Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

21

 

64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 



64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən 

edilmiş cinayət törətdikdə. 

 

Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası  



 

65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. 

65.2.  Məhkəmə  valideynlik  hüquqlarından  məhrumetmə  işlərinə  valideynlərdən 

(onları  əvəz  edən  şəxslərdən)  birinin  ərizəsinə,  habelə  yetkinlik  yaşına  çatmayanların 

hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı 

ilə baxır. 

65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik 

hüquqlarından  məhrum  edilmiş  valideynlərdən  (onlardan  birindən)  uşağa  aliment 

tutulması məsələsini də həll edir. 

65.4. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin 

(onlardan  birinin)  hərəkətlərində  cinayət  əməli  olduğunu  aşkar  edərsə,  bu  barədə 

prokurora məlumat verməyə borcludur. 

65.5. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni 

qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra 

hakimiyyəti orqanına göndərməlidir. 

 

Maddə 66. Valideynlik hüquqlarından məhrumetmənin nəticələri  



 

66.1.  Valideynlik  hüquqlarından  məhrum  edilmiş  valideynlər  uşağa  münasibətdə 

həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 

82-ci  maddəsinə  əsasən  uşaqdan  təminat  almaq,  habelə  uşaqlar  üçün  təyin  edilmiş 

dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. 

66.2. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını 

təmin etmək vəzifələrindən azad edilmirlər. 

66.3.  Valideynlik  hüquqlarından  məhrum  edilmiş  valideynlər  (onlardan  biri)  ilə 

uşaqların  birgə  yaşamaq  məsələlərini  məhkəmə  Azərbaycan  Respublikasının  mənzil 

qanunvericiliyinə əsasən həll edir. 

66.4.  Valideynlik  hüquqlarından  məhrum  edilmiş  valideynlərin  (onlardan  birinin) 

uşaqları  mənzilə  xüsusi  mülkiyyət  hüququna  və  ya  ondan  istifadə  hüququna,  uşağın 

valideynlərlə  və  başqa  qohumlarla  qohumluq  faktına  əsaslanan  əmlak  hüquqlarına,  o 

cümlədən vərəsəlik hüququna malikdir. 

66.5. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər 

ikisi  valideynlik  hüquqlarından  məhrum  edildikdə,  uşaq  müvafiq  icra  hakimiyyəti 

orqanının himayəsinə verilə bilər. 

66.6.  Uşaq,  valideynlərin  (onlardan  birinin)  valideynlik  hüquqlarından  məhrum 

edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə 

bilər. 


 

Maddə 67. Valideynlik hüquqlarının bərpası  




 

67.1.  Valideynlərin  (onlardan  birinin)  həyat  tərzi,  əxlaqı,  uşağın  tərbiyəsinə 

münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. 

67.2.  Valideynlik  hüquqlarının  bərpası  valideynlik  hüquqlarından  məhrum  edilmiş 

valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir. 

67.3.  Valideynlik  hüquqlarının  bərpası  işinə  müvafiq  icra  hakimiyyəti  orqanının 

iştirakı ilə baxılır. 

67.4.  Valideynlik  hüquqlarının  bərpası  ilə  bağlı  valideynlərin  ərizəsi  ilə  birlikdə 

uşağın valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər. 

67.5.  Valideynlik  hüquqlarının  bərpası  uşağın  mənafeyinə  zidd  olarsa,  məhkəmə 

valideynlərin  (onlardan  birinin)  valideynlik  hüquqlarının  bərpası  iddiasını  uşağın  rəyini 

nəzərə almaqla rədd edə bilər. 

67.6.  Uşaq  10  yaşına  çatmışsa,  ancaq  onun  razılığı  ilə  valideynlik  hüquqları  bərpa 

edilə bilər. 

67.7.  Uşaq  övladlığa  götürülmüşsə  və  övladlığa  götürmə  ləğv  edilməmişsə, 

valideynlik hüquqları bərpa edilə bilməz. 

 

Maddə 68. Valideynlik hüquqlarının məhdudlaşdırılması  



 

68.1.  Məhkəmə  valideynlik  hüquqlarından  məhrum  etmədən  uşağın  mənafeyini 

nəzərə  almaqla,  valideynlərdən  (onlardan  birindən)  uşağın  alınması  barədə  qətnamə 

qəbul edə bilər. 

68.2. Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda 

(psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün 

təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. 

68.3.  Valideynlərin  davranışı  onlarla  qalan  uşaq  üçün  təhlükəlidirsə,  valideynlik 

hüquqlarından  məhrumetmə  üçün  əsas  yoxdursa,  valideynlik  hüquqlarının 

məhdudlaşdırılmasına  yol  verilir.  Valideynlər  öz  davranışını  dəyişməzlərsə,  valideynlik 

hüquqlarının  məhdudlaşdırılması  barədə  məhkəmə  qətnaməsinin  çıxarılmasından  6  ay 

keçdikdən  sonra  müvafiq  icra  hakimiyyəti  orqanı  uşaqların  mənafeyini  nəzərə  alaraq 

valideynlik  hüquqlarından  məhrumetmə  iddiası  qaldırmalıdır.  Müvafiq  icra  hakimiyyəti 

orqanı  valideynləri  (onlardan  birini)  bu  müddətdən  də  tez  valideynlik  hüquqlarından 

məhrumetmə barədə iddia qaldıra bilər. 

68.4.  Uşağın  yaxın  qohumları,  yetkinlik  yaşına  çatmayan  uşaqları  müdafiə  edən 

orqanlar,  məktəbəqədər,  ümumtəhsil  və  başqa  müəssisələr  valideynlik  hüquqlarının 

məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. 

68.5.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılması  işinə  müvafiq  icra  hakimiyyəti 

orqanının  iştirakı  ilə  baxılır.  Bu  zaman  məhkəmə  valideynlərdən  (onlardan  birindən) 

aliment tutulması məsələsini də həll edir. 

68.6.  Valideynlik  hüquqlarının  məhdudlaşdırılması  haqqında  qətnamə  qanuni 

qüvvəyə  mindikdən  sonra  3  gündən  gec  olmayaraq  məhkəmə  bu  qətnamədən  çıxarışı 

müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. 

 

Maddə 69. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri  



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə