Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

protokola  imza  atıb  və  qumbaranın  aşkar  edildiyini  təsdiqləyib),  o,  işlədiyi  fəhlə  bazarından

həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislər tərəfindən aparıldıqlarını və bunun əvəzində

onların  hər  birinə  20  AZN  verildiyini  Şirvan  Apellyasiya  Məhkəməsində  bildirib.  Zərərçəkmiş

kimi  tanınan  şəxslərin  heç  biri  cənab  Quliyevlə  istintaq  zamanı  üzləşdirməyiblər,  onların  çoxu

polis  əməkdaşlarıdır  və  hamısı  məhkəmədə  eyni  ifadəni  verməklə  kifayətləniblər,  buna

baxmayaraq, faktiki olaraq jurnalistin polislərə xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya

çıxmayıb. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi sübut kimi cinayət işinin

materiallarında aşkarlanmayıb.

6.

 

Kərimov Fərəc Raqif oğlu

Saxlanma

14‐cü il



tarixi:

23 iyul 20



İttiham:

CM‐nin  234.4.3‐cü  (satış  məqsədi  ilə  qanunsuz  olaraq



narkotik  vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya

saxlama,  hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,

yaxud qanunsuz olaraq

r

op

iqdarda tö

d

10



narkotik vasitələ i və ya psixotr  maddələri

satma, külli m

rədildikdə) mad əsi 

Saxlandığı  yer:

Bak


t

ı  İstin aq  Təcridxanası  (Kürdəxanı

Təcridxanası)

İş  üzrə  qısa  arayış:

Müxalif  Müsavat  Partiyasının  Gənclər  Təşkilatının  üzvü  olan  cənab

Kərimov  partiyanın  rəsmi  saytı

www.musavat.org.az‐un

 idarəçisidir.  Bundan  başqa  o  sosial

şəbəkələrdə  fəallığı  ilə  seçilmiş  və  tənqidi  materialların  yayılması  üçün  çoxsaylı  üzvləri  əhatə

edən qrupların yaradıcısı və idarəçisi olmuşdur. Cənab Kərimov Facebook‐da 100000‐dən artıq

üzvü  olan  və  təxminən  bir  il  əvvəl  bağlanan  “İstefa”  qrupunun  idarəçisi  olmuş,  bu  qrup

bağlandıqdan sonra “BASTA” qrupunu yaratmışdır. Hakimiyyəti tənqid edən bu qrupun 116000‐

ə qədər üzvü var.

Cənab  Kərimov  iyulun  23‐də  anasını  xəstəxanaya  apararkən  (qardaşı  bir  neçə  gün  əvvəl  həbs

edildiyi üçün anası iflic olmuşdur) qara maskalı şəxslər tərəfindən saxlanılaraq aparılmış, onun

barəsində  saatlarla  heç  bir  məlumat  almaq  mümkün  olmamışdır,  nəticədə  cənab  Kərimovun

yaxınlarına  və  vəkilinə  saxlanması  barədə  məlumat  vermək  hüququ  pozulmuşdur.  Nərimanov

rayon Məhkəməsi iyulun 25‐də sosial şəbəkə fəalı barədə onun vəkilinə xəbər etmədən 3 aylıq

həbs  qətimkan  tədbirinin  seçilməsi  barədə  qərar  qəbul  edib,  qərarda  cənab  Kərimovun  Bakı

İstintaq  Təcridxanasına  köçürülməli  olduğu  vurğulansa  da,  o,  həbsi  həyata  keçirmiş  Baş

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılmışdır, vəkili onunla yalnız avqustun 1‐də

məhkəmədə görüşə bilmiş, vəkilə müdafiə etdiyi şəxslə görüş hüququ isə yalnız avqustun 2‐də

tanınmışdır. Fərəc Kərimov yalnız iyulun 30‐da dörd gün aclıq aksiyası keçirdikdən sonra Bakı

İstintaq  Təcridxanasına    köçürülmüşdür.    Fərəc  Kərimov  Mütəşəkkil  Cinayətkarlığa  Qarşı

i

v



Mübar zə İdarəsində saxlanılarkən fiziki təzyiqə və şantaja məruz qaldığını, zorla ifadə erməyə

məcbur edildiyini bildirmişdir.

Cənab  Kərimovun  həbsindən  bir  neçə  gün  öncə  onun  qardaşı  Sirac  Kərimov  da  eyni  ittihamla

əbs  edilmiş,    evdə  axtarış  zamanı  atalarına  məxsus  noutbuk  da  götürülmüş  və  müstəntiqlə

öhbət zamanı atasına müxalif mövqeyi ilə bağlı suallar vermişlər.

h

s






“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

11

7



.

 

Məmmədov Hilal Əlif oğlu

Saxlanma

2012‐ci il



tarixi:

21 iyun


İttiham:

CM‐nin 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik



vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama,

hazırlama,  istehsal  etmə,  emal  etmə,  daşıma,  göndərmə,  yaxud

qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma,

külli  miqdarda  törədildikdə),  274  (Dövlətə  xəyanət,  yəni  Azərbaycan

Respublikasının  suverenliyi,  ərazi  toxunulmazlığı,  dövlət  təhlükəsizliyi

və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının

vətəndaşı  tərəfindən  qəsdən  törədilən  əməl:  düşmən  tərəfinə  keçmə,  casusluq,  dövlət  sirrini  xarici

dövlətə  vermə,  Azərbaycan  Respublikasına  qarşı  düşmənçilik  fəaliyyəti  aparmaqda  xarici  dövlətə,

təşkilata və ya onların nümayəndələrinə kömək etmə) və  283‐cü  (Milli, irqi, sosial və ya dini nifrət

və  düşmənçiliyin  salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini

mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya

üstünlüklərinin  müə

ətlər,  aşkar  surətdə  və  ya  kütləvi  informasiya

vasitələrindən istifad

yyən  edilməsinə  yönələn  hərək

ə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer:

17 saylı Cəzaçəkmə Müəssisəsi



İş üzrə qısa arayış:

Cənab Məmmədov talış dilində dərc edilən Tolışi Sədo” qəzetinin baş

redaktorudur  və  eyni  zamanda  həbsinə  qədər  hüquq  müdafiə  fəaliyyəti  ilə  də  məşğul  olurdu.

Həm qəzetdə, həm də sosial şəbəkələrdə, xüsusən Facebook‐da hakimiyyətin yürütdüyü siyasətlə

bağlı sərt tənqidi fikirlər səsləndirmişdir. Cənab Məmmədova qarşı ilkin olaraq narkotik maddə

ittihamı irəli sürülsə də, sonradan ona qarşı narkotik ittihamı ilə heç bir əlaqəsi olmayan daha

ağır  ittihamlar  irəli  sürüldü.  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  27  sentyabr  2013‐cü  il  tarixli

qdan

qərarı ilə 5 il müddətinə azadlı



məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013‐cü

il dekabrın 25‐də bu qərardan verilən şikayəti təmin etməyib.

Jurnalist  Amnesty  Internaional  təşkilatı  tərəfindən  vicdan  məhbusu  kimi  tanınıb

7

,  onun  saxta



ittihamlarla  həbs  edilməsi  və  azadlığa  buraxılmasının  zəruriliyi  ATƏT‐in  Media  Azadlığı  üzrə

Nümayəndəsinin  bəyanatında

8

 və  Avropa  Şurası  İnsan  Haqları  Komissarının  hesabatında  öz



əksini tapıb

9

.



7

http://bit.ly/1gJG6nt

8

http://bit.ly/O5n8Lm



9

http://bit.ly/1gpkKdm






Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə