Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
Neft-kimyası

Neftin çıxarılma üsulları 
Neft yerdən daxili enerji və kənardan verilən enerji hesabına çıxarılır. Əgər neft 
yer səthinə layın təbii daxili enerjisi, yəni layda olan təzyiq hesabına çıxırsa, 
buna 
fontan üsulu 
deyilir. Bu üsuldan neft quyularının başlanğıc istismar 
dövründə istifadə olunur. Sonra isə layın təzyiqi get-gedə aşağı düşür və 
tədricən quyunun məhsuldarlığı azalır. Fontan üsulu çox səmərəlidir, lakin 
daimi deyildir. 


Neftin çıxarılmasının ikinci növündə, bu və ya digər yolla kənardan 
verilmiş enerji hesabına neft yer səthinə çıxır. Neftin bu cür çıxarılmasına 
mexanikləşdirilmiş üsul
deyilir. Mexanikləşdirilmiş üsulun iki- kompressor və 
nasosla çıxarılma növləri vardır. 
Kompressor və ya qazlift üsulunda neft quyusuna kompressor vasitəsilə 
qaz vurulur. Bu zaman layda yaranmış təzyiq hesabına qaz neftlə qarışır, neftin 
xüsusi kütləsi azalır və nəticədə onun quyudan çıxması asanlaşır. Bəzi hallarda 
neft quyularına, yaxında olan qaz quyularından çıxarılan qaz vurulur. Bu halda 
kompressor üsulunun qazlift növündən istifadə olunur. Bəzi köhnə mədənlərdə 
neft quyularına hava vurulur. Bu halda laya vurulmuş hava ilə neft qazının 
qarışığı yandırılır. Bu da o qədər əlverişli üsul hesab olunmur, çünki bu halda 
neft boruları korroziyaya uğrayır. 
Nasos üsulu
ilə neftin çıxarılmasında quyulara nasos salınır. Dünya miqyasında 
daha çox ştanqlı nasoslardan istifadə olunur, bununla yanaşı ştanqsız nasoslar 
da işlədilir. 
Yuxarıda adını çəkdiyimiz istənilən üsulla neft çıxarılarkən müəyyən 
vaxtdan sonra quyunun məhsuldarlığı azalır.
Neft quyularının məhsuldarlığının artırılması yolları 
Neft quyularının məhsuldarlığını artırmq üçün əvvəllər suyun təsirindən 
istifadə olunurdu. Bu halda layda olan neftin yarıdan çoxu, özlülüyü yüksək 
olan neftlərin isə hətta 85%-i laylarda qalır. Ona görə də son illər neft 
quyularının məhsuldarlığını artırmaq üçün neft çıxarmanın yeni növlərindən 
istifadə olunur. Məsələn, neft laylarına su ilə birlikdə səthi-aktiv maddələr, 
həlledicilər, polimerlər və s. vurulur. Göstərilən maddələrdən istifadə etməklə 
neft quyularının məhsuldarlığını 10-30% artırmaq olur. Laya vurulmuş 
maddələrin təsirini aşağıdakı kimi izah etmək olar. Vurulan suya əlavə edilmiş 
səthi aktiv maddə, su neft sərhəddində səthi gərilməni azaldır, bu isə neftin 
mütəhərrikliyinin artmasına səbəb olur və nəticədə suyun nefti laydan 
sıxışdırıb çıxarması asanlaşır. Bu məqsədlə suda həll olan polimerlərdən də 
istifadə olunur. 
Layda olan neft naften turşuları ilə zəngindirsə, oraya zəif qələvi məhlulu 
vurulduqda daha yaxşı nəticə alınır. Belə ki, layda neft-qələvi məhlulu 


sərhəddində səthi gərilmə kəskin azalır və beləliklə də quyunun məhsuldarlığı 
artır.
Neft laylarının məhsuldarlığını artırmaq üçün ən səmərəli üsullardan 
biri də laylara təzyiqlə karbon qazının vurulmasıdır. Lay sisteminə vurulan 
karbon qazı neftin özlülüyünü azaldır, həcmini böyüdür (qabarcıqların 
həcminin artması hesabına) və nəticədə neftin yer səthinə çıxması üçün əlverişli 
şərait yaranır. 
Yüksək özlülüyə malik neftlərin çıxarılmasında neft laylarına istiliyin 
təsirindən də istifadə olunur. Layda olan neftin qızdırılması üçün oraya buxar, 
isti su verilir və eləcə də lay daxili yanma istiliyindən istifadə olunur. Bütün 
hallarda layda olan neftin özlülüyü azalır və nəticədə quyunun məhsuldarlığı 
artır. 
Neft quyularının məhsuldarlığını artırmaq üçün laya bilavasitə təsir ilə 
yanaşı kimyəvi və fiziki üsullardan da istifadə olunur. Neft quyusunu turşu ilə 
işlədikdə, layda olan karbonatlı süxurların turşu ilə reaksiyaya giməsi hesabına, 
məsamələrin diametri böyüyür, nəticədə süxurun bütövlükdə məsaməliliyi 
artır. Bu isə öz növbəsində neftin laydan asan süzülüb çıxmasına kömək edir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə