Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

17

1



2.

 

Yaqublu Tofiq Rəşid oğlu

Saxlanma

:

2013‐cü il



tarixi 

04 fevral



İttiham:

CM‐nin  220.1‐ci  (zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın  məhv



edilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları  təşkil  etmə  və  ya  belə

iğtişaşlarda  iştirak  etmə)  və  315.2‐ci  (xidməti  vəzifələrini  yerinə

yetirməsi  ilə  əlaqə

sinə  qarşı  həyat  və

sağlamlıq üçün təhl

dar  hakimiyyət  nümayəndə

ükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer:

Şəki Penitensiar Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Cənab  Yaqublu  “Yeni  Müsavat”  qəzetinin

əməkdaşı, o cümlədən müxalifətdə olan Müsavat Partiyasının Başqan

müavinidir.  Mütəmadi  olaraq  həm  çalışdığı  qəzetdə,  həm  də  sosial

şəbəkələrdə,  xüsusən  Facebook‐da  tənqidi  yazılarla  çıxış  edirdi,  o

cümlədən siyasi fəaliyyətlə də məşğul olurdu.

2013‐cü il yanvarın 23‐də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası tələbi ilə

etirazlar  keçirilmiş,  etirazlar  qarşıdurmalara  gətirib  çıxarmışdır.  Cənab  Yaqublu  hadisədən  bir

gün sonra yanvarın 24‐də müxbir kimi İsmayıllı rayonuna səfərə gəlmiş, şəhər mərkəzində polis

tərəfindən saxlanılaraq məcburi şəkildə Bakıya geri qaytarılmışdır.

Cənab Yaqublu məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs edilmişdir.

Yanvarın  26‐dan  etibarən  ölkədə  yayımlanan  telekanalların  əksəriyyəti  Baş  Prokurorluq  və

Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının

sədri  İlqar  Məmmədov  və  jurnalist,  Müsavat  Partiyasının  Başqan  müavini  Tofiq  Yaqublunun

b

səbəb olduğunu bildirərək təqsirsizlik prezumpsiyasını pozmuş və cəna Yaqublunu cinayətkar



adlandırmışlar.

Yanvarın  29‐da  cənab  Yaqublu  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  dair  İstintaq  İdarəsinə

çağırılıb, onun İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst buraxılıb. Fevralın 4‐də

yenidən  istintaqa  çağırılan  cənab  Yaqublu  barəsində  Nəsimi  rayon  Məhkəməsinin  qərarı  ilə  2

aylıq həbs qət‐imkan tədbiri seçilib, bu həbs indiyə qədər davam edir.

Cənab  Yaqublu  İsmayıllı  rayonuna  “Yeni  Müsavat”  qəzetinin  təqdim  etdiyi  ezamiyyə  vərəqəsi

əsasında  bu  qəzetin  müxbiri  kimi  səfər  edib,  şəhərin  mərkəzində  digər  jurnalistlərlə  birgə

müşahidə  apardıqdan  sonra  polis  tərəfindən  saxlanılaraq  İsmayıllı  rayon  Polis  Şöbəsinin  rəis

müavini  Şöhrət  Kərimovun  yanına  aparılıb,  qısa  söhbətdən  sonra  Yaqublu  sərbəst  buraxılıb  və

polisin  müşayiəti  ilə  rayonu  tərk  edib.  Cənab  Yaqublunun  şəhərin  mərkəzində  durması  və

polislər tərəfindən saxlanılması, o cümlədən həmin vaxt heç bir aksiyanın və ya zorakılığın baş

vermədiyi jurnalistlər tərəfindən çəkilmiş kadrlarda da aydın şəkildə görünür. Məhkəmə zamanı

istintaq cənab Yaqublu ilə eyni ittihamın irəli sürüldüyü İlqar Məmmədovla nə İsmayıllıya səfər

etdikdən  qabaq,  nə  də  İsmayıllıda  olarkən  görüşdüyünü  və  cinayət  planlaşdırdığını  sübut  edə

bilməyib.

Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Yaqublunu tanımadıqlarını məhkəməyə

nlərə qarşı heç

bildiriblər. Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilə

bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.

Cənab Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014‐cü il qərarı ilə 5 il müddətinə



azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.  

Cənab  Yaqublu  Amnesty  İnternational  təşkilatı  tərəfindən  vicdan  məhbusu  kimi  tanınıb

12

.

Avropa  Şurasının  İnsan  Haqları  üzrə  Komissarı  öz  hesabatında  jurnalistə  qarşı  irəli  sürülmüş



ittihamın  inandırıcı  olmadığını  vurğulamışdır

13

.  Avropa  İnsan  Haqları  Məhkəməsi  cənab



Yaqublunun həbsi ilə bağlı verilmiş şikayəti icraata götürüb.

12

http://bit.ly/1gJG6nt



13

http://bit.ly/1gpkKdm






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

18

1



3.

 

Zeynallı Əvəz Tapdıq oğlu

Saxlanma tarixi 

28 oktyab

1 ci il

İttiham:

CM‐nin  213.1‐ci  (vergidən  yayınma),  306‐cı  (məhkəmə  qərarlarını  icra  etməmə)

311.3.3  (külli  miqd

ü  (hədə‐qorxu  tətbiq  olunmaqla  rüşvət  alma)

maddələri

:

r 201 ‐


arda  rüşvət  alma)  və  311.3.4‐c

Saxlandığı yer:

10 saylı Cəzaçəkmə Müəssisəsi



İş  üzrə  qısa  arayış:

.  Cənab  Zeynallı  “Günaydın”,  “P.S.”,  “Millətin  səsi”  qəzetlərinin  yazarı,

“Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002‐ci ildən isə “Xural” qəzetinin təsisçisi

və  baş  redaktorudur.  “Xural”  qəzeti  son  dövrlərdə  hakimiyyəti  və

hakim siyasəti tənqid edən az sayda qəzetlərdən biri idi. Bu qəzetdə

Prezident  Administrasiyasının  rəhbəri  Ramiz  Mehdiyev,  Aparatın

ictimai‐siyasi  şöbəsinin  müdiri  Əli  Həsənov,  Kütləvi  İnformasiya

Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli barədə

tənqidi  məqalələr  dərc  edilirdi.  Həbs  edilməmişdən  az  öncə  “İlham

Əliyev müstəqilliyə qarşı” başlıqlı məqalə ilə baş redaktor Prezident

Əliyevi  kəskin  şəkildə  tənqid  etmiş  və  onun  xalqdan  üzr  istəməli

olduğunu bildirmişdi

14

.  


Cənab Zeynallı bu tənqidi yazılara görə mütəmadi şəkildə rəsmilər

tərəfindən  məhkəmələrə  cəlb  edilib  və  müxtəlif  təzyiqlərə    məruz  qalıb.    Baş  redaktorun

həbsindən təxminən 1 ay əvvəl hakimiyyətdən asılı olan Mətbuat Şurası “Xural” qəzetini “reket”

qəzeti elan edib. Qəzetə qarşı çoxsaylı iddialar qaldırılıb və məhkəmə tərəfindən qəzetin ödəmək

imkanı  olmadığı  yüksək  cərimələr  müəyyən  edilib.  Cənab  Zeynallının  həbsindən  bir  müddət

əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetini məhkəməyə verib

və  məhkəmə  Mehdiyevin  iddiasını  təmin  edərək  qəzeti  10.000  AZN  cərimələyib.  Qəzet  təkzib

versə də, PA rəhbəri cərimənin ödənilməsini tələb etməkdə davam edib. “Xural” qəzeti məhz bu

kimi cərimələri ödəyə bilmədiyi üçün Ədliyyə Nazirliyinin icraçıları 20 oktyabr 2011‐ci il tarixdə

(cənab Zeynallının həbsindən 8 gün əvvəl) qəzetin redaksiyasında olan əmlakı müsadirə ediblər

ki, nəticədə qəzetin çapı dayandırılıb.

Bundan  qısa  müddət  sonra  isə  baş  redaktor  Milli  Məclisin  deputatı  Gülər  Əhmədovanın  (bu

vəzifədən  uzaqlaşdırılıb)  şikayəti  əsasında  Baş  Prokurorluğun  Korrupsiyaya  qarşı  Mübarizə

idarəsi  tərəfindən  həbs  edilib.  Deputat  cənab  Zeynallının  ondan    rüşvət  istədiyini  iddia  edib.

Sonradan  cənab  Zeynallıya  qarşı  istintaq  yeni  maddələr  üzrə  də  ittihamlar  irəli  sürüb.  Cənab

Zeynallı 12 mart 2013‐cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə



azadlıqdan  məhrum  edilib,  Bakı  Apellyasiya  Məhkəməsinin  13  may  2013‐cü  il  tarixli,  Ali

Məhkəmənin  isə  11  sentyabr  2013‐cü  il  tarixli  qərarları  ilə  əvvəlki  hökm  dəyişdirilmədən

qüvvədə saxlanılıb.

 

Jurnalistin  həbsinə  səbəb  olmuş  deputat  Əhmədova  özü  2013‐cü  ilin  fevralında  həbs  edilib.



Azərbaycan  Beynəlxalq  Universitetinin  sabiq  rektoru  Elşad  Abdullayev  (Fransada  mühacirət

həyatı  yaşayır)  xanım  Əhmədovanın  ondan  deputat  ola  bilməsi  üçün  1  milyon  ABŞ  dolları

istədiyini göstərən video

15

yayıb. Bu video əsasında deputata dələduzluq ittihamı irəli sürülüb



və  o,  məhkəmənin  qərarı  ilə  3  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Həbs  olunandan  sonra

xanım  Əhmədova  mətbuata  verdiyi  açıqlamalarda

16

 cənab  Zeynallının  onun  tərəfindən  həbs



etdirilmədiyini söyləyərək, faktiki olaraq sifarişi icra etdiyini etiraf edib.

 


14

http://bit.ly/1caETyL

15

http://bit.ly/1f7C9Cr



16

http://bit.ly/1pBvfeK






Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə