Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ


Nikah  pozulduqdan  sonra  keçmiş  ərin  (arvadın)  aliment  almaq



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

Maddə  85.  Nikah  pozulduqdan  sonra  keçmiş  ərin  (arvadın)  aliment  almaq 

hüququ  

 

85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri 



vəsaitə  malik  olan  keçmiş  ərdən  (arvaddan)  aliment  ödəməyi  tələb  etmək  hüququna 

malikdirlər: 

85.1.1.  hamiləlik  dövründə  və  ümumi  uşaqlarının  doğulduğu  gündən  3  il  ərzində 

keçmiş arvad; 

85.1.2.  sağlamlıq  imkanları  məhdud  ümumi  uşağa  və  ya  18  yaşına  çatanadək 

sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən  olunmuş  18  yaşından  yuxarı  I  qrup  əlil 

olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

24

 

85.1.3.  nikah  pozulana  qədər  və  ya  nikah  pozulduğu  gündən  bir  il  ərzində  əmək 



qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 

85.1.4.  ər-arvad  uzun  müddət  nikahda  olmuşlarsa,  nikah  pozulduğu  andan  5  il 

müddətindən  gec  olmayaraq  pensiya  yaşına  çatan  və  maddi  yardıma  ehtiyacı  olan 

keçmiş ər (arvad). 

85.2.  Alimentin  miqdarı  və  nikah  pozulduqdan  sonra  onun  keçmiş  ərə  (arvada) 

ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. 

 

Maddə  86.  Ərdən  (arvaddan)  və  ya  keçmiş  ərdən  (arvaddan)  digərinə 



məhkəmə qaydasında tutulan alimentin miqdarı  

 

Aliment  ödənilməsi  barədə  ər-arvad  və  ya  keçmiş  ər-arvad  arasında  saziş 



olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan 

alimentin  miqdarı  məhkəmə  tərəfindən  keçmiş  ərin  (arvadın)  ailə  və  maddi  vəziyyəti, 

tərəflərin  digər  diqqətəlayiq  olan  maraqları  nəzərə  alınmaqla,  hər  ay  ödənilməli  olan 

sabit pul məbləği formasında müəyyən edilir. 

 

Maddə 87. Ərin (arvadın) arvadı (əri) saxlamaq vəzifəsindən azad edilməsi və 



ya bu vəzifənin müddətlə məhdudlaşdırılması  

 

87.0.  Məhkəmə  aşağıdakı  hallarda  əri  (arvadı)  nikah  dövründə  və  nikah 



pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) 

saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər: 

87.0.1.  maddi  yardıma  ehtiyacı  olan  ər  (arvad)  əmək  qabiliyyətini  spirtli  içkilərin, 

narkotik  vasitələrin,  psixotrop  maddələrin  qəbulu  və  ya  qəsdən  törətdiyi  cinayət  əməli 

nəticəsində itirdikdə;

25

 

87.0.2. aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda; 



87.0.3. nikah çox çəkmədikdə. 

 

15-ci fəsil 



Ailənin başqa üzvlərinin aliment öhdəlikləri 

 

Maddə  88.  Qardaş  və  bacıların  yetkinlik  yaşına  çatmayan  və  ya  əmək 



qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi 


 

Yetkinlik  yaşına  çatmayan  və  yardıma  ehtiyacı  olub,  valideynlərindən  saxlanılması 

üçün  yardım  ala  bilməyən  qardaş  və  bacılar  buna  zəruri  vəsaitə  malik  yetkinlik  yaşına 

çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. 

Əmək  qabiliyyəti  olmayan  və  yardıma  ehtiyacı  olan  yetkinlik  yaşına  çatmış  qardaş  və 

bacılar  valideynlərindən,  yaxud  da  ərindən  (arvadından)  və  ya  yetkinlik  yaşına  çatan 

uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. 

 

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi  



 

Yardıma  ehtiyacı  olan  yetkinlik  yaşına  çatmayan  nəvələr  saxlanmaq  üçün  öz 

valideynlərindən  maddi  yardım  ala  bilmədikdə,  buna  zəruri  vəsaitə  malik  baba  və 

nənədən  məhkəmə  qaydasında  aliment  almaq  hüququna  malikdirlər.  Əmək  qabiliyyəti 

olmayan  və  yardıma  ehtiyacı  olan  yetkinlik  yaşına  çatan  nəvələr  saxlanmaq  üçün 

valideynlərindən,  yaxud  da  ərdən  (arvaddan)  maddi  yardım  ala  bilmədikdə,  onlara  da 

eyni hüquq verilir. 

 

Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi  



 

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün 

yetkinlik  yaşına  çatan  övladlarından  və  ya  ərindən  (arvadından)  maddi  yardım  ala 

bilmədikdə,  zəruri  vəsaitə  malik  nəvələrdən  məhkəmə  qaydasında  aliment  verilməsini 

tələb etmək hüququna malikdirlər. 

 

Maddə 91. Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi  



 

91.1.  Yetkinlik  yaşına  çatmayan  uşaqları  faktik  tərbiyə  etmiş  və  saxlamış  əmək 

qabiliyyəti  olmayan  və  yardıma  ehtiyacı  olan  şəxslər,  öz  yetkinlik  yaşına  çatmış 

övladlarından  və  ya  ərlərindən  (arvadlarından)  təminat  ala  bilmədikdə,  yetkinlik  yaşına 

çatmış  öz  əmək  qabiliyyətli  yetirmələrindən  məhkəmə  qaydasında  aliment  verilməsini 

tələb etmək hüququna malikdirlər. 

91.2.  Faktik  tərbiyəçilər  öz  yetirmələrini  5  ildən  az  müddətdə  tərbiyə  etdiyi  və 

saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları 

saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər. 

91.3.  Bu  Məcəllənin  91.1-ci  maddəsində  nəzərdə  tutulan  vəzifələr  qəyyumluğa 

(himayəyə)  verilmiş  və  ya  tərbiyə  olunmaq  üçün  himayədar  ailəyə  verilmiş  şəxslərə 

həvalə olunmur. 

 

Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi  



 

92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və 

qızlarını  tərbiyə  etmişlərsə  və  ya  saxlamışlarsa  və  özlərinin  yetkinlik  yaşına  çatan 

övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, 

əmək  qabiliyyəti  olan  və  yetkinlik  yaşına  çatmış  ögey  oğul  və  qızlarından  məhkəmə 

qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə