1
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 14 SENTYABR (EYLÜL) 2010
Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları
237
QUR’AN BAXIMINDAN İNSAN TƏKAMÜLÜNÜN
İCTİMAİ DAVRANIŞ NORMALARI
Məryəm Zarei Əqdəm
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun doktorantı
Açar sözlər: Qur’an, insan, ictimai davranış, əqli və mənəvi
təkamül
Key words: Koran, man, social behavior, intellectual and
spiritual evolution
Qur’an insan və cəmiyyət həyatına olan öz məntiqi və əxlaqi ba-
xışları ilə ictimai davranış normaları sahəsində böyük bir mədəniyyət
yaratmış, müsəlmanlara mükəmməl etiqad və mənəvi kimlik bəxş
etmişdir. Burada eyni istiqamətə yönələn ümumi ideal və hədəflər
toplumda anlaşma, müxtəlif sahələrdə, xüsusilə intellekttual, elmi və
ictimai yönlərdə təkamülə yetişmək üçün zəmin yaradır.
İslam bir mədəniyyət fenomeni kimi sabitləşəndən sonra tarixi
miqyasda bütün ideoloji məktəbləri əqli-mənəvi dəyərlər baxımdan
sıxışdırmış, ümumbəşəri din olaraq insan həyatının qalan tarixi kəsi-
mində zəngin və yeniləşən məktəb kimi tanınmış, insan yaşamının
bütün cəhətlərini həm maddi, fərdi və ictimai baxımdan, həm də
axirət və mənəviyyat baxımından tənzimləyə bilən dəyərlər müəy-
yənləşdirmişdir.
İslam bütün ilahi dinləri qəbul etməklə dinlər və xalqlar arasında
anlaşma və vəhdətə dəvət edir. Qur’ana görə, Allah tərəfindən
göndərilmiş bütün peyğəmbərlərin əsas missiyası tovhidə dəvət
(Nəml: 36), axirəti tanımaq (Ənam: 130), hikmət (Ali – İmran: 158),
paklıq və təqva (Şüəra: 107), insanların nicatı və azadlığı (Ə’raf:
156), ədalətli münasibətin bərqərar olması (Hədid: 25) və s. ali
məqsədləri güdür.
Məryəm Zarei Əqdəm
238
Monoteist dünyagörüşündə varlığın tanınması prinsipal məsələ
olaraq ictimai təkamül prosesinin mahiyyətini dərk etmək baxımın-
dan önəmlidir. Burada bir neçə məqam diqqəti cəlb edir:
A. Mütləq hakimiyyətin Allaha məxsus olması.
Tovhid anlamına Allah istər varlıq aləminə xas həqiqətlərdə, istər
şəriət hökmlərində iradə sahibidir. Deməli, Xaliq həm varlıq düzə-
ninin xilqətində, həm də bəşər cəmiyyətinin qanunlarla idarəsində
hikmətlə, heç bir məhdudiyyət olmadan əməl etmiş, öz elçi və
qanununu göndərmişdir.
B. İnsanın ictimai həyatda vəhyə ehtiyacı.
İnsan tarixi təcrübədən anlayır ki, onun həyatı nə qədər çox
çətinliklərlə üzləşərsə, ali qanunlara olan ehtiyacı da bir o qədər çox
olar. İctimai həyatın tənzimlənməsində isə vəhydən doğan ictimai –
əxlaqi qaydaların bərqərar olmasına ehtiyac duyulur. Böyük mütə-
fəkkir E.Karl bu barədə belə deyir: “İnsanları doğru yola yönəltmək
üçün dövrün problemlərini tanıyan, təbabəti bilən, filosof intellektinə
və ruhani vicdanına malik şəxslərə ehtiyacımız vardır”. (2.s.134). O,
belə bir missiyanı İsa peyğəmbərin qanunlarında tapır və yazır: “İsa
Fələstinin ucqar bir kəndində dedi ki, biz qeyri – maddi və qüdrətli
bir varlığı sevirik. Biz onu hər şeydən artıq sevməliyik, insanları bir
– birinə bağlıyan ilahi varlığı görə bilməsək böyük xətaya yol vermiş
olarıq. Bu gün bəşərin ilahi qanunlardan üz döndərməsi həmin
xətadan doğur”. (2.s. 69 – 82)
İctimai həyatı yaxşılaşdırmaq baxımından bəşərin ilahi vəhyə
ehtiyacına dəlil olaraq aşağıdakıları göstərmək olar:
1. İnsan həmişə hadisələr arasında olan əlaqəni bilməklə və
burada düzgün seçimlə həyatın doğru yolunu müəyyənləşdirə bilər,
ancaq gerəkliyin mürəkkəbliyi onun hərtərəfli dərkinə mane olur.
Belə bir əhatəli elm peyğəmbərlərə vəhy ilə gəlir. Allah həkimdir və
varlığın ehtiyacını məsləhətə görə təmin edir, ictimai həyat qanunları
da bu qəbildəndir.
2. İnsanın dünyada tələbatı tam ödənilmir və o, həyatın sıxıntı və
çətinlikləri ilə qarşılaşarkən iztirab çəkir və belə bir psixoloji
durumda peyğəmbərlərin təlimi onu tovhid etiqadına, mənəvi bir
Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları
239
aləmə xas geniş əbədiyyət vadisinə qovuşdurur, onu sarsıntı və
şaşqınlıqdan xilas edir.
3. İnsan ictimai varlıq olduğundan onun həyatı təkcə fərdi müstə-
vidə məhdudlaşmır, onun fərdi və ictimai davranış normaları diqqət
mərkəzində dayanır. Şəriət qaydaları ictimai həyatı tənzimləmək
üçün formalaşır. İnsanların toplumda xoşbəxtliyi üçün ictimai rəftar
normaları müəyyən bir düzənə düşməlidir.
C. Axirət düşüncəsi insanın tərbiyəsində önəmli psixoloji amil
kimi. Axirətə inam, Allahın dərgahında öz əməllərinə görə hesabat
vermək, savab və cəza, insan rəftarını tənzumləyir, onu öz niyyət və
fikrini, söz və əməlini islah etməyə və naqislikdən kamala doğru
səsləyir. Bu isə insanı başqasına zülm etməkdən, kimsənin hüququnu
tapdalamaqdan çəkindirir.
İnsanın ictimai kamillik istəyi də peyğəmbərlərin gəlişi ideyası
ilə bağlıdır. Burada bir neçə prinsip diqqəti cəlb edir:
* birinci prinsip: peyğəmbərlərin gəlişi insanın kamala doğru
yüksəlişi üçün zəmin rolunu oynayır. Qur’ana görə dünyada heç nə
əbəs yerə yaranmayıb, deməli, insanın xilqəti də hədəfsiz ola bilməz.
* ikinci prinsip: insan vahid varlıq kimi özündə iki həqiqəti
birləşdirir: maddi və mənəvi. Onun cismani varlığı dünyəvi yöndə
təkamül tapır, deməli, onun ruhi kamalı üçün dünya, bərzəx və
yenidən oyanış kimi mərhələlər keçmək lazım gəlir.
* üçüncü prinsip: insan bütün potensial gücünü təklikdə işə sala
bilməz, onun istedadının büyük bir qisminin təzahürü və səmərə
verməsi üçün başqa insanlarla birlikdə çalışması lazım gəlir. Deməli,
insanın təkamülü cəmiyyət içində gerçəkləşə bilər.
* dördüncü prinsip: İnsan ictimai həyatda qanunlara dəyər
verməsə, belə bir toplum sağlam ola bilməz, ictimai əlaqələr mənəvi
– dini dəyərlərlə uğurlu ola bilər. Fərdi və ictimai əlaqələrin
dialektikasını qura bilməyən bir çox sosioloji məktəblər bəşərin
təkamülünə sağalmaz zərər vurdular.
* beşinci prinsip: dünya həyatı və axirət arasında əlaqə məsələ-
sində insanın mənəvi aləminə önəm vermək peyğəmbər təliminə xas
cəhətdir. Allah bir yandan maddi həyatdan bəhrələnməyə təkid edir
(Qəsəs: 77), o biri tərəfdən isə dünya həyatını əyləncə və oyuncaq
Məryəm Zarei Əqdəm
240
kimi qələmə verir, axirəti isə əbədi bilir. (Ənkəbut: 62). Bununla
insana anlatmaq istəyir ki, dünya onun ehtiyacının bir qismini təşkil
edir, onun həqiqi insani – mənəvi tələbatının ödənilməsi daha
önəmlidir. Beləliklə, bütün peyğəmbərlər ümumi qaydada, islam
peyğəmbəri isə xüsusi olaraq insan ruhunun kamilliyini önə çəkir.
İnsanın mənəvi təkamülü dünyəvi qəlibdə gerçəkləşə bilmir, onun
vəzifəsi dini əxlaq və ədəb qaydalarından bəhrələnərək öz dünyasını
abadlaşdırmaq və axirətini təmin etməkdir.
Bəziləri islamın təlim və qanunlarının indiki dövrdə işə yarama-
dığını iddia edirlər, guya bəşər yüz illər öncə olan qaydalardan
yararlana bilməz. Bunlar məsələnin zahirinə baxır, ona dərindən
yanaşanlar isə başqa cür düşünürlər. Buna Volteri nümunə gətirmək
olar. O deyir: “Məhəmmədin gətirdiyi din, şübhəsiz ki, xristianlıqdan
üstün idi. Belə ki, islam İsanı Allah, Məryəmi isə Allahın anası kimi
qəbul etmir. O, heç vaxt xaçpərəstlər kimi bir Allahı üç yerə ayırmır,
onun dinində kimsə öz tanrısını dişləri ilə xırdalamır. Bu dində əsas
prinsip yeganə Allaha olan imandır”. (3.s.87,193). Buradan görünür,
insanın mənəvi təkamülündə ilkin şərt vəhdətdir. Əgər iman tovhid
əsasında gerçəkləşərsə, bu amil insanları ictimai yöndə vəhdətə
yetirə bilər. Fransız tarixçisi yazır: “Doğrusu, bütün məzhəblər
içərisində təkcə islam xalis vəhdət ideyasını dünyada yaya
bilmişdir.” (4.s.143).
İslam təliminin yeniliyinin səbəbi ondan qaynaqlanır ki, heç vaxt
xırda hədəflərin ardınca getmir. Kiçik hədəflər üzərində qurulan hər
bir hərəkat tezliklə ötüb keçir, ancaq böyük hədəflər məhdud deyil və
bəşər nə qədər qabağa getsə də onu göz önündə saxlar. Bu baxımdan
Qur’an təlimi həmişə canlıdır. Səmavi kitabda deyilir, hər şey insan
üçün, insan isə Allah xatirinə yaradılıb, ona görə bəzi insanlar baş-
qasını özünə Tanrı və ixtiyar sahibi kimi qəbul etməli deyil (Ali –
İmran: 64). Beləliklə, zaman və məkan baxımından məhdudlaşmayan
ali hədəflər islam təlimini 1400 ildən sonra yeni saxlamışdır
(5.s.73-76).
Ümumiyyətlə, islamın gəlişi yeni və təzə bir təfəkkürün təzahürü
sayılır. Bu təlim öncə insanın dünya və varlıq aləminə baxışını islah
etdi ki, bununla kainatı və onun ilkin başlanğıcla əlaqəsini düzgün
Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları
241
öyrənə bilsin və həmin yolla özünü və öz varlığının hikmətini
tanısın. Bu isə bəşəri nihilizmdən qurtararaq həyat, zaman və hərəkət
fəlsəfəsini anlamağa yönəltdi. İnsanın fərdi və ictimai hərəkətini
tənzimləmək üçün kainatın bu ümumi düzənli hərəkətini dərk etmək
lazımdır.
Bununla anlayırıq ki, Qur’an dünyaya hakim kəsilən zülmət
yerinə nur, təcavüz və zülm yerinə ədalət və insaf, zorakılıq yerinə
yardım və lütf, cəhalət yerinə elm, bütpərəstlik yerinə tovhid irəli
sürür, bəşərin bir ailədən olduğunu söyləyir: “[Ya Rəsulum] Biz səni
bütün insanlara [möminlərə Cənnətlə] müqidə verən, [kafirləri isə
cəhənnəm əzabı ilə] qorxudan bir peyğəmbər göndərdik. Lakin
insanların əksəriyyəti bilməz”. (Səba: 28) Dərindən yanaşdıqda çağ-
daş dünyada nə zorakılıq və qəsbkarlıq, nə də bütpərəstlik bitməyib.
Bəşər cəhalət və nəfsin zülmətindən xilas ola bilməyibsə, deməli, o
hələ də Qur’anın həyati təlimindən uzaq qalmışdır. Vüktor Hüqo
demişdir: “Bizim qanunçu, geniş və yazıçı kimi hər birimizin vəzi-
fəsi bütün ictimai qüvvələri xalqın çətinliklərini yüngülləşdirməyə
sərf etməkdir, biz onu gələcək şərəfli həyata yönəltməliyik” (4.s.17).
Təkamülün meyarı. Öncə bu məfhuma aydınlıq gətirmək üçün onu
həqiqi və məcazi olaraq iki qismə bölürük. İnsana olan baxışlarda bu
məfhumun yanlış qavramı səhvlərə səbəb olub. Həqiqi təkamüldə bir
şey naqislikdən kamilliyə doğru hərəkət edir və onun mahiyyətində
dəyişiklik baş verir; məs, toxumun gülə çevrilməsi. Məcazi təkamül
odur ki, naqis bir şey məhv olur və kamil bir şey onu əvəzləyir; məs,
modern təyyarələrin köhnələri əvəz etməsi (6.s.517-518).
Birinci meyar: güc. Güc amilinin təkamülü insanın təbiətə hakim
olması və elmi inkişafla bağlıdır. Bu yöndə Qur’an bəşərin elmi
tərəqqisinə aid çoxlu dəlillər gətirir.
İkinci meyar: Bilgidə təkamül insanın təbiət, özü və tarixə
baxışında yaranan ayıq münasibəti əhatə edir. İslam sivilizasiyasına
aid çoxsaylı kitablarda həmin mədəniyyətin yüksəldiyi elmi zirvə və
keçirdiyi çiçəklənmə mərhələsi öz əksini tapıb. Bəllidir ki, bu
sivilizasiyanın sonrakı mədəniyyətlərin formalaşması və inkişafına
təsiri heç bir şübhə doğurmur və bunu təkcə müsəlmanlar deyil,
Cürci Zeydan, Vil Durant, Qustav Lobon, Fustel Dokulanş və başqa
Məryəm Zarei Əqdəm
242
qeyri – müsəlman müəlliflər təsdiq etmişlər. Z. Hunke “Avropada
islam mədəniyyəti” adlı kitabında yazır: “İnsan Mərkəzi Avropanın
95 faizinin ІX-XІІ əsrlərdə savadsızlığını düşünərkən, böyük Karlın
yazmaq kimi çətin peşəni öyrənmək istəyi yada düşür. O zaman və
yüz il ondan sonra Avropa əyanları yazı bilmədiklərinə görə fəxr
edirdilər. Yalnız bir neçə rahib yazmağı bacarırdı. Həmin dövrdə
minlərlə islam mədrəsəsində 6-11 yaşında oğlanlar və qızlar dizi üstə
oturub yazı yazır, Qur’an ayəsini hecalayırdılar. Halbuki İsanın mü-
qəddəs kitabı yalnız keşişlərlə danışırdı. Mədrəsələrin əsas hədəfi bu
idi ki, hər kəs savadlanaraq islama gəlsin və Şərq ilə Qərb arasındakı
fərqin keçmişi buradadır” (7. s. 399-400).
Qur’an dəfələrlə göy aləmi, ulduzlar və varlıq aləminin başqa
sirləri barədə düşünməyə dəvət edir, burada dünya düzəni, bitki,
heyvanat aləmi və bütün xilqətinin qanunauyğunluqları, xalqların və
cəmiyyətlərin vəziyyəti barədə verilən arqumentlər bir daha göstərir
ki, Qur’an insanları təkamül prosesini və onun meyarlarını izləməyə
yönəldir (8.s.124).
Üçüncü meyar: azadlığın təkamülü. Bu növ təkamül insanın tə-
biətdən, eqoizmdən və başqalarının əsarətindən azad olmasını nəzər-
də tutur. Bütün ilahi dinlər, xüsusilə islam insanların azadlığını və
əqidə seçimini irəli sürür. (Kəhf: 29, Bəqərə: 285).
Peyğəmbərlər bəşəri öz düşüncəsini hərəkətə gətirməyə və intel-
lektə çağırırlar. İngilis şairi Milton deyir: “Fikir azadlığı insanları
bilik toplamağa yönəldir, islam varlıq üfüqlərini insan düşüncəsinin
üzünə açdı, onu azadlığa və çalışmağa dəvət etdi. (9.s.35).
Qur’anın ictimai təkamül ideyası bir neçə baxımdan diqqəti cəlb
edir:
A. Qur’anın ictimai qaydaları işığında intelleketual inkişaf.
Qur’anda aydın şəkildə deyilir ki, Peyğəmbərin gəlişi insanı zülm
zindanından azad edərək onun həyatının bütün sahələrini sarıyan
batil xurafat zəncirlərini sındırdı: ”Peyğəmbər onlara yaxşı işlər
görməyi buyurar, pis işləri inkar edər, təmiz nemətləri halal, murdar
şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər, üstlərindəki
buxovları açar...”(Ə’raf:157). Ağıl insan mahiyyətinin əsası, onu
başqa canlılardan fərqləndirən ən fəzilətli dəyərdir. Ağıl ən dəyərli
Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları
243
gövhər, sərvət və nemətdir ki, onun gerçək qiymətini və təkamül
yolunu tanımaq gərəkdir. (10.c.1.s.370). Ağılın dəyəri onunla
müəyyən edilir ki, insan onunla idarə olunur, doğrunu yalandan seçir.
Bəşərin fərdi və ictimai həyatının tənzimlənməsində intellekt əsas
yer tutur. Həyatın çətinlikləri nə qədər çox olarsa, ağılın praktiki
əhəmiyyəti bir o qədər çox olar. İbtidai çağlarda onun fəaliyyət
çevrəsi fərdi qəbilə maraqları ilə məhdudlaşırdı, bu gün intellektin
ictimai funksiyası olduqca genişdir. “İnsanın insaniyyəti, şəxsiyyəti,
kamalı və onun varlığının dəyəri ağılla ölçülür.” Ağıl və
intellektualizm o zaman faydalı olur ki, bəşər həyatının müxtəlif
tərəflərini, xüsusilə, ictimai həyatını əhatə etməklə onun qarşısına
çıxan sual və çətinliklərə cavab verə bilsin. “Ağıl bütün işləri islah
etməyə qadirdir, ona görə xalqın və cəmiyyətin maraqları ağıl ilə
təmin oluna bilər.” (10.c.1.s.110;c.2.s. 210). Öncə işarə etdiyimiz
ayədə “əsr” – zindan sözü işlənib. Burada zəncir sözünün cəmi
(iqlal) işlənib və bu da insanın əl – qolunu bağlayır. (11.c.1. s.61).
İslamdan öncə bütün dünya bölgələrində – Yunan, Roma, İran, Hind
və s. ayrıseçkilik, bütpərəstlik, kəskin ictimai təbəqələşmə, irtica, əx-
laqi düşgünlük, ekstremizm hökm sürürdü. Qur’an nurunun şöləsi
təkcə Ərəbistan yarımadasına deyil, bütün qaranlıq dünyaya yayılma-
ğa başladı. Bəşərin keçmiş həyat üfüqləri cəhalət və xurafat buludları
ilə örtülərkən islam və Qur’an günəşi insanlar arasındakı təbəqələş-
mələri bir kənara qoydu, insanlığa zidd olan batil meyarları elm və
təqva dəyərləri ilə əvəzlədi, bununla da ən yüksək əxlaqi və məfku-
rəvi bir hərəkatın bünövrəsini qoydu. İslam ağıl nuruna söykənərək
insanlar arsında xurafatdan uzaq qardaşlıq peymanı qura bildi. Hal-
buki cahiliyyə dövründə qəbilə qanunları hökm sürürdü və burada
intellekt deyil, təəssüb əsas götürülürdü, qadınlar hüquqsuz idi.
İslam icmasında toplumun üzvləri arasında qardaşlıq, qarşılıqlı
ülfət və yardım önə çəkilir: cahiliyyə və traybalizm ünsürləri üzərin-
də qurulan bir icmadan əqli dəyərlərə əsaslanan bir topluma keçid
islamın ictimai təkamül qanununun əhəmiyyətini göstərir. Vəhy
məktəbi cəmiyyətin təkamülünü əqli inkişaf işığında mümkün sayır,
çünki intellektual tərəqqi yolunda hərəkət edən insan qlobal
səviyyədə fəzilətli cəmiyyətə doğru yüksələ bilər. Belə bir
Məryəm Zarei Əqdəm
244
cəmiyyətin fərdləri daima kamilliyə doğru yüksəliş pillələrini bir –
birinin ardınca keçə bilir. (10.c.1.s.578).
B. Qur’anın ictimai qanunları işığında insanın elmi inkişafı.
Elmin bəşər həyatının təkmilləşməsindəki funksiyası köklü və
inkaredilməz bir məsələdir.
İslam mədəniyyətində elmlərin
öyrənilməsinə maraq daha güclüdür və burada biliyə təkan verən
amilləri belə ümumiləşdirmək olar:
1. Qur’an və sünnətdə elmə həvəsləndirmə.
Alimin cahildən üstünlüyü vurğulanır və ritorik sual ilə məsələ
belə qoyulur: “Bilənlər və bilməyənlər bərabər olarmı?” (Zumər: 9).
Peyğəmbər belə buyurmuşdur: “Dünya ardınca gedən elm ardınca
getsin, axirət ardınca gedən elm ardınca getsin, hər ikisini istəyən də
elm ardınca getsin.” Həzrəti – Əli buyurub ki, elmi həyatdan
bəhrələnmək üçün qazanmışlar. Qur’an ayələrində elmə dəvət 700
yerdə vardır ki, bunlar müxtəlif sahələri – kosmologiya, geologiya,
biologiya, təbabət, botanika, antropologiya, psixologiya, sosiologiya,
hüquqi məsələlər, iqtisadiyyat, idarəetmə və siyasəti əhatə edir. Bu
səbəbdən müsəlmanlarda müxtəlif elmi istiqamətlərdə araşdırma
aparmağa maraq yaranmışdı. Corc Sarton elm tarixinə yazdığı
girişdə belə bir sual verir: Əgər elmlərin Qur’anda təmərküzləşdiyini
dərk etməsək müsəlmanların elmi inkişafı barədə nə cür düzgün
məlumat ala bilərik? (12.s.101).
2. Qur’anın təbiəti öyrənməyə çağırışı.
Bu səmavi kitabda təbiət və onun xilqətindəki hikmət barədə
dərindən düşünmək təkidlə vurğulanır: “De ki: “bir gör göylərdə və
yerdə (Allahın birliyini və qüdrətini nümayiş etdirən) nələr var!”
(Yunus:101) “məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə
baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldil-
mişdir? Və yerə baxmırlar ki, necə döşədilmişdir?” (Qaşiyə: 17-20).
İslam sivilizasiyada elm və mərifətə verilən böyük əhəmiyyət
başqa mədəniyyətlərdə çox az müşahidə edilir. Qur’an təlimi xilqətin
başlanğıcı və sonu, dünyanın yaranması və idarə olunması, insan və
onun taleyi barədə çox dəyərli və ibrətamiz bilgilər verir, insanı bu
və ya digər məsələlərin mahiyyəti barədə düşünməyə sövq edir.
3. Elmi mənbələrdən bəhrələnməyə həvəsləndirmə.
Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları
245
Bir sıra dini – ideoloji məktəblərdə elmi fəaliyyət üçün məh-
dudluq və hətta qadağa olmuşdur, ancaq Qur’ani – şərifdə bu yöndə
heç bir məhdudluq yoxdur. Bir ayədə deyilir: “O kəslər ki sözü
(ibrəti) dinləyib onun ən gözəlinə meyl edərlər. Onlar Allahın doğru
yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır.” (Zumər:
18). Nəbəvi hədisdə deyilir: “Elmi Çində də olsa, arayıb tapın!”
(13.c.1.s.18). “Elm öyrənmək qadınlar və kişilər üçün vacibdir.”
(14.s.83). Başqa yerdə “Elmi beşikdən qəbrədək axtarın” deyir.
Beləliklə, elm üçün coğrafi, cinsi, dini – milli və yaş məhdudluğu
qoyulmur. Mömin bütün hallarda elm öyrənməlidir.
C. İnsanın ictimai ədalət və bərabərliyə doğru təkamülü.
Peyğəmbərin gəlişi bəşər tarixinin sosial çöküş dövrünə təsadüf edir
və bəşər onun islam tarixində gətirdiyi ədaləti hələ təcrübə
etməmişdi. Qur’anın ən mühüm və əhatəli konsepsiyalarından biri
cəmiyyətin təkamülü məsələsi idi; Peyğəmbər özü ilə başqaları
arasında fərq qoymadan ictimai ədalətin bariz nümunəsini göstərdi:
savaşda və sülhdə, səfərdə və sükunətdə, ibadət və ailə işlərinin
tənzimlənməsində heç vaxt özü üçün imtiyaz istəmədi. Əli (ə) də
islam bölgələrinə rəhbərlik edərkən onun beytül – maldan olan payı,
geyimi, yeməyi başqalarından fərqlənmədi, özü əkinçilik etdi,
məhkəmənin onun əleyhinə çıxardığı qərara hörmətlə yanaşdı.
İslamın ictimai qaydalarına əməl etməklə toplumda tovhid və birlik
ruhiyyəsini canlandırmaq, hamını ilahi hüdudların çərçivəsində
ədaləti saxlamağa yönəltmək mümkündür. Qur’an bu barədə belə
buyurur: “Bunlar Allahın qoyduğu sərhədlərdir. Hər kəs Allaha və
peyğəmbərə itaət edərsə, Allah onu ağaclar altından çaylar axan
cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və
qurtuluşdur!” (Nisa: 13).
Qur’an iman əhlini ədalət tərəfdarı bilir, qəbilə, etnik və ailə
münasibətini önəmli hesab etsə də, ədalətin icrasını hər şeydən zəruri
sayır. Volterə görə, islam ciddi bir təlim olaraq əxlaqi paklıq
baxımından haram işləri rədd edir, insana yardım etməyi tövsiyə
edir. Bu din insanların birgə yaşayış qaydalarını tənzimləyir.
(3.s.87,193,244-245). Cəmiyyətdə sabitlik və xatircəmliyin təminatı
üçün burada ədalət və hüquqların qorunması olduqca zəruridir.
Məryəm Zarei Əqdəm
246
Məmləkət və şəhərlərin əmin – amanlığı fəzilətli cəmiyyətin əsas
şərtlərindəndir. Qur’an bu mənada Məkkəni möhtərəm və əmin –
amanlıq məskəni kimi təqdim edir. (Ənkəbut: 67, Bəqərə: 125). Yəni
fəzilətli toplumda onun üzvləri nə qədər çox imanlı olsalar, burada
əmin – amanlıq və xatircəmlik daha çox olar. İnsanın dəyəri onun
imanı ilə ölçülür, ona görə Qur’an çox halda iman əhlinə xitab edir.
Əmin – amanlığın kökü qorxusuz və xatircəm həyat tərzidir.
Qur’an ictimai yöndə imanlı bir toplum istəyini ortaya qoyur və
iman isə ədalətlə birləşir, qorxu və iztirabı aradan qaldırır. İslamın sosial
məsələlərə qayğısını önə çəkən Bertran Rassel deyir ki, islam monteizmi
aydındır və bu dinin yaratdığı sivilizasiya üstün mövqeyə malikdir, onun
əhəmiyyətini kiçiltmək olmaz. Müsəlmanlar bir çox elm və mədəniyyət
nümunələrini Avropaya ötürmüşlər. (15.s.213-234).
Sonda belə nəticəyə gələ bilərik ki, islamın ictimai proqramı
dərin və hərtərəfli bir təlim əsasında formalaşmış, elm və
mədəniyyətin inkişafına səbəb olmuşdur. Bu təlimin əsas prinsipi
təcavüz və zülmə qarşı yönəlib.
A. İslam insanın fiziki və maddi inkişafı, sağlam qidalanması ilə
yanaşı, onun əxlaqi – mənəvi tərbiyəsini önə çəkir, yetim və başqa
ehtiyac içində olan təbəqəyə qayğı ilə yanaşmağı, cəmiyyətin harmo-
nik inkişafını əngəlləyən natarazlıqların qarşısını almağı təkid edir.
İctimai münasibətlərdə başqalarının
şəxsiyyətini aşağılayan
amillər rədd edilir, çünki bu sayaq hərəkətlər toplumun mənəvi
dayaqlarını sarsıdır. (Nisa: 148).
B. Toplumun üzvləri arasında insani duyğuları genişləndirməklə,
qarşılıqlı yardım və toplumun islah edilməsini diqqət mərkəzində
saxlayır.
C. Toplumun üzvləri bir – biri qarşısında məsuliyyət daşıyır, bir
– birinin maddi və mənəvi hüquqlarını təmin edir, problemləri
məşvərət yolu ilə həll edirlər.
D. Ayə və hədislərdə söhbət eyni zamanda insan əməlinin
cavabından gedir, ən kiçik zülm və haqsızlığa yol verilmir. Qiyamət
və axirətdəki haqq – hesab məsələsi insanları psixoloji baxımdan öz
əməllərini islah etməyə, eyni zamanda onlara daxildən və xaricdən
edilən təcavüzlərə qarşı mübarizəyə səsləyir.
Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları
247
ƏDƏBİYYAT
1.Qur’ani-kərim.
2. Rah o rəsme-zendegi. Aleksis Karl. Tərcome: Pərviz Dəbiri.
Tehran. Çapxaneye-Ferdovsi. 1354
3. Eslam əz nəzəre-Volter. Cəvad Hədidi. Tehran. Tus.1379
4. Tarixe-təməddone-Eslam və Qərb. Qustav Lubon. Tərcome:
Məhəmməd Təqi Fəxrdai Gilani. Tehran. Enteşarate-mətbuat.1380
5. Xatəmiyyət. Murtəza Mütəhhəri. Tehran.Sədra. 1376
6. Məcmumeye-asare-Murtəza Mütəhhəri. Tehran. Sədra. 1380
7. Tarixe-təməddon. Vil Durant. Tərcome: Neman Sarimi,
Payənde Tahiri. Tehran. Enteşarate-amuzeş.1379
8. Qor’an dər eslam. Məhəmməd Hüseyn Təbatəbai. Qum.
Dəftəre- enteşarate-eslami. 1378
9. Nəqşe-pəyambəran dər təməddone-eslam. Fəxrəddin Hicazi.
Tehran. Enteşarate-Bəsət. Tarixsiz.
10. Şərhe-qürərül-hikəm və dürərül-kiləm. Cəmaləddin Məhəm-
məd Xansari. Daneşqahe-Tehran.1373
11. Müfrədat. Rağib İsfəhani. Tehran. Enteşarate- Murtəzəvi.
Tarixsiz.
12. Əz elme-sekular ta elme-dini. Mehdi Qolşəni. Tehran.
Pəjuheşqahe-olume-ensani. Tehran.1377
13. Biharül-ənvar. Məhəmməd Baqır Məclisi. Beyrut. Darül-
ehyaüt-Tiras.1403
14. Nəhcül-fəsahə. Əbülqasım Payənde. Tehran. Enteşarate-
Cavid.1382
15. Tarixe-fəlsəfeye-Qərb. Bertrand Rassel. Tərcome: Nəcəf
Dəryabəndəri. Enteşarate-cibi. 1365
Məryəm Zarei Əqdəm
248
СОВЕРШЕНСТВО ЧЕЛОВЕКА В СВЕТЕ
ОБЩЕСТВЕННЫХ НОРМ ПОВЕДЕНИЯ КОРАНА
(Резюме)
В статье проанализирован вопрос о совершенства человека в
свете общественных норм поведения Корана. В священной
книге ислама морально-нравственные качества индивида всегда
связаны с окружающим его обществом, его личные интересы не
отделимы от интересов общества.
По Корану каждый член общества несет ответственность
перед другим и все нравственные призывы направлены на
интеллектуальное и духовное совершенство человека. А также
формирование цивилизированных общественных отношений.
Ключевые
слова:
Коран,
человек,
общественное
поведение, интеллектуальное и духовное совершенство
THE MAN’S EVOLUTION IN KORANIC
SOCIAL NORM OF BEHAVIOR
(Summary)
Main aspects of Koranic conception about the genesis and Man’s
evolution in social norm of behavior have been analyzed in this paper. The
Holy Koran expresses interdependence between the individual and social
values of man and society, whose interests are inseparable.
Every member of society have bear responsibility for others, the all
ethical-spiritual messages of Holy Koran are directing for intellectual and
spiritual evolution of man and society, for the formation of civilized relations
also.
Təqdim etdi:
f.e.d. N.Göyüşov
Tövsiyyə etdi:
AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitunun Elmi Şurası, Protokol No 12,
tarix 5.11.2010
Dostları ilə paylaş: |