Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 

76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya 

himayədar valideynlərə (atalığa, analığa) ödənilir. 

79.2.  Valideyn  himayəsindən  məhrum  olmuş  və  tərbiyə,  müalicə,  əhalinin  sosial 

müdafiəsi  müəssisələrində  və  digər  analoji  müəssisələrdə  yerləşdirilən  uşaqların 

valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın 

özünə xərclənir. 

79.3.  Göstərilən  müəssisələr  həmin  məbləğləri  bankda  saxlaya  bilər.  Məbləğlərin 

dövriyyəsindən  alınan  gəlirin  50  faizi  uşaqların  saxlanmasına  sərf  olunur.  Uşaq  bu 

müəssisələri tərk etdikdə aliment  məbləğlərinin  cəmi və  alimentin dövriyyəsindən əldə 

olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür. 

 

Maddə  80.  Əmək  qabiliyyəti  olmayan  yetkinlik  yaşına  çatmış  övladların 



aliment almaq hüququ  

 

80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik 



yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 

80.2.  Aliment  ödənilməsi  barədə  saziş  olmadıqda,  əmək  qabiliyyəti  olmayan 

yetkinlik  yaşına  çatmış  övladların  saxlanması  üçün  alimentin  miqdarı,  tərəflərin  ailə  və 

maddi  vəziyyəti,  diqqətəlayiq  olan  digər  maraqları  nəzərə  alınmaqla  məhkəmə 

tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 

 

Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı  



 

81.1. Alimentin tutulması barədə saziş olmadıqda  və  ya  sazişdə müstəsna hallarla 

(ağır  xəstə,  şikəst  olan  uşaqlara,  habelə  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma 

ehtiyacı  olan  yetkinlik  yaşına  çatmış  övladlara  göstərilən  kənar  xidmətin  haqqının 

ödənilməsi  ilə  əlaqədar  və  digər  hallarda)  əlaqədar  yaranmış  xərclərin  ödənilməsi 

qaydası  müəyyən  edilməmişsə,  valideynlərdən  hər  biri  məhkəmə  tərəfindən  əlavə 

xərclərin ödənilməsinə cəlb oluna bilər. 

81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. 

Bu  xərclərin  miqdarı  məhkəmə  tərəfindən  valideynlərin  və  uşaqların  ailə  və  maddi 

vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay 

ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 

81.3.  Məhkəmə  valideynləri  faktiki  çəkilmiş  əlavə  xərclərə,  eləcə  də  gələcəkdə 

çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 

 

Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi  



 

82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı 

olan  əmək  qabiliyyəti  olmayan  valideynlərini  saxlamağa  və  onlara  qayğı  göstərməyə 

borcludurlar. 

82.2.  Aliment  ödənilməsi  barədə  saziş  olmadıqda  əmək  qabiliyyəti  olmayan  və 

maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik 

yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 



82.3.  Övladların  hər  birindən  tutulan  alimentin  həcmi  məhkəmə  tərəfindən 

valideynlərin  və  övladların  maddi  vəziyyəti,  ailə  vəziyyəti  və  tərəflərindən  diqqətəlayiq 

digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən 

edilir. 


82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək 

qabiliyyəti  olan  və  yetkinlik  yaşına  çatmış  övladlarından  hamısına,  birinə  və  ya  bir 

neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 

82.5.  Valideynlərin  öz  valideynlik  vəzifələrini  yerinə  yetirməməsi  məhkəmə 

tərəfindən  müəyyən  olunarsa,  uşaqlar  əmək  qabiliyyəti  olmayan  və  maddi  yardıma 

ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 

82.6.  Uşaqlar  valideynlik  hüquqlarından  məhrum  edilən  valideynlərinə  aliment 

ödəməkdən azad edilirlər. 

 

Maddə  83.  Yetkinlik  yaşına  çatan  övladların  valideynlərinə  görə  əlavə 



xərclərdə iştirakı  

 

83.1.  Yetkinlik  yaşına  çatan  övladlar  əmək  qabiliyyəti  olmayan  valideynlərini 



saxlamadıqda  və  valideynləri  ağır  xəstəliyə  tutulduqda,  şikəst  olduqda,  onlara  qulluq 

etməyə  görə  kənar  şəxslərə  haqq  ödəmək  lazım  gəldikdə  və  digər  müstəsna  hallarda, 

yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə 

xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 

83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi 

qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi 

və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-

cı maddələrinə uyğun olaraq müəyyən edilir. 

83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə 

də müəyyən oluna bilər. 

 

14-cü fəsil 

Ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri 

 

Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 



 

84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 

84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin 

ödənilməsi  barədə  saziş  olmadıqda  aşağıdakılar  buna  zəruri  vəsaitə  malik  olan  digər 

tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 

84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad

84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində 

arvad; 


84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər 

və ya arvad—uşaq 18 yaşına çatana qədər;



22

 

84.2.4. 18 yaşından yuxarı I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər 



və ya arvad.

23

 

 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə