Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

53.3.  Uşağın  soyadı,  bir  qayda  olaraq,  valideynlərin  soyadı  ilə  müəyyən  edilir. 

Uşağın  valideynlərinin  soyadları  müxtəlif  olduqda  uşağa  valideynlərin  razılığı  ilə  atanın 

və  ya  ananın  soyadı  verilir.  Adın,  ata  adının  və  soyadın  verilməsi  və  dəyişdirilməsi 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.



20

 

53.4.  Valideynlər  arasında  uşağın  ad  və  soyadına  münasibətdə  razılıq  olmadıqda 



yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 

53.5.  Atalıq  müəyyən  olunmadıqda  uşağa  ad  ananın  göstərişi  ilə,  ata  adı  bu 

Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına 

görə, soyad isə ananın soyadına görə verilir. 

 

Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi  



 

54.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  uşaq  18  yaşına  çatana  qədər  onun  adının 

dəyişdirilməsinə,  eləcə  də  soyadının  digər  valideynin  soyadına  dəyişdirilməsinə, 

valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 

54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını 

vermək  istədikdə  müvafiq  icra  hakimiyyəti  orqanı  bu  məsələni  digər  valideynin  rəyini 

nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq  həll edir. Digər  valideynin olduğu 

yeri  müəyyənləşdirmək  mümkün  olmadıqda,  o  valideynlik  hüquqlarından  məhrum 

edildikdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə,  eləcə  də  üzürsüz  səbəbdən 

uşağı  saxlamaqdan  və  onun  tərbiyəsindən  yayındıqda  həmin  valideynin  rəyini  nəzərə 

almaq məcburi deyil. 

54.3.  Uşaq  öz  aralarında  nikahda  olmayan  şəxslərdən  olubsa  və  atalıq 

qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  müəyyən  olunmayıbsa,  müvafiq  icra 

hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə 

müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 

54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. 

 

Maddə 55. Uşağın əmlak hüquqları  



 

55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci 

bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 

55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin 

(onları  əvəz  edən  şəxslərin)  sərəncamına  daxil  olur,  onlar  tərəfindən  uşaqların 

saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 

55.3.  Məhkəmə  uşağa  görə  aliment  ödəyən  valideynin  tələbi  ilə  alimentin  50 

faizdən  çox  olmayan  məbləğini  yetkinlik  yaşına  çatmayan  uşağın  adına  açılmış  bank 

hesabına köçürmək barədə qərar çıxara bilər. 

55.4.  Uşaq  gəlirinə,  vərəsəlik  və  ya  hədiyyə  şəklində  əldə  etdiyi  əmlaka,  habelə 

uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın 

mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası 

Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. 

55.5.  Uşağın  əmlakı  valideynlər  tərəfindən  idarə  olunarsa,  mülki  qanunvericiliyə 

uyğun  olaraq  onlara  himayə  altında  olan  şəxsin  əmlakına  sərəncam  verənlərə  dair 

qaydalar şamil olunur. 




55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna 

malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin 

əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. 

55.7 Valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində 

sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. 

 

12-ci fəsil 



Valideynlərin hüquq və vəzifələri 

 

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 



 

56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 

56.2.  Uşaqlar  yetkinlik  yaşına  çatdıqda,  yetkinlik  yaşına  çatmayan  şəxslər  nikah 

bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş 

hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq 

və vəzifələrinə xitam verilir. 

 

Maddə 57. Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları  



 

57.1.  Yetkinlik  yaşına  çatmayan  valideynlər  uşaqlarla  birgə  yaşamaq  və  onların 

tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər. 

57.2.  Yetkinlik  yaşına  çatmayan  valideynlər  nikaha  daxil  olmamışlarsa,  onların 

uşaqları  doğulduqda  həmin  valideynlər  16  yaşına  çatdıqdan  sonra  atalığın  (analığın) 

müəyyən  edilməsində  müstəqil  hərəkət  edə  bilərlər.  16  yaşı  tamam  olmayan 

valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün qəyyum təyin oluna bilər. 

57.3. Uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq 

qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 

57.4.  Yetkinlik  yaşına  çatmayan  valideynlər  öz  uşaqlarına  münasibətdə  atalığı  və 

analığı ümumi əsaslarla qəbul etmək, atalığa (analığa) dair mübahisə açmaq, habelə 14 

yaşına çatdıqdan sonra məhkəmə qaydasında atalığı (analığı) müəyyən etmək hüququna 

malikdirlər. 

 

Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri  



 

58.1.  Valideynlər  uşaqlarını  tərbiyə  etmək  hüququna  malikdirlər  və  uşaqlarını 

tərbiyə etməyə borcludurlar. 

58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi 

inkişafına görə məsuliyyət daşıyırlar. 

58.3.  Valideynlər  digər  şəxslərlə  müqayisədə  öz  uşaqlarının  tərbiyəsində  üstün 

hüquqlara malikdirlər. 

58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 

58.5.  Valideynlər  uşaqların  ümumi  orta  təhsil  almasına  qədər  onların  maraqlarını 

nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 

58.6.  Dövlət  valideynlərin  bu  hüquq  və  vəzifələrinə  qanunda  nəzərdə  tutulmuş 

qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə