Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

14

qarşı irəli sürülmüş bu cür ağır ittihamın nəyə əsaslanmasını və hansı ilkin sübutların olmasını



müəyyən etmək mümkün olmamışdır.

Bundan  əlavə  jurnalistin  Azərbaycana  verilməsi  faktiki  deportasiya  deyil,  ekstradisiya

olduğundan,  cənab  Mirqədirov  bu  məsələlərlə  məşğul  olmaq  üçün  Türkiyədən  olan  vəkilin

tutulması  üçün  vəsatətlə  çıxış  edib,  lakin  jurnalistin  adından  etibarnamənin  verilməsi  üçün

notariusun  təcridxanaya  buraxılması  istintaq  tərəfindən  qadağan  edilib,  bu  haldan  verilən

şikayətlər isə məhkəmələr tərəfindən əsassız olaraq təmin edilməyib.

Sərhədsiz  Reportyorlar,  Human  Rights  Watch,    ABŞ  Helsinki  Komissiyası,  Birləşmiş  Krallığın

Xarici İşlər Nazirliyi və digər təşkilatlar Rauf Mirqədirovun həbsi ilə bağlı öz narahatçılıqlarını

bildiriblər.    Cənab  Mirqədirov  ”Həsən  Bəy  Zərdabi"  və  Norveçin  Fritt  Ord  təşkilatı  ilə

Almaniyanın  Tsayt‐Ştiftunq  Fondunun  təsis  etdiyi  “Söz  azadlığı”  beynəlxalq  mükafatını  alıb,

2005‐ci  ildən  Azərbaycan  Respublikasının  əməkdar  jurnalistidir.  Əvvəllər  “Demokratik

Azərbaycan”, “Bu gün”, “Millət” kimi qəzetlərdə çalışıb.






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

15

10.



 

Mürsəlli Elsevər Nəsrəddin oğlu

Saxlanma

:

13‐cü il



tarixi 

3 oktyabr 20



İttiham:

CM‐nin  234.4.3‐cü  (satış  məqsədi  ilə  qanunsuz  olaraq



narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama,

hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud

qanunsuz  olaraq  na

külli miqdarda törəd

rkotik vasitələri və  ya  psixotrop  maddələri  satma,

ildikdə) maddəsi

Saxlandığı yer:

Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)



İş  üzrə  qısa  arayış:

Xaçmaz  rayonundan  olan  cənab  Mürsəlli  2013‐cü  il  9  oktyabrda

keçirilən prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə, xüsusən Facebook‐da aktiv fəaliyyətə

başlayıb,  hakimiyyət  əleyhinə  sərt  tənqidi  statuslar  paylaşıb,  o  cümlədən  əksər  müxalif

qüvvələrin  vahid  namizədi  olmuş  Cəmil  Həsənliyə  dəstək  verən  mövqe  nümayiş  etdirib,  onun

seçki təşviqat materiallarını sosial şəbəkələrdə yaymağa başlayıb.

Cənab Mürsəlli seçki günündən 6 gün əvvəl, yəni oktyabrın 3‐də Baş Mütəşəkkil Cinayətkarlıqla

Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmazda həbs edilib və Bakıya gətirilib, ona qarşı

digər sosial şəbəkə fəallarına olduğu kimi külli miqdarda narkotik maddə satışı ittihamı verilib.

Cinayət  işinin  materiallarında  ittihamı  sübut  edəcək  dəlillər  mövcud  deyil,  belə  ki,  narkotik

maddənin cənab Mürsəlli tərəfindən kimə satıldığı müəyyən edilməyib, sadəcə qeyd olunub ki,

cənab  Mürsəlli  yerdə  bağlamanın  olduğunu  görüb,  onu  götürüb  və  cibinə  qoyub,  sonra  məlum

olub  ki,  bu  narkotik  maddədədir.  Məhkəmə  prosesi  zamanı  ittiham  tərəfinin  şahidləri,  yəni

polislər  və  hal  şahidləri  narkotik  maddənin  tapıldığını  bildiriblər,  lakin  satış  məqsədi  ilə  bağlı

ümumiyyətlə heç bir araşdırma aparılmayıb. Cənab Mürsəlli Bakı Ağır Cinayətlər Məhkəməsinin

02 aprel 2014‐cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum

əməsi 0

edilmişdir. Sumqayıt Apellyasiya Məhk



3 iyul 2014‐cü il tarixində bu müddəti azaldaraq 2

ilə endirmişdir.

Sosial  şəbəkə  fəalı  həbs  edildikdən  sonra  saxlandığı  Bakı  İstintaq  Təcridxanasında  “Nida”

Vətəndaş Hərəkatının həbsdə olan fəalları ilə əyani tanış olub və Nidaya qoşulub, Mürsəlli barədə

ictimaiyyətə məlumat da məhz NİDA‐çılar tərəfindən 2014‐cü ilin mart ayında (həbsindən 5 ay

sonra) göndərilib. Cənab Mürsəllinin məsələsi ictimailəşən kimi, məhkəmə qeyri‐müəyyən tarixə

qədər təxirə saldığı məhkəmə prosesini təcili təyin edərək, hökmü elan edib.




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

16

1



1.

 

Ramazanov Rəşad Ağaəddin oğlu

Saxlanma

‐cü il


tarixi:

9 may 2013



İttiham:

CM‐nin  234.4.3‐cü  (satış  məqsədi  ilə  qanunsuz  olaraq



narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya

saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,

yaxud  qanunsuz  o

ə  ya  psixotrop

maddələri satma, kü

laraq  narkotik  vasitələri  v

lli miq

y

darda törədildikdə) maddəsi

Saxlandığı er:

2 saylı Cəzaçəkmə Müəssisəsi



İş üzrə qısa arayış:

Dindar olan cənab Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, xüsusən

Facebook‐da  (

https://www.facebook.com/HAQQINqulu777

)  hakimiyyətin  apardığı  siyasəti,

prezident də daxil olmaqla yüksək rütbəli məmurları tənqid edən mikrobloqlar paylaşırdı. Ona

da Azərbaycanda fəallara qarşı geniş şəkildə istifadə edilən narkotik maddə ittihamı irəli sürülüb.

Cənab  Ramazanov həbs edildikdən sonra qanunsuz olaraq 11 gün müddətində Daxili  İşlər

Nazirliyinin  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsində  saxlanılıb,  yerli  və  beynəlxalq

təşkilatların  çağırışından  sonra,  o,  istintaq  təcridxanasına  köçürülüb.  Tanınmış  vəkil  Aslan

İsmayılov  Ramazanovun  bu  idarədə  işgəncələrə  və  döyülməyə  məruz  qaldığını  bəyan  edib  və

bunun araşdırılması üçün müvafiq qurumlara müraciət edib, lakin bu iddialar nəinki araşdırılıb,

İsmayılovun  özü  polis  tərəfindən  saxlanılaraq  ona  bu  cür  bəyanatları  verməməsi,  əks  halda

n

ılov



a

cəzalandırılacağı  ilə  bağlı  xəbərdarlıq  edilib.  Bundan  bir  müddət so ra  isə  vəkil  İsmay

Vəkillər Kollegiyasınd n uzaqlaşdırılıb.

Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  13  noyabr  2013‐cü  il  qərarı  ilə  cənab  Ramazanov  9  il



müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi

u u


16 yanvar 2014‐cü il tarixində, Ali Məhkəmə isə 14 may 2014‐cü il tarixində bu hökmü old ğ

kimi qüvvədə saxlayıb.

Cənab Ramazanov Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb

11

.



11

http://bit.ly/1jYMJQI






Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə