Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

12

8.



 

Məmmədov Ömər Elyar oğlu

Saxlanma

:

tarixi 

24 yanvar 2014‐cü il



İttiham:

CM‐nin  234.4.3‐cü  (satış  məqsədi  ilə  qanunsuz  olaraq



narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama,

hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud

qanunsuz olaraq narkot  v

r



törədildik )

ə

ik asitələ i və ya psixotrop maddə ri satma,



külli miqdarda

də  madd si

Saxlandığı  yer:

3  saylı  İstintaq  Təcridxanası  (Şüvəlan

Təcridxanası)

İş üzrə qısa arayış:

Sosial şəbəkələrdə, xüsusən Facebook‐da fəal olan cənab Məmmədov bu

sosial şəbəkədə satirik “AzTV‐dən seçmələr” səhifəsinin yaradıcılarından və adminlərindən biri

olub.  Bloqu

10

 olan  cənab  Məmmədov  bir  qrup  gənclə  “Axın”  Hərəkatını  təsis  edib.  1995‐ci  il



doğumlu cənab Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının da üzvüdür.

Cənab  Məmmədov  2014‐cü  il  yanvarın  20‐də  axşam  saatlarında  Bakıya  qayıdıb  (o  Şimali  Kipr

Türk  Respublikasında  yerləşən  Beynəlxalq  Kipr  Universitetinin  tələbəsidir),  yanvarın  21‐də

səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, onun noutbukuna

baxış  keçirilib  və  sosial  şəbəkədəki  fəaliyyətini  bir  daha  yoxlayıblar,  müəyyən  ediblər  ki,  onun

artıq heç bir fəal onlayn fəaliyyəti yoxdur və bundan sonra cənab Məmmədov sərbəst buraxılıb.

Yanvarın 24‐də isə, o, mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə

İdarəsinə aparılıb, burada onun üzərindən 6 qram heroin aşkarlandığı iddia edilib və ona qarşı

ü

ü

ü



ittiham  s rül b.  Həmin  g nü  Nəsimi  rayon  Məhkəməsinin  qərarı  ilə  blogger  barəsində  3  aylıq

həbs qətimkan tədbiri seçilib.

2013‐cü  ilin  noyabrında  Facebook‐da  olan  “Yaltaqlara  dur  deyək”  səhifəsinin  admini  Əbdül

Əbilov  həbs  edilən  zaman  cənab  Məmmədov  polis  tərəfindən  axtarılıb,  onun  Bakıda  olmadığı

müəyyən  edildikdən  sonra  bloggerin  atası  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinə

çağırılıb. Bloggerin Facebook‐dakı fəaliyyətinə görə onun atasına təzyiqlər edilib, hətta atasının

telefonu  ilə  Kiprdə  olan  cənab  Məmmədovla  telefon  əlaqəsi  yaradılıb,  ondan  bütün  işlətdiyi

səhifələrdən  uzaqlaşması  tələb  olunub.  Cənab  Məmmədov  hazırda  7  üzvü  saxta  ittihamlarla

həbsdə olan “NİDA” Hərəkatının fəal üzvlərindən biri olub, özünə və yaxınlarına edilən təzyiqlər

nəticəsində  bu  təşkilatdan  uzaqlaşsa  da,  həbs  edildikdən  sonra  yenidən  ora  qayıtdığını  bəyan

edib.  Blogger  4  iyul  2014‐cü  il  tarixdə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  qərarı  ilə  5  il

müddətinə azadlıqdan məhrum edilmişdir.

10

http://bit.ly/1o7W7rs






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

13





9.

 

Mirqədirov Rauf Həbibulla oğlu

Saxlanma

i:

prel 2014‐cü il



tarix 

19

a



İttiham:

CM‐nin


274  (Dövlətə  xəyanət,  yəni  Azərbaycan  Respublikasının  suverenliyi,  ərazi

toxunulmazlığı,  dövlət  təhlükəsizliyi  və  ya  müdafiə  qabiliyyəti  zərərinə  olaraq  Azərbaycan

Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən

tərəfinə  keçmə,  casusluq,  dövlət  sirrini  xarici  dövlətə  vermə,

Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda

xarici dövlətə, təşkilata

o

n

ə

və ya nların nümayə dələrinə köm k etmə)

maddəsi

Saxlandığı  yer:

M

T



a

illi


əhlükəsizlik  Nazirliyinin  İstintaq

Təcridxan sı



İş üzrə qısa arayış: 

Uzun  illər  ərzində  rus  dilində  çap  edilən

“Zerkalo”  qəzetinin  əməkdaşı  olan  cənab  Mirqədirov  2010‐cu

ildən  Türkiyədə  bu  qəzetin  müxbiri  kimi  işləməyə  başlayıb.    Cənab  Mirqədirov  regiondakı

vəziyyət, Ermənistan‐Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın müdaxiləsi, Azərbaycan

hakimiyyətinin mövqeyinin anal  edildiy  yazıla la tanınıb.

iz

i

r



Cənab  Mirqədirov  2014‐cü  il  aprelin  19‐da  “deportasiya”  adı  ilə  Türkiyədən  çıxarılaraq

Azərbaycana  göndərilib.  Türkiyə  rəsmiləri  cənab  Mirqədirovun  deportasiyasına  qərar

verməmişdən  bir  neçə  gün  əvvəl  jurnalistin  Türkiyədə  akkreditasiyasını  ləğv  ediblər.  Cənab

Mirqədirov Azərbaycana çatan kimi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs

edilib.  O,  2008‐ci  ildən  Ermənistana  casusluq  etməkdə  ittiham  edilərək  barəsində  3  aylıq  həbs

qətimkan  tədbiri  seçilib.  MTN‐in  istintaq  təcridxanasında  saxlanılan  cənab  Mirqədirov  bəyan

edib  ki,  o,  Sülh  və  Demokratiya  İnstitutunun  Azərbaycan‐Ermənistan  münaqişəsinin  həlli  üzrə

xalq  diplomatiyası  layihələri  çərçivəsində  dəfələrlə  Ermənistanda  olub,  həmişə  də  həmin

tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə edib və heç vaxt Azərbaycanın maraqlarına qarşı

çıxmayıb, eyni zamanda ona qarşı irəli sürülmüş ittihamları qondarma adlandırıb. Hakimiyyətin

həmişə  hədəfində  olan  Sülh  və  Demokratiya  İnstitutunun  sədri  Leyla  Yunus  da  bu  iş  üzrə

dindirilmək  üçün  faktiki  olaraq  ölkədən  buraxılmayıb,  onun  və  həyat  yoldaşının  pasportları

əllərindən alınıb, saatlarla ifadəsi alınıb, evində və ofisində axtarış həyata keçirilib, 30 iyul 2014‐

cü ildə isə həbs edilib (onun həbsi barədə bu hesabat a ayrıca məlumat yerləşdirilib).

d

Cənab  Mirqədirovun  çalışdığı  “Zerkalo”  qəzetinin  ofisində  axtarış  aparılıb,  sənədlər  və  baş



redaktor Elçin Şıxlının kompüteri götürülüb, bundan sonra qəzet faktiki olaraq çap versiyasının

buraxılmasını  dayandırıb.  Jurnalistin  heç  vaxt  yaşamadığı  valideynlərinin  də  evində  axtarış

aparılıb və axtarışdan bir gün sonra onun atası Həbibulla Mirqədirov dünyasını dəyişib, jurnalist

3 gün müddətinə dəfndə və yas mərasimlərində iştirak etmək üçün evə buraxılıb.  

Jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi və ümumilikdə ona qarşı ittihamın irəli

sürülməsi qanunvericiliyin bir sıra müddəalarının pozulması ilə müşayiət edilməkdədir. Jurnalist

barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  dəyişdirilməsi  ilə  bağlı  verilmiş  apellyasiya

şikayətinə baxılan prosesdə iş üzrə cinayət‐prosessual rəhbərliyi həyata keçirən prokuror deyil,

Baş  Prokurorluğun  başqa  bir  əməkdaşı  iştirak  etmişdir,  halbuki  cinayət‐prosessual  rəhbərliyi

həyata  keçirən  prokurorun  bu  prosesdə  iştirakı  qanunla  tələb  edilir.  Belə  ki,  həmin  prokuror

həbs  barədə  təqdimatı  məhkəmə  prosesi  zamanı  əsaslandırmalıdır.  Məhkəmə  həbs  qətimkan

tədbirini seçmək üçün istintaq orqanı tərəfindən təqdim edilən ilkin sübutlara istinad etməlidir,

bu sübutlar cinayət işinin materialları hesab olunur və qanunvericiliyə görə həm təqsirləndirilən

şəxsin, həm də onun müdafiəçilərinin bu materiallarla tanış olmaq hüququ olsa da, məhkəmə bu

materialları nə jurnalistə, nə də onun vəkillərinə təqdim etməyib. Başqa sözlə desək, jurnalistə



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə