Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

69.1. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən 

məşğul  olmaq,  uşaqlı  valideynlər  üçün  dövlət  müavinətləri  və  imtiyazlarına  olan 

hüquqlarını itirirlər. 

69.2. Valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın saxlanmasını təmin 

etmək vəzifəsindən azad edilmirlər. 

69.3.  Valideynlik  hüquqları  məhdudlaşdırılan  valideynin  uşaqları  mənzilə  xüsusi 

mülkiyyət  hüququna  və  ya  yaşayış  sahəsindən  istifadə,  valideyn  və  digər  qohumlarla 

faktiki  qohumluğa  əsaslanan  əmlak  hüquqlarına,  o  cümlədən  vərəsəlik  hüququna 

malikdirlər. 

69.4.  Hər  iki  valideynin  valideynlik  hüquqları  məhdudlaşdırılmışsa,  uşaq  müvafiq 

icra hakimiyyəti orqanının himayəsinə verilir. 

 

Maddə 70. Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi  



 

70.1.  Məhkəmə  valideynlik  hüquqlarının  məhdudlaşdırılmasına  əsaslar  aradan 

qalxdıqda,  valideynlərin  (onlardan  birinin)  verdiyi  iddia  üzrə  uşağın  onlara  (onlardan 

birinə)  qaytarılması  və  bu  Məcəllənin  62-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş 

məhdudiyyətlərin ləğv olunması haqqında qətnamə qəbul edə bilər. 

70.2.  Uşağın  valideynə  qaytarılması  uşağın  mənafeyi  ilə  ziddiyyət  yaradarsa, 

məhkəmə iddianı rədd edə bilər. 

 

Maddə  71.  Valideynlik  hüquqları  məhkəmə  tərəfindən  məhdudlaşdırılan 



valideynlərin uşaqlarla əlaqələri  

 

71.1.  Valideynlik  hüquqları  məhkəmə  tərəfindən  məhdudlaşdırılan  valideynin 



uşaqlarla  əlaqə  saxlamasına  icazə  verilir,  bir  şərtlə  ki,  bu  əlaqə  uşaqlara  zərərli  təsir 

göstərməsin. 

71.2. Valideynlərlə uşaqların əlaqəsinə müvafiq icra hakimiyyəti orqanının, uşaqların 

qəyyumunun  (himayəçisinin),  himayədar  valideynlərin  və  ya  uşaqlar  yerləşdiyi 

müəssisənin rəhbərliyinin razılığı ilə icazə verilir. 

 

Maddə  72.  Uşağın  sağlamlığı  və  ya  həyatı  üçün  birbaşa  təhlükə  olduqda 



uşağın valideynlərdən (onları əvəz edən şəxslərdən) alınması  

 

72.1.  Uşağın  sağlamlığı  və  ya  həyatı  birbaşa  təhlükədə  olduqda,  müvafiq  icra 



hakimiyyəti  orqanı  uşağı  valideynlərdən  (onlardan  birindən)  və  ya  onu  qəyyumluğa 

(himayəyə)  götürmüş  şəxslərdən  təcili  olaraq  almaq  hüququna  malikdir.  Müvafiq  icra 

hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. 

72.2.  Uşağı  götürən  müvafiq  icra  hakimiyyəti  orqanı  dərhal  prokurora  məlumat 

verməyə,  uşağı  müvəqqəti  yerləşdirməyə  borcludur.  Həmin  orqan  uşağın  alınması 

barədə  aktın  çıxarılmasından  sonra  7  gün  ərzində  məhkəməyə  valideynləri  valideynlik 

hüquqlarından  məhrumetmə  və  ya  bu  hüquqların  məhdudlaşdırılması  barədə  iddia  ilə 

müraciət edə bilər. 

 



Maddə  73.  Məhkəmədə  uşaqların  tərbiyəsi  ilə  bağlı  mübahisəyə  baxıldıqda 

müvafiq icra hakimiyyəti orqanının iştirakı  

 

73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın 



müdafiəsi  üçün  iddianın  kim  tərəfindən  qaldırılmasından  asılı  olmayaraq  müvafiq  icra 

hakimiyyəti orqanı işə cəlb edilir. 

73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə 

məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını 

və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 

 

Maddə 74. Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmə qətnaməsinin icrası  



 

74.1.  Uşaqların  tərbiyəsi  ilə  bağlı  iş  üzrə  məhkəmənin  qətnaməsinin  icrası  mülki 

prosessual qanunvericiliyə əsasən icra qaydasında yerinə yetirilir. 

74.2. Valideynlər (onları əvəz edən şəxslər) məhkəmə qətnaməsinin icrasına mane 

olarlarsa,  onlar  barəsində  mülki  prosessual  qanunvericiliklə  nəzərdə  tutulmuş  tədbirlər 

tətbiq olunur. 

74.3.  Uşağın  alınıb  başqa  bir  şəxsə  verilməsi  ilə  əlaqədar  məhkəmə  qətnaməsinin 

məcburi  icrasında  müvafiq  icra  hakimiyyəti  orqanının,  uşağı  götürən  şəxsin,  zəruri 

hallarda isə polis orqanı nümayəndəsinin iştirakı vacibdir. 

74.4. Uşağın verilməsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan 

vurmadan icra olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq, 

məhkəmənin qərardadı ilə müvəqqəti olaraq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi 

müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilir. 

 

 



Beşinci bölmə 

 

Ailə üzvlərinin aliment öhdəlikləri 

 

13-cü fəsil 

Valideynlərin və uşaqların aliment öhdəlikləri 

 

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 



 

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 

75.2.  Uşaqlarını  saxlamağın  qayda  və  formasını  valideynlər  müstəqil  müəyyən 

edirlər. 

75.3.  Valideynlər  bu  Məcəllənin  16-cı  fəslinə  uyğun  olaraq  yetkinlik  yaşına 

çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq 

hüququna malikdirlər. 

75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) 

valideynlərdən məhkəmə qaydasında tutulur. 

75.5. Aliment ödənilməsi  barədə valideynlər arasında saziş olmadıqda, valideynlər 

(onlardan  biri)  uşaqları  saxlamadıqda  və  məhkəməyə  bu  barədə  iddia  verilmədikdə 



müvafiq  icra  hakimiyyəti  orqanı  yetkinlik  yaşına  çatmayan  uşaqlar  üçün  aliment 

tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 

 

Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı  



 

76.1.  Aliment  ödənilməsi  barədə  razılıq  olmadıqda  uşaqlar  üçün  onların 

valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 

76.1.1.  1  uşağa  görə—qazancın  və  (və  ya)  valideynlərin  başqa  gəlirlərinin  dörddə 

bir hissəsi; 

76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi

76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 

76.2.  Bu  payların  miqdarı  məhkəmə  tərəfindən  tərəflərin  ailə  və  maddi  vəziyyəti, 

eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 

 

Maddə  77.  Uşaqlar  üçün  aliment  tutulan  əmək  haqqının  və  (və  ya)  başqa 



gəlirlərin növləri  

 

Uşaqlar  üçün  valideynlərinin  aliment  tutulan,  manat  və  xarici  valyuta  ilə  aldıqları 



əmək  haqqının  və  (və  ya)  başqa  gəlirlərinin  növləri  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən olunur. 

 

Maddə  78.  Uşaqların  saxlanılması  üçün  alimentin  sabit  pul  məbləğində 



tutulması  

 

78.1.  Valideynlər  arasında  yetkinlik  yaşına  çatmayan  uşaqlara  aliment  ödənilməsi 



barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) 

qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin 

valideyn  natura  və  ya  xarici  valyuta  ilə  alırsa,  yaxud  onun  qazancı  və  ya  sair  gəliri 

yoxdursa,  habelə  alimentin  valideynin  qazancından  (gəlirindən)  müəyyən  hissə  kimi 

tutulması  mümkün  olmadığı,  çətinlik  törətdiyi  və  tərəflərdən  birinin  və  ya  marağının 

əhəmiyyətli  dərəcədə  pozulduğu  başqa  hallarda,  uşaqların  saxlanması  üçün  vəsait 

tutulmasını  tələb  edən  şəxsin  xahişi  ilə  alimentin  miqdarı  məhkəmə  tərəfindən  hər  ay 

ödənilməli  olan  sabit  pul  məbləğində  və  ya  eyni  zamanda  həm  sabit  pul  məbləğində, 

həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi 

kimi müəyyən edilə bilər. 

78.2.  Sabit  pul  məbləğinin  miqdarı  məhkəmə  tərəfindən  tərəflərin  maddi  və  ailə 

vəziyyəti,  diqqətəlayiq  olan  digər  hallar  nəzərə  alınmaqla  uşağın  əvvəlki  təminatının 

səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 

78.3.  Tərəflərdən  hər  biri  ilə  uşaq  qalıbsa,  bir  valideyndən  az  təminatlı  digər 

valideynin  xeyrinə  hər  ay  tutulan  alimentin  miqdarı  bu  Məcəllənin  78.2-ci  maddəsinə 

uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 

 

Maddə  79.  Valideyn  himayəsindən  məhrum  olmuş  uşaqlara  görə  tutulan 



aliment və ondan istifadə  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə