Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   2   3   4   5   6   7   8   9   10   ...   42

28                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
2.  İffət – ehtirasları normal saxlamaq, qərizə 
və meyillərdən düzgün bəhrələnmək deməkdir. 
Onun ifrat tərəfi  hərislik, təfrit tərəfi isə sönüklük və 
reaksiyasızlıq adlanır.
3.  Şücaət  – qəzəb qüvvəsini normal saxlamağa, 
qorxulu şeylərdən qorxmağa və qorxulu olmayanlardan 
qorxmamağa deyilir. Onun ifrat tərəfi ümumiyyətlə, 
qorxmazlıq və təfrit tərəfi isə qorxaqlıqdır.
4.  Ədalət – ehtiras və  əsəb qüvvəsinin  əqlə tabe 
olması, səadət və islah uğrunda onların düzgün 
idarəsindən ibarətdir. Onun ifrat tərəfi zülm, təfrit 
tərəfi isə köləlik, zülmə tabe olmaqdır.
Həmin alimlər mənfi  və  rəzil sifətləri saysız-
hesabsız bilsələr də, orta hədd olan əxlaqi fəzilətləri 
bir zolaq hesab edərək, onu yalnız dairənin mərkəzi 
nöqtəsinə, rəzil sifətləri isə dairənin ətrafındakı saysız-
hesabsız nöqtələrə  bənzətmiş, bəzən də onu sonsuz 
əyri xətlər içərisindəki iki nöqtəni birləşdirən vahid 
düz xəttə oxşatmışlar.
Xacə Nəsrəddin Tusi və digər alimlərə görə, dində 
adı  çəkilən tükdən nazik və  qılıncdan iti olan “sirat” 
körpüsündə  məqsəd də  həmin “əxlaq normalar”ıdır. 
Bəzi  əxlaq alimləri bunu belə izah etmişlər: “Axirət 
aləmi həqiqətdə dünya həyatının təcəssümü olduğu 
üçün çox ehtimal ki, “sirat” körpüsü bu aləmdə əxlaq 
normalarına riayət deməkdir.”
Gəlin görək, bu üsullar haradan yaranmışdır?
Əxlaq alimləri insan “nəfs”ini üç qüvvəyə ayırırlar:
1. İdrak qüvvəsi;
2. Mənafe hissi və ehtiras qüvvəsi (geniş mənada);
3. Zərəri dəfetmə hissi, yaxud dafiə, başqa sözlə, 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   29
qəzəb qüvvəsi.
Bu qüvvələrin hər birinin normallığı  əxlaqi 
fəzilətlərdən birini təşkil edir ki, tərtiblə “hikmət”, 
“iffət” və “şücaət” adlanır.
Ehtiras və  qəzəb qüvvələrinin idrak qüvvəsinə 
tabe olduğu zaman isə “ədalət” hasil olur. Başqa sözlə, 
bu qüvvələrin hər birinin mötədilliyi ayrılıqda bir 
fəzilət sayılır. Amma nə çox ola bilər ki, təcavüzyönlü 
müharibə meydanında qorxu hissi keçirməyən şücaətli 
insan zülmkar olsun. Burada şücaət hissi zülmə qulluq 
etdiyindən belə şəxs ədalətdən uzaq düşür.
Təhqiq və tənqid
Yuxarıda qeyd etdiyimiz kimi, üsullara bir sıra 
iradlar tutulmuşdur:
1.  Bəzi  əxlaqi səciyyələri həmin dörd üsuldan 
birinə aid etmək çətindir. Misal üçün, insansevərlik və 
fədakarlıq xüsusiyyətlərini “iffət”lə uyğunlaşdırmaq 
olmur. Məsələn, mümkündür, bir şəxs ehtiras hissləri 
mötədil olduğu halda, insansevər və ya fədakar 
olmasın. Belə ki, başqalarının hüquqlarına təcavüz 
etməsə  və ya onların zərər çəkməsinə razı olmasa 
da, fədakar olmaya bilər. Həmçinin nikbinliyi də 
“hikmət”ə aid etmək olmaz, çünki nikbinlik iki şeyin 
müqayisəsindən yaranır.
Bəlkə  də bu dörd üsul forması antik təfəkkür 
tərzindən doğmuşdur ki, onlar əksər hadisələrin 
həmin üsullar üzərində qurulduğunu güman 
etmiş, maddənin dörd elementdən, bədənin tərkib 
hissələrinin dörddən, xasiyyətin dörddən və nəhayət, 
xəstəliklərin əsasının dörddən ibarət olduğunu demiş, 


30                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
eləcə də bütün dərmanları dörd xassədən birinə malik 
bilmişlər.  İndiki zamanda bizə  bəllidir ki, bu dörd 
bölgünün heç biri düzgün deyil və  əxlaq üsullarının 
dörd hissəyə bölgüsü də elə  həmin qəbildən olduğu 
nəzərə çarpır.
2. Hikməti əxlaq üsullarından bilmək və ya rəziləti 
ona qarşı qoymaq düzgün deyildir. Çünki əxlaqi 
səciyyələr də idrak qüvvəsi ilə yanaşı meyil, qərizə 
və emosional hisslər də özünü büruzə verir ki, bu da 
zəkalılığı “hüsni-əxlaq”dan (yaxşı əxlaq) hesab etməyə 
imkan vermir.
3. Bütün fəzilət və  əxlaqi səciyyələri ifrat və  təfrit 
arasında mötədil və orta hədd bilmək də  əsassızdır. 
Çünki bu məsələ  bəzən düzgün olsa da, çox vaxt 
yanlışdır. Məsələn, hikmətin düşüncənin normal 
forması olduğunu demək düzgün deyildir. Çünki 
(onun antoniminin ifrat tərəfi olan) “sofizm”  şüur 
və düşüncənin çoxluğundan doğmur. Ona görə  də, 
adətən, elmdə ifratın mənası yoxdur. Əksinə olaraq 
“sofizm” əxlaq alimlərinə görə, bir növ fikri nasazlıq, 
zehni azğınlıq deməkdir. Həmçinin  ədalətin ifrat 
tərəfini zülm saymaq olmaz, çünki ədalətdə ifratın 
mənası yoxdur. Əgər zülmə tabe olmaq tənbəllik və 
süstlükdən doğursa, onda “iffət”ə qarşı olacaq və əgər 
haqqı tələb etməyin qorxusundan yaranırsa, onda qəzəb 
qüvvəsinin təfrit dərəcəsi olacaqdır. Ümumiyyətlə, 
ədalətdə ifratın mənası yoxdur, xüsusilə  də onların 
ədaləti qəzəb və ehtiras qüvvəsinin  əqlə tabeliyi ilə 
əlaqələndirmələri əsassızdır. Şübhəsiz, bu zaman ifrata 
varmaq mənasızdır.
Buradan belə  nəticə alırıq ki, əxlaqi fəzilət və 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   31
səciyyələrdə orta hədd məsələsi şücaət və iffət kimi bir 
sıra hallara şamil olsa da, həmişə ümumi yönə malik 
olmayıb, bəzən ədalət və hikmətlə uyğun gəlmir. Həm 
də yaxşı və pis sifətlərin dörd üsula bölünməsinin də 
elə bir dəlili yoxdur və çox vaxt iradla yanaşıdır.
Beləliklə,  əxlaqi fəzilətləri dörd üsula həsr etməyə 
bir əsas qalmır. Əksinə insanın vücudundakı istək və 
hisslərin sayı  qədər yaxşı  və pis əxlaqi yön ola bilər 
ki, onların hər birinin inkişaf və mötədilliyi fərd və 
cəmiyyətin təkamülünə faydalı və müsbət təsirli olduğu 
zaman “fəzilət”, zərbə vurduğu zaman isə “rəzilət” 
sayılsın. Demək, orqanizmə uyğun xəstəliklərin sayı 
qədər də ruha uyğun mənəvi fəzilət və  rəzilətlər 
mövcuddur.
Əhli-beytin (ə) hədis və rəvayətlərində də çoxsaylı 
əxlaqi fəzilətlər qeyd edilmişdir ki, onları dörd üsul 
əsasında toplamaq mümkün deyil. Məsələn, “Üsuli-
kafi” kitabının “əql və  cəhl qoşunları” bölümündə 
imam Sadiqdən (s) nəql olunan məşhur bir hədisdə əql 
və cəhlin hər birinin yetmiş beş qoşunu olduğu deyilir 
ki, onların  əsas hissəsi  əxlaqi fəzilət və  rəzilətlərə 
aiddir. Yeri gəlmişkən, hədisdə qeyd olunan “qoşun” 
ifadəsi dərin mənaya malikdir. Yəni əslində qərizə və 
instinktiv hisslər insanın vücuduna hakim olmayıb, 
əql və  şüur qüvvəsinin sayəsində ehtiyacların təmini 
və ya aradan qaldırılmasında mühüm rol oynayır.
Yaxşı və pis rəftarın əxlaqi meyarı
Bütün əxlaq və rəftarlar tam aşkar və aydın deyildir. 
Əlbəttə,  şücaət, səxavət və  fədakarlıq kimi bəzi 
dəyərlər o qədər aydındır ki, heç kim onların fəzilət 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə