Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   2   3   4   5   6   7   8   9   ...   42

24                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
“Üç nəfərə ehtiram düşmür: “Bidət qoyana, zülmkar 
rəhbərə və açıq-aşkar günah edənə!”
1
Hətta cəmiyyət arasında  fikirləri bulandıran, 
ətrafdakılara əyri və pis yolları aşılaya bilən hər hansı 
bihudə və nalayiq söz danışmaq da İslam baxımından 
qadağandır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
 ْﻦَﻤَﻛ َنﺎﻛ ُهﺎﺸْﻓَﺎَﻓ ًا ْيرَﺧ َﻊِﻤَﺳ ْﻦَﻣَو ،ﺎﻫﺎﺗَا ْﻦَﻤَﻛ َنﺎﻛ ﺎﻫﺎﺸْﻓَﺎَﻓ ًﺔ َﺸِﺣﺎﻓ َﻊِﻤَﺳ ْﻦَﻣ
ُﻪَﻠِﻤَﻋ
“Pis bir sözü eşidib faş edən, onu yerinə yetirən kimi 
və yaxşı bir söz eşidib onu faş edən də onu yerinə yetirən 
kimidir.”
2
Bir sözlə, çirkin və xəstə mühiti islah etmək, fitnə-
fəsadın yayılmasının qarşısını almaq əxlaqi dəyərləri 
qoruyan mühüm amillərdən biridir və bunsuz insan 
özü və başqalarının  əxlaqında tam dəyişiklik yarada 
bilməz. Demək, xəstəliklərlə mübarizə zamanı 
mikrobların aradan qaldırılmasına 
əhəmiyyət 
verildiyi kimi, ictimai mühiti də qorumaq üçün onun 
gigiyenasına əhəmiyyət vermək lazımdır.
3. Hicrət – çirkin mühitdən uzaqlaşmaq: Öncə 
deyildiyi kimi, mühitin islahı son dərəcə  əhəmiyyət 
daşıyır. Lakin müxtəlif səbəblər üzündən lazımı 
şərait olmadıqda, insanın orada qalması  fitnə-fəsada 
düşməsinə səbəb ola bilər ki, bu zaman mütləq sağlam 
və təmiz mühitə köç etmək lazımdır. Biz bu məsələnin 
bənzərini eynilə  bəzi xəstəliklərdə  də görə bilərik. 
Belə ki, çox vaxt həkimlər xəstələrə  təbiətin müxtəlif 
1 . Yenə orada, səh.605.
2 . Yenə orada, səh.609.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   25
guşələrinə çəkilməyi məsləhət görürlər.
“Hicrət və köç” məsələsi İslamda xüsusi əhəmiyyət 
daşıyır və doğrusu,  İslam tarixinin əsası da onunla 
başlanır. İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə 
hicrəti, məhz iman və fəziləti yaymaq üçün çirkin bir 
mühitdən təmiz və münasib bir mühitə köçü deməkdir. 
Bir qrup doğru və həqiqi müsəlmanların Peyğəmbəri-
Əkrəmin (s) əmri ilə  Məkkədən Həbəşəyə hicrəti də 
bunun başqa bir nümunəsidir.
İslam tarixində ilk müsəlman mühacirlərinin adı 
xüsusi qeyd edilir və Qurani-Kərimdə onlar haqda 
çoxlu ayə müşahidə olunur. Günah və  şirklə dolu 
məntəqədən təmiz və sağlam bir yerə hicrətə dair çoxlu 
hədislər vardır ki, onun əhəmiyyətini daha da artırır. 
“Məcməül-bəyan” kitabında
 
{ًﺔَﻌَﺳَو اًيرِﺜَﻛ  ًماَﻏاَﺮُﻣ  ِضْرَﻷا  ِﰲ ْﺪِﺠَﻳ ِﻪّﻠﻟا ِﻞﻴِﺒَﺳ  ِﰲ ْﺮِﺟﺎَﻬُﻳ ﻦَﻣَو}  
(Allah yolunda hicrət edən  şəxs yer üzündə çoxlu 
sığınacaq və genişlik tapar!)
1
 – ayəsinin təfsirində 
Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:
  َﺐَﺟْﻮَﺘْﺳا  ِضْرَ ْﻻا َﻦِﻣ ًا ْﱪِﺷ َنﺎﻛ ْنِا َو  ٍضْرَا ﱃِا  ٍضْرَا ْﻦِﻣ ِﻪِﻨﻳِﺪِﺑ ﱠﺮَﻓ ْﻦَﻣ
ٍﺪﱠﻤَﺤُﻣ َو َﻢﻴِﻫاﺮْﺑِا  َﻖﻴِﻓَر َنﺎﻛ َو َﺔﱠﻨَﺠْﻟا
“Öz dini üçün bir məntəqədən başqa məntəqəyə – bir 
qarış belə – hicrət edən şəxsin behiştə getməsi qətidir və o, 
İbrahim və Mühəmmədlə (hicrət edən iki böyük peyğəmbər) 
birgə olacaq.”
2
Hədisdə qeyd olunan “və in kanə şibrən” (bir qarış 
1 . “Nisa” surəsi, ayə 100.
2 . “Biharul-ənvar”, 19-cu cild, səh.31.


26                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
belə) – ibarəsi bu məsələyə bir daha təkiddir. Hicrət 
edən  şəxsi iki böyük peyğəmbərə qovuşduran amil 
onun (Allah yolunda) hicrətidir. Tarixə görə,  İbrahim 
peyğəmbər bütpərəst nəmrudçuların mərkəzi sayılan 
Babildən  Şam və  Fələstinə,  İslam Peyğəmbəri (s) isə 
Məkkədən Mədinəyə hicrət etmişdir.  Əli ibn İbrahim 
öz “Təfsir” kitabında
 {نوُﺪُﺒْﻋﺎَﻓ َيﺎﱠﻳِﺈَﻓ ٌﺔَﻌِﺳاَو  ِﴈْرَ ﱠنِإ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا َيِدﺎَﺒِﻋ ﺎَﻳ}
(Ey iman gətirən bəndələrim!  Şübhəsiz ki, Mənim 
yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!) 
– ayəsinin təfsirində imam Həsən  Əskəridən (a) belə 
bir hədis nəql edir:
 ْﻦَﻋ ْﻢُﻛﻮُﻨِﺘْﻔَﻳ ْنَا ْﻢُﻫﻮُﻤُﺘْﻔِﺧ ْنِﺎَﻓ  ِكﻮُﻠُﻤْﻟا َﻦِﻣ  ِﻖ ْﺴِﻔْﻟا  َﻞْﻫَا اﻮُﻌﻴِﻄُﺗ ﻻ
ٌﺔﻌ ِﺳاو ﴈْرَا ﱠنِﺎَﻓ ﻢُﻜِﻨﻳِد
“Fasiq hökmdarlara itaət etməyin. Əgər onların sizi pak 
dininizdən çıxaracağından qorxsanız, (hicrət edin,) çünki 
Mənim yerim genişdir!”
Hər bir günah və  fəsada çəkə bilən məclislərdən 
uzaq olmaq, naməhrəmlərlə bir otaqda tək qalmamaq 
və s. kimi İslam göstərişlərinə görə, bunlar da bir növ 
günah və azğınlıq məntəqəsindən kiçik hicrət sayılır və 
sözsüz, burada əxlaqi dəyərləri qorumağın, günahdan 
çəkinməyin əhəmiyyəti nəzərdə tutulur.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   27
KLASSİK ALİMLƏRİN 
NƏZƏRİNDƏ ƏXLAQIN 
ÜSULLARI
Burada hər  şeydən  əvvəl alimlərin  əxlaq üsulları 
haqda fikir və mülahizələrinə nəzər yetirəcək, onların 
bu məsələ ilə bağlı nəzərlərini qısa da olsa araşdıracağıq.
Əxlaq alimləri  əxlaqi fəzilətləri dörd əsas üsul 
üzərində yekunlaşdırırlar:
1. Hikmət (zəka);
2. İffət;
3. Şücaət;
4. Ədalət;
Onlar bu üsulları qərizə və hiss üzvlərinin ifrat və 
təfrit dərəcələri arasındakı orta hədd sayır və  hər bir 
fəzilətin müqabilində iki rəzil və mənfi sifəti də qeyd 
edirlər:
1.  Hikmət – əşyaları olduğu kimi ayırd və  dərk 
etmək,  şüurda mötədillik deməkdir. Onun ifrat 
tərəfi bir növ “sofizm”, yəni hər  şeyə  həddən artıq 
tərəddüdlə yanaşmaq, ehtimallara əsaslanmaq,  şəkk-
şübhə yaratmaq, düzgün nəzəriyyələrdən yayınmaq, 
təfrit tərəfi isə nadanlıqdır.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə