Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   15   16   17   18   19   20   21   22   23

44

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 25. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları 

üçün tələb olunan yardım

Baxmayaraq ki, kənd yerlərində məşğulluq imkanları məhduddur, burada sadalanan çətinliklərin 

öhdəsindən gəlmək üçün başqa bir çıxış yolu iş tapmaqdan ibarətdir. Kənd yerlərində yaşayan qadın-

ların təhsil səviyyəsinin aşağı olması onları ixtisas tələb etməyən və az ödənişli işləri qəbul etməyə 

məcbur edir. Bununla əlaqədar olaraq qadınlar üçün kiçik biznesi inkişaf etdirməklə onların məşğulluq 

imkanlarını genişləndirərək səlahiyyətlərinin artırılıması proqramlarına ehtiyac var.




45

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

III. AZƏRBAYCAN ReSPUBLİKASININ QANUNVeRİCİLİYİNƏ 

ƏSASƏN ƏMƏKÇİ MİQRANTLARIN HƏYAT YOLDAŞLARININ 

HÜQUQİ VƏZİYYƏTİ

Rəsmi  nikahda  olan,  lakin  faktiki  nikah  münasibətlərində  olmayan  qadınlar  bir  sıra  ciddi 

problemlərlə üzləşirlər. Bəzən bu problemlər həll olunmadıqda müvafiq qadınların və onların uşaqla-

rının həyatı üçün faciəli nəticələrə gətirib çıxarır. Əməkçi miqrantların həyat yoldaşlarının üzləşdiyi 

səciyyəvi hüquqi məsələlər aşağıdakılardan ibarətdir:

  Xaricdə işləyən kişi miqrantlar öz ailələrinə maddi kömək göstərmirlər;



  Qadınlar həyat yoldaşları, onların işi və ya sağ olub-olmaması barədə məlumatlara malik deyillər. 

Onların itkin düşməsi və ya ölümü barədə məhkəmə qərarı mövcud deyil;

  Həyat yoldaşları ilə heç bir əlaqəsi olmayan qadınlar bu cür nikahların qanuni yollarla pozul-



masında  çətinliklərə  rast  gəlirlər.  Onlar  nikahın  pozulmasına  nail  olsalar  da  əmlak  bölgüsü 

məsələlərində çətinliklərlə üzləşirlər;

  Faktiki münasibətlər olmadan rəsmi nikahın mövcud olması müvafiq qadınlara və onların ailə 



üzvlərinə müəyyən sosial müavinətlərdən faydalanması üçün maneələr törədir. Məsələn, bu ün-

vanlı dövlət sosial yardımı almaqda problemlər yaradır;

  Atanın  yaşayış  yeri  barədə  məlumat  olmadıqda  onunyaşı  18  çatmamış  uşaqlarının  (məsələn, 



təhsil almaq və ya müalicə olunmaq məqsədilə) xaricə getməsində müəyyən problemlər yara-

nır, çünki Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş 

ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş ra-

zılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, 

valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya 

qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin 

razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin 

qərarı əsasında həll edilir.

Müvafiq  milli  qanunvericilik  nəzərdən  keçirilərkən  öz  miqrant  ərlərilə  faktiki  əlaqələri  ol-

mayan  qadınların  daha  çox  üşləşdikləri  problemlərin  burada  sadalananlardan  ibarət  olduğu 

müəyyənləşmişdir: nikahın pozulması, (həyat yoldaşının yaşayış yerinin müəyyənləşdirilməsi və ya 

onun tərəfindən razılığın verilməməsi ilə bağlı problemlər səbəbindən) həyat yoldaşının razılığı ol-

madan uşağın xaricə göndərilməsi, dövlət tərəfindən verilən yardımlardan faydalanma (aztəminatlı 

ailələr üçün ünvanlı dövlət sosial yardımı) və birgə əmlak hüququnun həyata keçirilməsilə bağlı 

yaranan problemlər.

Bu  cür  problemlərin  mövcudluğu  bizim  layihə  çərçivəsində  21  ailəyə  hüquqi  yardımın 

göstərilməsi  zamanı  faktlar  əsasında  bir  daha  təsdiq  olunmuşdur.  Qadınların  çoxu  (18-i)  ünvan-

lı dövlət sosial yardımının əldə olunması, nikahin pozulması və/və ya aliment alınması (3 qadın), 

əlilliyi olan ailə üzvlərinə müavinətin ödənilməsi (1 qadın), uşağa doğum haqqında şəhadətnamənin 

verilməsi (1 qadın) və əvvəlki iş yerinə qaytarılması (1 qadın) ilə bağlı kömək istəmişdir. Bir neçə 

qadın konsultantlara çoxsaylı xahişlərlə müraciət etmişdir.



46

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

3.1. Nikaha xitam verilməsi

56

Xaricdəki miqrantların uzunmüddət ərzində özailələrilə əlaqə saxlamaması səbəbindən onla-

rın həyat yoldaşlarının bu cür miqrantlarla rəsmi şəkildə boşanması zərurətinin yarandığı tədqiqat 

zamanı bir çox hallarda müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq 

maddələrinə əsasən ər öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elanedildikdə nikaha xitam veri-

lir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət 

qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə 

bilər. 


Nikahın pozulması, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.  Eyni zamanda nikah müvafiq  məhkəmə qərarı 

əsasında pozulur.

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında 

müvafiq icra hakimiyyəti orqanında pozula bilər.

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi 

əsasında nikahın pozulması aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

• ər məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə,

• ər məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə,

Ərin/arvadın razılığı olmadıqda nikahın pozulması

Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən 

müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə tərəflərin barış-

ması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və onlar (onlardan 

biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Rəsmi şəkildə ölmüş elan edilən və ya itkin 

düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, ni-

kah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. Tərəflərdən 

biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

Cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşa-

yış yeri üzrə  yerli  özünü idarə  orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin 

məlum  olan  axırıncı  iş  yeri  üzrə  müdiriyyətin  məhkəmə  bildirişini  aldığını  təsdiq  edən  qeyd  ya-

zılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Dövlət mənafeyi 

ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəst etmə və ya səhhəti zədələmə, yaxud ailəni 

dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer 

məlum olmadıqda, məhkəmə hüquq mühafizə orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə 

borcludur.

56     


Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, “nikah” kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra 

hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Qeydiyyat İdarəsində) qeydiyyata alınan kö-

nüllü ittifaq kimi müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında “boşan-

ma” və “nikaha xitam verilməsi” anlayışlarının dəqiq hüquqi açıqlanması verilmir. Əksər hallarda bu iki termin bir qayda 

olaraq bir-birini əvəz etmək üçün istifadə olunur. Ailə Məcəlləsində istər “boşanma”, istərsə də “nikaha xitam verilməsi” 

anlayışları nikah bağlamış şəxslərin (ər-arvadın) evli olmasına xitam verildiyini təsvir etmək üçün istifadə olunur. Eyni 

zamanda nikaha xitam verilməsinin əsasları kimi ər/arvadın ölməsi, yaxud məhkəmə qaydasında ölmüş elan edilməsi, 

həmçinin ərin/arvadın və ya onların hər ikisinin ərizəsi, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan he-

sab edilən ərin/arvadın qəyyumunun ərizəsi göstərilir. Bu hesabatda da eyni mənaya malik olan həmin terminlər bir-birini 

əvəz etmək üçün istifadə olunur.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə