Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   49
Neft-kimyası

Mühazirə 30 
Neftin mineral komponentləri 
 
Hazırda müxtəlif mədənlərdən çıxarılan neftlərin tərkibində 30-dan çox 
metal, 20 - yə yaxın qeyri-metal elementlərinin olması aşkar edilmişdir. 
Neftin tərkibində olan elementləri bele qruplaşdırmaq olar: - Qələvi və 
qələvi-torpaq metalları – Li, Na, K, Ba, Ca, Sr, Mg; - Mis yarımqrupu 
metalları – Cu, Ag, Au; - Sink yarımqrupu metalları – Zn, Cd, Hg; - Bor 
yarımqrupu metalları – B, Al, Ga, İn, Ti; - Vanadium yarımqrupu metalları 
– V, Nb, Ta; - Dəyişkən valentli metallar – Ni, Fe, Mn, Co, W, Cr, Sn və.s 
tipik qeyri metallar –Si,P,As,Cl,Br,J və.s. 
Elementlərin cüzi miqdarının neftin tərkibində aşağıda göstərilən 
formalarda olmaları qəbul olunmuşdur: duzların suda məhlullarının xırda 
dispers hissəcikləri şəklində; mineral süxurların xırda asılqan dispers 
hissəcikləri formasında; üzvi maddələrlə kompleks və ya molekulyar 
birləşmələr şəklində. Sonuncunun özü də Kamyanovun verdiyi məlumata 
görə aşağıda göstərilən qruplara bölünür: 
1. Element üzvi birləşmələr, yəni karbon-element əlaqəsi saxlayanlar; 


2. Turşunun funksional qruplarındakı protonu əvəz etmiş metal duzları; 
3. Molekuldaxili metal kompleksləri; 
4. Bir çox eynicinsli və ya qarışıq liqand kompleksləri; 
5.Hetereatomlarla və ya π−sistemli poliaromatik asfolten quruluşulu 
komplekslər; 
Neftin tərkibində metal elementlərin üzvi birləşmələrin tərkibində olması 
dəqiq müəyyən edilməmişdir. Lakin dolayı yolla alınan məlumatlara görə 
neftin tərkibində qurğuşun, qalay, stibium, civə, germanium, tallium 
həmçinin silisium, fosfor, selen, tellur və halogenli birləşmələr vardır. Bu 
birləşmələrə həm fraksiyalarda, həm də ağır qalıqlarda təsadüf edilir. 
Neftin tərkibində metal duzlarının, xüsusilə fərdi birləşmələrin olması da 
hələ sübut olunmamışdır. Mədən sularında xeyli miqdarda olan qələvi və 
qələvi-torpaq metalların duzları ilə neft turşuları arasında gedən kation 
dəyişmək nəticəsində əmələ gəlməsi daha çox ehtimal olunur. Neftin 
qatran-asfalten hissəsinin daha mürəkkəb polifunksional qruplarının 
dəmir, molibden, manqan və.s ilə duzlar əmələ gətirməsi ehtimal olunan 
fikirlər də səslənir. Lakin neftin turşu funksiyası və metalların qatılığı 
arasında korrelyasiyanın olmaması duzların əmələ gəlmə mexanizmini 
izah etməyə imkan vermir. 
Molekudaxili komplekslər,vanadium (VO2)və nikel porfirin kompleksləri 
misalında nisbətən yaxşı öyrənilmişdir.Lakin,neftin tərkibində nə üçün 
yalnız vanadil və nikel-porfirinlərin olması hələ də izah olunmamış 
qalır.Neftdə porfirinlərdən başqa psevdoporfirinlərin və başqa mürəkkəb 
molekuldaxili komplekslərin də olması aşkar edilmişdir.Psevdoporfirin 
bierləşmələr –porfirin quruluşunun dəyişilməsilə əmələ gələn maddələrə 
deyilir.Bu dəyişilmə ona daxil olan tsiklin ya qismən hidrogenləşməsi, ya 
da əksinə porfirin quruluşun əlavə aromatik həlqə ilə kondensləşməsi 
nəticəsində baş verir. 
Son vaxtlar qatranlardan dimetilformamidlə ekstraksiya etməklə 
dəmir,kobalt,mis,manqan və başqa elementlərlə kompleks əmələ gətirən 
fraksiya ayrılmışdır. 


Pirrol həqəsindəazot atomunun və lakton qrupunda karbonil oksigeninin 
belə yerləşməsi hesabına bu birləşmələrin molekulları xelat əmələ gətirmə 
xassəsinə malik olurlar. 
Poliliqand komplekslər xelat birləşmələrlə demək olar ki,eynidir.Onlar 
əsasən neftin qatran hissəsinin tərkibinə daxil olur və turş mühitdə 
hidrolizə uğramırlar.Lakin bütün bu birləşmələr molekulların fəza 
quruluşlarına görə böyük və mürəkkəbdirlər.Ona görə də bu birləşmələrdə 
fəza çətinliyi ilə əlaqədar poliliqandların alınma ehtimalı azdır. 
Asfaltenlərin metallarla əmələ gətirdiyi komplekslər, qatranların əmələ
gətirdiyi komplekslərə çox oxşardı. Lakin asfaltenlərin quruluşu ilə
əlaqədar kifayət qədər məlumatların olmaması onun metallarla əmələ
gətirdiyi kompleksin quruluşu haqqında tam fikir söyləməyə imkan
verir. Ona görə müəyyən olunmuş ümumi qanunauyğunluqlar
sadalanır: asfaltenlərin molekul kütləsi artdıqca, mikroelementlərin
çoxunun qatılığı artır; mikroelementlərlə zəngin asfalten fraksiyası
həmişə yüksək miqdarda azot, kükürt və oksigen saxlayır; aromatiklik
dərəcəsi yüksək olan asfalten fraksiyası mikroelementlərələ daha
zəngin olur. Belə təsəvvür olunur ki, metal atomları asfaltenlərin
heteroatomları ilə donor - akseptor tipli kompleks əmələ gətirir. Bu
halda asfalten fraqmentlərinin təbəqəli - blok quruluşları ətrafı üzrə
kompleks əmələ gələ bilər. Ancaq metalların bu quruluşundakı
təbəqələr arasına daxil olması da inkar olunmur.Gel-xromatoqrafik 
tədqiqatlara əsasən belə hesab edilir ki,Fe,Co,Cr,Zn,Cu,Hg asfaltenlərin 
təbəqəli-blok hissəciklərinin müstəviləri arasındakı boşluqlara daxil olur. 
Çox maraqlıdır ki,mikroelementlər asfaltenlərin kompleks əmələ gətirmək 
qabiliyyətinə malik mərkəzlərini heç vaxt tam doydurmurlar.Çox saylı 
tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,asfaltenlər sulu və eləcə də 
üzvi mühitdən özü ilə əlavə miqdar metalları çıxarma qabiliyyətinə 
malilkdir.Neftin qatran-asfalten maddələrinin kompleks əmələ gətirmə və 
eləcə də neft turşularında kationdəyişmə xassəələrinin tam reallaşması öz 
həllini tapmamışdır və bununla əlaqədar ətraflı tədqiqat işlərinin 
aparılması tələb olunur. 


Son vaxtlara qədər neftdə olan mikroelementlərin miqdarı və tərkibi yalnız 
külün spektral analizi üsulu ilə təyin edilirdi.Bu üsulla alınmış 
nəticələlərdə,xüsusilə külün alınması zamanı uçucu maddələrin ayrılması 
hesabına ola bilsin ki,xeyli kənara çıxmalar olsun.Məs:əvvələr belə hesab 
olunurduki,bor elementinin miqdarı küldə 0,3%-dən (külə görə)çox 
olmur.Lakin qapalı sistemdə alınmış küldə onun və eləcə də başqa 
elementlərin miqdarı daha çox olur.Hazırda neftin tərkibində olan 
metalların miqdarı atom-adsorbsion üsulla daha dəqiq təyin edilir. 
Neftin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibində nikel və 
vanadiumun qatılığı başqa elementlərə nisbətən xeyli yüksək olur. Adətən 
kükürdlü neftlərdə vanadiumun, az kükürdlü neftlərdə (azotun miqdarı 
çox olan) isə nikelin qatılığı daha çox olur. Bu metalların daha çox 
öyrənilmiş birləşmələri porfirin kompleksləridir. 
Mikroelementlərin neftin tərkibində miqdarının hədsiz dərəcədə az 
olmasına baxmayaraq, onların neftin emalı prosesinə və neft məhsullarının 
istismarına mühüm təsiri vardır. Neftin tərkibində mikroelementlərin cüzi 
miqdarı katalizator zəhəri hesab olunur və neft emalı sənayesində işlədilən 
katalizatorları qısa müddətdə dezaktivləşdirir. Ona görə də texnoloji 
prosesləri düzgün təşkil etmək və səmərəli katalizator seçmək üçün 
mikroelementlər miqdarı və vəsfi təyin olunmalıdır. Onların əsas hissəsi
neft qalıqlarında cəmləşir. Mazutun yandırılmasından alınan vanadium 
- 5 - oksid avadanlıqları korroziyaya uğradır və ətraf mühiti zəhərləyir. 
Kükürdlü mazutla işlyən müasir elektrik stansiyalarında atmosferə
sutkada tüstü ilə birlikdə 1000kq - a qədər V2O5
buraxılır.Mikroelementlərin miqdarı və tərkibi haqqında olan məlumat
yalnız neft - kimya sənayesi üçün deyil, eyni zamanda geologiya elmi
üçün çox faydalıdır. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə