Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

8

4



.

 

Həşimli Pərviz Kamran oğlu 

Saxlanm

abr 2013‐cü il



a tarixi:

17 senty


İttiham:

CM‐nin 206.3.2‐ci (qabaqcadan əlbir olan bir qrup şəxs



tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1‐ci

(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu



silah, onun komplekt hissə



rs

ə, sax

ləri


lərini  döyüş su atını əldə etm

lama,

daşıma) maddə

Saxlandığı  yer:

Bakı  İstintaq  Təcridxanası  (Kürdəxanı

Təcridxanası)

İş üzrə qısa arayış:

“Bizim yol” qəzetinin əməkdaşı və

www.moderator.az

xəbər saytının, o

cümlədən hüquq müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri

olan  cənab  Həşimli  sentyabrın  17‐i  axşam  saatlarında  Milli  Təhlükəsizlik  Nazirliyinin  (MTN)

əməkdaşları  tərəfindən  saxlanılıb,  onun  evində  və  əməkdaşı  olduğu  “Bizim  yol”  qəzetinin

redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və digər əşyaları müsadirə

edilib.  MTN  jurnalistin  evində  axtarış  zamanı  silah‐sursatın  tapıldığını  bildirib.  Yayılan  rəsmi

məlumatda  o  da  bildirilib  ki,  cənab  Həşimli  digər  təqsirləndirilən  şəxs  Təvəkkül  Qurbanovla

birlikdə qabaqcadan əlbir olaraq satış məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və

a

döyüş surs tını qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana



keçirib, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar.

Jurnalistin  (eyni  zamanda  hüquq  müdafiəçisi)  barəsində  sentyabrın  18‐də  Səbail  rayon

Məhkəməsinin  qərarı  ilə  2  aylıq  həbs  qətimkan  tədbiri  seçilib,  o,  məhkəməyə  nümayişkaranə

tərzdə  ‐  başına  torba  salınmış  vəziyyətdə  gətirilib.  Bu  məhkəmə  zamanı  cənab  Həşimli

saxlanılarkən  kobud  rəftar  nəticəsində  ayağından  zədə  aldığını,  MTN‐də  işgəncə  veriləcəyi  ilə

hədələndiyini  bildirib.  Jurnalistin  həbs  edildiyi  gün  onun  evində  axtarışı  MTN‐nin  çoxsaylı

əməkdaşı aparıb, evdə cənab Həşimlinin hamilə həyat yoldaşının və onun 5 yaşlı qızının olmasına

baxmayaraq, MTN əməkdaşları silahlı olublar və axtarış zamanı silahları yığışdırmayıblar, axtarış

haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə pəncərədən

içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin içində işlək vəziyyətdə

təhlükəsizlik  kameralarının  olduğunu  aşkarladıqdan  sonra  bu  kameralar  sındırılıb.  Axtarış

zamanı  jurnalistin  həyat  yoldaşı  qonşularının,  o  cümlədən  artıq  mənzilin  yaxınlığına  gələn

jurnalistlərin evə dəvət olunmasına çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən

və evin qapıları dərhal açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini

gözləyən jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah‐sursatın atıldığını bildirib.

Jurnalist  onun  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  artırılması  və  verilən  şikayətlər

zamanı keçirilən bütün məhkəmə proseslərində MTN‐nin İstintaq Təcridxanasında tək kamerada

saxlandığını,  ona  qarşı  müxtəlif  təzyiqlərin  olduğunu,  prinsipial  mövqeyi  olan  vəkildən  imtina

etməsi  üçün  ərizə  yazdırmaq  istədiklərini,  gecə  otaqda  işığın  söndürülmədiyini  bildirmişdir.

Bununla  belə,  Amnesty  International  təşkilatı  tərəfindən  vicdan  məhbusu  kimi  tanınan

jurnalistin  bütün  bu  şikayətlərinə  həm  məhkəmə  tərəfindən,  həm  də  jurnalistin  və  onun

yaxınlarının müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır

6

.

ır C



t

ə

fevralında göndərilmişdir və



Novruz Kərimov təyin edilib.

Cənab Həşimlinin işi Bakı Ağ

inayə lər Məhk məsinə 2014‐cü ilin

bu işə baxmaq üçün hakim kimi əvvəllər MTN‐nin müstəntiqi olmuş

ənab  Həşimli  bu  hakimin  15  may  2014‐cü  il  tarixli  qərarı  ilə  8  il  müddətinə  azadlıqdan

əhrumetmə cəzasına məhkum edilmişdir.

C

m

6

http://bit.ly/1jDfTch






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

9

5



.

 

Quliyev Araz Faiq oğlu

Saxlanm

ntyabr 2012‐ci il



a tarixi:

9 se


İttiham:

CM‐nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt



hissələrini,  döyüş  sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün

döyüş  sursatı  istisna  olmaqla),  partlayıcı  maddələr  və  qurğular  əldə

etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə),  233

(ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə  və



ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya

dini  nifrət  və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin

alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı

olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya

üstünlüklərinin  müəyyən  edilməsinə  yönələn  hərəkətlər,  aşkar  surətdə  və  ya  kütləvi  informasiya

vasitələrindən  istifadə  olunmaqla  törədildikdə),  315.2  (hakimiyyət  nümayəndəsinə  qarşı

müqavimət göstərm

ü (Azərbaycan Respublikasının Dövlət bayrağı



və ya Azərbaycan Re

ə və ya zor tətbiq etmə) və 324‐c

spublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer:

14 saylı Cəzaçəkmə Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Cənab Quliyev Masallıda yerləşən

www.xeber44.com

internet qəzetin

baş  redaktorudur,  bu  saytda  yayılan  məqalələr  əsasən  hakimiyyətin  din  sahəsində  apardığı

siyasətin  tənqidinə,  o  cümlədən  Masallı  rayonunda  olan  sosial  problemlərə  həsr  edilirdi.  Bu

saytdakı fəaliyyətinə görə cənab Quliyev həbs edildiyi tarixdən əvvəl də dəfələrlə polis bölməsinə

aparılıb,  ona  fəaliyyətinin  dayandırmalı  olduğu  barədə  xəbərdarlıq  edilib.  Bu  cür  xəbərdarlıq

yerli  icra  hakimiyyəti  tərəfindən  də  dəfələrlə  olunub.  Həbsindən  2  gün  əvvəl,  yəni  2012‐ci  il

sentyabrın 6‐da cənab Quliyev və onunla birlikdə olan Masallı sakini cənab Ağalı Rza Qorxmaz

oğlu  polis  və  mülki  geyimdə  olan  şəxslər  tərəfindən  saxlanılaraq  döyülüblər  və  Masallı  rayon

Polis  Şöbəsinə  aparılıblar.  Onlar  rəis  müavini  Əlifağa  Kazımovun  göstərişi  ilə  gecə  saat  03.00

radələrində sərbəst buraxılıblar.

Sentyabrın 8‐də isə saat 21 radələrində cənab Quliyev digər Masallı sakini Tahirov Ziya İbrahim

oğlu ilə birlikdə Masallıda keçirilən folklor festivalı çərçivəsində Nizami parkında təşkil edilmiş

diskotekaya etiraz ediblər və tənqidi material hazırlamaq məqsədilə əlavə məlumat almaq üçün

təşkilatçıları  axtarmağa  başlayıblar.  Lakin  ərazidə  olan  polislər  hər  iki  şəxsi  ərazidən

uzaqlaşdırıb. Bundan 2 saat sonra yenə həmin əraziyə qayıdan cənab Quliyev və cənab Tahirov

diskotekanın sona çatdığını və park ətrafında yalnız polis maşınının olduğunu görmüşlər. Polis

maşını  onlara  yaxınlaşmış  və  rəis  müavini  Əlifağa  Kazımov  onlarla  30  dəqiqəyə  qədər  söhbət

etdikdən  sonra  ərazini  tərk  etmişdir.  Bundan  dərhal  sonra  25‐30  nəfərlik  mülki  geyimli  dəstə

əraziyə gələrək onları təhqir etməyə və daş atmağa başlamışdır, az sonra hadisə ərazisinə gələn

polislər  hər  iki  şəxsi  döyərək  həbs  etmişlər.  Jurnalistə  qarşı  xuliqanlıq  və  polisə  müqavimət

maddələri  ilə  ittiham  irəli  sürülmüşdür.  Jurnalistin  həbsindən  yalnız  11  gün  sonra,  yəni

sentyabrın  20‐də  onun  evində  axtarış  aparılmış  və  evdən  cənab  Quliyevə  məxsus  olan

qumbaranın  tapıldığı  iddia  edilmişdir.  2012‐ci  ilin  dekabrında  cənab  Quliyevə  qarşı  baş

redaktoru  olduğu  internet  qəzetdə  yayılan  məqalələrdə  dini  düşmənçiliyin  salınması,  ictimai

asayişin pozulması, silah saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli

sürülmüşdür. Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013‐cü il qərarı ilə 8 il

müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmişdir.  Şirvan  Apellyasiya

Məhkəməsi  09  yanvar  2014‐cü  il,  Ali  Məhkəmə  04  iyul  2014‐cü  il  tarixində  hökmü

dəyişdirmədən qüvvədə saxlamışdır.

Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin edilmədən aparılıb,

axtarış  zamanı  hal  şahidi  kimi  iştirak  etmiş  şəxslərin  məhkəmədə  verdiyi  izahatlarla  istintaqa

verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə araşdırması zamanı məlum olub ki, hal

şahidlərindən biri Şirəliyev Nahid nə oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə