Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun 

tələbi ilə açıla bilər. 

47.2.  Bu  Məcəllənin  46.2-ci  maddəsinə  əsasən  uşağın  atası  kimi  yazılmış  şəxs 

qeydlər  zamanı  özünün  uşağın  həqiqi  valideyni  olmadığını  bilirdisə,  onun  atalığa  dair 

mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 

47.3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  süni  mayalanma  və  embrionun 

implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə 

əsaslanmaq hüququ yoxdur. 

47.4 Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı 

doğan  qadın  (surroqat  ana)  atalığa  (analığa)  dair  mübahisə  açma  zamanı  doğum 

haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə 

əsaslana bilməz. 

 

Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri  



 

Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən 

olunduqda,  uşaqlar  valideynlərinə  və  onların  qohumlarına  münasibətdə,  öz  aralarında 

nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 

 

11-ci fəsil 

Ailədə uşaqların hüquqları 

 

Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ 



 

49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən 

şəxslər uşaq hesab olunurlar. 

49.2.  Hər  bir  uşaq  ailədə  yaşamaq  və  tərbiyə  almaq,  öz  valideynlərini  tanımaq  və 

onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, 

onlarla birgə yaşamaq hüququna malikdir. 

49.3.  Uşaq  öz  valideynləri  tərəfindən  tərbiyə  olunmaq,  öz  maraqlarının  təmin 

olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 

49.4.  Valideynlər  olmadıqda,  onlar  valideynlik  hüquqlarından  məhrum  olunduqda 

və  ya  uşaq  valideyn  himayəsini  itirdiyi  digər  hallarda,  uşağın  ailədə  tərbiyəsi  bu 

Məcəllənin  18-ci  fəslində  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təmin edilir. 

 

Maddə  50.  Uşağın  öz  valideynləri  və  başqa  qohumları  ilə  ünsiyyətdə  olmaq 



hüququ  

 

50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə 



ünsiyyətdə olmaq hüququna malikdir. 

50.2.  Valideynlərinin  nikahının  pozulması  və  ya  etibarsız  sayılması,  valideynlərinin 

ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 

50.3.  Valideynlər  ayrı  yaşadıqda  uşaq  onların  hər  biri  ilə  ünsiyyət  hüququna 

malikdir. 



50.4.  Valideynlər  müxtəlif  dövlətlərdə  yaşadıqda  da  uşaq  öz  valideynləri  ilə 

ünsiyyətdə olmaq hüququna malikdir. 

50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə 

müəssisəsində  yerləşdirildikdə  və  s.)  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  öz 

valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 

 

Maddə 51. Uşağın müdafiə hüququ  



 

51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 

51.2.  Uşağın  hüquqlarının  və  qanuni  mənafelərinin  müdafiəsi  valideynlər  (onları 

əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti 

orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 

51.3.  Qanunvericiliyə  uyğun  olaraq  yetkinlik  yaşına  çatana  qədər  tam  fəaliyyət 

qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu 

müstəqil həyata keçirirlər. 

51.4  Uşağın  valideynləri  (onları  əvəz  edən  şəxslər)  tərəfindən  sui-istifadə  etmə 

hallarından müdafiə olunmaq hüququ vardır. 

51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri 

(onlardan  biri)  uşağın  təhsili,  tərbiyəsi  üzrə  vəzifələrini  yerinə  yetirmədikdə  və  ya 

valideynlik  hüquqlarından  sui-istifadə  etdikdə,  uşaq  öz  hüquqlarını  qorumaq  üçün 

müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək 

hüququna malikdir. 

51.6. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına 

və  ya  mənəviyyatına  təhlükə  törədə  bilən  fəaliyyətə  cəlb  olunması,  hüquqlarının  və 

qanuni  mənafelərinin  pozulması  barədə  məlumatı  olan  vəzifəli  şəxslər  və  digər 

vətəndaşlar  bu  barədə  uşağın  faktiki  olduğu  yerin  müvafiq  icra  hakimiyyəti  orqanına 

məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda 

uşağın  hüquqlarının  və  qanuni  mənafelərinin  müdafiəsi  üçün  zəruri  tədbirlər  görməyə 

borcludur.



18

 

51.7.  Uşaq  hüquqlarının  həyata  keçirilməsinə  müvafiq  icra  hakimiyyəti  orqanları 



nəzarət edirlər.

19

 

 



Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ  

 

Uşaq  ailədə  onun  maraqlarına  toxunan  istənilən  məsələnin  həlli  zamanı  öz  fikrini 



bildirmək,  habelə  məhkəmə  istintaqı  və  inzibati  araşdırmaların  gedişində  dinlənilmək 

hüququna  malikdir.  Onun  maraqlarına  zidd  olan  hallar  istisna  olunmaqla,  10  yaşına 

çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda 

məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə 

qərar qəbul edə bilər. 

 

Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ  



 

53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 

53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə