Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
Neft-kimyası

Birinci dövr
Neftin müxtəlif məqsədlər üçün, xüsusilə məişət ehtiyaclarının ödənilməsi, 
eləcə də hərbidə (hücum vasitəsi kimi) istifadə olunması ilə xarakterizə 
olunur.Bütün bu dövr XIX əsrin birinci yarısı da (1858-ci ilədək) daxil olmaqla, 
üç min ildən artıq bir müddəti əhatə edir.
Qırmızı dəniz sahillərində toplanan (küləklə gətirilmiş) külli miqdar asfaltdan, 
insanlar qızdırıcı vasitə kimi istifadə etmişlər. Dəclə və Fərat çayları arasında 
(eramızdan üç min il əvvəl) mövcud olan qədim Şərq-Şumer quldarlıq 
dövlətində asfaltdan təkcə qabların hazırlanmasında və heykəllərin 
bəzədilməsində deyil, eyni zamanda tikinti və hidroizolyasiya materialı kimi də 
istifadə olunmuşdur. Asfaltdan qədim İranda da (eramızdan 2880-2500 il əvvəl) 


müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Asfaltdan Vavilonun 
mərkəzində (eramızdan 7-6 yüz il əvvəl) şah sarayı zəfər tağları (ala qapı), qala 
divarları və qüllələrin ( 90m hündürlüyündə ) tikilməsində bərkidici 
(sementləşdirici) kimi işlədilən materialın əsas kompanenti kimi istifadə 
olunmuşdur. Asfalt Urartu, Xarezm, Konstantinopol (indiki İstanbul) və başqa 
yerlərdə də bu məqsəd üçün işlədilmişdir. 
Qədim Misirdə asfaltdan meyitlərin balzamlaşdırılmasında və 
mumlaşdırılmasında antiseptik (parçalanmanın qarşısını alan) maddə kimi 
geniş istifadə edilmişdir. Balzamlar (və ya mumlar) asfaltı efir yağında həll 
edərək həmin məhlula ətirli maddələr (aloe, zəfəran, darçın, ətirli qatran və s) 
əlavə edilməklə hazırlanırdı. Balzam hopdurulmuş belə meyitlər bir neçə min il 
qala bilirdi.Balzamın iyi meyitləri yırtıcı heyvan və quşlardan, sürünınlərdən və 
həşəratlardan qoruyurdu. 
Asfalt və neft insan və heyvanların müalicəsində qızdırıcı kompres, plastr kimi, 
həmçinin dəri xəstəliklərinin, şişlərin, yaraların, revmatizmin müalicəsində 
istifadə olunan mazların tərkib hissələrindən biri kimi işlədilirdi. Keçmişdə neft 
və asfaltdan hərbi məqsədlər üçün də istifadə olunurdu. 
Qədim dövrlərdə yüngül şəffaf xam neftlərdən daha çox işıqlandırıcı kimi 
istifadə olunurdu. İllər keçdikcə bu növ neftin miqdarının azalması və ona olan 
tələbatın artması, ağır neftlərdən işıqlandırıcı yağın alınması zərurətini ortaya 
çıxardı. Bu məqsədlə, şəkərli və nişastalı maddələrin qıcqırdılmasından spirt və 
sirkənin alınmasında işlədilən primitiv distillə üsulundan istifadə olundu və 
beləliklə də neftdən işıqlandırıcı yağ alındı. Rusiyada meşə sənayesinin inkişafı 
(ağacın quru distilləsi) primitiv distillə qurğularının təkmilləşməsinə təkan 
vermiş oldu. 
Orta əsrlərdə primitiv distillə qurğularından artıq Cənubi Qafqazda, qərbi 
Ukraynada və başqa yerlərdə istifadə olunurdu. 1821-1823- cü illərdə Şimali 
Qafqazda Dubinin qardaşları neftin distilləsi üçün ilk sənaye qurğusunu işə 
saldılar. Sonra neftin distilləsi 1836-37-ci ildə Bakıda, 1848ildə İngiltərədə, 1960-
cı ildə ABŞ- da ilk dəfə Pnsilvaniya ştatında həyata keçirildi. Beləliklə neftin 
emalının ikinci dövrünə qədəm qoyuldu. 


İkinci dövr 
Neftdən əvvəlcə işıqlandırıcı kerosin, sonra kerosin və sürtkü yağı və nəhayət 
eyni vaxtda benzin, kerosin və sertkü yağının ayrılması məqsədilə distillənin 
sənaye üsullarının sürətlə yayılması ilə xarakterizə olunur. Bu dövr təxminən
60 illik bir müddəti (1858-1916) əhatə edir.
İstehsalın xarakterindən və neft məhsullarının istifadə olunmasından asılı 
olaraq bu dövr şərti olaraq üç mərhələyə bölünür: a) kerosin (1858-1876); b) 
kerosin-yağ (1876-1900); c) kerosn-yağ-benzin (1900-1916) 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə