Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   49
Neft-kimyası

 - 
𝜶(𝟐𝟎 − 𝒕)
 


Burada, 
𝑛
𝐷
20
– təyinat aparılan temperturda şüasındırma əmsalı, t – 
təyinatın aparıldığı temperatur, 


𝛼
- 1

- ə düşən düzəliş əmsalı olub, 
0,0004-ə bərabərdir. 
Temperaturun artması ilə neft məhsullarının şüasındırma əmsalı azalır. 
İşıq şüaları boşluqdan yox, şüasındırma əmsalı müxtəlif olan iki mühitdən 
keçirsə nisbət aşağıdakı kimi göstərilir: 
𝒔𝒊𝒏𝜶
𝟏
/
𝒔𝒊𝒏𝜶
𝟐
 = 
𝒏
𝟐
/
𝒏
𝟏
 
Əgər 
𝑛
1
> 𝑛
2
olduqda, bucaq 90

- ə çata bilir və nəticədə şüa səth boyu 
sürüşür və o biri mühitə keçə bilmir. Bu zaman bucağın sinusu birə bərabər 
olur. 
Şüasındırma əmsalını təyin etmək üçün işlədilən cihaza 
refraktometr
deyilir. İki növ – Abbe və Pulfrix refraktometrlərindən istifadə olunur. 
Neft və neft məhsullarının şüasındırma əmsalına temperaturdan başqa 
molekul kütləsi, kimyəvi və fraksiya tərkibinin də təsiri vardır. Eyni tərkibli 
neftlərdən alınan fraksiyaların molekul kütləsi artdıqca şüasındırma əmsalı da 
artır. 
Ümumiyyətlə, parafin sırası karbohidrogenlərinin şüasındırma əmsalı 
aromatik sıra karbohidrogenlərin şüasındırma əmsalından kiçik olur. Naften 
sırası karbohidrogenlərinin şüasındırma əmsalı isə aralıq yer tutur. Deməli, neft 
və neft fraksiyalarının tərkibi parafin sırası karbohidrogenlərilə zəngindirsə, 
onda onun şüasındırma əmsalı kiçik, aromatik karbohidrogenlərlə zəngin 
olduqda isə şüasındırma əmsalı böyük olur. 
Karbohidrogenlər qarışığının şüasındırma əmsalı additiv xarakterlidir. 
Bundan istifadə edərək qarışıqda olan hər bir karbohidrogenin miqdarını 
müəyyən etmək olur. 
Parafin sırası karbohidrogenlərində zəncir uzandıqca şüasındırma əmsalı da 
artır. Amma bu artım homoloji sıranın əvvəlində daha kəskin, sonra isə 
nisbətən az müşahidə olunur. Bununla yanaşı, bu sıra karbohidrogenlərdə 
şaxələnmə artdıqca, şüasındırma əmsalı kiçilir. Lakin aromatik və naften sırası 
karbohidrogenlərdə isə göstərilən qanunauyğunluq pozulur. Belə ki, benzol və 
onun homoloqlarında və eləcə də naften karbohidrogenlərində alkil qruplarının 
sayı və uzunluğu artdıqca, əvvəlcə şüasındırma əmsalı azalır, sonra isə artmağa 
başlayır.


Karbohidrogenlərin homoloji sırasının şüasındırma əmsalı ilə sıxlığı 
arasında xətti asılılıq vardır. Şüasındırma əmsalından müxtəlif hesablama 
düsturlarında istifadə olunur (məsələn, xüsusi çəkinin hesablanma 
düsturundan ). 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə