Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   15   16   17   18   19   20   21   22   23

49

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Yuxarıda qeyd olunan Məcəllənin 225.4-cü maddəsinə görə ər-arvaddan hər birinin əmlakı o 

halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin/

arvadın şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu 

(əsaslı təmir, yenidənqurma və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın 

razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

Həmin Məcəllənin 225.6-cı maddəsinə uyğun olaraq daşınmaz əmlaka birgə hüququ olan ərin/

arvadın razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlan-

mış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə 

məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin eti-

barsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin 

əvəzinin ödənilməsini tələb edə bilər.

Aydın məsələdir ki, miqrant əri xaricdə işləyən qadın birgə əmlak üzərindəki hüquqlarını (sat-

ma, icarəyə vermə, girov qoyma və s.) yalnız həyat yoldaşının notarial qaydada təsdiqlənmiş razılığı 

əsasında həyata keçirə bilər. Miqrant ərlə əlaqə mövcud olduqda o yaranmış vəziyyəti olduğu ölkədə 

verdiyi və notarial qaydada təsdiq olunmuş yazılı razılıq əsasında, həmçinin xüsusi prosedurlara əməl 

etməklə həll edə bilər (əgər aidiyyəti 2 ölkə arasında başqa hallar nəzərdə tutulmayıbsa). Bu cür 

əlaqələr və ya sözügedən miqrantın olduğu yer barəsində məlumatlar mövcud olmadıqda qadın birgə 

əmlak hüququ əsasında sözügedən mülkiyyətdən faydalana bilməz. Bu cür problemlər təcrübədə tez-

tez yaranır.



3.3. Sosial müdafiə və yardım

2005-ci il oktyabr ayının 21-də qəbul olunmuş və 2006-cı il yanvar ayının 1-də qüvvəyə min-

miş “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna və qanunun tətbiqi ilə bağlı qəbul edilmiş 

digər normativ hüquqi aktlara əsasən ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə göstərilir. Bu 

qanuna əsasən ünvanlı sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan (ailə üzvünün/üzvlərinin 

əmək qabiliyyətsiz olması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab 

edilməsi, azadlıqdan məhrum edilməsi və s.) səbəblərdən aşağı olan aztəminatlı ailələrə verilə bilər.

Miqrant ərləri xaricdə olan və onlarla faktiki nikah münasibətlərində olmayan qadınlar bu cür 

yardımla təmin olunma istiqamətində bəzi problemlərlə üzləşə bilərlər. Ünvanlı dövlət sosial yar-

dımı ailənin orta aylıq gəlirilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq 

məbləğində təyin olunur. Təcrübədə sözügedən qadınlar həyat yoldaşları ilə heç bir əlaqənin olmadı-

ğını və ya onlardan heç bir yardım almadığını sübuta yetirməlidirlər. Yuxarıda qeyd olunan Qərarın 

2.3.15-ci  bəndinə  əsasən  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  sosial  yardımın  alınması 

üçün aztəminatlı ailə başqa sənədlərlə yanaşı məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və ya-

xud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surətini təqdim etməlidir. Belə bir məhkəmə 

qərarı mövcud olmadıqda isə Nazirlər Kabineti Qərarının 2.3.16-cı bəndinə əsasən aztəminatlı ailə it-

kin düşmüş üzvünün axtarışda olması və ya olduğu yerinin məlum olmaması barədə müvafiq orqanın 

arayışını təqdim etməlidir. Təcrübədə bu cür qərarların və ya arayışların alınması çətin olduğundan 

ailə hansısa sosial yardım əldə etmək iqtidarında deyil.

Belə  olan  halda  müvafiq  qanunvericilik  bazasında  müəyyən  qaydalar  və  prosedurlar  nəzərə 

alınmalıdır. Qadınlar tərəfindən çoxsaylı arayışların və dəlillərin əldə olunması ilə bağlı bürokratik 

tələblər asanlaşdırılmalıdır.

Tələb  olunan  sənədlərin  hazırlanması/təqdim  olunması  istiqamətində  qadınların  üzləşdiyi 

problemlər həll olunandır. Bizim layihənin həyata keçirilməsi zaman xaricdəki azərbaycanlı miq-

rantların Azərbaycanda qalan həyat yoldaşları müvafiq hüquqi yardımdan faydalana bilmişdilər. La-

kin həmin qadınlar ünvanlı dövlət sosial yardımını almaq üçün tələb olunan sənədləri hüquqşünas 

tərəfindən baxılması üçün hələ təqdim etməyiblər. Bu isə onu göstərir ki, hətta müvafiq məsləhətlər 



50

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

verilsə belə qadınlar mövcud proseduru hələ də çox mürəkkəb hesab edirlər. Yuxarıda qeyd olunan 

bütün amilləri nəzərə aldıqda qadınların hüquqları, eyni zamanda, bu sahədəki problemləri həll etmək 

məqsədilə müvafiq müdafiə mexanizmləri və yardım vasitələri və s. məsələlər barədə biliklərinin 

artırılması tövsiyə olunur.

3.4. xaricə getmək istəyən azyaşlılarla bağlı problemlər

Azərbaycan  Respublikasının  müvafiq  qanunlarına  və  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycan Respublika-

sından getmək və Azərbaycan Respublikasına gəlmək hüququ verilir. Bu hüquqdan azad şəkildə 

istifadə etmək məqsədilə hər bir müstəqil dövlətin rəmzi olan xüsusi sənədin – Azərbaycan Res-

publikası vətəndaşının pasportunun tətbiqi nəzərdə tutulur. Vətəndaşlara pasportun verilməsi qay-

daları, xaricə daimi yaşayış üçün gedən vətəndaşların hüquqi vəziyyəti, əcnəbilərin Azərbaycan 

Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi qaydaları Miqrasiya Məcəlləsilə 

tənzimlənir. Bu Məcəlləyə əsasən yaşı 18-ə çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya 

qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq 

edilmiş razılığı ilə gedə bilər.

Valideynlərindən  birinin  razılığı  olmadıqda  yetkinlik  yaşına  çatmamış  vətəndaşın  ölkədən 

getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Yaşı 18-ə çatmamış vətəndaşın daimi yaşayış 

üçün ölkədən getməsi məqsədilə yalnız onun valideynlərinin hər birinin və ya qanuni nümayəndəsinin 

yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada 

təsdiq edilmiş razılığı tələb olunur.

Miqrasiya Məcəlləsinə əsasən valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı ilə uşaq-

ların xaricə aparılması (və ya göndərilməsi) onların müdafiə olunması üçün hüquqi bir tədbir kimi 

qəbul olunur və bu cür ciddi bir qaydanın olması müsbət hal hesab olunmalıdır. Lakin təcrübədə 

valideynlərdən birinin icazə verməkdən imtina etməsi və ya valideyn razılığının əldə edilməsinin qeyri-

mümkün olması ciddi problemlərə yol açır. Əksər hallarda xaricdəki miqrant kişilərin Azərbaycanda 

qalan  ailələri  oxşar  çətinliklərlə  üzləşirlər,  xüsusən  də  əgər  uşağın  xaricə  getməsi  təxirəsalınmaz 

bir  məsələdirsə  onun  həlli  ciddi  bir  problemə  çevrilir.  Bu  cür  təxirəsalınmaz  hallar  baş  verdikdə 

məhkəmənin müvafiq qərarını tez bir vaxtda əldə etmək üçün Mülki Prosessual Məcəllədə müəyyən 

dəyişikliklər edilməlidir.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə