Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   2   3   4   5   6   7   8   9   10   ...   32

Maddə  42.  Nikah  müqaviləsi  bağlanarkən,  dəyişdirilərkən  və  pozularkən 

kreditorların hüquqlarına təminat verilməsi  

 

42.1.  Nikah  müqaviləsinin  bağlanması,  dəyişdirilməsi  və  pozulması  barədə  ər 



(arvad)  öz  kreditoruna  (kreditorlarına)  məlumat  verməlidir.  Bu  vəzifəni  yerinə 

yetirmədikdə  ər  (arvad)  nikah  müqaviləsinin  məzmunundan  asılı  olmayaraq  öz 

öhdəliklərinə görə məsuliyyət daşıyır. 

42.2.  Kreditor  (kreditorlar)  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əsasən 

nikah  müqaviləsinin  şərtlərinin  dəyişdirilməsini  və  ya  onun  pozulmasını  tələb  etmək 

hüququna malikdir. 

 

 

Dördüncü bölmə 



 

Valideynlərin və uşaqların hüquq və vəzifələri 

 

10-cu fəsil 

Uşaqların mənşəyinin müəyyən olunması 

 

Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları 



 

Valideynlərin  və  uşaqların  hüquq  və  vəzifələri  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 

 

Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 



 

44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını 

təsdiq  edən  sənəd  əsasında,  uşaq  tibb  müəssisəsindən  kənarda  anadan  olduqda 

doğuma  kömək  göstərmiş  həkimin  sənədi  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən,  bu  sənədlər  olmadıqda  isə  şahid  ifadələri  və  digər  sübutlar  əsasında 

məhkəmə tərəfindən müəyyən olunur.



16

 

44.2.  Uşaq,  aralarında  nikah  bağlanmış  şəxslərdən  olduqda,  eləcə  də  nikahın 



pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün 

ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab 

olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 

44.3.  Uşağın  anası  ilə  nikahda  olmayan  şəxsin  atalığı  uşağın  atasının  və  anasının 

müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 

44.4.  Ana  öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə,  ananın  yerini 

müəyyən  etmək  mümkün  olmadıqda  və  ya  o,  valideynlik  hüquqlarından  məhrum 

edildikdə,  atalıq  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə  uşağın  atasının  ərizəsi 

əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 

44.5.  Atalığın  müəyyən  olunması  haqqında  birgə  ərizə  verməyin  uşağın 

doğulmasından  sonra  qeyri-mümkünlüyü  və  ya  çətinliyi  güman  olunduğu  hallarda 

gələcək  uşağın  öz  aralarında  nikahda  olmayan  valideynləri  bu  ərizəni  müvafiq  icra 




hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın 

valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 

44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun 

razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu 

və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 

 

Maddə  45.  Məhkəmə  qaydasında  atalığın  və  atalığın  tanınması  faktının 



müəyyən olunması  

 

45.1.  Uşaq  aralarında  nikah  olmayan  şəxslərdən  olduqda  və  valideynlərin  birgə 



ərizəsi  və  ya  uşağın  atasının  ərizəsi  olmadıqda,  atalıq  uşağın  valideynlərindən  birinin, 

uşağın  qəyyumunun  (himayəçisinin),  uşağı  saxlayanın,  habelə  uşaq  yetkinlik  yaşına 

çatdıqda  onun  özünün  ərizəsi  əsasında  məhkəmə  qaydasında  müəyyən  olunur.  Bu 

zaman  məhkəmə  uşağın  konkret  şəxsdən  törəməsi  ilə  əlaqədar  istənilən  sübutun 

mötəbərliyini nəzərə ala bilər. 

45.2.  Uşağın  anası  ilə  nikaha  daxil  olmayan,  lakin  özünü  uşağın  atası  hesab  edən 

şəxs  öldükdə,  atalığın  tanınması  faktı  Azərbaycan  Respublikasının  mülki-prosessual 

qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 

 

Maddə  46.  Doğum  haqqında  şəhadətnamədə  uşağın  valideynləri  haqqında 



qeyd  

 

46.1.  Öz  aralarında  nikahda  olan  ata  və  ana  doğum  haqqında  şəhadətnamədə 



uşağın valideynləri kimi qeyd olunurlar.

17

 

46.2.  Valideynlər  öz  aralarında  nikahda  olmadıqda  uşağın  anası  haqqında  qeyd 



ananın  ərizəsi,  atası  haqqında  qeyd  isə  uşağın  atasının  və  anasının  birgə  ərizəsi  və  ya 

atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 

46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə 

valideynlərin  birgə  ərizəsi  və  ya  məhkəmənin  qətnaməsi  olmadıqda,  doğum  haqqında 

şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının 

və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 

46.4.  Öz  aralarında  nikahda  olan  və  süni  mayalanma  və  ya  embrionun 

implantasiyasının  tətbiqi  barədə  yazılı  razılığı  olan  valideynlərin  həmin  metodlar 

nəticəsində  uşağı  olduqda,  uşağı  doğan  qadının  (surroqat  ananın)  razılığı  ilə  doğum 

haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. 

46.5. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına 

yazılı  şəkildə  razılıq  verən  şəxslər  yalnız  uşağı  doğan  qadının  razılığı  ilə  uşağın 

valideynləri kimi yazıla bilərlər. 

 

Maddə 47. Atalığa, analığa dair mübahisə açma 



 

47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında 

şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, 

uşağın  valideyni  qismində  yazılmış  şəxsin  və  ya  onun  həqiqi  valideyninin,  habelə  uşaq 

yetkinlik  yaşına  çatandan  sonra  onun  özünün  və  ya  uşağın  qəyyumunun,  eləcə  də 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə