Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
  1   2   3   4   5   6   7   8   9   ...   32


AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ

1

 

 

Bu  məcəllə  Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə  tutulan əsas insan 



və  vətəndaş  hüquqlarına  və  azadlıqlarına  uyğun  olaraq  ailə  münasibətlərinin 

yaranmasının  və  möhkəmlənməsinin,  onlara  xitam  verilməsinin  prinsiplərini,  ailə 

münasibətlərinin  iştirakçılarının  hüquq  və  vəzifələrini,  dövlət  orqanlarının  bu  sahədə 

vəzifələrini,  habelə  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatı  qaydalarını 

tənzimləyən normaları müəyyən edir. 

 

Birinci bölmə 



 

Ümumi müddəalar 

 

1-ci fəsil 

Ailə qanunvericiliyi 

 

Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları 



 

1.1.  Azərbaycan  Respublikasının  ailə  qanunvericiliyi  Azərbaycan  Respublikasının 

Konstitusiyasından,  bu  Məcəllədən,  bu  Məcəlləyə  uyğun  olaraq  qəbul  edilmiş  digər 

müvafiq  qanunvericilik  aktlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrdən ibarətdir. 

1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq 

qanunla mühafizə edilir. 

1.3.  Ailə  qanunvericiliyi  ailənin  möhkəmləndirilməsi  zəruriyyətindən,  ailə 

münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin 

işinə  hər  kəsin  qarışmasının  yolverilməzliyindən,  ailə  üzvlərinin  ailə  qarşısında  qarşılıqlı 

yardım  və  məsuliyyətindən,  onların  hüquqlarının  maneəsiz  həyata  keçirilməsinin  təmin 

olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 

1.4.  Azərbaycan  Respublikasında  nikah  və  ailə  münasibətlərinin  hüquqi  baxımdan 

tənzimlənməsi  dövlət  tərəfindən  həyata  keçirilir  və  yalnız  müvafiq  icra  hakimiyyəti 

orqanında bağlanmış nikah tanınır. 

1.5.  Dini  kəbinkəsmə  (dini  nikah)  hüquqi  əhəmiyyətə  malik  deyildir.  Bu  müddəa 

müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların 

təsdiqinə  dair  sənədlərə,  doğum,  nikahın  bağlanması,  nikahın  pozulması  və  ölüm 

haqqında sənədlərə aid deyildir. 

 

Maddə  2.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsi  ilə  tənzimlənən 



münasibətlər  

 

2.1.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsi  (bundan  sonra  —  bu  Məcəllə) 



nikahın  bağlanması,  nikaha  xitam  verilməsi  və  onun  etibarsız  sayılması  qaydaları  və 

şərtlərini  müəyyən  edir,  ailə  üzvləri  (ər-arvad,  valideynlər  və  uşaqlar),  eləcə  də  ailə 

qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər 

arasında  yaranan  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyir,  habelə 




valideyn  himayəsindən  məhrum  olan  uşaqların  tərbiyəyə  götürülməsi  qaydalarını 

müəyyən edir. 

2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-

arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, 

uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik 

yaşına  çatmayan  və  əmək  qabiliyyəti  olmayan  üzvlərinin  hüquq  və  mənafelərinin 

müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. 

2.3.  Nikah  kişi  ilə  qadının  ailə  qurmaq  məqsədilə  müvafiq  icra  hakimiyyəti 

orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 

2.4.  Nikaha  daxil  olarkən  və  ailə  münasibətlərində  sosial,  irqi,  milli,  dini  və  dil 

mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması 

qadağandır. 

2.5.  Ailənin  başqa  üzvlərinin  və  digər  vətəndaşların  mənəviyyatının,  sağlamlığının, 

hüquqlarının  və  qanuni  mənafelərinin  müdafiəsi  məqsədi  ilə  vətəndaşların  ailədəki 

hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər. 

 

Maddə 3. Bu Məcəllənin vəzifələri  



 

3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 

3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; 

3.0.2.  ailə  münasibətlərinin  qadın  və  kişinin  könüllü  nikah  ittifaqı,  bütün  ailə 

üzvlərinin  maddi  mülahizələrdən  azad  olan  qarşılıqlı  məhəbbəti,  dostluğu  və  hörmət 

hissləri əsasında qurulması; 

3.0.3.  ailədə  uşaqların  ictimai  tərbiyə  ilə  üzvi  əlaqədar  şəkildə  vətənə  sədaqət 

ruhunda tərbiyə edilməsi

3.0.4. ana  və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt 

həyatının təmin edilməsi

3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; 

3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi. 

 

Maddə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi  



 

Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi 

ilə  tənzimlənməyən  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərinə  mülki  qanunvericiliyin 

ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. 

 

Maddə  5.  Ailə  qanunvericiliyinin  və  mülki  qanunvericiliyin  ailə 



münasibətlərinə analogiya üzrə tətbiqi  

 

Ailə  üzvləri  arasında  yaranan  münasibətlər  ailə  qanunvericiliyi  və  ya  tərəflər 



arasındakı  sazişlə  tənzimlənmədikdə  və  həmin  münasibətləri  bilavasitə  tənzimləyən 

mülki  hüquq  normaları  olmadıqda,  ailə  münasibətlərinin  mahiyyətinə  zidd  olmayan  və 

oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu 

normalar  olmadıqda  isə  ailə  üzvlərinin  hüquq  və  vəzifələri  ailə  qanunvericiliyinin  və 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə