mən Sizə  gələrəm” - 
cümləsində bir ehtimal, qeyri-əminlik varsa, “Sabah mən 
Sizə gələcəyəm” - cümləsində qətilik, mütləlqlilik çaları açıq-
aydın hiss olunur. 
Gələcək zamanın subyektiv çalar ifadə etməsi fikri Hind-
Avropa dillərinin materialları əsasında da sübut olunmuşdur. 
Alman dilində  gələcək zamanın I və II şəxs formaları 
ehtimali modallıq ifadə edirlər. Belə ki, alman dilində futurum 
I gələcək zamanı ifadə etsə də, indiki zamana aid edildikdə 
ehtimal çaları bildirirlər. Futurum II isə müasir alman dilində 
gələcək zamanı bildirməklə, keçmiş zamana münasibətdə 
ehtimal məzmunu bildirir. Qeyd etmək lazımdır ki, bu forma 
german dillərində böyük işləkliyə malikdir. Ona görə də çox 
vaxt bu formanı ehtimal mənası verən xüsusi fel şəkli hesab 
edirlər. 
H.Brinkman alman dilində futurumu gələcək zaman 
forması hesab etmir. O göstərir ki, futurum zaman forması 
danışanın təsvir etdiyi hadisə  məkanında baş verir, yəni 
burada zaman əslində danışan tərəfindən müəyyənləşdirilir. 
Məhz bu cəhətlərinə görə Brinkman futurumu “gözləmə 
şəkli” hesab edir (Modu der Erwartung) [173, s.325]. 
Fransız dilində xəbər şəklinin zaman formalarında modal 
mahiyyətli formalar vardır. Fransız dilində  futur keçmiş 
zaman bildirəndə bu forma passe  compose ilə üst-üstə 
düşür. Fərq zamanla deyil, qətilik və ya qeyri-qətiliklə 
müəyyənləşir.  Futur anterieur forması keçmiş zamana aid 
olub vaciblik və ya ehtimal bildirir [128, s.15]. 
Lakin keçmiş zaman ifadələrinin gələcək zamana aid 
edilməsi uyğunsuzluq törədir. Belə situasiyalarda futur 
anterieur zaman ifadə etmək qabiliyyətini itirir passe 
compose formasından yalnız modal cəhətlərinə görə 
fərqləndirilə bilər. Bu formanın modal mənasında ehtimal 
çaları özünü göstərir. Bir çox tədqiqatçılar bu formanı xüsusi 
fel şəkli suppositif hesab edirlər [128, s.15]. 


 
36
Mətn dilçiliyində son zamanlar mətnin təşkilində 
subyektiv amil araşdırma obyekti kimi diqqəti cəlb edir. Bu 
məsələ ilə bağlı  Ş.Ballinin, E.Benvenistin, V.Matezeinsun, 
V.V.Vinoqradovun və başqalarının fikirləri çox maraqlıdır. 
Məsələn,  məlum olduğu kimi, əlbəttə, həqiqətən, elə bilki, 
çox güman ki, şübhəsiz tipli sözlər mətndə subyektiv 
münasibəti formalaşdıran vasitələr kimi maraq doğurur. 
Ümumiyyətlə, modal sözlərin binar xüsusiyyəti hamı 
tərəfindən etiraf edilir. Yəni, istənilən cümlədə danışanın 
deyilən fikrə münasibətdə  əminliyi/qeyri-əminliyi öz əksini 
tapır. Məhz bu meyara görə bütün modal sözlər təsnif edilir. 
Elə bir semantik sahə  təsəvvür edilir ki, onun bir qütbündə 
əminlik, digər qütbündə isə ehtimal, qeyri-əminlik, tərəddüd 
durur. Bu iki qütb arasında bütün modal sözləri yerləşdirmək 
olar. 
Əminlik qütbünə yaxın olan sözlərdə tam əminlik ifadə 
olunursa, qütbdən uzaqlaşdıqca ehtimal, qeyri-əminlik artır. 
Məlum olduğu kimi bütün cümlələrdə modal sözlər işlənmir. 
Məhz bununla əlaqədar belə bir sual meydana çıxır: modal 
sözlərin işlənməsini  şərtləndirən hansı situasiyalardır? Nə 
zaman modal sözlərin cümlədə  işlənməsi zərurəti yaranır? 
Adi, təsviri mətnlərdə obyektiv reallıq bədii obrazlarda təsvir 
olunur və burada müəllif nitqinə, izahına ehtiyac duyulmur. 
Müəllif müdaxiləsinin, müəllif “mən”inin iştirak etdiyi 
mətnlərdə isə modal sözlərin işlənməsi zərurəti yaranır. 
Yazıçı  təhkiyəsində müəllifin mövqeyi, onun ayrı-ayrı 
personaclara, hadisələrə münasibəti öz əksini tapır. Belə 
məqamlarda oxucunun diqqətini cəlb etmək üçün hökmən 
modal ifadələrin işlənməsi yazıçı təhkiyəsinin canlı, cəlbedici 
və inandırıcı olması imkanı yaradır. Yazıçı-müəllif özünün 
şəxsi prizmasından, özünün subyektiv-modal 
münasibətlərini birbaşa ifadə edə bilər. Bu zaman mətn 
müəllifin hadisələri və insanları  şəxsi qiymətləndirmə 
meyarları ilə  səciyyələndirilir. Başqa hallarda mətn müəllifi 
şərhçi rolunda çıxış edir. Digər  şəxslərin mövqeyi və 
qiymətləndirilməsi baxımından insanları və hadisələri modal 
ifadələrdən istifadə etməklə qiymətləndirir. Bəzən mətn 
müəllifi ilə onun personacları, ünvan sahibləri ilə dialoq 


 
37
recimi yaradılır. Burada dialoq çərçivəsində modal 
münasibətlər açıqlanır. 
Modal sözlər daha çox faktların etibarsız təsir 
bağışlaması ilə əlaqədar olur. Belə hallarda müəllif nitqində 
“ehtimal ki”, “ola bilsin ki”, “ola bilməz ki”  və s. ifadələr 
işlənmiş olur. 
Müəllif mətnində  iştirak bəzən qısa izahatlardan ibarət 
olur. Bu və ya digər hadisənin təsviri prosesində müəllif ani 
olaraq öz izahatını verir, sonra yenidən müəllif  “məni” 
olmadan hadisələrin təsviri davam edir. 
Beləliklə, müəllif nitqinə daxil edilmiş modal sözlər mətn 
müəllifinin  “mən”inin ayrı-ayrı surətlərə, təsvir olunan 
hadisələrə münasibətini bildirməyə xidmət edən bir vasitə 
rolunu oynayır. Bu, modal sözlərin funksional aspektlərindən 
birinin aydınlaşdırılması baxımından əhəmiyyətlidir. 
Cümlənin modallığı  (təsdiq, inkarlıq, sual, əmr və s.) ilə 
aktual üzvlənmənin  əlaqəsi məsələləri böyük maraq 
doğurur. Məsələn:  “O, məktəbə getdi” cümləsini sual 
formasında işlədək.  “O hara getdi?” Burada “hara?” sual 
əvəzliyi qabaqcadan belə bir fikir yaradır ki, o (haqqında 
danışılan  şəxs) hara isə getməlidir. Konkret nümunədə bu 
“hara isə” ifadəsini  “məktəb” sözü əvəz edir. Bu tipli 
cümlələrdə modal suallıq müşahidə olunmur. Suallıq 
cümlədə modallıq çərçivəsindən kənarda durur. Cümlənin 
aktual üzvlənməsi baxımından  “o getdi” - tema, “hara” isə 
remanı göstərir. Burada remanı modal çərçivədə  təhlil 
etmək olar. Göstərilən nümunədə rema söyləmin assertiv 
hissəsinin məzmununu, tema isə presuppozisiyanın 
məzmununu ifadə edir. Deməli, göstərilən cümlə tipini 
ikimodallı, söyləmlərdən ibarət hesab etmək olar: 
pressupozisiya təsdiq modalından  (o getdi)  və xüsusi sual 
modallıqdan  (hara?)  təşkil olunmuşdur. Araşdırdığımız 
cümlədə  “hara?” sulanın cavabı  əsas informativlik nüvəsi 
hesab olunur. Bütövlükdə, struktur-semantik tamlıq təşkil 
edən cümlə  “hara?” sualına cavabda formalaşır, müəyyən 
məqsədi yerinə yetirmiş olur. Semantik cəhətdən bu cümləni 
aşağıdakı kimi komponentlərinə ayırmaq olar: “O hara isə 
getməlidir”. Bu barədə qabaqcadan belə bir etibarlı, səhih, 
inandırıcı məlumat vardır. Hara? sualı bu səhih və inandırıcı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə