Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

6

2



.

 

Əlibəyli Sərdar Məhəmmədəli oğlu

Saxlanma

iyul 2013‐cü il



tarixi:

31


İttiham:

CM 221.


ilah qismində istifadə

edilən əşyaları tətbiq

3‐cü (xuliqanlıq, silahdan və ya s



etməklə törədildikdə) maddəsi

Saxlandığı yer:

14 saylı Cəzaçəkmə Müəssisəsi



İş üzrə qısa arayış:

Tənqidi materialların çap edildiyi “Nota Bene”

qəzetinin baş redaktoru olan cənab Əlibəyli iyulun 29‐da Xətai rayonu

ərazisində  yerləşən  260  saylı  məktəbin  həyətində  tanımadığı  Namiq

Əmirov adlı şəxslə mübahisə etməkdə və onu daşla vurmaqda ittiham

edilib.  Son  illər  ərzində  jurnalistlərə  və  fəallara  qarşı  istifadə  edilən  xuliqanlıq  ittihamı  ilə

jurnalist çayxanada polislər tərəfindən kobudluqla saxlanılaraq 37‐ci polis bölməsinə gətirilib və

onun  barəsində  2  günlük  tutma  qərarı  çıxarılıb,  avqustun  2‐də  isə  Xətai  rayon  Məhkəməsinin

hakimi  Habil  Məmmədov  onun  barəsində  2  aylıq  həbs  qətimkan  tədbiri  seçib.  Noyabrın  13‐də

Xətai rayon Məhkəməsi cənab Əlibəylini ağır cəzaya – 4 il müddətinə azadlıqdan məhrum etmə



cəzasına  məhkum  edib.  Bakı  Apellyasiya  Məhkəməsi  29  may  2014‐cü  il  tarixdə  bu  qərarı

dəyişdirmədən qüvvədə saxlayıb.

Redaktoru olduğu qəzet dəfələrlə hakimiyyətlə bağlı sərt tənqidi yazılar dərc edib, xüsusilə həbsi

ərəfəsində Prezident İlham Əliyevin ailəsinə məxsus bizneslə bağlı yazı və keçmiş müdafiə naziri

Rəhim  Qazıyevin  Əliyevə  tənqidlərlə  dolu  açıq  məktubu  çap  edilmişdir.  Bu  açıq  məktub  çap

edildikdən  sonra keçmiş  nazir Rəhim  Qazıyev  də saxlanılmış  və  polisdə ona  bu məktubla  bağlı

xəbərdarlıq edilmişdir.

Cənab Əlibəyli vətəndaş Namiq Əmirovun şikayəti əsasında həbs edilib, bununla belə jurnalist bu

adda insanı tanımadığını və buna görə də onunla heç yerdə görüşmədiyini bildirmişdir, istintaq

da  jurnalistlə  şikayətçi  arasında  görüşün  necə  baş  verməsi  ilə  bağlı  şikayətçinin  ifadəsindən

başqa  heç  bir  başqa  sübut  təqdim  etməmişdir.  Şikayətçinin  istintaqa  verdiyi  ilkin  ifadə  ilə

məhkəmədəki ifadələri arasında kəskin ziddiyyətlər olmuşdur.

Cənab  Əlibəyli  2009‐2010‐cu  illərdə  bir  neçə  dəfə  diffamasiya  ittihamı  ilə  azadlıqdan  məhrum

etmə  cəzasına  məhkum  edilmişdir,  bu  diffamasiya  işlərindən  ikisi  üzrə  şikayət  Avropa  İnsan

Hüquqları Məhkəməsinin icraatındadır. Baş redaktor Amnesty İnternational təşkilatı tərəfindən

vicdan  məhbusu  kimi  tanınıb

3

.  Onun  1‐ci  qrup  əlil,  ruhi  xəstə  olan  övladı  var,  həyat  yoldaşı



şləmir. ABŞ‐da yerləşən Jurnalistləri Müdafiə Komitəsi də bu həbslə bağlı öz narahatlığını ifadə

dib


i

4

e



3

http://bit.ly/1jYMJQI

4

http://bit.ly/1myrtFX




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

7

3



.

 

Əliyev Nicat Nazim oğlu

Saxlanma

012‐ci il



tarixi:

21 may 2


İttiham:

CM‐nin 167.2.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən



müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini  məzmunlu  başqa  məlumat

materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma),  234.1

(qanunsuz  olaraq  narkotik vasitələri,  psixotrop  maddələri  və  ya prekursorları hazırlama,  istehsal



etmə,  əldə  etmə,  saxlama,  daşıma,  göndərmə  və  ya  satma),  281.2  (bir

qrup  şəxs  tərəfindən  hakimiyyətin  zorla  ələ  keçirilməsinə,  zorla

saxlanılmasına  və  ya  Azərbaycan  Respublikasının  konstitusiya

quruluşunun  zorla  dəyişdirilməsinə  və  ya  ərazi  bütövlüyünün

parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu

materialları  yayma)  və  283.2.3‐cü  (mütəşəkkil  dəstə  tərəfindən  milli,

irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin

alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq

vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin

müəyyən  edilməsinə

informasiya vasitələ

 yönələn  hərəkətlər,  aşkar  surətdə  və  ya  kütləvi

rindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer:

Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)



İş  üzrə  qısa  arayış:

Cənab Əliyev dini yönümlü tənqidi

www.azadxeber.az

veb‐səhifəsinin

baş redaktorudur. Cənab Əliyevin həbsindən qabaq bu saytda hökumətin dini sahədə apardığı

siyasətini,  habelə  Avroviziya‐2012  mahnı  yarışmasına  həddən  artıq  maliyyənin  ayrılmasını,  o

cümlədən Bakıda gey‐paradın keçirilmə ehtimalını tənqid edən materiallar çap edilmişdir. Mahnı

yarışması ərəfəsində bu materialları, o cümlədən ruhanilər Abgül Süleymanov və Tale Bağırovun

çıxışlarını əks etdirən diskləri şəhərin müxtəlif yerlərində yaydıqdan dərhal sonra cənab Əliyev

və onunla birlikdə daha bir neçə nəfər şəxs həbs edilib.

Jurnalistə qarşı ilkin olaraq adətən fəallara qarşı “növbətçi” ittiham kimi istifadə edilən narkotik

maddə  ittihamı  irəli  sürülmüşdür.  Həbsindən  yalnız  8  ay  sonra,  2013‐cü  ilin  yanvarın  23‐də

Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi məhbuslar üzrə məruzəçi cənab Ştrasserin

siyahısının əleyhinə səs verdikdən və nəticədə məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra,

yanvarın  26‐da  cənab  Əliyevə  qarşı  daha  ağır  3  yeni  ittiham  irəli  sürülmüşdür.  Bakı  Ağır

Cinayətlər  Məhkəməsinin  9  dekabr  2013‐cü  il  tarixli  qərarı  ilə  cənab  Əliyev  10  il  azadlıqdan



məhrumetmə  cəzasına  məhkum  edilmişdir  (prokuror  öz  çıxışında  jurnalistin  məhz  10  il

azadlıqdan məhrum edilməsini istəmişdi ki, məhkəmə də bu istəyi olduğu kimi təmin etmişdir).

dən

Bakı  Apellyasiya  Məhkəməsi  27  iyun  2014‐cü  il  tarixdə  bu  hökmü  dəyişdirmə



qüvvədə

saxlamışdır.

Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  əməkdaşı  Nahid  Məmmədov  ekspert  kimi  işə  cəlb

edilib və yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar olduğunu müəyyən edib,

bununla  belə  ekspert  bu  nüansların  detallarını  məhkəmədə  izah  edə  bilməyib.  Belə  nüansların

olduğu  təqdirdə  həmin  çıxışlar  jurnalist  tərəfindən  deyil,  işdə  adı  keçməyən  başqa  şəxslər

tərəfindən  edilib,  bununla  belə  jurnalist  bu  cür  çıxışlar  etməkdə  təqsirli  bilinib.  Jurnalistin

evindən götürülən və dini ekstremizmi təbliğ edildiyi iddia edilən Ərşad Əzimzadənin “Möcüzəsiz

möcüzə” kitabı isə insan orqanizminin ac qalmaqla müalicəsi barədədir, kitab Azərbaycanda çap

edilib və rəsmi şəkildə qadağan olunmayıb, bununla belə ekspertiza bu kitabın idxal edildiyini və

dini  ekstremizmə  çağırışları  əks  edildiyi  barədə  jurnalistin  əleyhinə  olan  rəy  verib.  Məhkəmə

prosesində  ekspertiza  rəyi  elan  edilərkən  və  ekspert  suallara  cavab  verərkən  rəyin  sifarişlə

hazırlandığı  açıq  şəkildə  müşahidə  edilib.  Məhkəmə  prosesləri  zamanı  jurnalistin  özü,  o

cümlədən vəkili Yalçın İmanov da cənab Əliyevin həbs edilən zaman polis tərəfindən işgəncəyə

məruz qaldığını, ağır xəsarətlər verildiyini bəyan etsələr də, bu iddialar araşdırılmayıb.

Cənab Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty İnternational təşkilatı

jurnalistə qarşı ittihamları şübhəli adlandırıb

5

.



5

http://bit.ly/P8Z9vo




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə