Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   35   36   37   38   39   40   41   42   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Camal  Ramazanovun  17  iyul  2013‐cü  il  tarixli  qərarı  ilə  bu  hökm  dəyişdirilmədən  qüvvədə

,

saxlasa  da Ali  Məhkəmənin  hakimi  İnqilab  Nəsirovun  27  mart  2014‐cü  il  qərarı  ilə  cənab



Lətifovun cəzası 4 il 6 aya endirilmişdir.

Məhkəmə  prosesində  dindirilən  şahidlərin  heç  biri  faktiki  olaraq  patronun  cənab  Lətifov

tərəfindən  oğurlandığını  sübut  edən  ifadələr  işlətməmişlər,  onlar  patronun  itməsinə  deyil,  onu

cənab  Lətifov  tərəfindən  oğurlanmasına  inandıqlarını,  başqa  heç  bir  halda  patronun  itməsinin

mümkün  olmadığını  bildirmişlər.  Ümumilikdə  oğurlanma  faktını  sübut  edəcək  heç  bir  dəlil  nə

stintaqda, nə də məhkəmədə araşdırılmayıb, hökm üçün cənab Lətifovun həbsində maraqlı olan

ə XDMX‐də iş yerini itirmək istəməyən şəxslərin şahid ifadələri əsas götürülmüşdür.

i

v



9

5.

 

Muradverdiyev Akif Şəmsəddin oğlu

Saxlanma tarixi:

20 iyun 2013‐cü il



İttiham:

CM‐nin  206.1‐ci  (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən



gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi

vasitələrindən  aldatma

yan  etməməklə  və  ya  düzgün  bəyan

etməməklə ... mallar

 yolu  ilə  istifadə  etməklə,  yaxud  bə

ın və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi

Saxlandığı yer:

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsi



İş  üzrə  qısa  arayış:

Cənab


Muradverdiyev  Prezident  Aparatın

İşlər  İdarəsinin  keçmiş

ın

müdiri olub. 1995‐ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.



2013‐cü  il  iyunun  20‐i  səhər  saatlarında  cənab  Muradverdiyev  Moskvaya  yola  düşməyə

hazırlaşırmış. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və

sərhəd  yoxlamasından  keçib,  təyyarəyə  miniyə  gəldikdə  isə  mülki  geyimli  bir  nəfər  ona

yaxınlaşıb, nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir

otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa

dəvət  ediblər  və  onunla  söhbət  etməyə  başlayıblar.  Sonra  Muradverdiyevin  çantasını  otağa

gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400  dollar, 900 manat pul, bank

kartı  və  geyim  əşyaları  olduğunu  deyib.  Çantanı  açıblar  və  içərisində  qızıl  sikkələr  olan  torba

aşkar  etdiklərini  bildiriblər.  Cənab  Muradverdiyev  qaçaqmalçılıqda  ittiham  edilərək

təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsin ə həbs qət mkan tədbiri seçilib. Əməliyyatın

d

i

MTN tərəfindən aparıldığı sonradan məlum olub.



Keçmiş  dövlət  məmuru  prezident  seçkiləri  üçün  Moskvada  yaşayan  müxalifətin  ilkin  vahid

namizədi Rüstəm İbrahimbəyovun yanına getməsi e timalına görə həbs  d ldiyini etiraf etsə

h

e i


də,

bunu cəfəngiyat adlandırıb, İbrahimbəyovla heç bir ciddi əlaqəsinin olmadığını bəyan edib.

Cənab  Muradverdiyev  Xəzər  Rayon  Məhkəməsinin  13  dekabr  2013‐cü  il  tarixli  qərarı  ilə  4  il

müddətinə  azadlıqdan məhrum  edilm ş,  Bakı  Apellyasiya  Məhkəməsi  12  fevral  2014‐cü  il



i

85

tarixdə bu qərarı qüvvədə saxlamışdır.



Məhkəmə  araşdırması  zamanı  cənab  Muradverdiyevin  çantasında  qadağan  edilmiş  qızıl

külçələrinin  mənbəyi,  onun  haradan  əldə  edilməsi  və  çantada  olub‐olmaması  araşdırılmayıb.

Cənab  Muradverdiyev  həmin  çanta  ilə  aeroporta  daxil  olarkən  yoxlamadan  keçib,  sonradan

gömrük  və  təhlükəsizlik  əməkdaşları  tərəfindən  diqqətli  yoxlamaya  məruz  qalıb  və  onun

çantasında heç bir qadağan edilən əşya aşkarlanmayıb, lakin təyyarəyə mindikdə saxlanılandan

sonra  bu  külçələr  çantada  aşkarlanıb.  Məhkəmə  bu  məsələni  də  araşdırmaqdan  faktiki  imtina

edib. Axtarışı aparan və külçələrin tapıldığını bildirən MTN əməkdaşlarının ifadələri azadlıqdan

məhrumetmə cəzası verilməsi üçün kifayət edib.






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

86

Cənab Muradverdiyev 2005‐ci ilin oktyabrında parlament seçkilərindən əvvəl hakimiyyəti zorla



ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmiş, sonradan bu ittihamlar dövlət

vəsaitlərini mənimsəmək və vəzifə səlahiyyətlərindən sui‐istifadə ilə əvəzlənmiş, nəticədə o, 6 il

müddətinə azadlıqdan məhrum edilmiş, yuxarı instansiya məhkəməsi bu müddəti 5 ilə endirmiş,

2008‐ci  il  yanvarın  15‐də  isə  səhhətində  olan  ciddi  problemlərlə  əlaqədar  cəzası  şərti  hesab

edilərək  azadlığa  buraxılmışdı.  Cənab  Muradverdiyev  həmin  dövrdəki  həbsi  ilə  bağlı  Avropa

Məhkəməsinə  müraciət  etmiş,  Strasburq  Məhkəməsi  onun  azadlıq  və  ədalətli  məhkəmə

hüquqlarının pozuntusunu müəyyən etmişdir

45

.



Cənab Muradverdiyevin səhhətindəki problemlər yenidən kəskinləşdiyindən, o, hazırda Ədliyyə

Nazirliyinin  Müalicə  Müəssisəsində  saxlanılır,  hətta  səhhəti  imkan  vermədiyi  üçün    apellyasiya

şikayət üzrə keçirilmiş prosesdə iştirak edə bilməyib. Onun onurğasında iki yırtıq əmələ gəlib və

m

ədəaltı vəzində yara mövcuddur.



96.

 

Pənahlı Nemət Əhəd oğlu

Saxlanm

2011‐ci il



a tarixi:

8 yanvar


İttiham:

CM‐nin 2


lahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq

21.3‐cü


(xuliqanlıq, si

etməklə törədildikdə

) maddəsi



Saxlandığı yer:

Qobustan Həbsxanası



İş  üzrə  qısa  arayış:

 Milli  Dövlətçilik  Partiyasının  sədri olan cənab  Pənahlı həbsindən  bir

müddət əvvəl “Nota P.S” qəzetində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevi və onun oğlu,

hazırkı  prezident  İlham  Əliyevi  kəskin  tənqid  edən  materiallarla  çıxış  edirdi.  O,  2010‐cu  ilin

noyabrında  keçirilmiş  parlament  seçkilərində  namizəd  olmuş,  seçkilərin  nəticələrinin

saxtalaşdırıldığını bəyan etmişdi.

Cənab Pənahlı maşın satdığı şəxs Eldəniz Rzayevin şikayəti əsasında həbs edilib. Şikayətçi aldığı

maşında  nasazlıqla  bağlı  bildirdiyi  irada  görə  cənab  Pənahlı  və  dostu  Ceyhun  Fərzullayev

tərəfindən  döyüldüyünü,  ona  dəmir  əşya  ilə  xəsarət  yetirildiyini  iddia  edib.  Həbsindən  sonra

cənab  Pənahlının  evində  soyuq  silahın  olması  ehtimalı  ilə  axtarış  aparılıb,  bununla  belə  evdən

P

m

ütün  arxivi,  sənədləri,  diskləri,  kompüterləri  və



t

soyuq  silah  əvəzinə,  cənab  ənahlıya  əxsus  b

fləş‐kar ları götürülərək aparılıb.

Nəsimi  rayon  Məhkəməsi  17  iyun  2011‐ci  ildə  Nemət  Pənahlının  6  il,  dostu  Ceyhun



Fərzullayevin  4  il  müddətinə  azadlıqdan  məhrum  edilməsi  ilə  bağlı  qərar  çıxarıb.  Bu  qərar

Bakı Apellyasiya Məhkəməsi tərəfindən 14 noyabr 2011‐ci il, Ali Məhkəmə tərəfindən isə 20 iyun

2012‐ci il tarixlərində dəyişdirilmədən qüvvədə saxlanılıb. Ceyhun Fərzullayev 26 dekabr 2012‐

ci ildə verilmiş əfv fərmanı ilə azadlığa buraxılıb.

Məhkəmə istintaqı zamanı şikayətçinin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ciddi

ziddiyyətlər və anlaşılmayan məqamlar ortaya çıxıb. Hadisənin baş verdiyi iddia edilən ərazidə

işləyən şəxslərdən 8 nəfər prosesə şahid kimi cəlb edilmiş, onlardan 7‐i heç bir dava və ya kiməsə

xəsarətin yetirildiyini görməyiblər, yalnız bir nəfər ifadəsində bildirib ki, cənab Pənahlı Eldəniz

Rzayevin saçından tutaraq onu yerə çırpıb və yerdə vurub, halbuki döyüldüyü iddia edilən şəxs

keçəldir.

Cənab Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra digər məhbuslara kömək

etdiyi,  əsasən  də  onların  şikayətlərini  qaldırdığı  üçün  təzyiqlərə  məruz  qalıb,  dəfələrlə  “kars”a

əti  olaraq  aclıq  aksiyası  keçirib.  Bunun  nəticəsində  17  saylı

Arif  Mirzəyev  (hazırda  o  bu  vəzifədən  azad  edilib)  cənab

salınıb,  bir  neçə  dəfə  etiraz  əlam

C

 rəisi



əzaçəkmə  Müəssisəsinin

45

http://bit.ly/1dUqnw3






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

Pənahlının daha ağır saxlanma şərtləri olan Qobustan Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı

təqdimatla  məhkəməyə  müraciət  edib.  Təqdimatda  cənab  Pənahlının  daxili  nizam‐intizamı

dəfələrlə pozduğu iddia olunsa da, bununla bağlı ciddi sübutlar təqdimata əlavə edilməyib. Xəzər

rayon Məhkəməsi bu təqdimat əsasında 2013‐cü il fevralın 25‐də cənab Pənahlının Qobustandakı

əbsxanaya  köçürülməsi  barədə  qərar  çıxarıb.  Bakı  Apellyasiya  Məhkəməsi  bu  qərarı  14  iyun

013‐cü ildə qüvvədə saxladıqdan sonra köçürülmə həyata keçirilib.

87

h



2

c.

 

Siyasi girovlar

9

7.

 

Seyidov Elnur Rafiq oğlu

Saxlanma

2012‐ci il



tarixi:

27 mart


İttiham:

CM‐nin  178.3.1  (dələduzluq,  yəni  etibardan  sui‐istifadə  etmə  və  ya  aldatma  yolu  ilə



özgənin  əmlakını  ələ  keçirmə  və  ya  əmlak  hüquqlarını  əldə  etmə  mütəşəkkil  dəstə  tərəfindən

törədildikdə)  178.3.2  (dələduzluq  külli  miqdarda  ziyan  vurmaqla  törədildikdə),  179.3.1

(mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama mütəşəkkil dəstə



tərəfindən  törədildikdə),  179.3.2  (mənimsəmə  və  israf  etmə  külli  miqdarda  törədildikə),  308.2‐ci

(vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü



və  ya  üçüncü  şəxslər  üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən

qulluq  mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb  etdiyi  halda

istifadə  etməməsi  ağır  nəticələrə  səbəb  olduqda  və  ya  seçkinin  (referendumun)  nəticələrinə  təsir

məqsədilə törədildikdə),  313.1  (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və

ya  informasiya  resurslarına  bilə‐bilə  yalan  məlumatların  daxil  edilməsi,  habelə  göstərilən

sənədlərdə  və  ya  informasiya  resurslarında  onların  həqiqi  məzmununu  təhrif  edən  düzəlişlərin

edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) və 320.2‐ci (hüquq verən və ya

vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və

qanunsuz  hazırlama,  yaxud  ya  bu  cür  sənədi  satma,  habelə  eyni  məqsədlə  Azərbaycan

Respublikasının  sax

öhürü,  blankdan  bilərəkdən  istifadə  etmə)

ta  dövlət  təltifini,  ştampı,  m

maddələri



Saxlandığı yer:

13 saylı Cəzaçəkmə Müəssisəsi



İş üzrə  qısa arayış: 

Cənab  Seyidov  müxalif  və  Azərbaycan  hakimiyyətinin  sərt

tənqidçilərindən  olan  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  sədri  Əli  Kərimlinin  qaynıdır,

Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Cənab Seyidov Milli

Təhlükəsizlik  Nazirliyi  tərəfindən    həbs  edilib,  ona  əvvəl  yalnız  dələduzluq  ittihamı  irəli

sürülmüş, sonradan ittiham ağırlaşdırılmışdır. Cənab Seyidovun həbsindən 9 ay keçənədək heç

bir  istintaq  hərəkəti  aparılmamış,  həbs  müddəti  isə  əsassız  olaraq  uzadılmışdı,  halbuki  bu

cinayətlərə görə uzadılma müstəsna hallarda baş verə bilər.

Cinayət  Prosessual  Məcəllənin  tələblərinə  görə,  dələduzluq  ittiham  üzrə  istintaq  hərəkətləri

aparmaq DİN‐in səlahiyyətindədir, amma cənab Seyidova münasibətdə qanunun bu tələbi kobud

şəkildə pozulub, o, MTN tərəfindən həbs olunub, MTN təcridxanasında saxlanılıb və istintaqı da

MTN aparıb.

Cənab  Seyidov  “Texnikabank”ın  İdarə  Heyətinin  sədri  Etibar  Əliyev  və  digərlərinin  cinayət  işi

üzrə  onlardan  20  gün  sonra  həbs  edilmişdir.  Rəsmi  ittihama  görə,  cənab  Seyidov  bank

rəhbərliyinin  göstərişi  ilə  və  onların  mənafeyi  üçün  qanunları  pozmaqda  günahlandırılır.

E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa çıxsalar da, cənab

Seyidov hələ də həbsdə saxlanılır.

Cənab  Seyidov  dağınıq  skleroz  xəstəliyindən  əziyyət  çəkir,  bu  barədə  müstəqil  və  özəl  tibb

müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

yolverilməzdir  və  bu  xəstəlikdən  əziyyət  çəkənlərə  dövlət  qayğısı  haqqında  Azərbaycan

Respublikasının 7 mart 2012‐ci il tarixli Qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların

müdafiəsi  üzrə  bir  sıra  tədbirlər,  o  cümlədən  azadlıqdan  məhrum  edilmiş  belə  xəstələrin  azad

edilməsi  nəzərdə  tutulur.  Lakin  bu  xəstəlikdən  əziyyət  çəkən  cənab  Seyidov  həbsdə  saxlanılır.

Cənab Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013‐cü il tarixli qərarı ilə 7 il 6



ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2014‐cü il

88

ərəfindən həbs olunub. Fərəc Kə



tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə cənab Seyidovun

məh

təqsiri olmadığını bildiriblər. Ancaq



kəmə bunları nəzərə almayıb.

Cənab  Seyidovu  ilkin  həbsi  və  ağır  xəstəlikdən  əziyyət  çəkməsi  ilə  bağlı  Avropa  Məhkəməsinə

şikayət göndərilib.

Cənab Seyidovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013‐cü ildə

insan  haqları  üzrə  hesabatında

müxalif  qüvvələrin  ailə  üzlərinə  edilən  təzyiq  nümunəsi  kimi

östərilib

g

46



.

98.

 

Kərimli Sirac Raqif oğlu

 

Saxlanma tarixi: 17 iyul 2014‐cü il 



İttiham: CM‐nin 234.4.3‐cü maddəsi (külli miqdarda narkotik əldə etmə, saxlama və ya 

satma) 


Saxlandığı yer: 

Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

 

İş üzrə qısa arayış:

Sirac Kərimov ixtisasca mühasibdir,  siyasi fəaliyyətlə məşğul deyil. 

Lakin onun atası və qardaşı Müsavat Partiyasının fəallarıdırlar. Atası Raqif Kərimli 1980‐ci 

illərin sonundan siyasi proseslərin iştirakçısıdır və Müsavat Partiyasının Laçın rayon şöbəsinin 

təsisçilərindən olub. Qardaşı Fərəc Kərimov Müsavat partiyasının internet səhifəsinin admini, 

bağlanana qədər 350 min nəfərə qədər üzvü olmuş “İstefa!” Facebook qrupunun yaradıcısı  

və idarəçisi, həbsinə qədər “Basta” Facebook qrupunun admini olub. Sirac Kərimli iş yerinin 

yaxınlığındakı çayxanada qəfil, maskalı şəxslər tərəfindən həbs olunub. Onu Narkotiklərlə 

Mübarizə İdarəsinə aparıblar. Həmin idarəyə gedən atasına evdə axtarış aparılmasının zəruri 

olduğunu bildirib, bu barədə razılıq ərizəsi imzaladıblar. Evdə axtarış aparılan zaman 

kompüteri götürüblər və evdəki kitabların – “Demokratiya uğrunda mübarizənin taktikası və 

strategiyası” və “Halkla ilişkilər” kitablarının şəkillərini çəkiblər. Yenidən idarəyə gedən atası 

Raqif Kərimova oğlunun cibindən narkotik tapıldığı və evdən müsadirə  olunan kompüterdən 

də narkotik tapıldığı bildirilib. Ertəsi gün Sirac Kərimli haqqında üç ay həbs qətimkan tədbiri 

seçilib. Sirac Kərimlinin həbsinin siyasi məqsədi onun qardaşına təzyiq göstərmək olub. Belə 

ki, qardaşı Fərəc Kərimli iyulun 23‐də Siracın həbsindən sarsıntı keçirən anasını xəstəxanaya 

apararkən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəsi 

t

rimlinin vəkilinə söylədiklərinə görə, onu ailə üzvləri, o 



 

46

http://1.usa.gov/18BOn4u






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

89

cümlədən, qardaşının işgəncə olunacağı ilə hədələyərək, cibindən narkotik tapılması barədə 



protokola imza atmağa sövq ediblər. Hüquq müdafiə təşkilatlarının yekdil rəyinə görə, Sirac 

Kərimov Fərəc Kərimlini zərərsizləşdirmək üçün girov götürülüb.  



 

 



Document Outline

  • İş üzrə qısa arayış:. Cənab Zeynallı “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildən isə “Xural” qəzetinin təsisçisi və baş redaktorudur. “Xural” qəzeti son dövrlərdə hakimiyyəti və hakim siyasəti tənqid edən az sayda qəzetlərdən biri idi. Bu qəzetdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Aparatın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli barədə tənqidi məqalələr dərc edilirdi. Həbs edilməmişdən az öncə “İlham Əliyev müstəqilliyə qarşı” başlıqlı məqalə ilə baş redaktor Prezident Əliyevi kəskin şəkildə tənqid etmiş və onun xalqdan üzr istəməli olduğunu bildirmişdi.       
  •  Cənab Zeynallı bu tənqidi yazılara görə mütəmadi şəkildə rəsmilər tərəfindən məhkəmələrə cəlb edilib və müxtəlif təzyiqlərə  məruz qalıb.  Baş redaktorun həbsindən təxminən 1 ay əvvəl hakimiyyətdən asılı olan Mətbuat Şurası “Xural” qəzetini “reket” qəzeti elan edib. Qəzetə qarşı çoxsaylı iddialar qaldırılıb və məhkəmə tərəfindən qəzetin ödəmək imkanı olmadığı yüksək cərimələr müəyyən edilib. Cənab Zeynallının həbsindən bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetini məhkəməyə verib və məhkəmə Mehdiyevin iddiasını təmin edərək qəzeti 10.000 AZN cərimələyib. Qəzet təkzib versə də, PA rəhbəri  cərimənin ödənilməsini tələb etməkdə davam edib. “Xural” qəzeti məhz bu kimi cərimələri ödəyə bilmədiyi üçün Ədliyyə Nazirliyinin icraçıları 20 oktyabr 2011-ci il tarixdə (cənab Zeynallının həbsindən 8 gün əvvəl) qəzetin redaksiyasında olan əmlakı müsadirə ediblər ki, nəticədə qəzetin çapı dayandırılıb.                                                                                                         Bundan qısa müddət sonra isə baş redaktor Milli Məclisin deputatı Gülər Əhmədovanın (bu vəzifədən uzaqlaşdırılıb) şikayəti əsasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən həbs edilib. Deputat cənab Zeynallının ondan  rüşvət istədiyini iddia edib. Sonradan cənab Zeynallıya qarşı istintaq yeni maddələr üzrə də ittihamlar irəli sürüb. Cənab Zeynallı 12 mart 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli, Ali Məhkəmənin isə 11 sentyabr 2013-cü il tarixli qərarları ilə əvvəlki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.                                                                                           Jurnalistin həbsinə səbəb olmuş deputat Əhmədova özü 2013-cü ilin fevralında həbs edilib. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev (Fransada mühacirət həyatı yaşayır) xanım Əhmədovanın ondan deputat ola bilməsi üçün 1 milyon ABŞ dolları istədiyini göstərən video yayıb. Bu video əsasında deputata dələduzluq ittihamı irəli sürülüb və o, məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs olunandan sonra xanım Əhmədova mətbuata verdiyi açıqlamalarda cənab Zeynallının onun tərəfindən həbs etdirilmədiyini söyləyərək, faktiki olaraq sifarişi icra etdiyini etiraf edib. 
  • 14 avqust 2012-ci ildə baş redaktor Zeynallının qanunsuz həbs olunması, haqqında seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması, telefon danışıqlarının dinlənilməsi, evində və avtomobilində axtarışın aparılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Eyni zamanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.                                                                     Avropa Şurasının İnsan Haqları Komissarı öz hesabatında cənab Zeynallının qondarma ittihamlarla həbs edildiyini qeyd edib. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə