Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr baki 2013



Yüklə 169,57 Kb.
səhifə1/3
tarix26.03.2018
ölçüsü169,57 Kb.
#34284
  1   2   3


03azeri_vertical_cmyk_600


Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər və bununla bağlı tövsiyələr

BAKI 2013


Ön söz
Hesabatın hazırlanması zamanı dövlət qurumları, əlil təşkilatları və əlillər arasında keçirlməsi məqsədi ilə sorğu anketləri hazırlanıb və Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində sorğular təşkil olunub. Sorğu ümumi problemin öyrənilməsi, problemlərin konkretləşdirilməsi və ümumi mənzərənin müəyyənləşdirilməsinə köməklik göstərilib. Sorğuda ümumilikdə 100-dən artıq əlil vətəndaş, 5 əlil təşkilatı iştirak edib. Sorğuda qoyulan suallar dövlət orqanlarının nümayəndələri ilə keçirilən görüşlərdə qaldırılıb və onların fikirləri öyrənilib.
Ölkə qanunvericiliyi analiz edilib və beynəlxalq təcrübə öyrənilib.
Əlil və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına məsul dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilib və bəziləri ilə fərdi müsahiblər təşkil edilib. Onlardan əldə edilən informasiyaların yekun hesabatın hazırlanması zamanı istifadə olunub.
Sağlamlıq imkanları məhdud olan şəxslərin dövlət orqanlarına əlçatımlılığı və əlil vətəndaşların dövlət orqanları ilə təması zamanı yaranan problemlərin öyrənilməsi məqsədilə bir sıra dövlət qurumlarında müşahidələr aparılıb. Dövlət qurumlarında sağlamlıq imkanları məhdud olan insanlara ayrıca olaraq şərait yaradılıb, yaradılmağı eyni zamanda bu istiqamətdə perspektiv layihələrin mümkünlüyü öyrənilib.
İctimaiyyətin geniş istifadə etdiyi-parklar, keçidlər, metro, ictimai nəqliyyat, istirahət mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait və bu istiqamətdə perspektiv layihələrin mümkünlüyü araşdırılıb.

İKT-nin yaratdığı imkanlardan sağlamlıq imkanları məhdud olan şəxslərin istifadə imkanları öyrənilib və bu istiqamətdə görülə biləcək işlərlə bağlı müvafiq araşdırmalar aparılıb.

Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirmək olmuşdur. Eyni zamanda vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq, ictimai müzakirələrin genişləndirilməsinə nail olmaq üçün dəyirmi masanın keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar “Şəffaflıq Azərbaycan” Korrupsiya qarşı Mübarizə İB-nin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Yekunda dəyirmi masanın gedişi zamanı aparılan müzakirələr, səsləndirilən fikirlər, irəli sürülən təkliflər ümumiləşdirilərək tövsiyyə halına salınıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.



qanunvericilik bazasının təkmilləşdirilməsinə dair tövsiyələr


Mövcud vəziyyət

Analiz

Əlilliyi olan şəxslərin dövlət qurumlarında qəbulu zamanı onların növbədən kənar qəbulu qanunvericilikdə və qaydalarda öz əksini tapmamışdır.



Əlilliyi olan şəxslərin sərbəst surətdə hərəkət etməsi üçün məhdudiyyətlərin mövcud olması onların istənilən zaman dövlət qurumunun binasına gediş –gəliş imkanlarının olmamasına gətirib çıxarır. Bununla belə, həmin şəxslər dövlət qurumlarında qəbul zamanı uzunmüddətli növbə halları ilə qarşılaşırlar.


Tövsiyə edirik ki,

əlilliyi olan şəxslərin dövlət qurumları tərəfindən növbədənkənar qəbul edilməsi ilə bağlı “Vətəndaşların müraciətlərinə baxılması və qəbulu qaydalarında” dəyişiklik edilsin.

Mövcud vəziyyət

Analiz

Əlilliyin qarşısının alınması, sosial reabilitasiya haqqında qanunun 27-ci maddəsinə əsasən

müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar. Müvafiq icra hakimiyyəti orqanları əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin respublika standartlarını hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər.




Qanunvericilikdə əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə ixtisaslaşdırılmış iş yerlərinin yaradılmasının öz əksini tapması əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına maneələr yaradan amillərdən biridir.


Tövsiyə edirik ki,

Qanunvericilikdə öz əksini tapmış “İxtisaslaşdırılmış iş yerləri, sexlər və müəssisələr” sözləri qanunun mətnindən çıxarılsın.

Mövcud vəziyyət

Analiz

Hal-hazırda əlilliyi olan şəxslərin hüquq münasibətlərini tənzimləyən əsas qanun “Əlilliyin qarşısının alınması və sosial rebilitasiyası haqqında” qanundur.


Sosial müdafiə anlayışı geniş anlayış hesab edilməklə, həm əlliyin qarşısının alınması , onların reabilitasiyası və bütövlükdə sosial təminatı məsələlərini əhatə edir. Əlilliyi olan şəxslər dedikdə həm əlillər, həm əlilliyi olan uşaqlar nəzərdə tutulur.

Tövsiyə edirik ki,

Əlilliyin qarşısının alınması və sosial reabilitasiyası haqqında“ qanun “Əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında “ qanun kimi adlandırılsın.




Mövcud vəziyyət

Analiz

“Yaşayış minimumu haqqında ” Azərbaycan Respublikasının 5 oktyabr 2004-cü il tarixli qanununa görə yaşayış minimumu minimum istehlak səbətinin dəyərinə və icbari ödənişlərə görə müəyyən edilən sosial normativ kimi təsbit edilmişdir.



Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qruplar üzrə müəyyən edilir. Əhalin əsas demoqrafik qrupları üzrə yaşayış minimumu müəyyən edilərkən, əmək qabiliyyətli əhali, pensiyaçılar, uşaqlar müəyyən edildiyi halda əlilliyi olan şəxslər nəzərdə tutulmamışdır.

Tövsiyə edirik ki,

Yeni yaşayış minimum istehlak səbəti müəyyən ediləcək qanun layihəsində demoqrafik qrupların tərkibinə əlilliyi olan şəxslər də əlavə edilsin.


Mövcud vəziyyət

Analiz

Əmək pensiyaları haqqında “ qanunun 12.1 –ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.


“Əmək Pensiyaları” haqqında qanunun əvvəlki redaksiyasında əlilliyə görə əmək pensiyası ilə təmin edilməsi üçün şəxsin 12 ildən artıq staja malik olması tələb olunurdu. Müsbət haldır ki, bununla bağlı 12 illik staj müddətinin bir sıra beynəlxalq qanunvericilik normalarına ziddiyyət təşkil edildiyi müəyyən edilmiş, 27 oktyabr 2009-cu il tarixli “ Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun qəbul edilərək, sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla qanunda dəyişikliklər edilmişdir. Qeyd edilən müddətin azalması müsbət hal hesab olunur. Lakin hesab edirik ki, ümumiyyətlə ümumiyyətlə bu müddətin aradan qaldırılması daha məqsədəmüvafiq olardı.


Tövsiyə edirik ki,

həmin qanuna dəyişikliklər edilərək , “5 illik sığorta stajı” sözləri çıxarılaraq, “müddətindən asılı olmayaraq sığorta stajına malik olan əlilliyi olan şəxslərə” əmək pensiyası təyin olunması qeyd edilsin

Mövcud vəziyyət

Analiz

Əlilliyi olan şəxslər tərəfindən edilən şikayətlərdən biri də odur ki, dövlət qurumlarına xidmət almaq üçün müraciət etdikləri zaman onlara səyyar xidmət göstərilmir. Hazırda bu xidməti yalnız ASAN mərkəzləri göstərirlər. Bu isə qurumun daxili qaydaları ilə tənzimlənir.


Aparılan müqayisələr nəticəsində məlum olmuşdur ki, xarici ölkələrin praktikasında əlilliyi olan şəxslərin müraciəti zamanı dövlət onlara səyyar xidmət göstərilməsini təmin edir. Azərbaycanda da bu təcrübədə yararlanılması məqsədəmüvafiq olardı.

Tövsiyə edirik ki,

Əlilliyi olan şəxslər üçün dövlət qurumları tərəfindən səyyar xidmətin təşkili ilə bağlı qayda qəbul olunsun.

Mövcud vəziyyət

Analiz

22 noyabr 2005-ci il tarixli Nazirlər Kabinetinin qərarı əsasında “ Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası "və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı" təsdiq edilmişdir.


Kvota şamil edilməyən müəssisələrin  siyahısının tərkibinə dövlət orqanları daxil edilmişdir.

Tövsiyə edirik ki,

Kvota şamil edilməyən müəssisələrin  siyahısından dövlət orqanları çıxarılsın. K votanı tətbiq etməyən müəssisələr üçün tətbiq olunan cərimələr artırılsın.


ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN DÖVLƏT ORQANLARINA ÇATIMLILIĞI İLƏ BAĞLI İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Mövcud vəziyyət

Analiz

Əlilliyi olan şəxslərin dövlət qurumlarına müraciəti zamanı onların peşəkar hüquqi yardım almaq ehtiyacları vardır.


Hal hazırda Əlilliyi olan şəxslər dövlət qurumlarına müraciət etdikləri zaman peşəkar hüquqi yardım almaq üçün bir sıra çətinliklərlə üzləşirlər. “Şəffaflıq Azərbaycan” təşkilatına əlilliyi olan şəxslər tərəfindən göndərilən əsas şikayətlər də məhz verilən peşəkar hüquqi yardımın keyfiyyətli olmaması, süründürməçilik və s. halların müşahidə edilməsi ilə əlaqədardır. Bir çox hallarda əlillər məmur laqeydliyi ilə üzləşirlər. Qeyd edilən şəxslər bu və ya digər problemlərinin həll olunması üçün bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə müraciət etdikləri zaman QHT-lər tərəfindən həmin problemlərin həll olunmasında peşəkar hüquqi yardım göstərilir.

Tövsiyə edirik ki,

1.Dövlət orqanları əməkdaşları tərəfindən belə hallara yol verildikdə onlara qarşı ciddi tədbirlər görülsün və fəaliyyətlərinə nəzarət olunsun.

2.Dövlət orqanlarında əlilliyi olan şəxslərin problemlərinin həlli ilə məşğul olan şəxslər üçün peşəkar təlimlər təşkil edilsin, treninqlər keçirilsin.

3.Treninqlər və təlimlərin təşkili və keçirilməsi zamanı bu sahədə fəaliyyət göstərən QHT-lərin nümayəndələri cəlb edilsin.

Mövcud vəziyyət

Analiz

Mövcud müşahidələr əsasında müəyyən etmək mümkündür ki, hal hazırda ölkə ərazisində mövcud olan binalarda sağlamlıq imkanları olan şəxslərin sərbəst surətdə hərəkət edə bilməsi üçün panduslar qurulmalıdır. Yeraltı keçidlərdə, təzə tikililərdə pandusların quraşdırılması müşahidə olunur.


Hal- hazırda ölkə ərazisində mövcud olan dövlət orqanlarının binalarında pandusların sayı azlıq təşkil edir. Yeni tikililər və yeraltı keçidlərdə quraşdırılmış pandusların istifadəyə yararlı olmaması ilə bağlı əlilliyi olan şəxslər tərəfindən bir sıra şikayətlər mövcuddur.

Tövsiyə edirik ki,

Pandusların quraşdırılması prosesi sürətləndirilsin. Tikililərdə pandusların quraşdırılması zamanı istifədəyə yararlı ölçülərdə olması üçün əlil təşkilatları , cəmiyyətləri və bununla bağlı məlumatlı olan şəxslərin tövsiyə və təklifləri soruşulsun və nəzərə alınsın.


Mövcud vəziyyət

Analiz

“ Əlilliyin qarşısının alınması və reabilitasiya haqqında ” qanunda müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar tərəfindən əlillərin tələbatı və yerli xüsusiyyətləri nəzərə alınmaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış sahələrin yaradılması nəzərdə tutulmuşdur.


Müvafiq işədüzəltmə orqanları habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətlər nəzərə almaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış sahələrin yaradılması əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının , məşğulluğa olan tələbatının təmin edilməsi zamanı mühüm rol oynayır.


Tövsiyə edirik ki,

qeyd edilən ixtisaslaşdırılmış sahələr yaradılsın və əlilliyi olan şəxslərin həmin işlərə cəlb edilməsi üçün əmək şəraiti onların reabilitasiyası proqramına uyğunlaşdırılsın.


Mövcud vəziyyət

Analiz

“Əlilliyin qarşısının alınması və reabilitasiya haqqında qanun”un 51-ci maddəsində Əlillər cəmiyyətinin mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım göstərilməlidir.


Əlil cəmiyyətlərinin narazılığı ondan ibarətdir ki, Əlillər cəmiyyətinin mətbuat orqanlarının nəşrinə maliyyə və texniki yardımla bağlı müraciətlərin olmasına baxmayaraq köməklik edilmədiyinə görə həmin nəşrlər bağlanmağa məcbur olmuşdur.


Tövsiyə edirik ki,

əlillər cəmiyətlərinin nəşrləri üçün büdcədən vəsait ayrılsın.

Mövcud vəziyyət

Analiz

İkinci dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, əlilliyi olan uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi qanunla nəzərdə tutulmuşdur . İstifadə müddətindən tez xarab olmuş məmulatlar vaxtından qabaq yenisi ilə əvəz olunmalıdır.

Buna baxmayaraq , verilmiş protez ortopedik məlumatların keyfiyyətli olmaması , xarab olduğu müddətdə vaxtından tez dəyişdirilə bilməməsi , eləcə də protez və ortopedik məmulatların verilməsi üçün uzun müddət gözləmələri barədə əlilliyi olan şəxslər tərəfindən məlumatlar əldə olunur.


Tövsiyə edirik ki,

Fərdi bərpa Proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə nəqliyyat vasitələri almış əlillərə bu vasitələrə texniki xidmət və onların təmiri olunması ehtiyac olduqda, dəyişdirilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada kompensasiya ödənilməlidir.

Mövcud vəziyyət

Analiz

Əlilliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası haqqında qanunda göstərilmişdir ki, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün bir sıra tədbirlər həyata keçirilməlidir.


Qanunvericilikdə əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı müddəaların öz əksini tapmasına baxmayaraq , digər qanunvericilik aktlarının həmin müddəalara uyğunlaşdırılmadığı müşahidə olunur. Eləcə də əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün güzəştlərlə təmin olunmamışlar. Həmin güzəştli kreditlərin verilməməsi onların bu sahəyə marağını azaldır.


Tövsiyə edirik ki,

digər qanunvericilik aktları reabilitasiya haqqında qanunun müvafiq maddəsi ilə uyğunlaşdırılaraq, əlilliyi olan şəxslər üçün ayrıca kredit güzəştləri və bir sıra digər vergi güzəştləri müəyyən edilsin. Müəyyən edildikdən sonra, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün onlara müxtəlif mövzularda təlimlər keçirilsin və onlar bu sahədə müəyyən edilmiş yeni güzəştlər barədə məlumatlandırılsınlar.

Mövcud vəziyyət

Analiz

Əlillərin hüquqları haqqında Konvensiyanın 9-cu maddəsinin d bəndində göstərilmişdir ki, əhali üçün açıq olan binalar və digər obyektlər Brayl əlifbası ilə icra olunmuş işarələrlə asan oxunan və anlaşıqlı formada təchiz edilsin.



Hal hazırda ölkə daxilində mövcud olan binalarda çox az az hallarda brayl əlifbası ilə bağlı hər hansı yazılara rast gəlinməkdədir. Tək “Asan Xidmət” Mərkəzlərində rast gəlinir. Müşahidə etdiyimiz dövlət orqanlarının binalarında rast gəlməmişik.



Tövsiyə edirik ki,

əsas etibarı ilə dövlət orqanlarının binaları, eləcə də digər əhali üçün açıq olan binalar brayl əlifbası ilə anlaşıqlı formada təchiz edilsin.


Mövcud vəziyyət

Analiz

Mənzil sahələri ilə təmin olunmaq la bağlı müsbət haldır ki, ölkə daxilində eləcə də regionlarda hal-hazırda bu sahədə bir sıra işlər görülmüşdür. İndiyə qədər 5000 Əlilliyi olan şəxs mənzillə təmin edilmişdir.

.



Lakin buna baxmayaraq, verilən evlərdə kommunal təchizatın tam təmin edilməməsi ilə bağlı problemlər aşkar olunaraq, kupçaların verilməsi zamanı problemlərin olması ilə bağlı bir sıra məlumatlar əldə olunmuşdur. Eləcə də , mənzil təminatı məsələsinə baxılarkən , yaşayış sahələri seçmək hüquqlarından istifadə edilməsinin təmin edilməsi yaxşı olardı.

Bununla bağlı qeyd etmək lazımdır ki, mənzillə təmin olunması zamanı əlilliyi olan şəxslərə mənzil verilməsi üçün hazır binaların verilməsi , onların cəmiyyətə inteqrasiyası strategiyası ilə ziddiyyət təşkil edir. Məsləhətlidir ki, həmin mənzillər üçün ayrılıqda binaların tikilişi həyata keçirilməsin, əvəzində hər bir şəxs üçün ayrı-ayrı ünvanlarda yerləşən mənzil binalarından mənzil almaqla bu problem həll olunsun. Digər tərəfdən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müəyyən mənzil fondu var. Paytaxtda tikilən hər bir yaşayış binasındakı mənzillərin 10 faizi bu qurumun balansına verilir. Əlilliyi olan şəxslərin bir qisminin mənzillə təmin təminatı həmin mənzil fond vasitəsilə həll olunması daha yaxşı olar. Bununla da həmin insanların digər təbəqədən olan şəxslərlə normal ünsiyyəti yarana bilər və sağlamıq imkanları məhdud şəxslərin sosial cəmiyyətə inteqrasiyasına müsbət təsir etməsinə şərait yaranar.



Tövsiyə edirik ki,

əlilliyi olan şəxslərin mənzillə təmin olunması problemi ayrıca binaların tikilməsi ilə deyil, müxtəlif istiqamətlərdə və ünvanlarda yerləşən ayrı-ayrı mənzillər alınaraq həmin şəxslərə verilməsi qismində, yaxud arzu edən şəxslər üçün büdcədən mənzillə təmin olunması üçün ayrılan məbləğdən müvafiq sistemli növbə əsasında və müəyyən miqdarda pulla ödəniş etmək vasitəsilə və yaxud BŞİH-nin mənzil fondundan mənzillərin verilməsi ilə həll edilsin. Eləcə də qanunvericilikdə öz əksini tapmış əlilliyi olan şəxslərin yaşayış sahələrini seçmək hüquqlarının istifadə edilməsinə dair şərait yaradılsın. İndiyə qədər verilmiş mənzillərdə bir sıra kommunal xidmətlərlə , eləcə də evlərdə şəraitin yaxşı olmaması ilə bağlı mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər sürətləndirilsin

Mövcud vəziyyət

Analiz

Tibbi sosial ekspert komissiyaları tərəfindən müəyyən edilən əlillik dərəcələri I, II , III qruplarla müəyyən edilir.



Əlillik dərəcələrinin ümumi olaraq qruplara bölünməsi praktikada əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi zamanı bir sıra problemlər yaradır. Belə ki, işəgötürənlər tərəfindən əmək qabiliyyətsiz hesab olunan şəxsləri işə götürə bilməsində maneələr mövcuddur.

Tövsiyə edirik ki,

TSEklərin rəyində müəyyən edilən I, II, III qrup əlillik dərəcələri ləğv edilsin. Əvəzində, həmin rəydə əlilliyi olan şəxslərin əmək qabiliyyətinin mövcud olub olmaması faizlə qeyd edilərək, hansı iş imkanları daxilində işləyə bilmək imkanları göstərilsin.

Mövcud vəziyyət

Analiz

Sosial müavinətlərin məbləğinin artırılması haqqında 29 avqust 2013-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət: I qrup əlillərə — 67 manat II qrup əlillərə — 50 manat III qrup əlillərə — 43 manat; əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə: I qrup əlillərə - 83 manat , II qrup əlillərə - 66 manat , III qrup əlillərə - 60 manat; əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə: I qrup əlillərə - 77 manat , II qrup əlillərə - 66manat , IIIqrup əlillərə-50manat; əlilliyi olan 18 yaşınadək uşaqlara müavinət — 67 manat müəyyən edilmişdir.
Qeyd etmək lazımdır ki, 2013-cü il üçün yaşayış minimumu 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat , pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat müəyyən edilib.

Ötən il ölkəmizdə əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinin dəyəri 167,43 manat , pensiyaçılar üçün 150,84 manat , 0-14 yaşı uşaqlar çün 205,24 manat müəyyənləşdirilmişdir.




Əlilliyi olan şəxslərin dövlət tərəfindən təmin edilmələri ilə bağlı ən mühüm aspekt də məhz, müavinətlərin və pensiyaları verilməsi təşkil edir. Dövlət həmin şəxsləri öz öhdəliyinə götürməklə, bir sıra müavinət və bir sıra güzəştlərin verilməsi ilə təmin edilməsində borcludur. Bununla əlaqədar olaraq son illər ərzində verilən müavinət və pensiyaların miqdarı yüksələn xətt istiqamətinə getməsinə baxmayaraq, mövcud vəziyyətdə müəyyən edilən yaşayış minimumunun istehlak səbəti ilə eynilik təşkil etməməsi, eləcə də verilən müavinətlərin qeyd edilən yaşayış minimum məbləği ilə uyğunluq təşkil etməməsi ilə bağlı bir sıra problemlərin mövcudluğu hələ də qalmaqdadır. Məhz əlilliyi olan şəxslərin də bu aspektdə şikayətləri çoxluq təşkil edir. Eləcə də , pensiya və müavinətlərin miqdarı onların xərclərindən az olması həyat şəraitlərinin daha da çətinləşməsindən xəbər verir. Yaxşı olardı ki, müavinətlərin pensiyaları arıtırılmasına dair tədbirlər görülsün o cümlədən əlillərin sosial təminatı sferasında sosial müavinət pensiya təminatı sahələrində qanunvericiliyin ekspertizası təşkil edilərək, onların xərcləri uyğun olaraq hesablanaraq pensiya və müavinətlər hesablanmış məbləğə uyğunlaşdırılsın.


Yüklə 169,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə