Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

27

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 7. xaricdə işləyən azərbaycanlı miqrantın öz ailə üzvləri ilə son dəfə 

nə vaxt əlaqə saxladığı hallar

Ailə ilə əlaqələrin itirilməsi qadınlar üçün böyük təhdidlər yaradır. Bunun savadsız qadınlar 

üçün daha ciddi fəsadları olur, çünki onlar ərlərinin maddi dəstəyi olmadıqda adətən öz uşaqlarını 

saxlamaq üçün başqa gəlir mənbələrinə malik olmurlar və ailənin digər üzvlərinə baxmaq üçün iş 

tapmaqda çox cüzi imkanlara malik olurlar. Bundan başqa, ənənələrə uyğun olaraq qadınlara xaricdə 

işləyərək ailəsilə əlaqə saxlamayan və ya ailəsinə maddi kömək göstərməyən həyat yoldaşı ilə bo-

şanmaq prosesinə başlamağa icazə verilmir. Boşanma prosesinə başlamaq qərarı verən və xüsusilə 

də dini nikahda olan qadınlar həmin proseslə bağlı çətinliklərlə üzləşirlər (Fəsil III-ə baxın). Bu cür 

qadınlar boşandıqları halda əmlak bölgüsü ilə bağlı vəsatət qaldıra bilmirlər, belə vəsatət qaldırdıqda 

isə uzunmüddətli və mürəkkəb hüquqi və inzibati proseslərdən keçməli olurlar. 

Kənd yerlərində yaşayan qadınlar üçün yeni ailə qurmaq çox çətindir: “cəmiyyət bunu yaxşı 

qəbul etmir.” (II_E4 saylı mütəxəssis); “qadın hətta “qeyrət, namus üstündə” öldürülə bilər, çünki 

o,  namusunu təhlükə altına qoyur və ya buna bənzər bir şey və bu cür hallar geniş yayılmasa da 

bəzən baş verir” (II_E4 saylı mütəxəssis). Bu səpkidən olan patriarxal stereotiplər qadınlara psixo-

loji təsir göstərir.



2.4.  xaricdəki  azərbaycanlı  kişi  miqrantlar  tərəfindən Azərbaycanda  qalan  ailələrinə 

göstərilən yardım və bu ailələrin vəziyyəti

Sorğuda iştirak etmiş 56 ailədən yalnız 22-si miqrant ailə üzvlərindən maddi dəstək şəklində 

pul köçürmələri alırdı. Toplanmış məlumatlara görə vətəndə qalan ailələrinə köməklik göstərməyən 

xaricdəki miqrantlar ailə üzvlərilə əlaqələri itirmişdilər. Adətən öz ailələrilə əlaqəsi olmayan kişilər 

bu ailələrə maddi cəhətdən kömək də etmirlər. Eyni zamanda, vətəndə qalan ailə üzvlərilə əlaqə 

saxlayan miqrantların da böyük bir sayı ailə büdcəsinə maddi töhfələr vermir (Diaqram 8-ə baxın).




28

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 8. Öz ailəsi ilə əlaqələr kontekstində miqrant tərəfindən evə göndərilən pul köçürmələri

Diaqram 9. xaricdəki azərbaycanlı miqrantlar tərəfindən Azərbaycanda qalan 

ailələrinə pulların hansı tezliklə göndərilməsi

Sorğuda iştirak etmiş qadınların verdiyi məlumata əsasən miqrantlar tərəfindən köçürülən pu-

lun  məbləği  orta  hesabla  98  manata  bərabərdir  (minimum  3  manat,  maksimum  300  manat).  Bu 

məbləğ xaricdəki miqrantın gəlirinin təqribən 66%-i təşkil edir (minimum 2%, maksimum 100%-i). 

Pul köçürmələrindən faydalanan 22 ailədən 11-də bu vəsait ümumi gəlirin 100%-i təşkil edir. Digər 

11 ailədə isə pul köçürmələrinin gəlir strukturundakı faiz nisbəti 28-ə bərabərdir.

Öz  ailə  üzvlərinə  pul  göndərən  22  azərbaycanlı  miqrant  bunu  mütəmadi  qaydada  etmir. 

Kişilərdən yalnız 6-sı öz ailəsinə hər ay pul göndərir, 8-i bunu bir neçə ayda 1 dəfə, digərləri ildə 1 və 

ya 2 dəfə, hətta bəzən orta hesabla ildə 1 dəfədən də az edirlər (Diaqram 9-a baxın). Bu məlumatlar 

digər tədqiqatlardan irəli gələn məlumatlarla üst-üstə düşür və həmin tədqiqatlara əsasən ailə üzvləri 

üçün pul göndərənlərin əksəriyyəti (78%) bunu ən çoxu ildə 3 dəfə edir.

52

 



52     

A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının so-



sial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”, səh. 17. Aprel 2012-ci il.


29

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Pul  köçürmələri  alan  22  qadından  8-i  göndərilən  əmanətin  məbləğinin  əvvəlki  illərlə 

müqayisədə dəyişmədiyini bildirdiyi halda, qalan 14 qadın məbləğin azaldığını qeyd etmişdir. 

Ailənin şəraitindən asılı olaraq miqrasiyanın təsiri əhəmiyyətli dərəcədə dəyişir. Tədqiqat za-

manı əldə olunan məlumatlar sorğuda iştirak etmiş ailələrin orta aylıq gəlirinin 116 manata bərabər 

olduğunu göstərir (xaricdəki ailə başçıları/digər ailə üzvləri tərəfindən göndərilən vəsait və ailənin 

vətəndəki üzvlərinin qazancı, o cümlədən, sosial ödənişlər və maddi yardım). Kənd yerlərində ya-

şayanlarla müqayisədə şəhərlərdə yaşayanların orta aylıq gəlir səviyyəsi daha yüksəkdir (müvafiq 

olaraq təxminən 111 və 141 manat). Eyni zamanda, gəliri olmayan ailələr də mövcuddur. 

Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan ailələrinin çoxu yoxsulluq həddindən 

aşağı səviyyədə yaşayır. Sorğuda iştirak etmiş qadınların yarısından çoxunun gəliri aylıq yaşayış mi-

nimumunun yalnız 25%-i əhatə edirdi

53

  (Diaqram 10).



Xaricdəki  azərbaycanlı  miqrantların  Azərbaycanda  qalan  həyat  yoldaşlarının  yaşadıqları 

evlər çox aşağı səviyyədə təchiz olunub. Evlərin hamısı elektrik enerjisilə təmin olunsa və böyük 

əksəriyyətində (56 evdən 44-də) televizor olsa da, yalnız 38 evdə mobil telefondan istifadə olunur, 

33 evdə qaz plitəsi, 32 evdə soyuducu və ya dondurucu, 25 evdə qızdırıcı soba, 23 evdə hamam 

otaqları, 3 evdə isə ümumi həyət hamamları var. Evlərin yalnız 29-u təbii qazla, 24-ü su ilə təchiz 

olunub, 9-u isə kanalizasiya sisteminə qoşulub. Xaricdəki miqrantların vətəndə qalan həyat yoldaş-

larının yaşadıqları evlərdə paltaryuyan maşınlara, kompüterlərə, kondisionerlərə, internet xəttinə və 

avtomobillərə nadir hallarda rast gəlmək olar ki, qeyd olunan ilk üç cihaz müvafiq olaraq 14, 5 və 3 

ailədə mövcuddur. Sorğuda iştirak etmiş 1 nəfərin interneti birinin isə avtomobili var. 

2012-ci  ildə  həyata  keçirilmiş  Ev  Təsərrüfatlarının  Tədqiqatı  (ETT)  zamanı  toplanan 

məlumatlarla müqayisədə xaricdəki miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının yaşadığı 

evlərdə avadanlıqlara daha az rast gəlinir. ETT zamanı əldə olunmuş məlumatlar 100 evdə 105,5 

rəngli televizorun, 225,4 mobil telefonun, 73,9 paltaryuyan maşının, 27,1 avtomobilin, 31,2 kondi-

sionerin və 23,2 fərdi kompüterin olduğunu müəyyənləşdirmişdir.

54

 Bu bizim sorğuda iştirak etmiş 



miqrant ailələrin ölkə üzrə orta səviyyə ilə müqayisədə daha yoxsul olduğunu və avadanlıqlarla daha 

az təmin olunduğunu nümayiş etdirir.



Diaqram 10. Tədqiqatda iştirak etmiş ailələrin gəlir səviyyəsi

53     


Bu rəqəm 2012-ci il üzrə böyüklər, uşaqlar və yaşlılar üçün aylıq yaşayış minimumu (“http://en.apa.az/news/181046” 

saytı) və ailələr tərəfindən bəyan edilmiş aylıq əmək haqqı əsasında hesablanmışdır.

54     

2013-cü il iyulun 11-də baxılmış “http://www.stat.gov.az/source/budget_households/indexen.php.” saytı. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə