Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»


Sürtkü yağları istehsalının inkişafı ( kerosin-sürtkü yağı mərhələsi )



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
Neft-kimyası

Sürtkü yağları istehsalının inkişafı ( kerosin-sürtkü yağı mərhələsi ) 
Sürtkü yağlarının istehsalının inkişafına qədər Qafqazda uzun müddət 
kerosin istehsalından alınan neft qalığı yağlayıcı material kimi işlədilmişdir. 
Qatı mazutun özündən və ya onun heyvan piyi ilə qarışığından oxların 
yağlanmasında istifadə olunurdu. Beləliklə, tədricən xalis neft yağlarının 
istehsalına başlandı. Kerosin işıqlandırıcı yağları tədricən aradan çıxartdığı 


kimi, mineral (neft) sürtkü yağları da tədricən heyvan yağlarını sıxışdırıb 
aradan çıxarırdı. 
Hələ kerosin istehsalının ilk mərhələsində (1868) mazutdan artilleriya 
toplarının yağlanmasında istifadə olunmağa başlandı. Heyvan yağlarından 
fərqli olaraq, neft qalıqlarının korroziyaya qarşı daha davamlı olması aşkar 
edilməklə, neft yağlarının hərbidə istifadə olunmasının prespektivliyi müəyyən 
edildi. 
Sənayenin və dəmiryol nəqliyyatının yağlayıcı materiallara sürətlə artan 
tələbatını bitki və heyvan yağları artıq ödəyə bilmirdi.Belə bir vacib məsələnin 
həllində D.İ.Mendeleyev, K.İ.Lisenko və V.İ.Raqozin daha fəal iştirak etdilər. 
Raqozinin 1870-71-ci illərdə Nijni Novqorodda, 1876-77-ci illərdə isə Bakıda 
tikdirdiyi yağ zavodlarında dörd növ sürtkü yağı- (toxuculuq sənayesində iylər 
üçün yağlar, maşın yağları, yay vaqon yağları, qış vaqon yağları) alınırdı. Yağ 
qovulduqdan sonra kub qalığı isə oxların yağlanmasında istifadə olunurdu.
80-ci illərin ikinci yarısında kerosin zavodlarında tətbiq olunan fasiləsiz kub 
batareyaları yağ istehsalında da tətbiq olundu. 
1883-cü ildə Bakıda Nobel zavodunda neftin fasiləli kub batareyaları ilə 
distilləsindən fasiləsiz işləyən kub batareyalarına keçid neft emalında yeni 
mərhələ oldu. 
Əcnəbi alim və mütəxəssislərin Azərbaycanda neft emalının təşkili və 
inkişafındakı xidmətlərini qiymətləndirərək , qeyd etmək lazımdır ki, artıq XIX 
əsrin ikinci yarısında məşhur kimyaçı R.Fittinqin yanında çalışmış Mövsümbəy 
Xanlarov kimi azərbaycanlı kimya doktoru elmi dərəcəsi alan alim yetişdi. O, 
sonralar Bakıda neft sənaye işçiləri üçün təlim məktəbinin və neftayırma 
zavodlarının laboratoriyalarının təşkilində ilk mütəxəssis olmuşdur. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə