Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

25

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 6. Kişilərin nikahdan sonra 3 aydan çox müddətə xaricə getmə hallarının sayı 

Cədvəl 4. Azərbaycanlı miqrantların Azərbaycandan getməsi və Azərbaycana qayıtması müddətləri

56 qadından 32-i həyat yoldaşlarının xaricdə işləməsilə bağlı onların fikirlərini soruşduğunu 

bildirməklə  ailələrin  çoxunda  miqrasiya  etmək  haqqında  qərarın  qarşılıqlı  razılıq  əsasında  qəbul 

edildiyini və bu qərarın ailənin maddi rifahının yaxşılaşdırılması üçün yeganə imkan hesab olundu-

ğunu təsdiq etmişdir. 

Ölkədə qalan qadınların verdiyi məlumata əsasən azərbaycanlı miqrantlar təyinat ölkələrində 

yaşamaq üçün icazəyə malik olsalar da onların orada işləmək icazəsi yoxdur (sorğu zamanı 20 halda 

verilmiş məlumat). Miqrantlardan 7-si əmək müqaviləsi əsasında, 7-si əmək müqaviləsi olmadan 

işləyir, 2-si öz biznesini qurub, 1-i azadlıqdan məhrum edilib. Qadınlardan 19-u isə həyat yoldaşları-

Azərbaycanlı miqrantları təxminən 2 bərabər kateqoriyaya bölmək olar: daimi miqrantlar (25 

nəfər) və dairəvi miqrantlar (31 nəfər) (Cədvəl 4-ə baxın). Dairəvi miqrantların sayı nisbətən çox 

olsa da


51

, mövcud məlumatlar onlardan bəzilərinin müəyyən məqamda daimi miqranta çevrilərək 

bir daha öz vətənlərinə qayıtmadığını təsdiq edir. Belə miqrantların sayı kifayət qədər çoxdur (13 

nəfər), başqa sözlə, müsahibədə iştirak etmiş ailələrdə hər 4 miqrantdan biri. Miqrantların vətəndə 

qalan ailələrilə əlaqə saxlamaması riski miqrasiya müddətinin uzanması ilə artır.

51     


F.Vadean, M. Piraçia “Dairəvi miqrasiya və ya həmişəlik qayıdış: miqrasiyanın müxtəlif formalarını nə müəyyən 

edir?” Kent Universiteti, İqtisadi Sənədlərin Müzakirəsi Fakültəsi. KDPE 09/12, 2009-cu il.


26

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

nın xaricdə hansı işlə məşğul olmaları barədə heç bir məlumata malik olmadıqlarını bəyan etmişdir. 

Həyat yoldaşlarının xaricdə hansı işlə məşğul olduqlarını bilməyən qadınların çoxu 36-45 və 46-dan 

yuxarı yaşda idi və sözügedən kişilər 4 ildən çoxdur ki, xaricdədirlər. Həmin qadınların çoxu həyat 

yoldaşları ilə əlaqənin olmadığını və patriarxal ənənələrin hələ də mövcud olduğunu təsdiq etmişdir: 

“istənilən halda qadın ikinci dərəcəli və kişiyə tabe olmalı bir insan kimi qəbul olunur” (II_E4 saylı 

mütəxəssis). 

Bir sıra kişilərin təyinat ölkəsində inteqrasiya olunmaq tendensiyası onların həmin ölkənin 

vətəndaşlığına malik olması faktı ilə izah olunur. Həyat yoldaşlarının olduqları təyinat ölkələrinin 

vətəndaşlığına malik olmadıqlarını bildirən 27 qadınla müqayisədə 18 qadın öz həyat yoldaşları-

nın bu cür vətəndaşlığa malik olduqlarını bildirmişdir. Qadınlardan 12-nin öz həyat yoldaşlarının 

vətəndaşlığı ilə bağlı heç bir məlumatı yox idi. 

Öz  həyat  yoldaşlarının  söylədiklərinə  əsasən  vətəndaşlığı  olan  18  miqrantdan  17-si  kənd 

yerlərindən idi və çoxunun 1 və ya 2 uşağı var idi. 

Öz həyat yoldaşlarının təyinat ölkələrinin vətəndaşlığına malik olub-olmadığını bilməyən qa-

dınların təxminən yarısı onlarla xaricdə olduqları zaman əlaqə saxlamayıblar. XXI əsrdə vətəndə qa-

lan ailə üzvlərilə əlaqə saxlamamaq bunun üçün istəyin və ya miqrantların telefon danışıqları üçün 

xərcin  ödəmək  iqtidarında  olmadığını  nümayiş  etdirir  və  sonuncu  amil  daha  çox  yoxsul  ailələrə 

xasdır.


2.3. Qadınların xaricdə işləyən miqrant ərləri ilə əlaqə saxlaması

Tədqiqat zamanı sorğuda iştirak etmiş qadınların üçdə biri (18 nəfər) həyat yoldaşları xaricdə 

olduqları zaman onlarla əlaqə saxlamamışdırlar. Bu fakt əsasən miqrantların öz ailələrilə əlaqəni 

itirməsilə izah oluna bilər. Sözügüdən kişilərin 12-si bundan 4 il əvvəl xaricə getmişdir, 4-ü isə get-

diyi zaman 3-4 ilə  vətənə dönəcəyini bildirmişdir. Belə vəziyyətə düşmüş qadınlar kənd yerlərində 

yaşayır və 11 ildən artıqdır ki, ailə qurublar. 

Xaricdəki həyat yoldaşları ilə əlaqə saxlamış 38 qadından 14-ü bunu keçən həftə, 10-u har-

dasa 1 ay, 9-u  təxminən 3 ay, 4-ü 1 il əvvəl, 1 isə xatırlaya bilmədiyi tarixdə telefon vasitəsilə 

etmişdir (Diaqram 7-ə baxın). Əsas rabitə vasitələri mobil (22) və adi (16) telefonlardan ibarətdir.  

“E-mail”-dən, “Skype”-dan və sosial şəbəkələrdən istifadə olunmamışdır. Bunu proseslərin asan-

laşdırılması  üçün Azərbaycanda  müvafiq  resursların  çatışmazlığı  və  miqrantların  olduğu  təyinat 

ölkələrindəki amillərlə izah etmək olar. Sorğuda iştirak etmiş qadınlardan yalnız 5-nin kompüteri və 

sadəcə olaraq 1-nin internetə çıxışı var. 

Ailəsinin  digər  üzvlərilə  xaricə  getmiş  kişilər  vətənlərində  qalan  ailələrilə  bir  qayda  ola-

raq əlaqə saxlayırlar. Məlumatlar çox azsaylı bir kontingentdən topladığından hansısa ümumi bir 

qənaətə gəlmək mümkün deyil. Lakin müəyyən olunmuşdur ki, bir nəsildən təşkil olunmuş ailələr 

və “zəngin” miqrasiya təcrübəsinə malik kişilər öz ailə üzvlərilə əlaqələri itirməkdən ibarət daha 

yüksəksəviyyəli risklərlə üzləşirlər.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə