Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

19

Cənab Zeynallının məhkəməsində dindirilən şahidlər ziddiyyətli ifadələr veriblər, jurnalistin və



vəkillərin suallarını cavablandırarkən istintaqın mövqeyinə zidd olan ifadələr səsləndiriblər. Eyni

zamanda jurnalistin rüşvət istədiyinin sübutu kimi təqdim edilən audio yazının (baş redaktorla

sabiq  deputat  arasında)  məhkəmədə  dinlənilməsi  zamanı  orada  baş  redaktorun  heç  bir  hədə‐

qorxu  gəlmədiyi  və  rüşvət  istəmədiyi  aydın  olub.  Bundan  əlavə,  gizli  şəkildə  aparılan  audio

yazının  istintaq  tərəfindən  sübut  kimi  təqdim  edilməsi  də  ittihamım  əsassız  olduğunun

göstəricisidir  (Konstitusiyaya  görə  gizli  şəkildə  edilmiş  səs  yazıları  sübut  kimi  qəbul  edilə

bilməz).

14 avqust 2012‐ci ildə baş redaktor Zeynallının qanunsuz həbs olunması, haqqında seçilmiş həbs

qətimkan  tədbirinin  müddətinin  artırılması,  telefon  danışıqlarının  dinlənilməsi,  evində  və

avtomobilində  axtarışın  aparılması  ilə  bağlı  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  şikayət

göndərilib.  Eyni  zamanda  KİV‐in  İnkişafına  Dövlət  Dəstəyi  Fondunun  icraçı  direktoru  Vüqar

Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Avropa  Şurasının  İnsan  Haqları  Komissarı  öz  hesabatında  cənab  Zeynallının  qondarma

ittihamlarla həbs edildiyini qeyd edib

17

.



17

http://bit.ly/1gpkKdm




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

20

B.



 

Hüquq müdafiəçiləri



a.

 

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin işi

“Seçkilərin  Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzi”  (SMDT)  İctimai  Birliyi  partnyor

olduğu Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) ilə 2013‐cü ilin oktyabrında

Azərbaycanda  keçirilən  prezident  seçkilərinin  monitorinqini  aparmış  və  səsvermə  günündən  1

gün  sonra,  yəni  oktyabrın  10‐da  seçkinin  nəticələri  barədə  ilkin  rəy

18

 təqdim  etmişdir.  Rəydə



azad  və  ədalətli  seçkilərin  keçirilməsi  üçün  zəruri  olan  seçkiqabağı  şəraitin  olmadığı  və

səsvermənin  ciddi  qanun  pozuntuları  ilə  keçirildiyi  qeyd  olunub.  ATƏT  İnsan  Haqları  və

i

Demokratik  Təsisatlar  Bürosu  da  Azərbaycanda  keçirilən  seçkilərlə  bağlı  verdiy   ilkin  tənqidi



Rəyində öz müşahidələri ilə yanaşı SMDT‐nin rəyindən də istifadə edib.

Bu  rəyin  açıqlanmasından  qısa  müddət  sonra,  oktyabrın  31‐də  SMDT‐nin  ofisində  Baş

Prokurorluğun  Ağır  Cinayətlər  üzrə  İstintaq  İdarəsi  tərəfindən  axtarış  aparılıb,  SMDT‐yə  və

partnyor təşkilatlara aid olan maliyyə və hüquqi sənədlər və iki ədəd kompüter götürülüb. Baş

Prokurorluq  açıqlama  yayaraq,  SMDT‐də  yol  verilmiş  qanun  pozuntuları  ilə  bağlı  Baş

Prokurorluğun  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  İstintaq  İdarəsində  müvafiq  araşdırmalara

başlanıldığını  bəyan  edib.  Cənab  Məmmədlinin,  o  cümlədən  SMDT‐nin  icraçı  direktoru  Bəşir

Süleymanlı  və  partnyor  təşkilat  olan  KBƏİB‐nin  rəhbəri  Elnur  Məmmədovun  ölkədən  çıxması

qadağan edilib.

SMDT təkcə 2013‐cü il prezident seçkiləri zamanı deyil, ondan qabaq da Azərbaycanda keçirilmiş

seçkilər zamanı bütün ölkə boyu müşahidələrin aparılmasını təşkil etmiş, yol verilmiş nöqsan və

saxtakarlıqlar  barədə  yerli  və  beynəlxalq  ictimaiyyəti  mütəmadi  şəkildə  məlumatlandırmışdır.

Hökumətyönlü  mətbuatda  SMDT‐yə  və  onun  aparıcı  şəxslərinə  qarşı  mütəmadi  şəkildə

qarayaxma  kampaniyaları  aparılmış,  onlar  xain  adlandırılmışlar.  SMDT  2012‐ci  ilin  mayında

Bakıda  keçirilmiş  Avroviziya  mahnı  yarışması  ərəfəsində  keçirilmiş  Sing  for  Democracy

kampaniyasının təşəbbüskarlarından və fəal iştirakçılarından biri olmuşdur.







14.

 

Məmmədli Anar Asəf oğlu

Saxlanma

:

br 2013‐cü il



tarixi

16 deka


İttiham:

CM‐nin  179.3.2  (mənimsəmə  və  ya  israf  etmə,  yəni



təqsirkara  etibar  edilmiş  özgə  əmlakını  talama,  külli  miqdarda

törədildikdə),  192.2.2  (qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə

etməklə  törədildikdə),  213.1  (xeyli  miqdarda  vergiləri  və  ya   məcburi

dövlət  sosial   sığorta  haqlarını  ödəməkdən  yayınma),  308.2  (vəzifə

səlahiyyətlərindən  sui‐istifadə  etməklə  seçkinin  (referendumun)

nəticələrinə  təsir  məqsədilə  törədildikdə)  və  313‐cü  (vəzifə

saxtakarlığı,  yəni  vəzifəli  şəxs  tərəfindən  rəsmi  sənədlərə  və  ya

informasiya  resurslarına  bilə‐bilə  yalan  məlumatların  daxil  edilməsi,

habelə  göstərilən  sə

əqiqi  məzmununu  təhrif

edən düzəlişlərin edi

nədlərdə  və  ya  informasiya  resurslarında  onların  h

lməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri

 

Saxlandığı yer:

Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş  üzrə  qısa  arayış:

“Seçkilərin  Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzi”  İctimai

Birliyinin  (SMDT)  sədri  olan  Anar  Məmmədli  yerli  və  beynəlxalq  ictimaiyyət  arasında  tanınan

hüquq  müdafiəçisi,  seçkilər  və siyasi azadlıqlar  üzrə  ekspertdir.  SMDT  işi  üzrə açılmış cinayət

işinin  nəticəsində  cənab  Məmmədli  bir  sıra  beynəlxalq  tədbirlərə,  xüsusən  2013‐cü  ilin

noyabrında Vilnüsda keçirilmiş Avropa Birliyi Şərq Tərəfdaşlığı Sammitinə qatıla bilməyib.

18

http://bit.ly/1p60p0e




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə