Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   2   3   4   5   6   7   8   9   ...   42

16                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
  ْﻞُﻗ  ِقْزﱢﺮﻟا َﻦِﻣ  ِتﺎَﺒﱢﻴﱠﻄْﻟاَو ِهِدﺎَﺒِﻌِﻟ َجَﺮْﺧَأ  َﻲِﺘﱠﻟا ِﻪّﻠﻟا َﺔَﻨﻳِز َمﱠﺮَﺣ ْﻦَﻣ  ْﻞُﻗ}
{ﺎَﻴْﻧﱡﺪﻟا ِةﺎَﻴَﺤْﻟا  ِﰲ ْاﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻠِﻟ ﻲِﻫ
“(Ya Peyğəmbər!) De: “Allahın öz bəndələri 
üçün yaratdığı zinəti və  təmiz ruziləri kim haram 
buyurmuşdur? De ki, bunlar dünya həyatında iman 
gətirənlər üçündür!”
1
İmam Əlinin (ə) “qısa kəlamlar”ından birində belə 
buyurulur:
 َو ُﻪَﺷﺎﻌَﻣ ﱡمُﺮَﻳ ٌﺔَﻋﺎﺳ َو ُﻪﱠﺑَر ﺎﻬﻴِﻓ ﻲِﺟﺎﻨُﻳ ٌﺔَﻋﺎﺴَﻓ : ٍتﺎﻋﺎﺳ  ُثﻼَﺛ ِﻦِﻣْﺆُﻤْﻠِﻟ
ُﻞُﻤْﺠَﻳ َو  ﱡﻞِﺤَﻳ ماﻴِﻓ ِﻪِﺗﱠﺬَﻟ َ ْينَﺑ َو ِﻪ ِﺴْﻔَﻧ َ ْينّﺑ  ﱢﲇَﺨُﻳ ٌﺔَﻋﺎﺳ
“Mömin (öz həyatını) üç qismə bölür: bir qismini Allahla 
raz-niyaz və münacata, bir qismini məişətə, bir qismini isə 
halal və bəyənilən ləzzətlərə həsr edir.”
2
Bəzi rəvayətlərdə bu cümlə də görünür:
ِتﺎﻋﺎ ّﺴﻟا ِﺮِﺋﺎﺳ ﲇَﻋ ٌنْﻮَﻋ َﻚِﻟاذ َو
“Üçüncü qisim digər qisimləri qüvvətləndirir.”
Fərdi və ictimai əxlaq
Bir sıra alimlərin nəzərinə əsasən, əxlaq normaları 
ictimai həyatda formalaşır: yəni ictimai yaşayışının 
mövcud olmadığı, insanların bir-birindən ayrı – fərdi 
həyat sürdüyü fəzada “əxlaq” heç bir məfhum daşımır. 
Belə ki, qibtə, həsəd, paxıllıq, təvazökarlıq, təkəbbür, 
ədalət, zülm, iffət, paklıq, səxavət və digər sifətlər 
yalnız ictimai və birgə yaşayışın məhsuludur. Demək, 
1 . “Əraf” surəsi, ayə 32.
2 . “Nəhcül-bəlağə”, qısa kəlamlar 390.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   17
cəmiyyətdən uzaq olan insan əxlaqi dəyərlərdən də 
uzaqdır.
Bizim  əqidəmizə görə, insanın ictimai həyatında 
məna kəsb edən bir çox əxlaqi fəzilət və  rəzil sifətlər 
də  fərdi yönə malik ola bilir. Məsələn, müsibətlərə 
dözmək və yaxud ah-nalə etmək, hadisələrdən 
qorxmaq və yaxud şücaətli olmaq, fərdin müəyyən 
məqsəd üçün əzmi və yaxud tənbəlliyi, aləmlərin 
Rəbbinə sitayişi və yaxud qəflətə uyması, Onun sonsuz 
nemətlərinə  şükür etməsi və yaxud nankorluğu kimi 
(əxlaq elmində fəzilət və rəzil sifətlərə dair) məsələlər 
fərdi həyatı da əhatə edir. Burada əxlaqın “fərdi” və 
“ictimai” kateqoriyaları meydana gəlir ki, onun ictimai 
yönü əxlaq elmində daha böyük əhəmiyyət kəsb edir 
və  şəxsiyyətin formalaşmasında özünəməxsus yer 
tutur. Bununla belə, fərdi  əxlaqın da öz növbəsində 
əhəmiyyəti az deyildir.
Böyük yanlış
Qeyd etmək lazımdır ki, nəfsi saflaşdırmaq, yüksək 
səciyyəvi xislətlər qazanmaq üçün ictimai həyatdan 
uzaqlaşıb, bir guşəyə çəkilənlər, böyük amal və məqsədə 
nail olacağını təsəvvür edənlər həqiqətən səhv edir və 
əslində ictimai əxlaqdan məhrum olurlar. Bu həyat 
tərzi onları bir sıra əyintilərdən uzaqlaşdırsa da, fəzilət 
sayılmır və onlar eynilə cinsi ehtirası boğmaq üçün öz 
cinsiyyət üzvünü kəsənə bənzəyirlər. Belə bir fərd əyri 
yola düşməsə də, onun bu işi fəzilət sayılmır. Bundan 
əlavə, təcrübi müşahidələrə görə, ictimai həyatdan 
uzaqlaşıb bir guşədə  tək-tənha yaşayan insanda 
camaata qarşı bədbinlik, xudbinlik, bədxasiyyət, qürur 


18                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
və Allahın təqdirinə inamsızlıq kimi bir sıra psixoloji 
pozuntular yaranır ki, gələcək bəhslərdə bu məsələ ilə 
bağlı geniş söz açılacaq.
İslam dini də  məhz ictimai həyatı qiymətləndirir 
və  cəmiyyətdə  əxlaqi üsulları gözləməyə böyük 
əhəmiyyət verir.
Əxlaqi-psixoloji pozuntuların müalicəsi
Bura qədər  əxlaq elminin mövzusu, əhəmiyyəti, 
onun fərdi və ictimai həyatla əlaqəsi ilə bağlı ümumi 
məsələlər açıqlandı.  İndi isə  əxlaqi xislətlərin 
təfərrüatını  və  rəzil sifətlərin müalicə yollarını 
araşdırmağa başlayır və elə bu məqsədlə də iki dəqiq 
məsələni qeyd etməyi lazım bilirik:
1.  Əxlaqi pozuntulara düçar olanlarla xəstə kimi 
davranmaq lazımdır. Çünki belə hallar bir növ ruhi-
psixoloji xəstəliklərdir ki, bəzən cismi xəstəliklərə 
səbəb olur, bəzən də cismi xəstəliklərdən qaynaqlanır. 
Demək, cismi xəstəliklərin müalicəsində gözlənilən 
üsullar burada da riayət olunmalıdır.
2. Xəstəliklərin müalicəsində həmişə üç əsas nəzərə 
alınır:
a) Xəstəliyi ayırd etmək;
b) Xəstəliyin səbəbini təyin etmək;
s) Xəstəliyi müalicə və dərman etmək.
Xəstəliyin ayırd edilməsində, adətən, onun təsir 
və  əlamətlərinə diqqət yetirilir. Əlbəttə, bu iş cismi 
xəstəliklərdə nisbətən asan olur, xüsusilə, müasir 
təchizatlar buna yaxşı imkan yaradır. Əxlaqi məsələlərə 
gəldikdə isə, bu iş çox çətindir. Çünki əksər hallarda 
əxlaqi pozuntuların oxşar əlamətlərə malik olması, yaxud 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   19
neçə əxlaqi xəstəliyin nəticəsində yaranan əyri rəftarlar 
bunu çox çətinləşdirir. Bu səbəbə görə, əxlaq alimləri və 
təbiblər özlərini, yaxud başqalarını müalicə etmək üçün 
mütləq onları diqqətlə araşdırmalı, xəstəliyin yaranma 
səbəblərini ayırd etmək üçün azğın  şəxsin keçmiş 
həyat tərzi (xüsusilə, insan şəxsiyyətinin  əsasını  təşkil 
edən uşaqlıq çağları), eləcə  də ailə  və ictimai mühiti, 
işi, coğrafi məntəqəsindən tamamilə agah olmalıdırlar. 
Hətta burada genetik amilləri də  nəzərdən qaçırmaq 
olmaz. Çünki pis əxlaq (cismi xəstəliklər kimi) bəzən 
genetik yönə də malik olur.
Əxlaqi pozuntuların müalicəsində onların qatı 
adət hallarına diqqət yetirmək lazımdır ki, belə 
halların müşahidəsi zamanı ehtiyatla müalicəyə 
başlamalı, onların düzəlməyəcəyindən əsla ümidimizi 
üzməməliyik. Amma səthi halların müalicəsi isə, qısa 
bir müddət  ərzində müvəffəqiyyətlə başa çatır. Buna 
görə də cavan nəslin və ya uşaqların islahı böyüklərə 
nisbətən daha asandır. Çünki onlar tez aludə olduğu 
kimi, tez də dərman və müalicə olunurlar. İmam Sadiq 
(ə) buyurmuşdur:
ٍ ْيرَﺧ  ﱢﻞُﻛ ﱃِا ُعَ ْﴎَا ْﻢُﻬﱠﻧِﺎَﻓ  ِثاﺪْﺣَ ْﻻﺎِﺑ َﻚْﻴَﻠَﻋ
“Cavanlardan başlayın ki, hər bir yaxşılığa yönəlməyə 
hazırdırlar.”
1
Əxlaqın gigiyenası
Müasir tibb iki qismə bölünür: “Tibbi müalicə  və 
dərman” və “tibbi gigiyena”.
Tibbi müalicə və dərmanın nə olduğu aydındır. Lakin 
1 . “Vəsailüş-şiə”, 11-ci cild, səh.447.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə