Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   2   3   4   5   6   7   8   9   ...   32

mülki  qanunvericiliyin  ümumi  prinsiplərinə,  eləcə  də  humanizm  və  ədalət  prinsiplərinə 

uyğun olaraq müəyyən edilir. 

 

2-ci fəsil 

Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi 

 

Maddə  6.  Ailə  hüquqlarının  həyata  keçirilməsi  və  ailə  vəzifələrinin  yerinə 



yetirilməsi 

 

6.1.  Vətəndaşlar  ailə  hüquqlarını,  habelə  həmin  hüquqların  müdafiəsini,  bu 



məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 

6.2.  Ailənin  bir  üzvü  öz  hüquqlarını  həyata  keçirərkən  və  vəzifələrini  yerinə 

yetirərkən  ailənin  başqa  üzvlərinin  və  digər  vətəndaşların  hüquqlarını,  azadlıqlarını  və 

qanuni mənafelərini pozmamalıdır. 

 

Maddə 7. Ailə hüquqlarının müdafiəsi  



 

Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra 

hakimiyyəti  və  digər  dövlət  orqanları  tərəfindən  qanunvericilikdə  müəyyən  olunmuş 

qayda müdafiə olunur. 

 

Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi  



 

8.1.  Pozulmuş  hüquqların  müdafiəsi  üçün  bu  Məcəllədə  müəyyən  olunmuş 

müddətlər  istisna  olmaqla,  ailə  münasibətlərindən  irəli  gələn  tələblərə  iddia  müddəti 

şamil olunmur. 

8.2.  İddia  müddətini  müəyyən  edən  normaların  tətbiqi  zamanı  məhkəmə 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə  tutulmuş  qaydaları  rəhbər 

tutur. 

 

 



İkinci bölmə 

 

Nikahın bağlanması və nikaha xitam verilməsi 

 

3-cü fəsil 

Nikahın bağlanma qaydası və şərtləri 

 

Maddə 9. Nikahın bağlanma qaydası 



 

9.1.  Nikah  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  nikaha  daxil  olmaq  istəyən 

şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini 

təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların 

iştirakı ilə bağlanır.

2

 



9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 

9.3.  Xüsusi  hallarda  (hamiləlik,  uşağın  doğulması  və  digər  hallarda)  nikah  ərizə 

verilən gün bağlana bilər. 

9.4.  Ər-arvadın  hüquq  və  vəzifələri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.



3

 

9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha 



daxil  olmaq  istəyən  şəxslər  (onlardan  biri)  inzibati  qaydada  və  (və  ya)  məhkəməyə 

şikayət edə bilərlər.



4

 

 



Maddə 10. Nikahın yaşı  

 

10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.



5

 

10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış 



şəxslərin  yaşadıqları  ərazinin  müvafiq  icra  hakimiyyəti  orqanı  onların  xahişi  ilə  nikah 

yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 

 

Maddə 11. Nikahın bağlanma şərtləri  



 

11.1.  Nikahın  bağlanması  üçün  nikaha  daxil  olan  şəxslərin  yazılı  razılığı,  bu 

Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən 

arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.



 

6

 

11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 



 

Maddə 12. Nikahın bağlanmasına mane olan hallar  

 

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 



12.0.1.  yaxın  qohumlar  (valideynlər  və  uşaqlar,  baba-nənə  və  nəvələr,  doğma  və 

ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 

12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 

12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina 

edən şəxslər;



7

 

12.0.4.  ikisindən  biri  və  ya  hər  ikisi  ruhi  xəstəlik  və  ya  kəmağıllıq  nəticəsində 



məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 

 

Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi



8

 

13.1.  Nikaha  daxil  olmaq  istəyən  şəxslər  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. 

13.2. Nikaha daxil olmaq  istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə 

tibbi-genetik,  tibbi-psixoloji  və  ailənin  planlaşdırılması  məsələləri  üzrə  məsləhət 

verilməsi  onların  müraciəti  ilə  yaşayış  yeri  üzrə  dövlət  və  (və  ya)  bələdiyyə  tibb 

müəssisələrində pulsuz həyata keçirilir. 

13.3.  Nikaha  daxil  olmaq  istəyən  şəxslərə  onların  tibbi  müayinəsinin  nəticələri  ilə 

yanaşı,  tibbi  müayinədən  keçdiklərini  təsdiq  edən  arayış  verilir.  Nikaha  daxil  olmaq 



istəyən  şəxslərin  tibbi  müayinədən  keçdiklərini  təsdiq  edən  arayış  tibbi  müayinədən 

keçmə  faktını  və  bu  Məcəllənin  13.2-ci  maddəsinə  uyğun  olaraq,  tibbi  məsləhətin 

verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.  

13.4.  Nikaha  daxil  olmaq  istəyən  şəxslərin  tibbi  müayinədən  keçdiklərini  təsdiq 

edən  arayış  onların  müvafiq  icra  hakimiyyəti  orqanına  nikaha  daxil  olmaq  barədə 

verdikləri  ərizəyə  əlavə  olunur.  Müvafiq  icra  hakimiyyəti  orqanlarının  vəzifəli  şəxsləri 

nikaha daxil  olmaq  istəyən şəxslərdən onların tibbi müayinəsinin  nəticələrini  tələb  edə 

bilməz. 


13.5.  Nikaha  daxil  olmaq  istəyən  şəxslərin  tibbi  müayinədən  keçmə  qaydası  və 

nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın 

forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

13.6.  Nikaha  daxil  olmaq  istəyən  şəxslərin  tibbi  müayinəsinin  nəticələri  həkim 

sirridir. 

13.7.  Nikaha  daxil  olan  şəxslərdən  biri  özündə  dəri-zöhrəvi  xəstəliyinin  və  insanın 

immunçatışmazlığı  virusunun  törətdiyi  xəstəliyin  olmasını  o  birindən  gizlətdikdə,  digər 

tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 

 

4-cü fəsil 

Nikaha xitam verilməsi 

 

Maddə 14. Nikaha xitam verilməsinin əsasları 



 

14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha 

xitam verilir. 

14.2.  Ərin  (arvadın)  və  ya  onların  hər  ikisinin  ərizəsi  əsasında,  eləcə  də  məhkəmə 

qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi 

əsasında nikaha xitam verilə bilər. 

 

Maddə  15.  Ərin  nikahın  pozulmasını  tələb  etmək  hüququnun 



məhdudlaşdırılması  

 

Arvadın  hamiləliyi  dövründə  və  ya  uşağın  doğulmasından  sonra  1  il  müddətində 



arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 

 

Maddə 16. Nikaha xitam verilməsi qaydası  



 

Nikaha  xitam  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı,  bu  Məcəllənin  19—21-ci 

maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 

 

Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi  



 

17.1.  Ər-arvadın  yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqları  olmadıqda,  nikaha 

onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə