Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   34   35   36   37   38   39   40   41   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   171
ƏXLAQLA TƏRBİYƏNİN 
RABİTƏSİ
Hər bir insanın önündə duran mühüm məsələlərdən 
biri də  tərbiyədir. Dini təfəkkür baxımından 
tərbiyə geniş  mənada bütün yaradılışı  əhatə edir. 
Peyğəmbərlərin, dinin böyük alim və şəxsiyyətlərinin 
bütün zəhməti həmin məqsədə nail olmaq üçündür. 
İnsanlıq, əmin-amanlıq, xoşbəxtlik və səadət tərbiyəsiz 
mümkün deyil və  həyatın tələbi olan belə bir qurum 
üçün bütün qüvvə  və imkanlardan istifadə etmək 
lazımdır. Əxlaq elminin qarşıya qoyduğu son məqsəd 
də bütün yaxşı  və pis xislətlər, onların  əmələgəlmə 
səbəbləri və inkişafı haqda geniş  məlumat verdikdən 
sonra “hüsni-əxlaq”a yiyələnmə  və  rəzil sifətlərlə 
mübarizədir ki, məhz “tərbiyə” ilə mümkündür.
Tərbiyə nədir?
Bəzi psixoloqlar doğru yolu tutmağa və  gələcək 
həyatı naminə  məsuliyyət daşımağa hazırlığı  tərbiyə 
adlandırırlar. Bəziləri isə onu müəyyən məqsəd üçün 
daxili istedad və qüvvələrin inkişaf etdirilməsi kimi 
izah edirlər.
Məşhur psixoloq Can Deyvi və onunla həmfikir 


172                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
olanlara görə, tərbiyə ötən sınaq və təcrübələrdə dönüş 
yaratmaq və onların bərpasından ibarətdir. Belə ki, bu 
proses məna kəsb edərək fərdi gələcək təcrübələrin 
idarəsi üçün hazırlayır.
1
Bizim  fikrimizə görə, bu üç tərif bir mövzunu 
açıqlayır; üçüncü tərif tərbiyənin mahiyyətini, birinci 
tərif məqsədini, ikinci tərif isə nəticəsini göstərir.
Quran və tərbiyə
“Tərbiyə” sözü lüğəvi kökünə əsasən, qaldırmaq və 
inkişaf etdirmək mənasını daşıyır. Belə  nəzərə çarpır 
ki, bu sözün bir termin kimi istifadəsi elə  də  qədim 
tarixə malik deyil. Ona görə  də, Qurani-Kərimdə 
həmin mənada “tərbiyə” sözünə rast gəlinir və onun 
yerinə “təzkiyə” və “zülmətdən nura çıxarma” kimi 
başqa ifadələr görünür. Məsələn, aşağıdakı iki ayədən 
birində “təkvini tərbiyə”yə
2
, digərində isə “təşrii 
tərbiyə”yə
3
 toxunulur. Birinci ayədə belə buyurulur:
{ِرﻮﱡﻨﻟا  َﱃِإ  ِت َماُﻠﱡﻈﻟا َﻦﱢﻣ ﻢُﻜَﺟِﺮْﺨُﻴِﻟ ُﻪُﺘَﻜِﺋ َﻼَﻣَو ْﻢُﻜْﻴَﻠَﻋ  ﱢﲇ َﺼُﻳ يِﺬﱠﻟا َﻮُﻫ}
1. “Sizi zülmətdən (nadanlıq,  şirk və günah) nura 
(iman, elm və  təqva) çıxarmaq üçün mələkləri ilə 
birlikdə sizə salam və mərhəmət göndərən Odur!”
4
Allahın və  mələklərin salam və salavatı  bəndələrə 
nazil olan rəhmət, mərhəmət və  bərəkətdir ki, onları 
azğınlığın zülmətindən çıxararaq qəlblərini hidayət nuru 
ilə işıqlandırır.
İkinci ayədə isə belə buyurulur:
1 . “Təlim və tərbiyənin üsulları”, Əli Şəriətmədari, ixtisarla.
2 . Xilqət aləmindəki qanunauyğunluqların tələbi.
3 . Müəllim və ya hər hansı şəxsin proqram əsasında verdiyi tərbiyə.
4 . “Əhzab” surəsi, ayə 43.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   173
  َﱃِإ  ِت َماُﻠﱡﻈﻟا َﻦﱢﻣ ﻢُﻜَﺟِﺮْﺨُﻴِﻟ  ٍتﺎَﻨﱢﻴَﺑ  ٍتﺎَﻳآ  ِﻩِﺪْﺒَﻋ  َﲆَﻋ  ُلﱢﺰَﻨُﻳ يِﺬﱠﻟا َﻮُﻫ}
{ِرﻮﱡﻨﻟا
2. “Sizi zülmətlərdən nura çıxarmaq üçün Öz 
bəndəsinə (Mühəmməd (s)) açıq-aşkar ayələr nazil 
edən Odur!”
1
Verilən ayələrə əsasən, belə başa düşülür ki, insan 
dini təlim-tərbiyəsiz, eynilə qaranlıq və zülmətə 
düşən kəsə bənzəyir. Ona verilən hər hansı qüvvə və 
istedad həqiqi məqsədə xidmət etmir və yolunu itirmiş 
sərgərdan kimi, daim məqsəddən uzaqlaşır. Tərbiyə 
isə onu zülmətdən nura çıxarır, mənəvi inkişafı doğru 
yola düşərək onu məqsədə tərəf aparır.
Şəxsiyyət və mənlik
“Şəxsiyyət” sözü yalnız elm, psixologiya və əxlaqa 
xas bir termin deyil və ümumxalqın gündəlik söhbətləri 
əsnasında işlənir və  təqribən, hər kəs onun mənasını 
(qısa  şəkildə) bilir. Bununla belə, “şəxsiyyət”in dəqiq 
və aydın tərifini demək çətin məsələdir. Ona görə də, 
psixoloqlar onu müxtəlif cür tərif edirlər. Maraqlıdır 
ki, onlardan birinin dediyinə əsasən, ona yüzlərlə tərif 
verilsə də, hər biri bir yönünü açıqlayır. Bu tərifdən bir 
neçəsi diqqəti özünə cəlb edir:
1. Şəxsiyyət – fərdin cəmiyyətdə qoyduğu təsirlərin 
məcmusudur. Başqa sözlə, hər kəsin  şəxsiyyəti onun 
ictimai nüfuz və təsirindən ibarətdir.
2
Bu kimi natamam təriflərdəki irad odur ki, həm 
ictimaiyyətdən uzaq düşənlərə  şamil olmur, həm də 
1 . “Hədid” surəsi, ayə 9.
2 . “Rəvanşenasiye-rüşd”, səh.453.


174                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ruhi səciyyələrə göz yumaraq şəxsiyyəti əməli çevrədə 
məhdudlaşdırır. Halbuki şəxsiyyət ruhi-mənəvi 
keyfiyyətlərlə təmsil olunur.
2. Şəxsiyyət – fərdin adət, fikir, nitq, meyil və istək, 
hərəkət tərzi və dünya görünüşündə büruzə verən 
rəftarının ümumi forması deməkdir. Məşhur psixoloq 
Markuistə  mənsub bu tərifdə  də, müəyyən qədər 
məhdudiyyətlər gözə çarpır.
3.  Şəxsiyyət – insanın rəftar və davranış  tərzini 
müəyyənləşdirən hiss və  təəssüratlarındakı, idrak və 
yaddaşlarındakı daxili nəzmə deyilir.
Bu tərifdə şəxsiyyət daxili sifət kimi göstərildiyindən 
ötən iradlardan uzaqdır. Amma şəxsiyyəti, insani 
dəyərləri ehtiva edən sifət, halət və  səciyyələrin 
məcmusundan ibarət fərdi və ictimai təsirlərin mənşəyi 
hesab etsək, onun əsl məfhumuna daha yaxın olacaq.
Mənlik: Bir çox psixoloqlar “mənlik” və “şəxsiyyət”in 
hər ikisinin bir məna daşıdığını deyirlərsə, bəziləri 
isə onların fərqli olduğuna etiqadlıdır. Onlar mənliyi 
əxlaqi yönə – yaxşı  və pis sifətlərə aid, şəxsiyyəti 
isə bütün ruhi, əxlaqi, hissi, hətta rəftarla bağlı 
keyfiyyətlərə belə  şamil edirlər. Hərçənd, hər fənnin 
terminologiyasına kənardan müdaxilə olunmasa da, 
lakin müasir dilimizdə bu iki söz bir mənanı çatdırır. 
Əgər şəxsiyyət insanı başqalarından fərqləndirən fərdi 
sifət və keyfiyyətlərin məcmusundan ibarət xassədirsə, 
mən sözündən götürülən “mənlik” də adi danışıq və 
lüğət kitablarına görə, “zat”, “xasiyyət” mənasını 
bildirir.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   175
Tərbiyə ilə şəxsiyyətin əlaqəsi
Şəxsiyyəti hər necə mənalandırsaq da, onun tərbiyə 
ilə əlaqəsini qırmaq mümkün deyil. Həqiqətdə tərbiyə 
ya insanlarda şəxsiyyəti göstərən (buna əsasən, hamının 
ona malik olduğunu deməliyik), ya da onu icad edən 
bir vasitədir (belə ki, ya bütövlükdə, ya da bir qismində 
şərikdir). Hər iki surətdə onun tərbiyə ilə  sıx  əlaqəsi 
vardır. Müəyyən hadisələr üzündən cəmiyyətdən 
uzaq düşən və ya uşaqlıqdan vəhşi heyvanlar arasında 
boya-başa çatanların üzərində aparılan tədqiqatlara 
əsasən, onlarda qeyri-adi rəftarlar, idrak səviyyələrinin 
son dərəcədə  zəifliyi, insani keyfiyyətlərdən məhrum 
olmaq kimi ciddi problemlər müşahidə olunur ki, bu 
da şəxsiyyətlə tərbiyə arasındakı əlaqəni göstərən aşkar 
dəlildir.
Həmçinin, təqribən, eyni səth və  şəraitdə yaşayan 
xalqlar arasında birinin ləyaqətli rəhbərə görə sürətlə 
başqalarından irəli keçməsi, böyük addımlarla tərəqqisi 
geniş mənada tərbiyənin fərd və cəmiyyətdə rolunu ifa 
edən bir nişanədir. Ayrı-ayrı mühitdə boya-başa çatan 
oxşar vəziyyətli fərdlər arasındakı aşkar fərqlər, yaxud 
iki müxtəlif mühitə düşən kəsdə müşahidə olunan 
hallar  şəxsiyyətlə  tərbiyənin arasındakı  sıx  əlaqəni 
göstərir və burada bizə bir alimin sözünü yada salır: 
“Uşaqları mənə tapşırın və onları istədiyiniz hər hansı 
əhval-ruhiyyədə – şücaətli, qorxaq, səxavətli, paxıl... 
tərbiyə edim.”
Şəxsiyyəti təşkil edən amillər
İnsanda  şəxsiyyəti formalaşdıran amillər çoxdur 
və bəlkə də onları bir-bir saymaq çətin olsun. Bununla 


176                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
belə, onların ən mühümləri aşağıdakılardan ibarətdir:
1. Xilqət (cismi və ruhi parametrlər);
2. İrsiyyət;
3. Üzvi orqanlar ;
4. Qida;
5. Ailə mühiti;
6. İctimai mühit;
7. Təhsil;
8. Dost və yoldaşlıq;
9. (Özü və başqaları tərəfindən) təlqinlər;
10. Dünyagörüşü;
11. Gözlənilməz hadisələr;
12. Şəxsi iradə və çalışqanlıq.
Şəxsiyyətlə  tərbiyə arasındakı  sıx  əlaqəni nəzərə 
alaraq qeyd edilən amilləri başqa bir baxışla tərbiyəvi 
amillər də adlandırmaq olar. Onların hər biri ayrıca 
elmi bir sahəni təşkil etdiyindən onu “insan və 
tərbiyəvi məsələlər” adı altında araşdırmaq olar. Bu 
müvəffəqiyyətli işin ümidi ilə!


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   177
MÜNDƏRİCAT
ÖN SÖZ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5
Biz bu sətirlərdə nəyi arayırıq? . . . . . . . . . . . . . . . . . . . . . . . 5
ƏXLAQ VƏ TƏRBİYƏ  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 7
Pis əxlaq bir növ xəstəlikdir . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 8
Nəfslə mübarizə, yaxud böyük cihad . . . . . . . . . . . . . . . . . . . 10
Səadət və xoşbəxtlik . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 12
Səadət yalnız ruhi yönəmi malikdir? . . . . . . . . . . . . . . . . . . . 13
Mötədil və orta mövqeli məktəb . . . . . . . . . . . . . . . . . . . . . . . 14
Fərdi və ictimai əxlaq . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 16
Böyük yanlış . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 17
Əxlaqi-psixoloji pozuntuların müalicəsi . . . . . . . . . . . . . . . . 18
Əxlaqın gigiyenası . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 19
KLASSİK ALİMLƏRİN NƏZƏRİNDƏ 
ƏXLAQIN 
ÜSULLARI . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 27
Təhqiq və tənqid . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 29
Yaxşı və pis rəftarın əxlaqi meyarı . . . . . . . . . . . . . . . . . . . . . 31
Əxlaqın fərdi və guşənişin həyat tərzinə baxışı  . . . . . . . . . . 34
Mədəni-ictimai təfəkkürün tərəfdarlarının dəlilləri . . . . . . . 37
Tərki-dünyalığın müstəsna halları . . . . . . . . . . . . . . . . . . . . 41
“Müraqibə” və “mühasibə”, yaxud məqsəd və  nəticələrin 


178                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
araşdırılması . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 42
ÖZÜNÜİSLAHDA İLK ADDIM DİL VƏ DANIŞIQ . . . . 46
Dil – zahir və batinin aynası . . . . . . . . . . . . . . . . . . . . . . . . . 46
Dildən çıxan otuz böyük günah . . . . . . . . . . . . . . . . . . . . . . . 47
Sükut . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 49
DÜZ DANIŞMAQ ŞƏXSİYYƏTİN BARİZ NİŞANƏSİ .  . 53
Doğruluğun dəyər və əhəmiyyəti . . . . . . . . . . . . . . . . . . . . . . 53
Düz danışmağın təsirləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 54
Yalan – günahların mənşəyi  . . . . . . . . . . . . . . . . . . . . . . . . . 55
Yalan imanla uyğun gəlmir . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 58
Yalan insanı dəyərdən salır . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 60
Yalançı özünə də inanmır  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 60
Yalanın mənşəyi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 61
Yalanın müalicəsi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 62
Yalanın müstəsna halları . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 65
“Tövriyə” nədir?  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 68
“Tövriyə” yalan sayılırmı və ondan müstəsna hallardan başqa 
zamanlarda da istifadə etmək olarmı?  . . . . . . . . . . . . . . . . . 68
“Tövriyə” haqqında yeni izah . . . . . . . . . . . . . . . . . . . . . . . . 70
QEYBƏT . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 71
Namərdlərin qorxulu silahı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 71
Qeybətin əsas amilləri  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 71
Qeybətin təhlükələri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 73
Qeybətin fərdi və ictimai təsirləri . . . . . . . . . . . . . . . . . . . . . . 81
Qeybətin həddi-hüdudu . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 83


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   179
Qeybətin müstəsna halları . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 86
Fasiq kimdir və nə üçün qeybəti caizdir? . . . . . . . . . . . . . . . 89
SUİ-ZƏNN VƏ BƏDBİNLİK . . . . . . . . . . . . . . . . . . . . . . . . . 91
Bədbinlikdən uzaq olan sağlam cəmiyyət . . . . . . . . . . . . . . . 91
Bədbinlik və bədgümanlığın səbəbləri  . . . . . . . . . . . . . . . . . 93
Bədbinliyin ictimai zərərləri  . . . . . . . . . . . . . . . . . . . . . . . . . 95
Bədbinliyin fərdi zərərləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 97
Bədbinliklə mübarizə yolları . . . . . . . . . . . . . . . . . . . . . . . . . 99
Bədbinliyin müalicəsi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 101
Diqqət . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 103
ƏXLAQ SAYƏSİNDƏ SAĞLAM CƏMİYYƏT  . . . . . . . . . 104
Əxlaqi normalarsız sağlam cəmiyyətdən söz gedə bilməz! .  . 104
İnsanın ictimai həyatındakı məziyyətləri  . . . . . . . . . . . . . . . 105
Cəmiyyəti formalaşdıran amil . . . . . . . . . . . . . . . . . . . . . . . . 106
Birgə yaşayışda dəyər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 107
İslam və ictimai məsələlər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 108
Fərdi həyat . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 117
İslam və rahiblik. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 118
Tarixi fakt . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 118
Psixoloji fakt . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 118
Xristianlıqda rahiblik . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 120
İCTİMAİ VAHİD VƏ QURUMLAR . . . . . . . . . . . . . . . . . . . 123
Böyük və qüdrətli cəmiyyətin təşkili  . . . . . . . . . . . . . . . . . . . 123
Ən güclü ictimai ittifaq . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 125
İslam və vahid dünya icması . . . . . . . . . . . . . . . . . . . . . . . . . 128
Vəhdət yaradan baxış . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 134


180                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
İslamda birliyin rəmzi  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 137
1. Əxlaqi təkamül . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 138
2. Əfv və güzəşt . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 141
3. Pisliyi yaxşılıqla ödəmək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 145
4. Sərtliyi tərk etmək . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 148
MƏNƏVİ TƏSİR AMİLLƏRİ . . . . . . . . . . . . . . . . . . . . . . . . 154
Nə zaman öyüd-nəsihətlər başqalarına müsbət təsir bağışlayır? 
154
Həqiqəti aramalı, yoxsa münaqişə salmalı? . . . . . . . . . . . . . 158
Müsbət təsirli amillər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 161
ƏXLAQLA TƏRBİYƏNİN RABİTƏSİ . . . . . . . . . . . . . . . . . 171
Tərbiyə nədir?  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 171
Quran və tərbiyə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 172
Şəxsiyyət və mənlik . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 173
Tərbiyə ilə şəxsiyyətin əlaqəsi  . . . . . . . . . . . . . . . . . . . . . . . . 175
Şəxsiyyəti təşkil edən amillər . . . . . . . . . . . . . . . . . . . . . . . . . 175
MÜNDƏRİCAT . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 177


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   181


182                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Hazırlığa verilmişdir: 28.03.2013
Çapa imzalanmışdır: 08.05.2013
Nəşrin ölçüsü: 86x60. 1/8
Fiziki çap vərəqi: 23
Sayı: 1000
M
T  T 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə