Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə 

edilir. 


 

19-cu fəsil 

Övladlığa götürmə 

 

Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar 



 

117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların 

mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan 

sonra yol verilir.



34

 

117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 



117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını 

övladlığa götürə bilər. 

117.4.  Uşağın  mənafeyinə  cavab  verən  hallar  istisna  olmaqla,  qardaş  və  bacıların 

müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. 

117.5. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa 

götürülməsinə,  həmin  uşaqları  Azərbaycan  Respublikası  ərazisində  daimi  yaşayan 

Azərbaycan  Respublikası  vətəndaşlarının  ailələrinə  tərbiyəyə  vermək  mümkün 

olmadıqda  və  ya  vətəndaşlığından  və  yaşayış  yerindən  asılı  olmayaraq  qohumları 

(bacıları,  qardaşları,  nənələri,  babaları,  valideynlərinin  bacıları,  qardaşları,  onların 

övladları) övladlığa götürmədikdə icazə verilir.



35

 

117.6.  Uşaqlar  Azərbaycan  Respublikasından  daimi  olaraq  kənarda  yaşayan 



Azərbaycan  Respublikası  vətəndaşlarına,  uşaqların  qohumu  olmayan  əcnəbilərə  və 

vətəndaşlığı olmayan  şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq  ümumi 

uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.

36

 

117.7.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaqların  əcnəbilər  və  ya 



vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  övladlığa  götürülməsinə  müvafiq  icra 

hakimiyyəti orqanının razılığı əsasında yol verilir.



37

 

 



Maddə 118. Övladlığa götürmə qaydası  

 

118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi 



ərizə  əsasında  məhkəmə  tərəfindən  həyata  keçirilir.  Məhkəmədə  övladlığa  götürmə 

barədə  işə  müvafiq  icra  hakimiyyəti  orqanının  iştirakı  ilə  mülki  prosessual 

qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. 

118.2. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri 

məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin 

qanuni qüvvəyə mindiyi gündən yaranır. 

118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi 

gündən  3  gün  müddətində  bu  qətnamədən  çıxarışı  müvafiq  icra  hakimiyyəti  orqanına 

göndərməyə borcludur. 

 

118.4.  Uşağın  övladlığa  götürülməsi  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 



qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. 


118.5. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə 

övladlığa götürmək yolverilməzdir. 

118.6. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir. 

118.7.  Azərbaycan  Respublikası  vətəndaşı  olan  uşaqlar  əcnəbilər  və  vətəndaşlığı 

olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım 

akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir. 

118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir.


38

 

 



Maddə  119.  Övladlığa  götürülən  uşaqların  və  övladlığa  götürməyi  arzu  edən 

şəxslərin uçotu  

 

119.1.  Övladlığa  götürülən  uşaqların  uçotu  bu  Məcəllənin  115.5-ci  maddəsində 



müəyyən olunmuş qaydada həyata keçirilir. 

119.2.  Uşaqları  övladlığa  götürməyi  arzu  edən  şəxslərin  uçotu  müvafiq  icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

119.3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini 

arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən aparılır. 

 

Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər  



 

120.1.  Aşağıdakılar  istisna  olmaqla,  hər  iki  cinsdən  olan  yetkinlik  yaşına  çatmış 

şəxslər övladlığa götürən ola bilərlər: 

120.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət 

qabiliyyətli hesab edilən şəxslər

120.1.2.  məhkəmə  tərəfindən  valideynlik  hüquqlarından  məhrum  edilmiş  və  ya 

valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; 

120.1.3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya 

himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər; 

120.1.4.  əvvəllər  məhkəmə  tərəfindən  təqsirkar  bilinərək  bu  hüququ  ləğv  edilmiş 

şəxslər; 

120.1.5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər. 

120.2.  Övladlığa  götürməyə,  qəyyumluğa  və  himayəyə  qəbul  etməyə  imkan 

verməyən  xəstəliklərin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunur. 

120.3.  Aralarında  nikah  olmayan  şəxslər  birlikdə  eyni  uşağı  övladlığa  götürə 

bilməzlər. 

 

Maddə 121. Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi  



 

121.1.  Övladlığa  götürən  şəxs  nikahda  deyilsə,  onunla  övladlığa  götürülən  uşağın 

yaş  fərqi  16-dan  az  olmamalıdır.  Məhkəmə  tərəfindən  üzürlü  hesab  edilən  səbəb 

olduqda, yaş fərqi qısaldıla bilər. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə