Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   49
Neft-kimyası

Texnoloji təsnifat 
1967-ci ildən indiki MDB ölkələrində neftlərin texnoloji təsnifatından istifadə 
olunur. Texnoloji təsnifata görə benzin, dizel və reaktiv yanacaqların 
tərkibində olan kükürdün miqdarına görə neftlər üç sinfə, 350

-ə qədər 
distillə olunan fraksiyanın miqdarına görə 3 tipə, baza yağının potensial 
miqdarına görə 4 qrupa, baza yağlarının özlülük indeksinə görə 4 yarımqrupa, 
neftdə olan sülb parafinlərin miqdarına görə isə üç növə bölünür. 
Az kükürdlü neftlərin tərkibində kükürdün miqdarı 0,5%-dən çox 
olmur. Kükürdün miqdarı benzin və reaktiv yanacaq fraksiyalarında 0,1%, 
dizel yanacaqlarında isə 0,2%-dən az olur. 
Neftin tərkibində kükürdün miqdarı 0,5%-dən 2%-ə qədər olduqda, 
belə neftlər kükürdlü neftlər sinfinə daxil olurlar. Bu zaman benzin 
fraksiyasında kükürdün miqdarı 0,1%-dən, reaktiv yanacaqlarında 0,25%-dən, 
dizel yanacaqlarında isə 1,0%-dən çox kükürd olur. 
Mühazirə 4 
Neft və neft məhsullarının xassələri: sıxlıq və özlülük 
Neft və neft məhsullarının xassələri 
Neft kiçik və yüksək molekullu karbohidrogenlər və heteroatomlu 
birləşmələr qarışığından ibarət mürəkkəb bir sistemdir. Belə bir sistemin öz 


tərkib hissələrinə ayrılması, identifikasiyası və onların xassələrinin öyrənilməsi 
mümkün deyil. Neft və neft məhsullarını səciyyələndirmək və eləcə də texnoloji 
hesablamalar üçün texniki analiz nəticələri kifayət edir. 
Neft və neft məhsullarının fiziki-kimyəvi və xüsusi xassələrini 
öyrənməklə, onların əmtəə xassələri müəyyən edilir. 
Sıxlıq 
Xam neftin sıxlığını təyin etməklə, onun kimyəvi tərkibi haqqında 
təxmini də olsa fikir söyləmək olur. Sıxlıq neft və neft məhsulları üçün ənvacib 
kəmiyyətlərdən biri hesab olunur. Neft məhsulları üçün bir çox təyinat və 
hesablamalarda sıxlıqdan istifadə olunur. Eləcə də o, yanacaq və yağların 
istismar keyfiyyətini xarakterizə edən çox əhəmiyyətli kəmiyyətdir. 
Vahid həcmdə olan maddə kütləsinə 
sıxlıq
deyilir. Onun ölçü vahidi BS 
sistemində kq/m
3
- dir. 
Tədqiqat işlərində nisbi sıxlıqdan istifadə olunur. Nisbi sıxlıq- müəyyən həcm 
maddənin 20

temperaturda kütləsinin, həmin həcm saf suyun 4

temperaturdakı kütləsinə olan nisbətidir. 0-50

intervalında istənilən 
temperaturda neft və neft məhsullarının sıxlığını təyin edib, aşağıda göstərilən 
düsturun köməyilə
𝜌
4
20
–ni hesablamaq olar: 
𝝆
𝟒
𝟐𝟎

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə