Azərbaycanda



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

29

İttiham: Cinayət Məcəlləsinin 192.2.2‐ci(qanunsuz



sahibkarlıq külli miqdarda gəlir əldə etməklə

törədildikdə), 213.1‐ci Xeyli miqdarda vergiləri və ya

məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən

yayınma), 308.2‐ci (Vəzifə səlahiyyətlərindən sui‐

istifadə ağır nəticələrə səbəb olduqda və ya seçkinin

referendumun) nəticələrinə təsir məqsədilə

örədildikdə)

(

t

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası

Kürdəxanı Təcridxa

(

nası)


İş üzrə qısa arayış:   17  avqust  1984‐cü  ildə  Bakı  șəhərində  anadan  olub.  Hüquqşünas  ixtisası

üzrə  bakalavr  və  magistr    təhsili  alıb.  2007‐ci  ildən  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik

İnstitutunda (RATİ) hüquqșünas kimi fəaliyyətə bașlayıb. 2009‐cu ilin avqustundan Televiziya və

lternativ  Media  İnkișaf  Mərkəzi  İctimai  Birliyinin  sədri  olub.    REAL  birliyinin  İdarə  heyətinin

A

üzvüdür.



2010‐cu ildə İnsan Haqları Klubunun təsisçilərindən olub və hüquq müdafiəsi ilə məşğul olan bu

ictimai  təşkilata  rəhbərlik  edib.  Həbs  olunarkən  Rəsul  Cəfərov  Hüquqi  Müdafiə  və

Maarifləndirmə Cəmiyyətinə rəhbərlik edirdi. Gənc fəalların və siyasi məhbusların hüquqlarının

ardıcıl  müdafiəsi  ilə  məşğul  olan   Rəsul  Cəfərov  bir  çox  kampaniyaların  koordinatorlarından

olub. 2012‐ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində keçirilən «Sing for

Democracy» kampaniyası (bu kampaniya beynəlxalq mükafata da layiq görülüb) da ölkədə insan

haqlarının  durumunun  yaxşılaşdırmağa  yönəlmişdi  və  beynəlxalq  miqyasda  maraq  yaradan  bu

kampaniya  hakimiyyət  tərəfindən  qəzəblə  qarşılanmışdı.  Rəsul  Cəfərov  həmin  kampaniyanın

təşkilatçılarından biri idi və sonradan onu “Art for Democracy” adı ilə davam etdirirdi. Onun “Art

for  Democracy”  çərçivəsində  təşkil  etdiyi  tədbirlərə  qadağa  qoyulmuşdu.  Bakıdakı  xarici

mehmanxanalar  da  hakimiyyətin  təzyiqi  ilə  bu  tədbirlərə  verdiyi  yerdən  sonradan  imtina

etmişdilər. Rəsul  Cəfərov eyni  zamanda  2012‐ci  ildə  Azərbaycanda  keçirilən  BMT‐nin  İnternet

İdarəçiliyi  Forumu  ərəfəsində  Azərbaycanda  internet  azadlığının  real  durumunu    beynəlxalq

iqqətə çatdırmaq üçün başladılan “Onlayn İfadə Təşəbbüsü” kampaniyasının koordinatoru olub

d

d

və hazırlanmış geniş hesabatın müəlliflərin ən biridir.



Rəsul  Cəfərov  son  illərdə  Azərbaycanda  insan  haqlarının  ağır  durumu  ilə  bağlı  beynəlxalq

miqyasda  ən  fəal  iş  aparan  hüquq  müdafiəçilərindən  biri  idi.  Sərt  tənqidləri  və  hesabatları  ilə

beynəlxalq  təşkilatların  tribunalarından  çıxış  edirdi.  Azərbaycanda  siyasi  məhbus  problemi  ilə

çox ciddi şəkildə məşğul olmağa başlayan Cəfərov siyasi məhbusların dolğun və əsaslı siyahısını

tərtib etməyə başlamışdı. 24 iyun 2014‐cü ildə Rəsul Cəfərov siyasi məhbus siyahısını AŞ PA‐nın

sessiyasında  təqdim  etdi.  Bundan  sonra  isə  Cəfərov  ondan  bir  neçə  gün  öncə  həbs həbs  edilən

tanınmış  hüquq  müdafiəçisi  Leyla  Yunusla  birlikdə  siyasi  məhbusların  vahid  siyahını  tərtib

etməyə  başlamışdılar.  Bu  işdə  prinsipal  mövqedə  duran  hüquq  müdafiəçiləri  və  təşkilatlar  da

iştirak edirdi. Bu sahədə vahid siyahının və mövqeyin olması ona görə lazım idi ki, hakimiyyət

beynəlxalq  ictimaiyyəti  çaşdıra  bilməsin  və  özünə  yaxın  hüquq  müdafiəçiləri  vasitəsi  ilə  siyasi

məhbus  problemini  arxa  plana  keçirə  bilməsin.  Bu  siyahı  AŞ  PA‐nın  yeni  təyin  etdiyi

"Azərbaycanda insan haqları" üzrə məruzəçi Pedro Agramunta təqdim ediləcəkdi. Vahid siyahı

üzrə razılıq əldə olunduğundan bir neçə gün sonra Leyla Yunus, ardınca isə Rəsul Cəfərov həbs

edildi. Həbsindən öncə ona qarşı hər hansı ittiham irəli sürülmədiyi halda qanunsuz olaraq ona

ölkədən çıxmaq qadağan edilmişdi, bank hesablarına həbs qoyulmuşdu.

Rəsul Cəfərov ona qarşı sürülən ittihamları qəbul etmir və hüquq müdafiə fəaliyyətinə görə həbs

edildiyini bildirir.

Cəfərovun həbsi əsassız və onun barəsində həbs qətimkan tədbir seçilməsi isə xüsusi qərəzlidir.

Onun həbsi hakimiyyətə yönələn tənqidləri ilə, insan haqlarının ağır durumu ilə bağlı çıxışları ilə,

üsusən də siyasi məhbus problemini qaldırması və bu sahədə prinsipal mövqe sərgiləməsi ilə

x

bağlıdır.



Beynəlxalq  və  yerli  hüquq  müdafiə  təşkilatları  Rəsul  Cəfərovun  həbsini  siyasi  sifarişli

adlandırıblar. Beynəlxalq Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

30

 



23.

 

Əliyev İntiqam Kamil oğlu

Saxlanma tarixi: 8 avqust 2014-

cü il 


 

İttiham: Cinayət Məcəlləsinin 

192.2.2-ci(qanunsuz sahibkarlıq 

külli miqdarda gəlir əldə etməklə 

törədildikdə), 213.1-ci 

Xeyli 

miqdarda vergiləri və ya 

məcburi dövlət sosial sığorta 

haqlarını ödəməkdən yayınma), 

308.2-ci 308.2-ci (Vəzifə 

səlahiyyətlərindən sui-istifadə 

ağır  nəticələrə səbəb olduqda və 

ya seçkinin (referendumun) 

nəticələrinə 

təsir məqsədilə 

törədildikdə)

 

 



 

 Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası) 

 

 

 



İş üzrə qısa arayış:  

 

 



 

 

 



"Hüquq Maarifçiliyi Cəmiyyəti" ictimai birliyinin rəhbəri, tanınan hüquq müdafiəçisi 

İntiqam Kamil oğlu  Əliyev 20  ilə yaxındır ki, vəkillik fəaliyyəti   və hüquq 

müdafiəçiliyi ilə  məşğul olur. 

O,  


hüquqşünas kimi 

Avropa İnsan Hüquqları 

Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa  vurub.  Yerli 

universitetlərdə mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan 

hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib. Bir sıra 

beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan 

hüquqları  məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir. 2013-

cü   il   martın 4-də o, «People in Need» insan haqları  təşkilatının mükafatına layiq 

görülüb. 

 

Əliyev özü, vəkilləri və hüquq müdafiəçiləri ona qarşı irəli sürülmüş ittihamları qəbul 



etmirlər, 

siyasi motivi sayırlar və hesab edirlər ki, 

onun həbsi hüquq 

müdafiəçiliyi fəaliyyəti ilə bağlıdır. Əliyev 2010-cu il Parlament seçkiləri ilə bağlı 

Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərmiş, hazırda həmin  şikayətlər üzrə 

hökumətlə kommunikasiya gedir. Əliyevin həbsi həmin seçki işləri üzrə Azərbaycana 

qarşı Avropa Məhkəməsi tərəfindən qərar çıxarılmasının qarşısını almağa xidmət 

edir.  Onun  rəhbəri olduğu "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin ofisində axtarış 

aparılarkən həmi seçkin işlərinə dair bütün sənədlər (vəkil dosyesi) istintaq orqanı 

tərəfindən qanunsuz olaraq və ittihama heç bir əlaqəsi olmadığı halda götürülmüşdür. 

Bu isə, o deməkdir ki, Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa 

Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə 

maneçilik törədilməsi ilə kifayətlənməyib, seçki işlərinin dosyeləri götürülməklə 

həmin işlərin kommunikasiyasının "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin başqa 

əməkdaşları  və ya şikayətçilərin özləri tərəfinən davam etdirilməsinin qarşısı 

alınıbdır. Avropa  Məhkəməsinin prosedur qaydaları baxımından bu halda seçki 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə