Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
Neft-kimyası

Mühazirə 2 
Neft və qaz haqqında ümumi məlumat 
 
Dünyada neft, qaz ehtiyatı və onların çıxarılma dinamikası 
Müstəqil respublikamızda neftçıxarma və neft emalı sənayesi xalq 
təsərrüfatının texniki cəhətdən sürətlə inkişaf etmiş mühüm strateji 
sahələrindən biridir.Neftin çıxarılması və emalı sahəsində ölkəmiz tarixi bir yol 
keçmiş və böyük dünyəvi təcrübəyə malikdir.


Dünya miqyasında müəyyən edilmiş neft ehtiyatı 90-95, proqnoza görə 
isə 250-270 mld tondur. Göstərilən miqdarda neft dünyanın müxtəlif regionları 
üzrə eyni paylanmamışdır. Dünyada ən iri neft yataqları Yaxın və Orta Şərq
Şimali Afrika, İran, İndoneziya ölkələrində, həmçinin Şimali və Cənubi 
Amerikanın bəzi rayonlarındadır. Azərbaycan da zəngin neft və qaz 
ehtiyatlarına malikdir. Hesablamalara görə Xəzər regionunun neft və qaz 
ehtiyatları 51,2-57,1 mld ton təşkil edir. Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının 
əsas hissəsi Xəzər dənizinin Azərbaycan sektoruna düşür. Müqayisə üçün 
demək olar ki, Rusiyanin real neft ehtiyatı 6,605 mld ton, ABŞ –ın 3,1 mld ton, 
Səudiyyə Ərəbistanın 35,224 mld ton, İraqın 12 mld ton təşkil edir. Göründüyü 
kimi Səudiyyə Ərəbistanı müstəsna olmaqla İran və ərəb ölkələri ilə 
Azərbaycanın neft yataqları müqayisə olunandır.
Ümumi yataqların 5%-ni təşkil edən nəhəng yataqlardan çıxarılan neftin 
miqdarı 85% təşkil edilir. 30 nəhəng neft yatağında olan neft ehtiyatı 500 mln 
tondan çoxdur. 
Sənaye miqyasında neftin yerin dərin laylarından çıxarılmasına XIX 
əsrdə, lakin intensiv çıxarılmasına XX əsrin ikinci yarısından başlanmışdır. 
1950-1972-ci illərdə hər 10 ildə neft hasilatı iki dəfə artmışdır. Lakin sonrakı 
illərdə çıxarılan neftin miqdarı nəzərə çarpacaq dərəcədə azalmışdır.
Dünyada aşkar olunan təbii qaz ehtiyatı 60, proqnoza görə isə
200 trln m
3
– dir. Təbii qaz yataqlarından əlavə, başqa faydalı qazıntılarla 
əlaqəsi olmayan qaz-kondensat yataqları da vardır ki, bunlardan hasil olunan 
xeyli miqdar təbii qazın tərkibində müəyyən qədər həll olmuş şəkildə maye 
karbohidrogenlər də olur. Əsas təbii qaz yataqları olan ölkələrə - Qərbi Sibir, 
ABŞ, Niderlandiya, Əlcəzair, İran və Orta Asiyanı misal göstərmək olar. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə