Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   49
Neft-kimyası

Neftin kimyəvi təsnifatı 
Əvvəllər neftin təsnifatı onun sıxlığına görə verilirdi. Sıxlığa görə 
təsnifatda neftlər 3 qrupa bölünür: 
yüngül, ağırlaşmış, ağır.
Təsnifata görə neft 
yüngül neft qrupuna daxildirsə, bu o deməkdir ki, onun tərkibində olan benzin 
fraksiyasının miqdarı çox, qatran və kükürdlü birləşmələrin miqdarı isə azdır. 
Bu qrup neftlərdən yüksək keyfiyyətli sürtkü yağları almaq olar. 
Əgər neft ağır neftlər qrupuna daxildirsə, deməli onun tərkibində qatran-asfalt 
birləşmələrinin miqdarı çoxdur. Belə neftlərdən yüksək keyfiyyətli sürtkü 
yağları almaq üçün əvvəlcə onlar bir neçə üsulla təmizlənməlidir. Lakin belə 
neftlər daha çox bitum istehsalı üçün yararlıdır. Bəzi hallarda dediyimiz bu 


izahatlar özünü doğultmur. Ona görə də sıxlığa görə neftlərin təsnifatı hazırda 
təxmini təsnifat hesab olunur. 
Neftin kimyəvi tərkibini əks etdirən təsnifatladan biri Qroznı Elmi-Tədqiqat 
İnstitutunun verdiyi təsnifatdır. Bu təsnifata görə tərkibində olan bir və ya bir 
neçə sinif karbohidrogenlərin miqdarca üstünlüyü əsas götürülərək, neft altı 
əsas növə bölünür: 
1.
 
parafin əsaslı 
2.
 
parafin-naften əsaslı 
3.
 
naften əsaslı 
4.
 
parafin-naften-aromatik əsaslı 
5.
 
naften-aromatik əsaslı 
6.
aromatik əsaslı naftenlər
Parafin əsaslı naftenlərintərkibində parafinlərin miqdarı daha çox olur. 
Eyni zamanda neftin bütün fraksiyalarının tərkibində müəyyən miqdar parafin 
karbohidrogenləri 
olur. 
Benzin 
fraksiyasının 
tərkibində 
parafin 
karbohidrogenlərin miqdarı 50% -dən çox, yağ fraksiyasında isə 20% və daha 
çox olur. Belə neftlərə ən tipik misal olaraq, Manqışlaq neftlərini göstərmək 
olar. 
Parafin-naften əsaslı neftlərin tərkibində parafin karbohidrogenlərilə yanaşı, 
nəzərə çarpacaq dərəcədə naften karbohidrogenləri də olur. Aromatik 
karbohidrogenlərin miqdarı isə çox az olur. Belə neftlərə Şimali Sibir, Volqa-
Ural neftlərini misal göstərmək olar.
İstər parafin və isərsə də parafin-naften əsaslı neftlərin tərkibində qatran-
asfalt maddələrinin miqdarı az olur. 
60-cı illərin əvvəllərində neft karbohidrogenlərinin tərkibi və quruluşu 
haqqında təsəvvürləri dəyişdirən və neftlərin təsnifatının prinsip və üsullarını 
dəqiqləşdirməyə imkan verən yeni analitik üsullar işləndi.Neftin tərkibində 
çoxlu sayda (500- dən çox) relikt karbohidrogenlər (xemofossil) aşkar edildi. 
Əldə edilmiş nəticələrə əsaslanaraq neftin bütün karbohidrogenlərinin iki əsas 
qrupa bölünməsi təklif olunmuşdur:
-
çevrilmələrdən əmələ gəlmiş karbohidrogenlər 
-
relikt karbohidrogenlər


Relikt karbohidrogenlərə normal və izoprenoid parafinlər, tsiklik 
izoprenoidlər – steranlar, triterpanlar və s. aiddir. Neftin relikt 
karbohidrogenlərinin özünü də izoprenoid və qeyri-izoprenoid quruluşlu 
karbohidrogenlər növünə ayırmışlar. 
A.Petrov keçmiş SSRİ-nin demək olar ki, bütün nəhəng neft-qaz saxlayan 
hövzələrin neftlərini (400-ə yaxın) xromotoqrafik və kütlə spektrometrik üsulla 
tədqiq edərək, onları A və B kateqoriyalara ayırmişdır. Əgər 200-430

fraksiyasının xromotoqramında analitik miqdarda n-parafinləri xarakterizə 
edən pik olursa, belə neftlər A kateqoriyasına aid edilir. B kateqoriyasına aid 
edilən neftlərdə isə həmin fraksiyanın xromotoqramında n-parafinlərə aid pik 
olmur. Neftdə olan normal və izoprenoid karbohidrogenlərin nisbi 
miqdarından asılı olaraq, A kateqoriyasına daxil olan və B kateqoriyalı 
neftlərdə izoprenoid karbohidrogenlərin iştirak edib,etməməsindən asılı olaraq 
hər bir kateqoriya neftlər iki növə bölünür: A
1
, A
2
və B
1
, B
2

A
1
növ neftlər parafin və naften-parafin əsaslı neftlərə uyğun gəlir. Həmin 
neftlərin 200-430

fraksiyasında parafinlərin miqdarı 15-60%-dir. Bu növ 
neftlər üçün ən xarakterik cəhət, n-parafinlərin miqdarının yüksək olmasıdır. 
A
1
növ neftlərdə parafinlərə nisbətən tsikloparafinlərin miqdarı bir qədər az 
olur. Tsikloparafinlər, əsas mono- və bitsiklik birləşmələrdən ibarətdir.Bu növ 
neftlər təbiətdə daha çox yayılmışdır və bütün MDB ölkələrinin neft qaz 
saxlayan hövzələrində rast gəlinir. 
A
2
növ neftlər, qrup tərkiblərinə görə naften-parafin və parafin-naften əsaslı 
neftlərə uyğun gəlir. A
1
növ neftlərlə müqayisədə A
2
növ neftlərdə parafinlərin 
miqdarı bir qədər az olur. Parafinlərin miqdarı 0,5-5%, izoprenoidlərin miqdarı 
isə 1-6% arasında olur.A
2
növ neftlərin çox hissəsində fərqləndirici əlamət, n-
parafinlərə nisbətən izoparafinlərin üstünlük təşkil etməsidir. Buarada 
tsikloparafinlərin ümumi miqdarı 60%-ə çatır.Onların içərisində mono- və bi- 
tsiklanlar üstünlük təşkil edir.A
2
növ neftlərə Neft Daşları, Suraxanı, Duvannı-
dəniz, Qərbi-Sibir, Xəzəryanı neftlər aiddir. 
B
2
növ neftlər parafin-naften və xüsusilə naften əsaslı neftlərə uyğundur. 
Doymuş karbohidrogenlərdən tsikloparafinlər, bunların içərisində isə mono-
bi- 
və 
tritsiklik 
karbohidrogenlərüstünlük 
təşkil 
edir. 
Parafin 
karbohidrogenlərin əsas hissəsi şaxələnmiş quruluşlu olurlar.B
2
növ neftlər 


fərqləndirici əlaməti, xromotoqramında monometil əvəzli alkanlara aid pikin 
olmamasıdır.B
2
növ neftlərə A
2
növ neftlərə nisbətən daha çox rast gəlinir və 
bunlar 1000-1500m dərinliklərdəki kaynazoy çöküntülərində yayılır. B
2
növ 
neftlərə Şimali Qafqaz, Gürcüstan və başqa mənşəli neftlər aiddir.
B
1
növ neftlər, qrup tərkibinə görə naften və ya naften aromatik əsaslı neftlərə 
aiddir. Onların tərkibində yüngül fraksiyanın miqdarı az olur. Bu növ 
neftlərüçün xarakterik xüsusiyyət onların tərkibində normal və izoprenoid 
parafinlərin olmaması, şaxələnmiş parafinlərin isə az miqdarda (4-10%) 
olmasıdır. Tsikloparafinlər içərisində bitsiklanlar mono-tsiklanlara nisbətən 
üstünlük təşkil edir. Bu növ neftlər daha çox 500-1000m dərinliklərdə olan 
kaynozoy çöküntülərində yayılır. Bu növ neftlərə Sibir, Palçıq Təpəsi, Suraxanı, 
Balaxanı və başqa mənşəli neftlər aiddir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə