Cənab sədr, cənab Abdullayev, akademik Yusifzadə!
Xanımlar və cənablar!
Sabahınız xeyir! Sizi hər il keçirilən bu mühüm konfransın açılışı münasibətilə təbrik edirəm. Bu konfrans
Azərbaycanın neft-qaz sənayesindəki irəliləyişləri, habelə dünyada neft-qaz sənayesində baş verən
ümumi prosesləri müzakirə etmək üçün möhtəşəm bir fürsət yaradır.
Azərbaycanın iri neft və qaz yataqlarının operatoru kimi BP şirkəti hər il keçirilən bu tədbiri həmişə
səbirsizliklə gözləyir. Biz bu tədbirdə SOCAR və Tərəfdaşlarla birlikdə fəal iştirak edirik və məmnuniyyətlə
ötən il ərzində əldə etdiyimiz nailiyyətlər və layihələrimizin gedişi barədə danışmaq istərdik.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanda fəaliyyət göstərdiyimiz ötən iyirmi il ərzində biz
SOCAR və digər tərəfdaşlarla sıx işləyərək möhtəşəm nailiyyətlərə imza atmışıq və uğurlu nəticələr əldə
etmişik. Qürur hissi ilə qeyd etməliyəm ki, Operator olaraq ölkənin neft sənayesindəki nailiyyətlərin
ə
ksəriyyətində bizim töhfəmiz var
BP şirkətində biz bu slaydı son bir neçə ildir istifadə edirik və onu nümayiş etdirəndə həqiqətən qürur
hissi keçiririk. Bu təsvir statik görünə bilər, amma əslində belə deyil, o heç vaxt olduğu kimi qalmır – bu
təsvir AÇG yatağının tammiqyaslı işlənməsi başlayanda hazırlanıb və o vaxtdan etibarən bu mənzərə xeyli
dəyişib. Həmin vaxtdan sonra ona yeni platformalar, yeni genişlənmə sahələri və yeni qurğular əlavə
edilib.
Mən bu təsviri çox xoşlayıram, çünki o, ötən 22 il ərzində AÇG və ŞD layihələrinin ilbəil inkişafını tam əks
etdirir. O, bizə nəhəng dəniz əməliyyatlarının tarixçəsini möhtəşəmliyi ilə təsvir edir.
Bu tarixçə 1997-ci ildə Səngəçalda yeni terminalın açılması və Çıraq platformasının işə düşməsi ilə
başladı. Həmin vaxtdan etibarən, biz öz tərəfdaşlarımızla birlikdə Xəzərdə iri layihələrin həyata
keçirilməsində unikal nailiyyətlərə imza atmışıq.
İş
lənmə fazaları ərzində biz orta hesabla Çıraq platformasından ilk neft hasil edildikdən etibarən hər 3
ildən bir böyük bir layihə həyata keçirmişik. (2005-ci ildə Mərkəzi Azəri, 2005-ci ildə həmçinin Qərbi Azəri,
2006-cı ildə Şərqi Azəri, 2006-cı ildə Şahdəniz 1, 2008-ci ildə Dərinsulu Günəşli və 2014-cü ildə Qərbi
Çıraq)
Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə doqquz dəniz platforması daxildir. Və biz
həm də SOCAR-a məxsus olan üç qazma qurğusundan, “Dədə Qorqud”, “Heydər Əliyev” və “İstiqlal”
adına qazma qurğularından istifadə edirik.
Başqa heç bir yerdə BP-nin əməliyyatlarında bu qədər çox qazma qurğuları yan-yana düzülərək eyni
ə
məliyyatları həyata keçirmir – bu dəniz əməliyyatlarımızın nəhəng miqyasını göstərir və biz qürur
duyuruq ki, bu əməliyyatların miqyasına və mürəkkəbliyinə baxmayaraq, onlar təhlükəsiz qaydada və
ə
traf mühitin qeydinə qalmaqla VAHİD BİR SİSTEM şəklində fəaliyyət göstərir.
Azərbaycanın ötən 20 il ərzində yeni neft erasında əldə etdiyi möhtəşəm nailiyyətlər hamımıza yaxşı
məlumdur. Lakin, bu gün mən həmin nailiyyətlər arasında xüsusi yeri olan bir uğur tarixçəsindən bəhs
etmək istəyirəm. Bu, uzunmüddətli və etibarlı qaz təchizatçısı kimi Azərbaycanın dünya bazarlarına
yolunu açmışdır.
Bu uğurun tarixçəsi 1996-cı ildə Azərbaycan Hökuməti ilə bir qrup xarici şirkətlər arasında Şahdəniz
yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanması ilə başladı. Beləliklə, düz 20 il bundan
ə
vvəl – 4 iyun 1996-cı il tarixində SOCAR, BP, Total, Lukoil, NICO, Statoil və TPAO şirkətləri Şahdəniz
üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) imzalandı (2 gün sonra Şahdəniz HPBS-in 20 illiyi
tamam olur)
Lakin, builki Neft-Qaz Sərgisi və Konfransında Şahdəniz layihəsinin özünəməxsus yeri olması yalnız
onun 20 illiyinin tamam olması ilə bağlı deyil. Şahdəniz haqqında danışılacaq çox şey var.
Biz HPBS-i imzaladığımızda şübhəsiz ki, bu perspektiv struktur haqqında müəyyən məlumatımız var idi.
Lakin bizim heç birimiz təxmin edə bilməzdi ki, sadəcə üç il sonra, yəni 1999-cu ildə biz dünyanın ən
nəhəng qaz yataqlarından birini aşkar edə bilərik – bu, BP-nin tarixində 1968-ci ildə Alyaskada kəşf
edilmiş Prudhoe Bay yatağından bu vaxtadək ən böyük kəşf idi və BP-nin indiyə qədər aşkar etdiyi ən
böyük qaz yatağıdır.
Ümumi dərinliyi 6316m olan ilk kəşfiyyat quyusu SDX-1 qazıldıqdan sonra 1999-cu ilin may ayında üç
ayrı horizontda nəhəng qaz kondensat yatağı aşkar edildi. Bu yataq dünya neft-qaz sənayesinin diqqətini
potensial qaz ixracatçısına çevrilən Azərbaycana yönəltdi.
Bu yataq həqiqətən də nəhəngdir – onun ölçüsü və forması Manhetten adasını xatırladır. O, dəniz
səviyyəsindən aşağıda 6000 metr dərinliyə malik və ən əsası da ilkin geoloji qaz ehtiyatı 1 trilyon
kubmetr (40 trilyon kubfut qaz) və ilkin geoloji kondensat ehtiyatı 2 milyard barel kondensat təşkil edən
dünya səviyyəli yataqdır.
O, BP-nin 100 illik tarixində aşkar edilmiş ən böyük qaz yatağıdır və dünyanın ən böyük neft-qaz
yataqlarından biri olmaqda davam edir.
Biz SDX-1 quyusunda sınaq işləri apardıqdan və müsbət nəticələr əldə etdikdən dərhal sonra Şahdənizin
həyəcan dolu tarixçəsi başladı.
Xanımlar və cənablar, indi isə Şahdəniz yatağındakı sınaq işlərinə baxmaq və həmin həyəcan dolu anları
bir daha yaşamaq və yatağın verdiyi möhtəşəm enerjini hiss etmək imkanımız olacaq. Ümid edirəm ki,
bu videoda biz hamımız Dənizin Şahı adlandırılan bu yatağın həqiqi gücünü görəcəyik.
İ
ndi, biz Hökumət, SOCAR və tərəfdaşlarımızla, o cümlədən bir sıra digər maraqlı tərəflərlə birlikdə qət
etdiyimiz 20 illik uzun bir dövrə geri nəzər saldıqda, birlikdə nə qədər böyük işlər gördüyümüzü və
bugünkü uğurlara imza atmaq üçün nə qədər hədsiz səylər göstərdiyimizi başa düşürük.
Lakin əməyimiz öz bəhrəsini verdi – birlikdə biz Azərbaycanın bugünkü pilləyə yüksəlməsinə, dünyanın
ə
n böyük təbii qaz istehsalçılarından biri kimi dünya sənayesinin xəritəsində özünəməxsus yer tutan bir
ölkəyə çevrilməsinə nail olduq.
Və həqiqətən də bu slaydda gördüyünüz sonuncu mərhələlər çox nəhəng işləri əks etdirir və həmin işlər
birlikdə energetika sənayesinin tarixində ən əlamətdar məqamlardan biridir – CQBKG və Mərhələ 2 üçün
28 milyard dollar həcmində Yekun İnvestisiya Qərarının verilməsi, Cənub Qaz Dəhlizinin təməlqoyma
mərasimi, CQBKG-nin başlanması, TANAP və TAP layihələrinin təməlqoyma mərasimləri
Ş
ahdənizin uğur tarixçəsi Mərhələ 1-dən başlayır – bu, özü-özlüyündə nəhəng bir layihədir və mürəkkəb
qazma işləri, platformanın ölkə xaricində layihələndirilməsi və inşası, platformanın hissələr şəklində
kanallar vasitəsilə Xəzər dənizinə gətirilməsi kimi özünəməxsus çətinliklərlə doludur.
Quyuların mürəkkəbliyi, platformanın daşınması, Səngəçal terminalında dünya səviyyəli qaz qurğularının
inşası, Azərbaycan və Gürcüstan ərazisi boyunca Türkiyə sərhədinədək 700km uzunluğunda boru
kəmərinin çəkilməsi kimi çətinliklərə baxmayaraq, Şahdəniz Mərhələ 1 layihəsi sadəcə yeddi il ərzində
ə
rsəyə gəlib və bu vaxtadək regiondakı üç ölkəyə - Azərbaycan, Gürcüstan və Türkiyəyə təhlükəsiz və
etibarlı şəkildə qaz təchiz edən bir layihə kimi özünü doğruldub.
2006-cı ildə hasilata başlamaqla Mərhələ 1 Azərbaycanın iri qaz təchizatçısı kimi dünyaya çıxışını təmin
edib və Şahdəniz yatağındakı və həqiqətən də Xəzər dənizindəki növbəti nəhəng potensialı üzə çıxarmağa
imkan verib.
Hazırda Mərhələ 1 layihəsi çərçivəsində təhlükəsiz, etibarlı və səmərəli şəkildə təxminən ildə 10 milyard
kubmetr qaz və 2 milyon tondan artıq (gündə 50000 bareldən çox) kondensat hasil edilir. Ümumilikdə
bu vaxtadək Mərhələ 1 çərçivəsində 70 milyard kubmetrdən artıq qaz və təxminən 18 milyon ton
(təxminən 142 milyon barel) kondensat hasil edilib və qurğunun istismar etibarlılığı demək olar ki 100%
təşkil edib.
Ümumilikdə Xəzər hövzəsi neft-qaz sənayesindəki bir sıra ən mürəkkəb çətinlikləri özündə əks etdirir.
Ş
ahdəniz yatağının yerləşdiyi Cənubi Xəzər hövzəsi dünyada ən mürəkkəb qazma şəraiti olan sahələr
sırasındadır. Dəniz dibində aktiv palçıq vulkanları və zəif qrunt kimi geoloji təhlükələr əməliyyatları
çətinləşdirir. Və dəniz dibinin altındakı geoloji mühit yüksək təzyiqlər səbəbindən daha da mürəkkəbdir.
Xəzər dənizindəki çətinliklərdən əlavə Şahdəniz yatağının yerləşdiyi sahə və əsas məhsuldar layların
dərinliyi ilə bağlı özünəməxsus çətinlikləri də vardır. Onun yerləşdiyi ərazidə suyun dərinliyi 550 metrədək
dəyişir və əsas məhsuldar laylar dəniz səviyyəsindən təxminən 6000m aşağıda yerləşir.
Dünyanın fəaliyyətdə olan istənilən yatağında bu dərinliklərdə ən yüksək lay təzyiqinə rast gəlmək olar.
14000 funt/kvadrat düym-dək olan bu təzyiqlər dünyanın istənilən yerində qazmaçılar üçün ən böyük
çətinliklər törədir. Hazırda mövcud olan texnologiyalar 15000 funt/kv. düym ilə məhdudlaşır və siz
təsəvvür edin ki, biz Şahdəniz yatağında həyata keçirdiyimiz qazma əməliyyatlarında texnologiyaların
məhdudiyyətlərinə meydan oxuyuruq.
Bütün bunlara baxmayaraq, Şahdəniz yatağında aparılan qazma işlərinin nəticələri dünyada ən uğurlu
hesab edilə biləcək göstəricilərdən biridir.
Bu vaxtadək biz Şahdəniz yatağında kəşfiyyat və qiymətləndirmə quyularından əlavə təhlükəsiz və
müvəffəqiyyətli şəkildə Mərhələ 1 çərçivəsində altı istismar quyusu və Mərhələ 2 çərçivəsində doqquz
istismar quyusu qazmışıq. Bu quyulardan birinin dərinliyi 7300 metrə çatır və o, Xəzərdə indiyə qədər
qazılmış ən dərin quyu hesab edilir.
Ümumilikdə biz Şahdəniz yatağında 150 kilometr təhlükəsiz və səmərəli şəkildə qazma aparmışıq.
Məmnuniyyətlə demək istəyirəm ki, bütün bu səylər öz bəhrəsini verib – belə ki, BP-nin bütün dünya
üzrə portfelindəki ən məhsuldar 10 quyudan beşi Şahdəniz yatağında yerləşir.
İ
ndi isə, hazırda təkcə regionun deyil, həm də dünya qaz sənayesinin diqqət mərkəzində olan Mərhələ 2-
dən bəhs etmək istəyirəm.
Bu 28 milyard dollarlıq layihəni yerinə yetirən bir şirkət kimi, biz ötənilki konfransda olan çıxışımdan bu
vaxtadək əldə edilmiş möhtəşəm irəliləyişdən qürurla danışa bilərik.
Hazırda Azərbaycanda və Gürcüstanda bütün tikinti və istehsalat sahələrində nəhəng işlər davam edir.
Bundan əlavə, dənizdə biz 26 quyudan doqquzunu qazmışıq və bu, Şahdəniz Mərhələ 2 çərçivəsində ilk
qazın əldə olunması və sonradan hasilatın artırılması üçün kifayət edir.
Bu işlərin gedişini əks etdirən bəzi təsvirləri bu slayddan görmək olar. Sol tərəfdə Mərhələ 2 çərçivəsində
inşa edilən iki platformanın üst tikililərini görə bilərsiniz. Onlar hazırda Bakı yaxınlığında yerləşən ATA
tikinti-quraşdırma meydançasında tamamlanmaq üzrədir və bütün yaşayış modullarının demək olar ki
hamısı quraşdırılıb. Bu vaxtadək burada tikinti işləri üçün təxminən 700 milyon dollar vəsait xərclənib.
Nəhəng üst tikililər hasilat və digər qurğuların hazırlanmasında istifadə olunmuş 30000 ton polad
konstruksiyadan ibarətdir. Hazırda tikinti-quraşdırma meydançasında ucaldılan üst tikililər növbəti il
dənizə yola salınmağa hazır olacaq.
Sağ tərəfdə Qərb Cinahı sahəsində quyuağzı zonalarda yerləşdirilmiş sualtı fontan armaturlarının
kompüterlə hazırlanmış təsviri verilib. Hazırda biz bu kompüter təsvirindəki qurğuları real həyatda
gerçəkləşdirməkdəyik. Birinci dörd fontan armaturu artıq may ayında quraşdırılıb və üçü isə artıq
təhlükəsiz şəkildə dəniz dibinə endirilib və quyunun tikintisi proqramının növbəti mərhələsinə hazırdır.
Bunlar Xəzərdə birinci sualtı istismar quyuları və fontan armaturları olacaq və yüksək təzyiq və axın
sərfinin öhdəsindən gələ biləcək ən müasir texnologiyadır.
Sol küncdə Xəzərdə manifoldlar üçün ilk özül üzərində yerləşdirilmiş konstruksiyaları görə bilərsiniz. Bu
konstruksiyaların üzərinə yerləşdiriləcək sualtı manifoldlar quyulardan çıxan yüksək təzyiqli qaz və yüksək
hasilat debiti səbəbindən sənayedə texniki baxımdan ən mürəkkəb texnologiyalardan biridir. Bu
konstruksiyalardan dördü hazırda dəniz dibindədir və onların hər biri 500 ton çəkiyə malik sualtı hasilat
manifoldu üçün sabit özül təmin edir. Ümumilikdə layihə çərçivəsində 10 manifold quraşdırılacaq və
birinci manifoldun quraşdırılması 2017-ci ilin yaz aylarına planlaşdırılır. Və bütün bu yeni avadanlıqlar ilk
dəfə olaraq Bakı Dərin Özüllər Zavodunda yerli işçi qüvvəsi tərəfindən hazırlanıb..
Bu slaydda Xəzər regionundan Avropanın mərkəzinə uzanan layihənin bütün miqyası göstərilir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, BP-nin operatorluğu ilə həyata keçirilən bu layihənin
Azərbaycan və Gürcüstan ərazisindəki hissələrinin 70%-dan çoxu mühəndis-layihələndirmə, təchizat-
tədarük və tikinti işləri baxımından başa çatıb və 2018-ci ildə Şahdəniz Mərhələ 2 çərçivəsində ilk qazın
ötürülməsi planı qrafik üzrə davam edir.
Və bundan sonrakı işlər davam edir və Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya
ə
razilərindən keçməklə 3500 kilometr məsafəyə uzanacaq boru kəmərlərini əhatə edir.
Bu nəhəng qaz dəyəri zəncirinin bütün dörd hissəsini (ŞD2, CQBKG, TANAP və TAP) birləşdirdikdə
Xəzərdən İtaliyaya qədər uzanan dəhliz boyunca həyata keçirilməkdə olan 45 milyard dollarlıq layihə
ə
rsəyə gəlir.
Və bütün bu nəhəng mexanizm layihəyə investisiya yatıran və onunla bağlı uzunmüddətli öhdəliklər
götürən 13 şirkətin və altı hökumətin dəstəyi ilə, habelə on minlərlə yüksək ixtisaslı əzmkar insanların
zəhməti ilə irəliləyir.
Hər iki platformanın dayaq bloku inşa edilən “Heydər Əliyev “ adına Dərin Özüllər Zavodunda işlər
tamamlanmaq üzrədir. İlk dayaq blokunun cari ilin sonuna doğru və ikinci dayaq blokunun isə növbəti
ildə dənizə yola salınması planlaşdırılır.
Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə demək olar ki tamamlanmış yeni növ sualtı tikinti
gəmisi – “Xankəndi” may ayında suya endirilib. Gəmidə hazırda yekun tamamlama işləri aparılır və o,
növbəti ilin aprel ayında istismara veriləcək. İstismara verildikdən sonra bu gəmi layihənin nəhəng və
mürəkkəb sualtı komponentlərini öz yerinə quraşdıracaq. 380 milyon dollar dəyərində olan 17600 ton
çəkiyə malik “Xankəndi” gəmisi Xəzər dənizindəki neft və qaz gəmiləri arasında ən müasir gəmi hesab
edilir və biz Xəzərdə ilk dəfə bu cür gəminin inşa edilməsində iştirak etməkdən qürur duyuruq.
Nəzərə alaraq ki, hər biri yeni ŞD2 platformasından Səngəçal terminalı yaxınlığındakı boruların sahilə
çıxma sahəsinədək 85 km məsafədə uzanan dörd boru kəməri olacaq, sualtı işlər həmçinin çox sayda
borudüzmə əməliyyatlarından ibarətdir.
Həmçinin hasil edilmiş qazı və kondensatı sualtı hasilat mərkəzlərindən ŞD2 hasilat platformasına
ötürəcək on 14 düymlük yataqdaxili axın xətləri mövcuddur.
Dəyəri 150 milyon dollardan artıq olan əsaslı modernləşdirmə işləri başa çatdıqdan sonra “İsrafil
Hüseynov” borudüzmə barjı ötən ilin iyun ayında dənizdə işlərə başlayıb. Sualtı boru kəmərlərinin bəzi
hissələri artıq tamamlanıb və ilk qaz üçün tələb olunan bütün xətlərin cari ilin sonunadək tam başa
çatdırılacağı gözlənilir
Biz həmçinin Səngəçal terminalında aparılan işlərdə də böyük irəliləyişə nail olmuşuq. Yeni emal və
kompressiya qurğuları inşa edilməklə terminalın genişləndirilməsi davam edir.
Azərbaycanda magistral xəttin tikintisi ötən il başlanıb və hazırda təxminən 83 km uzunluğunda boru
xətləri qaynaq edilib, 57 km uzunluğunda boru xətləri örtüklənib və 36 km uzunluğunda boru xətləri
xəndəklərə endirilib. Xəndək qazma, boru endirmə, boru düzmə və əks doldurma işləri yüksək templə
irəliləyir. Marşrut boyunca boru anbarı sahələrində boru ehtiyatları yığılır və Azərbaycan hissəsi üçün
lazım olan boruların 80%-i artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər boru anbarlarında saxlanılır.
Ağsu kanalında ilk üfüqi-maili qazma sahəsi tamamlanıb və Göyçayda ikinci qazma işləri davam etdirilir.
Gürcüstanda cari ilin birinci rübündə xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və boruların
düzülməsi işləri başlanıb. Magistral xəttin tikintisi davam edir və təxminən 34 km uzunluğunda boru
xətləri qaynaqlanıb və 10 km-dən artıq uzunluqda borular örtüklənib. Tikinti işləri hər iki kompressor
stansiyasında da tam sürəti ilə davam edir. Birinci kompressor stansiyasında işlərin 42%-i və ikinci
stansiyada isə 12%-i tamamlanıb. Nəzarət-ölçü stansiyasının tikintisi işlərinin təxminən 26%-i başa çatıb
və bu işlər 2018-ci ildə tamamlanmaq üçün qrafik üzrə davam edir.
Ümumilikdə, belə qənaətə gəlmək olar ki - bütün layihənin təxminən dörddə üç hissəsi başa çatmaq
üzrədir.
Beləliklə layihə qrafik üzrə irəliləyir. Dünyada eyni vaxtda bütün yerlərdə bu miqyasda işlərə şahid olmaqla
qürur duyacaq ölkələrin sayı elə də çox deyil.
Azərbaycana bu nəsib olub, belə ki, o, AÇG layihəsindəki tikinti işlərindən başlayaraq Bakı ətrafında və
CQBKG marşrutu boyunca bir çox rayonlarda və kəndlərdə davam etməkdə olan genişmiqyaslı
fəaliyyətlərədək böyük layihələrin şahidi olub.
Hazırkı layihə Azərbaycan üçün nəyi irs qoyacaq?
Ə
vvəlki dəniz qurğularından fərqli olaraq, ilk dəfədir ki Mərhələ 2 çərçivəsində inşa edilən 2 platforma və
onun əlaqədar sualtı qurğuları yerli resurslardan istifadə olunmaqla tamamilə ölkə daxilində hazırlanır.
Azərbaycanda bütün əsas müqavilələr üzrə 22 000 nəfərdən çox insan artıq müxtəlif tikinti işlərinə cəlb
olunub. İşə cəlb olunmuş işçilərin hər onundan doqquzu Azərbaycan vətəndaşlarıdır.
Tikinti işlərinə başlamazdan əvvəl yeni obyektlərin fəaliyyətə başlaması, o cümlədən BDÖZ-də
ixtisaslaşmış qaynaq obyekti, modernləşdirilmiş yerli tikinti meydançaları, qurğular, dəniz bazaları və
strateji gəmilər üçün 500 milyon dollar civarında vəsait xərclənib (Bunlara əsasən ATA istehsalat sahəsi,
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, “İsrafil Hüseynov” borudüzmə barjı, Azərbaycan kran
gəmisi daxildir). Tikinti işləri üçün nəhəng sərmayələr yatırılıb, nəhəng dayaq bloklarının və 200-ə yaxın
mürəkkəb sualtı komponentlərin inşası üçün sadəcə bir istehsalat sahəsinə - BDÖZ-ə təxminən 2 milyard
dollar vəsait xərclənib.
Həmçinin məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 13 milyard dollar dəyərində olan tikinti
müqavilələrinin yarısından çoxu yerli şirkətlər və Azərbaycandan olan tərəfdaşlara malik birgə müəssisələr
ilə imzalanmışdır.
Bizə və sənayeyə lazım olan səriştələrə daha çox insanın yiyələnməsi üçün biz birlikdə həmçinin təhsilə və
təlimə də sərmayə yatırmağa davam edirik. Azərbaycandakı 20 illik fəaliyyətimiz ərzində biz ölkənin
potensialların yaradılması istiqamətindəki səylərinə dəstək olmaq üçün çoxsaylı işlər görmüşük. Bu
sahədə gördüyümüz işlər icmaları, müəssisələri, dövlət təşkilatlarını, universitetləri, məktəbləri,
mədəniyyət və idman təşkilatlarını əhatə edib.
Minlərlə insan həmin proqramlardan faydalanıb. Peşə təlimindən əlavə, biz yerli universitetlərə
mühəndislik ixtisası üzrə yeni fakültələrin yaradılmasında və eləcə də yeni bilik və peşə sahələrinin inkişaf
etdirilməsində dəstək olmuşuq.
Və boru kəmərləri üzrə işlər həyata keçirilmiş ərazilərdə biz yerli icmalarla əməkdaşlıq edərək bacarıqları
inkişaf etdirmək, biznes imkanları yaratmaq və yerli infrastrukturu və sosial obyektləri abadlaşdırmaq
istiqamətində işlər görmüşük. Biz icma mərkəzlərinə, kənd təsərrüfatı sahəsinə, arxeologiyaya və digər
növ fəaliyyətlərə dəstək olmuşuq. Biz ölkədəki fəaliyyətimizlə və Azərbaycanda çoxsaylı inkişaf sahələrinin
dəstəklənməsində gördüyümüz işlərlə qürur duyuruq. Bu vaxtadək biz öz tərəfdaşlarımızla Azərbaycanda
təkcə bacarıqların inkişaf etdirilməsi və potensialların yaradılmasına dəstək olmaq üçün təxminən 70
milyon dollar sərmayə yatırmışıq.
Biz bir sıra böyük mədəniyyət layihələrinə dəstək olmuşuq və mən onlardan sadəcə birinin adını qeyd
etmək istərdim – Qarabağ Atlarının təsirli hekayəsi. Beynəlxalq heyət tərəfindən hazırlanmış və BP-nin
sponsorluğu ilə ərsəyə gəlmiş bu sənədli filmin bir neçə ay bundan əvvəl premyerası oldu və o, Nizami
Kinoteatrının zalını tam doldurmuş tamaşaçıların ayaq üstə gur alqışları ilə müşayiət olundu.
Biz həmçinin ölkənin idman həyatına – o cümlədən ötənilki uğurlu nəticələrlə yadda qalmış Avropa
Oyunlarına – və ölkənin bir sıra möhtəşəm paralimpiyaçılarına da dəstək olmaqdan qürur duyuruq.
Həmin paralimpiyaçılara bu il Rio Oyunlarında iştirak edəcək əfsanəvi idmançı İlham Zəkiyev başçılıq
edir, onun şəklini növbəti slaydda görə bilərsiniz. BP Qrupu İlham Zəkiyevi dünyada təbliğ edəcək yeni
film hazırlayıb. Bu film Rio Oyunlarının başlamasına 100 gün qalmış keçirilən gerisayım zamanı nümayiş
etdirilib. İlham Zəkiyev BP-nin fəaliyyət göstərdiyi bütün regionlardan seçilmiş iki idman elçisindən
biridir ki, (digəri Almaniyadan seçilmiş Deyvid Behredir) onun möhtəşəm cəsarət və ustalığından bəhs
edən film çəkilib. Bu film tamaşaçılara inanılmaz təsir edib və onlar göz yaşlarını saxlaya bilməyib, çünki
filmdə insanın daxili gücünün inanılmaz və sonsuz qüdrətindən bəhs edilir.
Xanımlar və cənablar, yekun olaraq sizə ŞD2 və CQBKG layihələrində işlərin gedişini göstərən videoçarx
nümayiş etdirmək istəyirəm. İnanıram ki, bu video işlərin ən təfərrüatlı təsvirindən daha təsirli olacaq.
Dostları ilə paylaş: |