Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Neft kimyası»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix02.08.2023
ölçüsü1,06 Mb.
#120255
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
Neft-kimyası

Kerosin mərhələsi 
1855-ci ildə fitilli kerosin lampasının kəşfi, yeganə məqsədli məhsul- 
işıqlandırıcı kerosin istehsalının sürətlə artmasına səbəb oldu. Kerosin 
mərhələsində distillə zamanı işıqlandırıcı (fotogen) kerosindən başqa alınan 
yüngül benzin fraksiyası və qalıq hissə-mazut yararsız məhsul kimi ya 
yandırılır, yaxud da dənizə axıdılırdı. 
XIX əsrin ikinci yarısında Bakı nefti əvvəl Rusiyanın, az sonra isə başqa 
ölkələrin kapitalistlərini özünə cəlb etdi. 1879-cu ildə Bakıda “Nobel 
Qardaşları” şirkətin yaradıldı. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, 
dünyada fundamental elmlərin inkişafını stimullaşdıran Nobel Mükafatının 
maliyyə əsasının 12,5% - ni Bakı neftlərindən əldə edilən gəlir təşkil etmişdir. 
Rusiyada bütün neft istehsalının 20% -ni və ağ neft emalının 49% -ni bu şirkət 
verirdi. Az sonra isə fransız kapitalisti N.M.Rotşild tərəfindən
“Xəzər-Qaradəniz yoldaşlığı” cəmiyyəti yaradıldı. Xarici kapitalistlər 
Suraxanıda, Müqəddəs Adada (Pirallahıda) kerosin zavodlarını inşa etdirdilər. 
1863-cü ildə ilk dəfə Bakıya gələn D.İ.Mendeleyev neftin emalı ilə əlaqədar öz 
tədqiqatlarını suraxanı zavodunun kimya laboratoriyasında apardı. 
XIX əsrin 60-cı illərinə qədər Avropa dövlətlərində fotogen yağı daş 
kömür, slans və torfun quru distilləsindən alınırdı. Bu prosesdə qızdırıcı kimi 
yanar faydalı qazıntılardan istifadə olunurdu.
Ona görə də Bakıda tikilən qurğularda qızdırıcı kimi, qırdan (Suraxanıda 
Kokoryov zavodu) və ozekeritdən (Müqəddəs Adada Vitte zavodu) istifadə 
olunması nəzərdə tutulmuşdur.Müqəddəs Adadakı zavodda qızdırıcı kimi, 


kənardan gətirilən ozekeritdən istifadə olunsa da (qısa müddətdə), az sonra 
ağır neftdən və qazdan istifadə olunmağa başlandı. 
1863-cü ildə Cavad Məlikov Bakı şəhərinin özündə açıq səma altında ilk 
distillə zavodunu inşa etdirərək yüksək keyfiyyətli kerosin aldı. 1869-cu ildə 
onun qurğusu əsasında 23 zavod işləyirdi. Beləliklə, C.Məlikov Bakıda neftin 
distillə prosesinin ilk yaradıcısı oldu.
Kerosinə ildən-ilə artan tələbata zəif inkişaf edən neftçıxarma sənayesi cavab 
verə bilmirdi. Başqa sözlə, neftin əl ilə çıxarılması günün tələbini 
ödəmirdi.Neftin buruq üsulu ilə çıxarılması isə hələ məlum deyldi. Bu üsulun 
neft sənayesində nə vaxt tətbiq olunduğu hələ də dəqiq məlum deyil. Lakin 
belə ehtimal olunur ki, buruq üsulundan ilk dəfə 1848-ci ildə Bakı yaxınlığında 
Bibi-Heybətdə istifadə olunmuşdur.
XIX əsrin 70-ci illərinə qədər neftin emalında əsas məqsəd işıqlandırıcı kerosin 
almaq olmuşdursa, həmin illərin sonundan neft sənayesində texniki 
məhsullara,xüsusilə də yağlara və yağlayıcı məhsullara tələbat artmağa başladı. 
Artıq Bakıda turş qudron, viskozin, sabun surroqatı, parafin və s kimi 
məhsullar istifadə olunurdu. Bundan başqa naftalan neftindən- naftalan mazı 
istehsal edən zavod fəaliyyətə başladı. Artıq 1908-ci ildə 760 pud (1pud-16,4kq) 
naftalan mazı istehsal olundu. Mazın istehsalından alınan tullantıdan isə sürtkü 
yağı kimi istifadə edilirdi. Alınan maz bütün xəstəliklərin dərmanı kimi dünya 
miqyasında reklam olunurdu. Rusiyaya Almaniyadan gətirilən bu mazı 
almanlar özlərinin müalicə preparatı kimi təqdim edirdilər. Bu zavod 1914-cü 
ilin ikinci yarısına qədər fəaliyyət göstərirdi. 
İşıqlandırıcı kerosin istehsalının ilk dövründə (1823-1883) yalnız periodik 
distillə qurğularından istifadə olunurdu. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə