Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ


Uşaqların  hüquq  və  mənafelərinin  müdafiəsi  sahəsində



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 

Maddə  59.  Uşaqların  hüquq  və  mənafelərinin  müdafiəsi  sahəsində 



valideynlərin hüquq və vəzifələri  

 

59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər 



uşaqlarının  qanuni  nümayəndəsi  kimi  onları  məhkəmələrdə,  habelə  hər  hansı  fiziki, 

hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə 

edə bilərlər. 

59.2.  Valideynlərin  və  uşaqların  maraqları  arasında  ziddiyyət  yarandığı  müəyyən 

olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün 

nümayəndə təyin etməlidir. 

 

Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi  



 

60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 

60.2.  Valideynlik  hüquqlarını  həyata  keçirərkən  valideynlər  uşaqların  mənəvi 

inkişafına,  fiziki  və  psixi  sağlamlığına  xələl  yetirməməlidirlər.  Uşaqların  tərbiyəsində 

onların  istismarına,  təhqir  edilməsinə,  mənəviyyatının  alçaldılmasına,  qəddarlığa, 

kobudluğa,  biganəliyə  yol  verilə  bilməz.  Valideynlik  hüquqlarını  həyata  keçirərkən 

uşaqların  hüquq  və  mənafelərinə  ziyan  vuran  valideynlər  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada məsuliyyət daşıyırlar. 

60.3.  Uşaqların  tərbiyə  və  təhsilinə  aid  olan  bütün  məsələlər  uşaqların  hüquq  və 

mənafeləri,  onların  rəyi  nəzərə  alınmaqla,  valideynlərin  qarşılıqlı  razılığı  əsasında  həll 

olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq 

icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 

60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. 

Valideynlər  arasında  razılıq  olmadıqda,  məhkəmə  mübahisəni  uşaqların  hüquq  və 

mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən 

hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun 

inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 

 

Maddə  61.  Uşaqlarından  ayrı  yaşayan  valideynin  valideynlik  hüquqlarının 



həyata keçirilməsi  

 

61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə 



və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 

61.2.  Uşaqlarla  yaşayan  valideyn  uşağın  fiziki,  psixi  sağlamlığına,  onun  əxlaqi 

inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 

61.3.  Uşaqlarından  ayrı  yaşayan  valideynlər  valideynlik  hüququnun  həyata 

keçirilməsi  qaydası  haqqında  yazılı  saziş  bağlaya  bilərlər.  Valideynlər  razılığa  gələ 

bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti 

orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 

61.4.  Məhkəmənin  qətnaməsinə  əməl  etməyən  valideynə  qarşı  mülki-prosessual 

qanunvericiliyə  uyğun  ölçü  götürülür.  Bu  qətnaməyə  qəsdən  əməl  edilmədikdə, 



məhkəmə  uşaqdan  ayrı  yaşayan  valideynin  tələbi  ilə  uşağın  mənafeyi  və  rəyi  nəzərə 

alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 

61.5.  Uşaqdan  ayrı  yaşayan  valideyn  öz  uşağı  haqqında  tərbiyə  və  müalicə,  sosial 

müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. 

61.6.  Yalnız  uşağın  həyat  və  sağlamlığı  üçün  valideyn  tərəfindən  təhlükə  olduqda 

bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə 

məhkəmə qaydasında baxılır. 

 

Maddə  62.  Baba,  nənə,  qardaş,  bacı  və  digər  qohumların  uşaqla  ünsiyyət 



hüququ  

 

62.1.  Baba,  nənə,  qardaş,  bacı  və  digər  qohumlar  uşaqla  ünsiyyət  hüququna 



malikdirlər. 

62.2.  Valideynlər  (onlardan  biri)  uşağın  yaxın  qohumları  ilə  ünsiyyətinə  etiraz 

etdikdə  müvafiq  icra  hakimiyyəti  orqanı  valideynlərin  (onlardan  birinin)  bu  ünsiyyətə 

mane olmamağını tələb edə bilər. 

62.3.  Valideynlər  (onlardan  biri)  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  tabe 

olmadıqda,  uşağın  yaxın  qohumları  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanı  uşaqla 

ünsiyyətdə  olan  maneəni  aradan  qaldırmaq  üçün  iddia  ilə  məhkəməyə  müraciət  edə 

bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 

62.4.  Məhkəmənin  qərarına  əməl  etməyən  valideyn  Azərbaycan  Respublikasının 

mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. 

 

Maddə 63. Valideynlik hüquqlarının müdafiəsi  



 

63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında 

saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə 

yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 

63.2.  Belə  tələblərə  baxdıqda  məhkəmə  uşağın  valideynlərə  verilməsinin  uşağın 

marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını 

rədd edə bilər. 

63.3.  Valideynlərin  və  ya  başqa  şəxslərin  yanında  yaşayan  uşağın  tərbiyəsinin  və 

inkişafının  təmin  olunmaması  məhkəmə  tərəfindən  müəyyən  edilərsə,  məhkəmə  uşağı 

müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. 

 

Maddə 64. Valideynlik hüquqlarından məhrumetmə  



 

64.0.  Valideynlər  (onlardan  biri)  valideynlik  hüquqlarından  aşağıdakı  hallarda 

məhrum edilə bilərlər: 

64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 

64.0.2. alimenti qəsdən ödəmədikdə

64.0.3.  heç  bir  üzürlü  səbəb  olmadan  uşağı  doğum  evindən  və  yaxud  hər  hansı 

müalicə,  tərbiyə,  əhalinin  sosial  müdafiəsi  müəssisəsindən  və  digər  analoji 

müəssisələrdən götürməkdən imtina etdikdə

64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə