Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

33

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Toplanmış məlumatlar xaricdəki miqrantların ölkədə qalan həyat yoldaşlarının öz səhhətlərilə 

bağlı həkimə/tibb bacısına baş vermiş miqrasiya prosesindən sonra ilk 6 ay ərzində müraciət etdiyini 

göstərir. Həkimə müraciət etmə halları qadınların ümumi səhhətindən asılıdır. Yaşı 35-dən aşağı (15 

qadından 10-u) və 46-dan yuxarı (15 qadından 9-u) olan qadınlar həkimlərlə daha çox məsləhətləşirlər, 

36-45 yaşında olan qadınlar isə (yalnız 26-dan 9-u) bunu nisbətən nadir hallarda edirlər.

Heç bir şübhə yoxdur ki, xaricdə yaşayan həyat yoldaşlarından ayrı düşmə, yaranmış vəziyyətin 

öhdəsindən gəlməklə əlaqədar yaranan stress, bütün ev işlərini görmək zərurəti və s. çətinliklər qadın-

ların ümumi səhhətinə mənfi təsir göstərir.

Xaricdə işləyən həyat yoldaşlarının yanına gedən qadınlar

Müsahibə  aparılmış  qadınlardan  20-si  xaricə  getdiyini  bildirmişdir.  Həmin  qadınlardan  11-i 

xaricdə 1 dəfə, digərləri isə ən azı 2 dəfə olub. Xaricə getməyin ən çox (11 qadın tərəfindən) hallandı-

rılan səbəbi  həyat yoldaşlarını görmək idi, digər 4 qadın öz həyat yoldaşı ilə xaricə getmişdir, 3 qadın 

müəyyən müddət ərzində xaricdə yaşadığını qeyd etmişdir. Xaricə getməyin digər səbəbləri müalicə, 

həyat yoldaşı ilə birlikdə işləmə və ya xaricdəki qohumlara baş çəkmə ilə əlaqədar idi (Diaqram 14).



Diaqram 13. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının 

səhhətilə bağlı vəziyyət (yaş qrupları üzrə)

Diaqram 14. Azərbaycanlı miqrantların həyat yoldaşlarının xaricə getmə səbəbləri


34

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 15. Azərbaycanda qalan qadınların xaricdəki azərbaycanlı miqrant ərlərinin 

qohumları ilə münasibətlərinin səviyyəsi 

Azərbaycanda qalan qadınların xaricdəki azərbaycanlı miqrant ərlərinin qohumları ilə 

münasibətləri

Azərbaycanda qalan qadınların xaricdəki azərbaycanlı miqrant ərlərinin (qadınlarla bir evdə ya-

şamayan) qohumları ilə münasibətləri əsasən “yaxşı” və ya “çox yaxşı” (26 qadın), “qənaətbəxş” (6 

qadın), “nə yaxşı, nə pis” (8 qadın) və ya “düşməncəsinə”dir (9 qadın). 6 qadın bu cür münasibətləri 

qiymətləndirməkdə çətinlik çəkmişdir, digər 7 qadın isə həyat yoldaşının qohumları ilə əlaqəni itir-

mişdir (Diaqram 15-ə baxın).

26 qadın, əsasən uzun müddət ərzində ərdə olanlar, bu qohumlardan əksər hallarda müəyyən 

problemləri həll etmək məqsədilə məsləhət formasında, nadir hallarda maddi yardım, uşaqlara baxmaq 

və ev işlərini görmək şəklində və çox nadir hallarda uşaqlara nə isə almaq və ya onların müalicələrinə 

yardım etmək qismində kömək görür. 

Maddi, psixoloji və tibbi çətinliklərlə yanaşı, qadın öz həyat yoldaşının ailəsilə münasibətlər 

baxımından da problemlərlə üzləşir və onun fikri bir çox hallarda icma tərəfindən nəzərə alınmır.



2.6. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan uşaqları və yaşlı ailə 

üzvləri və onların sosial inteqrasiyası

Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan uşaqları

Tədqiqatla əhatə olunmuş ailələrdən 50-də uşaqlar böyüyür: 14 ailədə 1, 23 ailədə 2, 9 ailədə 3, 

3 ailədə 4 və 1 ailədə 5 uşaq var. Bu uşaqların yaşı 1-dən 18-ə qədərdir. Məktəbəqədər yaşda uşaqlar 

böyüdən ailələrin sayı isə azdır – 14 ailə (Diaqram 16-a baxın).




35

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 16. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan uşaqlarının 

doğum illəri üzrə bölgüsü

Diaqram 17. xaricə nə vaxt getməsindən asılı olaraq orada işləyən azərbaycanlı miqrantların 

öz uşaqları ilə hansı dərəcədə maraqlanması

Qadınların verdiyi məlumatlara əsasən onların uşaqlarının miqrant ataları ilə münasibətlərini 4 

kateqoriyaya bölmək olar:

1. Dostluğa və qarşılıqlı inama əsaslanan yaxşı və ya çox yaxşı münasibətlər (26 ailədə),

2. “Nə isti, nə soyuq” münasibətlər (4 ailədə), 

3. Uzaq, “soyuq” və ya “çox soyuq” münasibətlər (8 ailədə),

4. Uşaqlar xaricdə işləyən ataları ilə ümumiyyətlə əlaqə saxlamırlar və bu uşaqların anaları da 

onların ataları barədə danışmırlar (12 ailədə).




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə