Azərbaycan aiLƏSİ onun hüquqi,PSİxoloji VƏ MƏNƏVİ Əsaslari



Yüklə 17,81 Kb.
tarix11.05.2022
ölçüsü17,81 Kb.
#86472
AZƏRBAYCAN AİLƏSİ ONUN HÜQUQİ


AZƏRBAYCAN AİLƏSİ ONUN HÜQUQİ,PSİXOLOJİ VƏ MƏNƏVİ ƏSASLARI

Nikaha girməklə ər və arvadın hüquq və vəzifələri meydana gəlir.Azərbaycan Respublikasının Ailə Məcəlləsində ailə üzvlərinin hüququ və vəzifələri aydın təsbit olunmuşdur. Respublikanın Konstitusiyası - Əsas Qanunu ər və arvadın hüquq bərabərliyini elan edir. Bu, əsas götürülməklə ər və arvad ailə mūnasibətlərində, şəxsi və əmlak münasibətlərində bərabərdirlər. Atalıq, analıq, uşaqların təhsili və tərbiyəsi, həmçinin ailə ilə bağlı başqa problemlər ər və arvadın hüquq bərabərliyi əsasında birlikdə müzakirə və həll olunur. Ər və arvad qarşılıqlı hörmət, qarşılıqlı kömək prinsipi üzrə öz münasibətlərini qurmalı, nikahın uğurlu, ailənin möhkəm olması, uşaqların düzgün tərbiyə almasına çalışmalı və onların sağlamlığına qayğı göstərməlidirlər. Respublikamızın Ailə Məcəlləsinə görə, ər və arvad özlərinə sənət və məşğuliyyət, eyni zamanda yaşayış yeri seçmək azadlığına malikdirlər. Birgə ailə həyatı dövründə kişi və qadının əldə etdikləri əmlak onların ümumi mülkiyyəti hesab olunur. Nikah bağlanana qədər ər və arvada məxsus olan əmlak, eləcə də nikah müddətində hədiyyə şəklində əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.Ailədə uşağın doğulması ilə onun hüquqları yaranır. Respublikamızın Ailə Məcəlləsində nəzərdə tutulduğu kimi, yetkinlik yaşına (18 yaşına) çatmayan və tam fəaliyyət qabiliyyətinə malik olmayan şəxslər uşaq sayılır.Uşaqlar ailədə yaşamaq, tərbiyə almaq, ata-ana qayğısından, nəvazişindən və köməyindən istifadə etmək valideynləri ilə birlikdə yaşamaq hüququna malikdirlər. Uşaqların ailədə öz maraqlarını təmin etmək, öz ləyaqətinə hörmət olunmasını tələb etmək hüququ vardır.Ailə Məcəlləsində "Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ" adlı xüsusi maddə vardır.İxtilafların yarandığı bəzi ailələrdə uşaqlara öz baba-nənələri, əmi, dayı, xala və bibiləri, onların övladları ilə görüşməyi qadağan edirlər. Əslində isa buna yol vermək olmaz. Uşaqlar öz baba və nənələri, qardaş və bacıları, ata və ananın qohumları (əmi, dayı, bibi, xala və b.) ünsiyyətdə olmaq hüququna malikdirlər. Bəzən boşanmadan sonra da uşağa müəyyən qadağa qoyulur. Hətta atası (yaxud anası) ilə görüşüb danışmağa qoymurlar. Əslində isə bu, qeyri-qanuni bir haldır. Uşağın öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, öz fikrini bildirmək, ad, ata adı və soyadı daşımaq, adını və soyadını dəyişdirmək və əmlak hüquqları vardır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər və arvadın hüquq və vəzifələri ilə yanaşı həm də bir ata və ana kimi onların valideynlik hüququ və vəzifələrinə aydınlıq gətirir. Valideynlərin öz övladları ilə bağlı eyni, bərabər hüququ və vəzifələri elan edilir. Qanunvericilik, habelə yetkinlik yaşına çatmayan valideynlərin hüquqlarına da münasibət bildirir. Belə ata-analara uşaqları ilə birlikdə yaşayıb onların tərbiyəsi qayğısına qalmaq hüququ verilir.Valideynlərin öz uşaqlarının tərbiyəsi və təhsili ilə məşğul olmaq hüququ vardır və həm də bu iş onun bilavasitə vəzifəsidir. Onlar övladlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafı üçün məsuliyyət daşıyırlar. Bundan başqa, uşaqların hüququ və mənafelərinin müdafiəsində durmalıdırlar.

Cəmiyyətin mənəviyyatı ailələrdən asılıdır.Ailə cəmiyyətin özəyidir.Ona görə də dövlətə maraqlıdır ki,ailələr möhkəm,nikah uğurlu olsun, uşaqlar ailədə yaxşı tərbiyə alsınlar bu da təbiidir.Ailədə düzgün tərbiyə almış gənclər sabah cəmiyyətdə fəaliyyət göstərəcək,təhsil alacaq,müxtəlif vəzifələr tutacaqlar.Onlar mənəviyyatca nə qədər sağlam olsalar, cəmiyyətin dayaqları bir o qədər sağlam olar.Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli dərəcədə bu ailələrin möhkəmliyindən, bu ailələrdəki mənəvi-psixoloji iqlimin sağlamlığından çox asılıdır.Ər və arvadın bir-birinə qarşılıqlı məhəbbəti,bir-birini anlaması, səmimiyət, birinin digərinin sevinc və kədərinə şərik olması, qarşılıqlı kömək, bir-birinin sağlamlığı qayğısına qalması, eyni zamanda öz övladlarını sevmələri, valideynlər və uşaqlar arasında qarşılıqlı anlama şəraitinin olması, ata və anaların öz oğul və qızlarının gələcəyi, uğurları naminə çalışmaları, uşaqların öz valideynlərinə hörməti, onların nüfuzunu qorumaları ailənin mənəvi əsaslarını təşkil edir.Ailənin hər bir üzvü ailənin şərəfini qorumalı, onu nümunəvi ailə kimi tanıtmalıdırlar.Ailədə kişi bir ər və ata kimi məsuliyyət daşıyır və mənəvi borca malikdir.O.Balzak demişkən “Ata həmişə öz atalıq səadətindən həzz almalıdır” Qadının da bir həyat yoldaşı kimi bir ana kimi öz borcu, məsuliyyəti vardır.Hazırda cəmiyyətimizdə, ailənin mənəvi münasibətlərin yeni tipi formalaşmışdır.Ailənin əsalandığı ən mühüm prinsiplər, məhəbbət, qarşılıqlı anlama və hörmət, ata-anaların öz övladlarının qayğısına qalması və onların tərbiyəsinə fikir verməsidir.Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükcə ailə öz vəzifələrini uğurla həyata keçirə bilir. Ər və arvadlıq borcu ilə müqayisədə ailə borcu anlayışı nisbətən geniş məna daşıyır.Ailə borcu atalıq-analıq, oğulluq-qızlıq nənəlik-babalıq, nəvəlik borcu ilə qırılmaz tellərlə bağlıdır.Çalışmaq lazımdır ki, ailədə bu borc düzgün və aydın başa düşülsün,qiymətləndirilsin ləyaqətlə yerinə yetirilsin. Azərbaycan xalqı hər bir cəhətdən başqa ölkə­lər­dən yüksək mənəvi keyfiyyətləri ilə fərqlənir. Bizim ölkə­miz­də müəyyən niyyət, mənafe üçün ailə qurmaq yox, qarşılıqlı məhəbbət əsasında ailə qurulur. Elə buna görə­dir ki, vali­deynlər arasındakı məhəb­bət, hörmət və səmimiyyət uşaqlar üçün ən nümunəvi tərbiyə məktəbi­nə çevrilir.



Evdə psixoloji iqlimin hökm sürməsi üçün ailə üzvləri arasında psixoloji uyuşma mövcud olmalıdır.Ər-arvad, ilk növbədə ailə həyatının başlanğıcında bir-birinə uyğunlaşmalıdır.Professor Əbdül Əlizadənin düzgün qənaətinə görə, ailədə psixoloji iqlim ailə üzvlərinin birgə fəaliyyətinin, onların şəxsiyyətlərarası münasibətlərinin nəticəsində yaranır.Lakin ər-arvad, ata-ana, övladlar arasında qarşılıqlı münasibət daha çox hisslərə əsaslanır.Buna görə də ailənin həyatında psixoloji iqlim xüsusilə mühüm rol oynayır.Professorun nöqteyi-nəzərincə 1.Ailənin psixoloji iqlimi ata və ana vasitəsilə uşaqlara sirayət edir.Uşaqların sağlamlığı ailənin psixoloji iqlimindən bilavasitə assılıdır. 2.Ailənin psixoloji iqlimi müxtəlif formalarda atanın və ya ananın əmək fəaliyyətində işə münasibətində əks olunur.Ailə üzvləri arasında qarşılıqlı anlama,hörmət,qayğı,səmimiyyət,tələbkarlıq başlıca mənəvi normaya çevrilməlidir.Bunsuz ailədə psixoloji iqlim bərqərar olmaz.Nuklear ailədə ailənin psixoloji iqlimi ata,ana və uşaqlardan aılı olur.mürəkkəb ailə şəraitində əlavə problemlər ortaya çıxır.
Yüklə 17,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə