Fransada idarəetmə və siyasi sistem. Məmmədova Nurdan



Yüklə 67,15 Kb.
səhifə1/8
tarix04.05.2023
ölçüsü67,15 Kb.
#108475
  1   2   3   4   5   6   7   8
Fransada idaretm v siyasi sistem Fran


Fransada idarəetmə və siyasi sistem.

Məmmədova Nurdan
Qafqaz Universiteti
Dövlət Strukturlarında Menecment ixtisası
Bakı / Azərbaycan
nurdan.memmedova@gmail.com
Giriş.
Fransa tarixdə idarəetmə formasına və siyasi quruluşuna görə xüsusi yerə sahibdir.Tarixə nəzər salsaq, görərik ki, Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri Böyük Fransa İnqilabıdır.
İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir, azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.
Bu sosial-siyasi qiyam mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanmışdır. Bu gün Fransada bu prinsiplər dövlət idarəçiliyində, siyasi quruluşda hakim mövqedədir.
Dünyadakı bir çox ölkəyə hüquq sistemi və idarəetmə formasına görə Fransa nümunə ölkələrdən biri hesab olunur.
Məqalə Fransanın nümunə bir ölkə olaraq təhlilini 2 aspektdən ələ almışdır: Fransanın siyasi quruluşu,hakimiyyət orqanları və idarəetmə quruluşu: mərkəzi və yerli idarəetmələr.

1. Siyasi quruluş.
Fransa dövləti prezidentli respublika rejimi ilə idarə olunan bir ölkədir. Hal-hazırda Fransa 5-ci Respublika dövrünü yaşayır.Respublikanın əsas xüsusiyyəti Fransız İnqilabının içində mövcud olan insan haqqları,demokratik dəyərlərə bağlı, dövlət və milləti ilə birlikdə bölünməz, sosial bir hüquq dövləti üzərində qurulmuşdur.
Fransa torpaqlarında yaşayan və vətəndaşlıq almış hər kəs Fransız hesab olunur. Bütün fransız vətəndaşları konstitusiya və qanunlar qarşısında dil, din, irq baxımından ayrıseçkilik olmadan bərabər hüquqlara sahibdir.1
1.1. Dövlətin əsas orqanları .
Fransanın qanunverici orqanı 1958-ci il Konstitusiyasının 24 və 58-ci maddələrində qeyd olunmuş ətraflı və aydın prinsiplər əsasında qurulmuşdur. Ali qanunverici orqan ikipalatalı parlamentdən ibarətdir: Milli Məclis və Senat. Senatda yerli özünüidarəetmələr, Milli məclisdə isə xalq təmsil olunur.

Yüklə 67,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə