ˆ Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü0,65 Mb.
#54659


 

ˆ

Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan 



ermənilər dünyaya səpələnərək günləri xoş keçən yerlərdə 

ömür sürmüşlər. Yerli şəraitə “uyğunlaşmağı”, güclülərə 

“xidmət göstərməyi” yaxşı bacaran bu “millət” daim 

xəyanətkarlıq, satqınlıq “nümunəsini” də ortaya qoyub. 

Onların bu xislətlərindən yararlanmağa çalışan güclü 

dövlətlər zaman-zaman “xidmətlərindən” bəhrələnmişlər. 

Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına 

belə, kömək göstərərək lazımi şərait yaratmışlar. Sonralar 

ermənilər “Böyük Ermənistan” xülyasına düşərək 

ərazilərini genişləndirməyə başlamış, “erməni soyqırımı” 

mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli 

sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış 

və qəddarlaşmış, kütləvi qırğınlar törətmişlər. Belə 

soyqırımılarının hədəfi isə, ilk növbədə, azərbaycanlılar 

olmuşlar.

Yüz il bundan əvvəl – 1918-ci ilin 

mart-aprel aylarında Bakı Sovetinin 

mandatı altında fəaliyyət göstərən 

daşnak-bolşevik silahlı dəstələrinin 

törətdiyi soyqırımı isə qəddarlığı və 

amansızlığı ilə seçilmiş, Azərbaycanın 

əyalətlərinə də yayılmışdır. Yetmiş illik 

sovet dövründə erməni vəhşilikləri 

və soyqırımıları xalqdan gizlədilmiş, 

bu mövzuda danışmaq və yazmaq 

yasaq edilmişdir. Yalnız dövlət 

müstəqilliyi qazanılandan və ulu öndər 

Heydər Əliyev 26 mart 1998-ci ildə 

“Azərbaycanlıların soyqırımı haqqında” 

fərman imzalayandan sonra keçmişdə 

törədilənlərə obyektiv siyasi qiymət 

verilmiş, 31 Mart “Azərbaycanlıların 

Soyqırımı Günü” elan edilmiş, tariximi-

zin “ağ ləkələr”dən təmizlənmiş halda 

yazılmasına şərait yaradılmışdır.

Bu il dövlət başçısı cənab İlham 

Əliyev “1918-ci il azərbaycanlıların 

soyqırımının 100 illiyi haqqında” 

sərəncam imzalamışdır. Sərəncamda 

erməni-bolşevik silahlı dəstələrinin 

100 il əvvəl azərbaycanlılara qar-

şı törətdikləri bəşəri cinayətlər 

barədə həqiqətlərin ölkə və dünya 

ictimaiyyətinə daha dolğun çatdı-

rılması bir vəzifə olaraq qarşıya 

qoyulmuşdur. 

Rusiya imperiyasının süqutun-

dan sonra onun milli ucqarlarında, o 

cümlədən Cənubi Qafqazda yaranmış 

dövlətlər arasında ən çox ziddiyyətlər 

qarşılıqlı sərhədlərin tanınmaması 

zəminində yaranmışdı. Buna əsas 

səbəb kimi Cənubi Qafqazda yaran-

mış yeni siyasi sərhədlərin ən azı, 

son 100 ildə formalaşmış regionun 

etnik və təsərrüfat xüsusiyyətlərini 

nəzərə alınmadığını göstərmək olar. 

Bundan başqa, mövcud olduqları 

dövrdə yeni cümhuriyyətlərin siyasi 

təşəkkülü, onların ərazilərinin təsbiti 

prosesi müxtəlif vaxtlarda Cənubi 

Qafqaz bölgəsi ətrafında yaranmış 

beynəlxalq konyunktura, böyük 

dövlətlərin münaqişə tərəflərinə təsir 

və proseslərə müdaxilə etmək imkan-

larından asılı idi.

1918-ci il may-oktyabr ayla-

rında bu prosesi bölgədə bərqərar 

olmuş türk-alman hegemonluğu 

müəyyən edirdi. Təsadüfi deyil ki, 

Cənubi Qafqaz respublikalarının 

ilkin sərhədlərini məhz 1918-ci ilin 

iyun ayının 4-də Batumda Osmanlı 

komandanlığının hər üç dövlətin 

nümayəndələri ilə ayrılıqda imzalan-

mış müqavilələri müəyyənləşdirmişdi. 

Lakin həmin müqavilələr daha çox 

Cənubi Qafqaz respublikalarının 

Türkiyə ilə sərhədlərini təsbit etmişdi. 

Respublikalar arasında isə qarşılıqlı 

sərhədlərin müəyyən olunmasında 

tərəflərin hər biri öz prinsiplərindən 

çıxış edirdi. Azərbaycan tərəfi 

sərhədlərin çəkilməsi məsələsində 

tarixi-etnik prinsipindən çıxış 

etdiyi halda, Ermənistan “ermənilər 

yaşadığı torpaqlar erməni torpa-

ğıdır” prinsipinə üstünlük verir-

di. Ermənistan bu prinsipi hətta 

erməni əhalisinin sayca azlıq təşkil 

etdiyi və artıq Azərbaycan Xalq 

Cümhuriyyətinin nəzarətində olan 

bölgələrə də tətbiq etməyə çalışırdı.

Ermənistan ilə Azərbaycan ara-

sında qarşılıqlı sərhədlərin tanınması 

yolunda ilkin addım kimi Batumda 

əldə olunmuş şifahi razılaşmaya 

əsasən, İrəvanın Ermənistana güzəşt 

edilməsi əvəzində sonuncunun Yeliza-

vetpol quberniyasının dağlıq hissəsinə 

olan iddialarından əl çəkməsini hesab 

etmək olar. Lakin artıq konfrans 

bitdikdən sonra Ermənistan tərəfi 

burada əldə olunmuş razılaşmaların 

kifayət etmədiyini, onların Cənubi 

Qafqazın üç müstəqil dövləti üçün 

deyil, Zaqafqaziya Federasiyası üçün 

nəzərdə tutulduğunu bildirdi. 1918-ci 

il iyulun 8-də İstanbul konfransında 

Ermənistanın nümayəndə heyətinin 

rəhbəri A.Aqaronyan Ermənistanın 

xarici işlər naziri A.Ohancanyana 

göndərdiyi teleqramda qeyd edirdi 

ki, artıq Ermənistanın minimum 

sərhədlərinə Qarabağ, Zəngəzur, 

Sürməli, Dərələyəz, Naxçıvan, Şərur 

əraziləri daxil edilməlidir. Sonrakı 

hadisələr göstərdi ki, əslində, bu 

teleqramda öz əksini tapmış fikirlər 

1918-1920-ci illərdə Ermənistanın 

Azərbaycana qarşı irəli sürdüyü ərazi 

iddiaları üçün bir növ təlimat rolunu 

oynayırdı.

1918-1920-ci illərdə Ermənistan 

ilə Azərbaycan arasında ən çox 

mübahisəyə səbəb olan bölgələr 

arasında Qarabağ və Zəngəzur xüsusi 

yer tuturdu. Hələ İstanbul konfran-

sına hazırlıq dövründə Azərbaycan 

nümayəndə heyətinin rəhbəri 

M.Rəsulzadə 1918-ci il avqustun 

4-də xarici işlər naziri M.Hacınskiyə 

göndərdiyi teleqramda bildirirdi ki, 

Ermənistan nümayəndələri Osmanlı 

hökumətinə göndərdikləri xəritələrlə, 

statistik məlumatlarla zəngin olan 

çoxsaylı layihələrlə həmin ərazilərin 

əhalisinin 70 faizinin ermənilər 

olduğunu sübut etməyə çalışırlar. 

Bu dövrdə Ermənistan Qarabağ və 

Zəngəzur uğrunda fəal diplomatik 

səylərini həmin bölgələr ətrafında öz 

hərbi hissələrinin, o cümlədən Andra-

nikın quldur dəstələrinin cəmləşməsi 

və bu ərazilərdə 1918-ci ilin yay-

payız aylarında müsəlman əhalisinə 

qarşı apardığı etnik təmizləmə 

siyasəti ilə tamamlayırdı.

Qeyd etmək lazımdır ki, 

müstəqilliyini elan etmiş Azərbaycan 

hökuməti ilk dövrlərdə kifayət qədər 

hərbi qüvvəyə malik olmadığından 

və yalnız mərkəzdə öz dövlətçiliyini 

möhkəmləndirməyə imkan tapdı-

ğından ölkənin bir sıra regionları ilə 

hərtərəfli əlaqələr saxlamaq imkanın-

dan məhrum idi. Bunun nəticəsində 

Qarabağ və Zəngəzur bölgələrində 

yaşayan erməni əhalisi arasında 

separatçılıq meyilləri Ermənistanın 

təbliğatının qüvvətlənməsi 

nəticəsində daha məqsədəuyğun 

xarakter almış, onlar təcrid olun-

mağa və özlərinin xüsusi inzibati 

vahidlərini yaratmaq istiqamətində 

fəal iş aparmağa başlamışdılar. Belə 

ki, 1918-ci il iyulun 22-də çağırılmış 

Qarabağ ermənilərinin I qurultayı 

bölgənin ermənilər yaşayan dağlıq 

hissəsini müstəqil siyasi-inzibati 

vahid elan etmiş və öz hökumətlərinin 

yaradılmasını bəyan etmişdilər. İkinci 

qurultaydan etibarən (15 sentyabr 

1918-ci il) erməni separatçılarının 

yaratdıqları hökumət “Erməni Milli 

Şurası” adlanmağa başlayır.

1918-ci ilin sonlarında “Dördlər 

ittifaqı”nın dünya müharibəsində 

məğlubiyyəti ilə regionda təqribən il 

yarım davam etmiş Antanta hegemon-

luğu dövrü başlayır. Onun bölgədə 

əsas təmsilçisi rolunda çıxış edən 

ingilis komandanlığı Ermənistan 

ilə Azərbaycan arasında Qarabağ 

və Zəngəzur ətrafında gedən ərazi 

münaqişəsinin həlli yolunda 1919-cu 

ilin yanvarında ilk konkret addım 

ataraq bu bölgələrin Azərbaycanın 

tərkibində qalmaq şərti ilə xüsusi 

siyasi-inzibati vahidə – general-

qubernatorluğa ayırır və doktor 

X.Sultanovu onun rəhbəri təyin 

edir. Əslində, bununla çar Rusiyası 

dövründə onun tərkibində olan və 

müxtəlif inzibati bölgülər nəticəsində 

tarixi inzibati-siyasi mənasını itirmiş 

“Qarabağ” anlayışı AXC dövründə 

əvvəlki mənasını yenidən özünə 

qaytardı. İngilis komandanlığı-

nın bölgənin məhz Azərbaycanın 

hüdudları çərçivəsində general-qu-

bernatorluğa ayırması, onun kimə 

mənsub olmasından daha çox bu 

dövrdə ingilis qoşunlarının məhz 

Azərbaycanda yerləşdirilməsi, bu 

isə bölgəyə nəzarətin daha effektiv 

olacağı fikrindən irəli gəlirdi.

Qarabağ general-qubernator-

luğunun yaradılması və Xosrov 

bəy Sultanovun onun başçısı təyin 

olunması yerli erməni separatçıla-

rını və onlara dəstək verən Ararat 

Respublikası hökumətini xeyli 

təşvişə salmış, onların etirazlarına 

səbəb olmuş və fəallıqlarını artırmış-

dır. Belə ki, Ermənistan hökuməti 

özünün 21 yanvar 1919-cu il tarixli 

iclasında Qarabağın və Zəngəzurun 

ermənilər yaşayan dağlıq hissəsini 

ölkənin ayrılmaz hissəsi elan etmiş 

və həmin ərazilərdə müvəqqəti olaraq 

ali hakimiyyəti erməni milli şurasına 

tapşırmışdı. Ermənistan hökuməti 

bölgədə vəziyyətə nəzarət etmək üçün 

hətta ali komissar vəzifəsini təsis et-

miş və bu vəzifəyə Arsen Şaxmazyanı 

təyin etmişdi.

Öz növbəsində, Erməni Milli 

Şurası 1919-cu ilin fevralın 4-də 

Böyük Britaniyanın Bakıdakı qoşun 

hissələrinin komandanı Tomsona 

göndərdikləri müraciətdə Paris konf-

ransının yekunlarına qədər Qarabağın 

və Zəngəzurun ermənilər yaşayan 

dağlıq hissəsində müvəqqəti erməni 

idarəçiliyinin yaradılması təklifi ilə 

çıxış edir. Həmin təklif əsasında 

1919-cu il fevralın 19-21-də Qarabağ 

ermənilərinin IV qurultayında xüsusi 

sənəd qəbul olunmuşdu. Həmin 

sənədə əsasən, Zəngəzurun və Qara-

bağın ermənilər yaşayan hissəsinin 

idarə olunması üçün mərkəzi Şuşada 

yerləşən vilayət şurası təşkil olunmalı, 

onun tərkibinə yerli əhalidən 7 erməni 

və 3 azərbaycanlı daxil olmalı idi. Şu-

raya daimi üzv kimi Şuşadakı ingilis 

qoşunlarının nümayəndəsi seçilməli 

və bölgənin strateji yerlərində ingilis 

qoşunları yerləşdirilməli idi.

Əslində, bu sənədlər göstərir 

ki, erməni separatçıları Qarabağ və 

Zəngəzuru etnik prinsip əsasında 

bölərək, bu ərazilərin bir hissəsini 

Azərbaycandan ayırmaq, bölgədə 

yerləşən ingilis qoşunlarından isə 

ayırıcı qüvvə kimi istifadə etmək 

istəyirdilər. İngilis qoşunlarının 

bölgədəki nümayəndələrinin ilk 

vaxtlarda ziddiyyətli bəyanatları 

ermənilərin bu məqsədlərinin həyata 

keçməsi üçün real zəmin yaratmışdı. 

Belə ki, ingilis qoşunlarının Şuşadakı 

nümayəndəsi mayor Mak-Mossen 

1919-cu il martın 12-də Erməni Milli 

Şurasına göndərdiyi məktubunda 

göstərir ki, Sultanov general-quber-

nator vəzifəsini müvəqqəti tutur və 

mübahisəli bölgələrin bu və ya digər 

tərəfə mənsub olduğunu Sülh konf-

ransı təyin edəcək. Öz növbəsində, 

general Tomson 1919-cu il martın  

25-də İrəvanda olarkən bəyan 

etmişdir ki, Azərbaycan hökuməti 

tərəfindən yaradılmış Qarabağ 

general-qubernatorluğu müvəqqəti 

haldır və hazırda orada Azərbaycan 

qoşunlarının və idarəçiliyinin 

olması gələcəkdə bu ərazinin ona 

mənsubiyyətini həll etmir. İngilis ko-

mandanlığının bu cür mövqeyi erməni 

separatçılarını ruhlandırır və onla-

rın hökumət əleyhinə fəaliyyətinin 

fəallaşmasına şərait yaradırdı. 

Erməni milli şurasının nümayəndələri 

cavab məktublarında ingilislərin bu 

mövqeyini yüksək qiymətləndirərək 

onları erməni xalqının himayəçisi və 

maraqlarının əsas müdafiəçisi kimi 

göstərirdilər.

Bölgədə yaranan nisbi sakitlikdən 

istifadə edən Erməni Milli Şurası 

diplomatik və hərbi hazırlıq səylərini 

də artırırdı. Bununla bağlı, ilk 

növbədə, Ermənistan hökumətinə 

böyük ümidlər bağlanırdı. Erməni 

Milli Şurası tərəfindən 1919-cu il 

martın 17-də və 19-da Ermənistan 

hökumətinə və onun bölgəyə təyin 

etdiyi ali komissarına göndərdikləri 

geniş məktublarda aşağıdakı əsas 

məsələlər qoyulurdu:

1. Ermənistan hökuməti bütün 

vasitələrdən istifadə edərək müttəfiq 

dövlətlərlə danışıqlarda Qarabağ 

qubernatorluğunun ləğvinə nail 

olmalıdır; 2. Qarabağ ermənilərinin 

nümayəndəsinə Avropaya getməsinə 

və Sülh konfransında iştirak edən 

Ermənistan nümayəndə heyətinin 

tərkibinə daxil olmasına şərait yara-

dılmalıdır; 3. Bölgədə hərbi hissələrin 

təşkili üçün vahid komandanlığın 

yaradılması, təcrübəli komandirlər, 

böyük sayda hərbi ləvazimat və 

pul tələb olunurdu. Bununla bağlı 

Ermənistan hökuməti qarşısında 

məsələ qoyulurdu ki, Andranikin 

Zəngəzurdan çıxarılmasına imkan 

verilməməlidir və onun dəstələrinin 

Qarabağa keçməsinə nail olunmalıdır. 

Qeyd etmək lazımdır ki, general-qu-

bernator X.Sultanovun fəaliyyətinin 

ilk dövrlərində qarşısında duran 

mühüm məsələlərdən biri də Andra-

nikin silahlı dəstələrinin Zəngəzur 

və digər bölgələrdə yaratdığı ciddi 

təhlükəni birdəfəlik aradan qaldır-

maq idi. Sənədlərdən aydın olur ki, 

Azərbaycan torpaqlarında, xüsusilə 

Naxçıvanda və Zəngəzur bölgələrində 

dinc əhaliyə qarşı vəhşiliklər törədən 

Andranikin quldur dəstələri nəhayət 

ki, 1919-cu ilin yazında bu bölgələrin 

hüdudlarını tərk etdilər.

1919-cu il aprelin 3-də ingilis 

qoşunlarının Şuşadakı nümayəndəsi 

general Şatelvort xüsusi əmri ilə 

Azərbaycan hökuməti tərəfindən 

yaradılmış Qarabağ general-quber-

natorluğunun bölgədə ali hakimiyyət 

orqanı olduğunu təsdiq etmiş və onun 

əmrlərinin bütün əhali üçün məcburi 

olduğunu bildirmişdir. Burada 

xüsusilə vurğulanırdı ki, general-qu-

bernator Sultanovun qanuni fəaliyyəti 

bölgədə yerləşən ingilis komandanlığı 

tərəfindən tam dəstəklənəcək.

İngilis komandanlığının bu 

qətiyyətli mövqeyi erməni sepa-

ratçıları üçün gözlənilməz oldu. 

Buna cavab olaraq 1919-cu il 

aprelin 23-24-də çağırılmış Qarabağ 

ermənilərinin V qurultayında qəbul 

olunmuş qətnamədə polkovnik Şatel-

vortun tələblərinə açıq etiraz bildirildi 

və erməni əhalisinin Azərbaycanın 

tərkibində hər hansı bir quruma tabe 

olmayacağı bəyan edildi.

Buna baxmayaraq, general Şatel-

vortun Qarabağa səfərinin yekunla-

rına dair hazırladığı və Ermənistanın 

xarici işlər naziri A.Xatisova 1919-cu 

il mayın 3-də Tiflisdə təqdim olunmuş 

hesabatda qeyd olunurdu ki, onun 

hökumətinin nümayəndəsi Şaxmaz-

yan Zəngəzurda Azərbaycan əleyhinə 

qoşun topladığı üçün qubernatorluğu 

tərk etməlidir. Eyni tələb ilə mayın 

5-də general Tomson çıxış edir. O, 

Şaxmazyan kimilərini Qarabağda 

yaranmış kövrək sabitliyin pozulma-

sında günahlandıraraq, Ermənistan 

hökumətinin rəhbəri Xatisovdan 

onun geri çağrılmasını tələb edir. Əks 

halda, Tomson Şaxmazyanın həbs 

olunacağını və səhra məhkəməsinə 

veriləcəyini bildirirdi. 1919-cu il 

may ayının sonunda Ermənistanın 

Qarabağ və Zəngəzurda nümayəndəsi 

təyin olunmuş A.Şaxmazyan və 

Ermənistanın Şuşadakı ingilis hərbi 

missiyası yanında nümayəndəsi 

M.Arzumanyan ingilis zabitlərinin 

müşayiəti ilə Azərbaycan ərazisini 

tərk etmişdilər.

Beləliklə, Ermənistanın Qarabağı 

və Zəngəzuru etnik prinsip əsasında 

bölərək, bu yolla ermənilər yaşayan 

əraziləri Azərbaycandan ayıraraq bu-

rada müvəqqəti erməni idarəçiliyinin 

yaradılmasını istəyirdi. Bölgədə 

yerləşən ingilis qoşunlarından isə 

ayırıcı qüvvə kimi istifadə etmək 

planlarının iflasa uğramasına baxma-

yaraq, ingilis komandanlığı bölgələrin 

gələcək mənsubiyyəti məsələsində 

Ermənistanın mövqeyindən çıxış 

edərək bunun Paris konfransında 

həllinə tərəfdar idi. Sonuncu fikir 

1919-cu il avqustun 22-də Qarabağ 

ermənilərinin cağırılmış fövqəladə 

VII qurultayında Azərbaycan 

hökuməti ilə bağlanmış müqavilənin 

şərtlərində də öz əksini tapmışdır. 26 

maddədən ibarət olan müqavilənin 

Azərbaycan hökuməti üçün ən vacib 

məqamları bunlar idi: 1.Qarabağın 

dağlıq hissəsində Şuşada, Cavan-

şir və Cəbrayıl qəzalarında yaşa-

yan ermənilər özlərini müvəqqəti 

olaraq Azərbaycan Respublikasının 

sərhədləri daxilində hesab edirlər 

(maddə 2); 2. Azərbaycan hökuməti 

erməni nümayəndələri vasitəsilə 

Erməni Milli Şurasının fəaliyyətinə 

nəzarət edir (maddə 14) ; 3. Ha-

zırkı müqavilə hər cür vəziyyətdə: 

mühasirə, hərbi və digər hallarda 

qüvvədə qalır (maddə 26).

Bu müqavilə Ermənistan 

hökumətinin etirazına səbəb olmuşdu. 

Ermənistanın baş naziri A.Xatisov 

1919-cu il 28 avqust bəyanatında 

bildirirdi ki, 22 avqust razılaşması 

ermənilər tərəfindən ingilis qoşun-

larının bölgəni tərk etdiyi şəraitdə 

özlərini qorumaq üçün məcburiyyət 

qarşısında qəbul edilmişdi. Bundan 

başqa, Ermənistanın xarici işlər 

nazirliyi özünün Gürcüstandakı 

nümayəndəsi qarşısında 1919-cu 

il sentyabrın 16-da göndərdiyi tam 

məxfi təlimatda general Şatelvortun 

və digər ingilis zabitlərinin Qara-

bağdakı fəaliyyəti və ümumiyyətlə, 

ingilislərin Qarabağ məsələsinin 

həllində tutduğu mövqe haqqın-

da geniş məruzənin hazırlanması 

məsələsini qoyurdu. Təlimatdan 

göründüyü kimi, bu sənədlər Parisdə 

olan erməni nümayəndə heyətinə 

çatdırılmalı idi. Eyni zamanda, avqus-

tun 28-də Qarabağ ermənilərinin iki 

nümayəndəsi Arzumanov və Melik 

Osipovun imzası ilə Ermənistanın 

Azərbaycandakı səfirliyinə 

göndərilən teleqramda ABŞ-ın yenicə 

Ermənistana təyin olunmuş ali komis-

sarı V.Haskel qarşısında Qarabağda 

Amerika general-qubernatorluğunun 

yaradılması məsələsi qaldırılmışdır. 

Lakin avqustun 28-də Bakıya gəlmiş 

V.Haskel Azərbaycan hökumətinin 

rəhbərliyi ilə görüşündən sonra ərazi 

məsələləri ilə bağlı sentyabrın 1-də 

irəli sürdüyü planında Qarabağ və 

Zəngəzuru Azərbaycanın ayrılmaz 

hissəsi kimi tanımışdır.

Bunlarla yanaşı, Qarabağ və 

Zəngəzur məsələsi 1919-cu ildə 

Azərbaycanın və Ermənistanın 

iştirakı ilə cağırılmış bir neçə 

konfransda əsas müzakirə 

mövzusu olmuşdu. Bu dövrdə 

Azərbaycan rəsmiləri verdikləri 

bəyanatlarda Ermənistan ilə sərhəd 

münaqişəsinin birdəfəlik həllində 

maraqlı olduqlarını bildirmişdilər. 

1919-cu il oktyabrın 13-də AXC 

xarici işlər naziri M.Cəfərov 

Ermənistanın Azərbaycanda diplo-

matik nümayəndəsi T.Bekzadyanla 

görüşü zamanı bildirmişdi ki, əvvəl 

keçirilən Zaqafqaziya konfransları-

nın təcrübəsi Ermənistanın verdiyi 

vədlərə və əldə olunmuş razılaşma-

lara əməl etmədiyini göstərir. 1919-

cu il noyabrın 23-də Tiflisdə tərəflər 

arasında hərbi əməliyyatların dayan-

dırılması və məsələlərin sülh yolu 

ilə həll olunması razılaşmasının 

Ermənistan tərəfindən pozulması-

nı, sonuncunun qeyri-konstruktiv 

mövqeyini bir daha sübut edirdi. 

1919-cu ilin dekabrın 14-dən 21-dək 

Bakıda keçirilmiş növbəti sülh konf-

ransı zamanı Azərbaycan tərəfinin 

sərhəd münaqişələrinin həlli üçün 

Cənubi Qafqaz Respublikaları 

Konfederasiyasının yaradılması 

təklifinə Ermənistan etiraz edərək 

demarkasiya xətti haqqında ilkin 

sazişin bağlanmasını üstün tutdu. 

Əslində, Ermənistanın məsələnin 

həllindən boyun qaçırması Parisdə 

davam edən danışıqlarla sıx bağlı 

idi. Ermənistan ümid edirdi ki, onun 

nümayəndələrinin böyük dövlətlər 

qarşısında irəli sürdüyü memoran-

dumda öz əksinə tapmış, Qarabağ 

və Zəngəzur da daxil olmaqla 

Azərbaycana, Türkiyəyə və Gürcüs-

tana qarşı maksimum ərazi iddiaları 

tezliklə müsbət həll olunacaq.

Lakin sonrakı hadisələr, yəni, 

böyük dövlətlər tərəfindən yeni yaran-

mış Cənubi Qafqaz respublikaları ara-

sında olan ərazi ixtilaflarının aradan 

qaldırılmasına dair müəyyən vahid 

xəttin seçilə bilməməsi, digər tərəfdən 

isə gündən-günə şimaldan artmaqda 

olan Sovet Rusiyasının hərbi təzyiqi 

regionu yeni geosiyasi hüdudlara 

parçalanmaq təhlükəsi qarşısında 

qoymuşdu. 1920-ci ilin aprelində 

Şimali Azərbaycanın sovetləşməsi 

Antantanın Cənubi Qafqazda hege-

monluğuna son qoydu. Bu andan 

etibarən Ermənistan-Azərbaycan 

ərazi münaqişəsində aparıcı subyektə 

bolşevik Rusiyası çevrilir.



İlqar NİFTƏLİYEV, 

AMEA  A.A.Bakıxanov adına 

Tarix İnstitutunun Azərbaycanın 

sovet dövrü tarixi şöbəsinin müdiri,  

tarix üzrə fəlsəfə doktoru, dosent

AXC dövründə Ermənistanla sərhəd məsələsi,  

Qarabağ və Zəngəzur bölgələrində erməni separatçılığı

Azərbaycanın beynəlxalq mədəni əlaqələri 

yüksələn xətlə inkişaf edir

 

ˆ

Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin 



beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlı demişdir: 

“Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük 

uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir. 

Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir 

ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək 

var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş 

qərarlar bunu bir daha təsdiqləyir.”

Söz yox ki, bu uğurlar sırasında 

Azərbaycanın beynəlxalq mədəni 

əlaqələri də əhəmiyyətli yer tutur. Son 

15 ildə bu sahədə qazanılan uğurların 

miqyası çox genişdir. Cənab Prezi-

dentin uğurlu mədəniyyət siyasəti 

beynəlxalq mədəni əlaqələrimizin 

də davamlı inkişafını təmin etmiş, 

milli-mənəvi dəyərlərimizin xariçi 

ölkələrdə təbliği, ölkələr arasında 

mədəniyyətlərin qarşılıqlı tanıdıl-

ması istiqamətində məqsədyönlü 

iş aparılmasına imkan yaratmışdır. 

Amerikanın, Avropanın, Asiyanın, 

demək olar ki, əksər dövlətlərində 

milli mədəniyyətimiz təbliğ olu-

nur, bu ölkələrdə Azərbaycan 

mədəniyyəti günləri, festivallar, 

rəsm sərgiləri keçirilir. Bir-birinin 

ardınca ABŞ-da, Fransada, İtaliya-

da, Yaponiyada, Küveytdə və Çində 

keçirilən Azərbaycan mədəniyyəti 

ilə bağlı tədbirlər böyük rezo-

nans doğurmuşdur. Bu gün uzaq 

Amerikada Azərbaycan muğamı 

səslənir, Fransada bizim milli 

mədəniyyətimizə maraq ildən-ilə 

artır. Xarici ölkələrin incəsənət 

həvəskarları bu mədəniyyətin sahibi 

olan Azərbaycanla tanışlıq üçün turist 

kimi ölkəmizə üz tuturlar. Beynəlxalq 

təşkilatlar da Azərbaycanın mədəni 

irsinə xüsusi maraq göstərir.

Müxtəlif mədəniyyətlərin 

bir-birinə qarşılıqlı təsiri, 

mədəniyyətlərarası dialoqun ən 

uğurlu vasitə kimi qəbul olunduğu 

müasir qloballaşma şəraitində ümum-

dünya mədəni proseslərdə ölkəmizin 

nüfuzunun artması ilə yanaşı, 

Azərbaycan beynəlxalq səviyyədə 

mədəniyyətlərarası və dinlərarası 

dialoqun məkanı kimi tanınıb. 

On illiyini qeyd etməyə hazırlaş-

dığımız “Bakı prosesi” Azərbaycanın 

mədəni nailiyyətlərinin dünyada tanı-

dılmasında çox əhəmiyyətli rol oyna-

yıb. Azərbaycanda dörd dəfə keçiril-

miş Ümumdünya Mədəniyyətlərarası 

Dialoq forumlarında dünyanın 

müxtəlif qitələrindən olan dövlət 

və hökumət rəhbərləri, mədəniyyət 

nazirləri, görkəmli ictimai-siyasi 

xadimlər Bakıda toplaşaraq dünyanın 

qlobal problemlərinin həlli yollarını 

axtarır, mədəniyyətlərarası dialoqun 

bu prosesdə əhəmiyyətli rol oynaya 

biləcəyini beynəlxalq aləmə bəyan 

edirlər. Ümumiyyətlə, Ümumdünya 

Mədəniyyətlərarası Dialoq forumları 

müxtəlif mədəniyyətlərin qarşılıqlı 

inteqrasiyasına böyük təkan verir, 

xalqları, ölkələri bir-birinə daha da 

yaxınlaşdırır.

"Eurovision-2011" beynəlxalq 

musiqi müsabiqəsində azərbaycanlı 

gənclərin – Eldar və Nigar duetinin 

qələbə qazanması Azərbaycanın 

ifaçılıq sənəti tarixində çox əlamətdar 

bir hadisəyə çevrildi. 2012-ci ildə bu 

möhtəşəm beynəlxalq müsabiqənin 

Bakıda keçirilməsi isə ölkəmizin 

beynəlxalq aləmdə nüfuzuna çox 

güclü təsir göstərdi. Azərbaycan həm 

İslam dünyası dövlətləri ilə, həm də 

digər ölkələrlə sıx mədəni əməkdaşlıq 

həyata keçirir.

Muğam sənətimizin dünyada 

təbliği sahəsində görülən işlər də 

diqqətəlayiqdir. Xalq artisti Alim 

Qasımov və əməkdar artist Fərqanə 

Qasımovanın Almaniyanın paytaxtı 

Berlin şəhərində, Böyük Britaniya-

nın Qlazqo şəhərində (Şotlandiya) 

verdikləri konsertlər Azərbaycan 

musiqisinə bu ölkələrdə böyük maraq 

olduğunu bir daha təsdiq etdi. 

Son illər ərzində uşaq musiqi 

məktəbi, incəsənət və rəssamlıq 

məktəblərinin, Bakı Xoreoqrafiya 

Akademiyasının şagird və tələbələri 

bir sıra xarici ölkələrdə keçirilən 

müxtəlif beynəlxalq tədbirlərdə – fes-

tival, müsabiqə və sərgilərdə uğurla 

iştirak etmişlər. 

Azərbaycan Respublikasının 

Prezidenti “Azərbaycanda kitabxana-

ların fəaliyyətinin yaxşılaşdırılması 

barədə” 20 aprel 2007-ci il  

tarixli, “Azərbaycan Respublikasın-

da kitabxana-informasiya sahəsinin 

2008-2013-cü illərdə inkişafı üzrə 

Dövlət Proqramı”nın təsdiq edilməsi 

barədə 6 oktyabr 2008-ci il tarixli 

sərəncamlar imzalayıb. Azərbaycan 

Milli Kitabxanası bir sıra xarici 

ölkələrdə milli mədəniyyətimizin, 

kitabxana işi sahəsində qazanılmış 

uğurların təbliğatçısına çevrilmişdir.

2007-ci ilin noyabrında Li-

viyanın Tripoli şəhərində “İslam 

dünyasında mədəniyyət siyasəti: 

keçmişə əsaslanaraq, gələcəyin 

formalaşdırılması” mövzusunda təşkil 

olunmuş İKT-yə üzv dövlətlərin 

mədəniyyət nazirlərinin V konfran-

sında “Müsəlmanların İnkişaf və 

Sivilizasiya Missiyası üçün Mədəni 

həmrəylik strategiyası”, “Üzv 

dövlətlərdə aparılan mədəniyyət 

siyasətinin yeniləşməsi və beynəlxalq 

dəyişikliklə uyğunlaşdırılmasına dair 

Fəaliyyət Planı” və digər mühüm 

sənədlər imzalanmışdır. 

Azərbaycanın Birinci  

vitse -prezidenti, Heydər Əliyev 

Fondunun prezidenti Mehriban xanım 

Əliyevanın 2008-ci ildə Bakıda 

İSESCO və UNESCO ilə birlikdə 

«Mədəniyətlərarası dialoqda qadınların 

roluna dair I Beynəlxalq konfrans”ın 

keçirilməsi təşəbbüsü böyük rəğbətlə 

qarşlanmışdır. Konfransın mühüm 

qərarları arasında İKT-yə üzv ölkələrin 

mədəniyyət nazirlərinin VI konfran-

sının 2009-cu ildə Bakı şəhərində 

keçirilməsi və Bakının 2009-cu il 

üçün İslam Mədəniyyətinin Paytaxtı 

elan edilməsi də oldu.  

“Bakı–İslam Mədəniyyətinin Paytaxtı 

– 2009” mədəniyyət ilinin 2009-cu 

il fevralın 18-də açılışı olmuş, açılış 

mərasimində Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyev, 

İSESCO-nun baş direktoru Ə.Q.Əl-

Tuveyeri və başqaları çıxış etmişlər. 

İl boyu davam etmiş proqram 

çərçivəsində 100-dən çox milli və 

beynəlxalq tədbir keçirilmişdir. 

Mədəniyyət ili ərzində Bakıda 

“Mədəniyyətlərarası dialoqa dair Bakı 

prosesi”nin davamlılığını təmin etmək 

məqsədilə İKT-yə üzv dövlətlərin 

mədəniyyət nazirlərinin VI konf-

ransı keçirilmişdir. Konfransda 40 

ölkə və 17 beynəlxalq təşkilatdan 

nümayəndələr iştirak etmişdi. Konf-

ransın qəbul etdiyi qətnamədə işğal 

edilmiş Azərbaycan ərazilərində İslam 

irsinin məhv edilməsinə səbəb olan 

vandalizm hərəkətləri pislənilmiş, 

BMT-nin Azərbaycan-Ermənistan, 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 

qəbul etdiyi 4 qətnamənin Ermənistan 

tərəfindən dərhal və qeyri-şərtsiz 

yerinə yetirilməsi tələb olunmuşdu. 

Tədbirdə İslam ölkələri mədəniyyət 

nazirləri konfransına sədrliyin iki il 

müddətinə Azərbaycan Respublikasına 

keçməsi, İslam Mədəniyyəti Paytaxt-

ları proqramının davam etdirilməsi ilə 

bağlı müzakirələrdə Naxçıvan şəhəri 

2018-ci il üçün İslam Mədəniyyətinin 

Paytaxtı elan olunmuşdu.

Azərbaycan Prezidenti İlham 

Əliyev UNESCO ilə əlaqələrin 

inkişafına xüsusi önəm verir. Dövlət 

başçısı bu mötəbər təşkilatla qarşılıqlı 

əlaqələrin inkişaf səviyyəsini nəzərə 

alaraq hələ 2005-ci ilin sentyabrında 

xüsusi sərəncam imzalamışdır. Bu 

addım iki tərəf arasında əməklaşlığın 

daha da genişlənməsinə, ölkəmizin, 

təşkilatın xətti ilə keçirilən proqram 

və layihələrində daha fəal iştirak 

etməsinə təkan vermişdir.

Dövlətimizin mədəniyyət 

siyasətində əsas prioritet sahə maddi 

və qeyri- maddi irsin qorunmasıdır. 

Bu, ərazisinin 20 faizinin Ermənistan 

tərəfindən işğal edilmiş Azərbaycan 

üçün xüsusi əhəmiyyət kəsb edən 

məsələdir. Dövlətimiz xalqımı-

zın maddi və mənəvi mədəniyyət 

nümunələrinin qorunması, onların 

dünyada öz adı və ünvanı ilə təqdim 

olunması istiqamətində məqsədyönlü 

işlər aparır. Məhz bu uğurlu siyasətin 

nəticəsində Azərbaycanın bir sıra 

maddi və mənəvi sərvətləri artıq 

UNESCO-nun Maddi-Mədəni İrs 

Siyahısına daxil edilmişdir.

Milli- mənəvi dəyərlərimizin 

dünyada təbliği sahəsində görülən 

işlərin miqyası getdikcə genişlənir. 

Bu, deməyə əsas verir ki, son 15 ildə 

həyata keçirilən mədəniyyət siyasəti 



öz bəhrəsini verməkdədir.

M.MÜKƏRRƏMOĞLU,  

“Xalq qəzeti”

24 may 2018-ci il, cümə axşamı

8

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə