Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


Mühazirə 3  Neftin ümumi xassələri və təsnifatı



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   49
Neft-kimyası

Mühazirə 3 
Neftin ümumi xassələri və təsnifatı 
 
Neftin fraksiya və kimyəvi tərkibi 
Neft çoxlu sayda üzvi maddələrdən təşkil olunmuş mürəkkəb qarışıqdan 
ibarətdir. Neftin tərkibinə daxil olan birləşmələri aşağıdakı qruplara bölmək 
olar: parafin-naften-aromatik karbohidrogenlər, kükürdlü-oksigenli-azotlu 
birləşmələr, qatran-asfalt birləşmələr və mineal maddələr. Göstərilən hər bir 
qrupun özü də çox sayda müxtəlif quruluşlu birləşmələrdən ibarətdir. Şübhəsiz 
ki, elə buna görə də nefti fərdi tərkib hissələrinə ayırmaq mümkün deyil. 
Hazırda yalnız benzin fraksiyasının kimyəvi tərkibi tam, kerosin fraksiyasının 
tərkibi isə qismən vəsfi və miqdari təyin edilmişdir. Neft və neft məhsullarının
kimyəvi tərkibi onun nə texniki göstəriciləri, nə də istismarı üçün tələb 
olunmur. 
Neftin keyfiyyətini müəyyən etmək üçün fraksiya tərkibi daha vacib 
göstəricilərdən biri hesab olunur. Fraksiya tərkibi laboratoriyada adi distillə 


üsulu ilə təyin edilir. Distillə zamanı temperaturun tədricən artması ilə 
qaynama temperaturlarına görə bir-birindən fərqlənən fraksiyalar toplanır.Hər 
bir fraksiyanın qaynama başlanğıcı (q.b.) və qaynama sonu (q.s.) qeyd olunur. 
Sənaye miqyasında laboratoriyada aparılan distillədən yox, rektifikasiyadan 
istifadə olunur. Atmosfer təzyiqində 350

temperatura qədər qovulan 
fraksiyalar ayrılır və bunlara açıq rəngli neft fraksiyaları deyilir. Hər bir 
fraksiya istifadə olunma istiqamətləri ilə adlandırılır.Atmosfer təzyiqində 
aşağıda göstərilən fraksiyalar ayrılır: 
q.b. - 
140

benzin fraksiyası 
140-180

liqroin fraksiyası 
140-220

 (180-240

) kerosin fraksiyası 
220-350

 dizel fraksiyası
(yüngül və ya atmosfer qazoylu, solyar distillatı) 
Göstərilən fraksiyalar ayrıldıqdan sonra qalan hissə 
mazut
adlanır.Mazut 
atmosfer təzyiqində distillə olunmur. Mazut və ondan alınan fraksiyalar tünd 
rəngli fraksiyalar adlanır. 
Mazutun distilləsi zamanı aşağıdakı yağ fraksiyaları alınır: 
300-400

yüngül yağ fraksiyası (transformotor distillatları) 
400-450

 orta yağ fraksiyası (maşın yağları) 
450-490

ağır yağ fraksiyası (silindr distillatları) 
Yağ fraksiyaları ayrıldıqdan sonra qalan hissə 
qudron
adlanır. Göstərilən 
temperaturlar qalıq təzyiqdəki temperaturların nomoqram üzrə çevrilməsindən 
alınmışdır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə