Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

4

Hesabat  tanınmış  hüquq  müdafiəçiləri  Leyla  Yunus  və  Rəsul  Cəfərovun



ekspertlər,  hüquqçular,  vəkillər,  hüquq  müdafiəçiləri  və  ictimai  şəxslərin    daxil

olduğu işçi qrupunun iştirakı ilə hazırladığı birgə siyasi məhbuslar siyahısından

ibarətdir, eyni zamanda aşağıda imza atan QHT təmsilçilərinin, hüquqşünasların

ə  vəkillərin  vahid  mövqeyini  əks  etdirən  sənəddir  (imzalanma  ardıcıllığı  ilə

v

verilir):

1. Sülh və Demokratiya İnstitutu ‐ Leyla Yunus

2. Rəsul Cəfərov, hüquq müdafiəçisi

3. Demokratik Təşəbbüslər İnstitutu / Institute for Democratic Initiatives(IDI), Akif Qurbanov

4. Naxçıvan Demokratiya və QHT‐lərin İnkişaf Resurs Mərkəzi ‐ Məlahət Nəsibova

5. Azərbaycan Miqrasiya Mərkəzi, Əlövsət Əliyev, hüquqşünas,

6. Xalid Bağırov, vəkil

7. Siyasi Azadlıqları Müdafiə Alyansı, Şahvələd Çobanoğlu

8. Erkin Qədirli, hüquqşünas

9. Yalçın İmanov, vəkil

10. Bölgələrdə İnsan Hüquqlarının Monitorinqi İctimai Birliyi, Elman Abbasov

11. Əlayif Həsənov, vəkil

12. Günay İsmayılova, hüquqşünas

13. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Samir Kazımlı

14. Fariz Namazlı, vəkil

15. Siyasi Məhbuslarsız Azərbaycan İctimai Birliyi, Elşən Həsənov

16. Demokratiya və Medianın İnkişafına Dəstək İctimai Birliyi, Aynur İmranova

17. Leyla Mədətli, hüquqşünas.

18. Əsabəli Mustafayev, vəkil

19. Ənnağı Hacıbəyli, hüquqşünas

20. Cavad Cavadov, vəkil

21. Şəhla İsmayıl, hüquq müdafiəçisi

22. Samirə Ağayeva, hüquqşünas

23. Gülnarə Axundova hüquq müdafiəçisi

24. Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq hüquq Təşkilatı, Mətləb Mütəllimli.

25. Regional İnsan Hüquqları və Maarifləndirmə İB, Lətafət Məlikova

26. Helsinki Vətəndaş Assambleyası Azərbaycan bölümü, Arzu Abdullayeva

27. Nemət Kərimli, vəkil

28. Fuad Ağayev, vəkil

QEYD: Yeni siyasi məhbuslar olduqda onların da işi öyrənilərək bu siyahıya

əlavə ediləcək.
































“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

5

A.



 

Jurnalistlər və bloggerlər

1

.

 

Əbilov Əbdül Əbdülmanaf oğlu

Saxlanma

2013‐cü il



tarixi:

22 noyabr



İttiham:

CM‐nin 234.4.3‐cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop



maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud

qanunsuz  olaraq  narkoti

itə

a



törədildikd

d

k  vas ləri  və  y psixotrop  mad ləri  satma,



külli miqdarda

ə) ma dəsi 

Saxlandığı  yer:

Bak


a

ı  İstint q  Təcridxanası  (Kürdəxanı

Təcridxanası)

İş  üzrə  qısa  arayış:

31  yaşlı  cənab  Əbilov  həbsindən  əvvəl

Facebook  sosial  şəbəkəsində  populyar  olan  və  populyarlığı  artan

“Yaltaqlara  Dur  Deyək”  səhifəsinin,  o  cümlədən  digər  sosial

şəbəkələrdə  müxtəlif  tənqidi  səhifələrin  admini  olub.  Cənab  Əbilov  9

oktyabr  2013‐cü  il  tarixdə  keçirilən  Prezident  seçkilərindən  sonra

Facebook‐da  seçki  saxtakarlıqları  ilə  bağlı  səhifə  də  yaradıb  və  onu  həbs  edilənə  qədər  idarə

edib, bu səhifədə seçkilərdə saxtakarlıqları göstərən foto və video materiallar, o cümlədən digər

sənədlər  geniş  şəkildə  yayılmışdır.  Noyabrın  22‐də  Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil

Cinayətkarlıqla  Mübarizə  İdarəsinin  əməkdaşları  tərəfindən  həbs  edilən  sosial  şəbəkə  fəalı  bu

idarəyə  aparılıb.  Onun  barəsində  3  aylıq  həbs  qətimkan  tədbiri  saxlanmasından  bir  gün  sonra,

yəni  noyabrın  23‐də  Nərimanov  rayon  Məhkəməsi  tərəfindən  seçilib,  o  bu  qərardan  sonra

istintaq  təcridxanasına  göndərilməli  olan  halda  yenidən  polis  idarəsinə  gətirilib  və  qanunsuz

əhkə


olaraq  noyabrın  27‐ə  kimi  burada  saxlanılıb.  Bakı  Apellyasiya  M

məsinin  hakimi  Həsən

Əhmədov noyabrın 29‐da həbs tədbirinin seçilməsi barədə qərarı qüvvədə saxlayıb.

Cənab  Əbilovun  evdə  olan  gödəkçəsinin  cibindən  narkotik  maddə  ‐  4  qram  heroinin  tapıldığı

iddia  olunub  (bu  ittiham  son  bir  neçə  il  ərzində  çoxsaylı  fəallara  qarşı  istifadə  edilir)  və  evdə

axtarış  aparan  polislər  evə  gəldikdən  sonra  ilk  olaraq  cənab  Əbilova  məxsus  noutbuku

götürüblər. Bir neçə saat sonra isə Facebook‐da cənab Əbilovun admini olduğu “Yaltaqlara Dur

Deyək” səhifəsi bağlanıb. Əbilov həbs olunan gün onun evdə olan qaynı Ramil Əhədov da polis

idarəsinə  aparılıb.  İdarədə  ondan  Facebook‐da  olub‐olmadığını  soruşublar,  lakin  sonradan  heç

bir izahat almadan sərbəst buraxıblar.

Noyabrın 29‐da keçirilən məhkəmə zamanı cənab Əbilov çıxış edərək bildirib ki, ona açıq şəkildə

Facebook‐dakı yazılarına görə həbs edildiyini deyiblər. O, küçədə qandallanaraq polis tərəfindən

evlərində  axtarış  aparmaq  üçün  ora  gətirildiyini,  evdə  çox  adamın  olduğunu  görüb  narkotik

maddəni  evə  yox,  evdə  otaqlardan  birində  asılan  gödəkçədən  tapıldığını  iddia  edərək

sənədləşdirdiklərini,  polis  idarəsində  psixoloji  təzyiqlərə  məruz  qaldığını,  döyüldüyünü  və

bununla  da  öz  əleyhinə  etirafedici  ifadələr  verməyə  məcbur  olunduğunu  vurğulayıb.  Əbilovun

ğunu, cənab Əbilovun heç bir mötəbər sübut

yaxınları və vəkili Elçin Sadıqov da işin siyasi oldu

olmadan həbs edildiyini bildiriblər.

Cənab Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2014‐cü il tarixli qərarı ilə 5 il 6 ay



müddətinə azadlıqdan məhrum edilmişdir.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə